Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
187
artım tempi ilə bağlı disproporsiyaların ortaya çıxma səbəblərindən ən əsası
kimi xarici ticarətlə bağlı vahid konsepsiyanın hazırlanmaması idi. Bu da öz
əksini ticarət əlaqələrinin düzgün qurulmamasında, müqavilə şərtlərinə əməl
olunmamasında tapırdı. Son zamanlar avro-dollar paritetində baş verən
hadisələrin ölkənin valyuta-kredit siyasətində sərf nəzər edilməsi də ticarətin
vəziyyətini pisləşdirən əsas amillərdən biri idi.
İkincisi, idxal-ixrac əməliyyatlarında barter qaydasında aparılan
hesablaşmaların xüsusi çəkisi hələ də yüksək olaraq qalmaqda idi. Belə ki,
barter əməliyyatlarının xüsusi çəkisi 2000-2005-ci illərdə 20-25 faiz təşkil
edirdi.
Üçüncüsü, İqtisadi əlaqələrin mütləq əksəriyyətinin ticarət əlaqələrin-
dən ibarət olması; eyni məhsul qruplarının həm idxal, həm də ixracda güclü
mövqe tutması, idxal-ixrac qiymətlərində qeyri-sabitlik və s.
90-cı illərin ikinci yarısından ölkədə neft strategiyasının reallaşdırıl-
ması, xarici investisiyaların cəlb olunması, neft və onunla bağlı sahələrlə
yanaşı, eyni zamanda qeyri neft bölməsinin inkişafı problemlərinə diqqətin
artırılması, qloballaşan dünyanın inteqrasiya proseslərinə qovuşması xəttinin
dərinləşməsi, xarici ticarət əlaqələrinin həcminin genişlənməsi, ÜDM-nin
orta artım tempinin əvvəllər 5-6, 10-15 faizə, 2005-ci ildə isə 35 faizə
çatdırılması müstəqillik yolumuzun ciddi uğurudur. Bu iqtisadi-sosial
inkişafın təsdiqi kimi ölkədə siyasi sabitliyin təmin edilməsi nəticəsində,
2005-ci ildə ÜDM-nin istehsal həcmi son 15 ildə ilk dəfə 1989-cu il
səviyyəsinə çataraq 12 mlrd. ABŞ dollar (11,87 mlrd. manat) təşkil etdi,
investisiya qoyuluşlarının həcmi 30 mlrd. ABŞ dollarına çatdı (bunun 70
faizdən çoxu xarici şirkətlərin payına düşdü), Bakı-Tbilisi-Ceyhan əsas neft
boru kəmərinin istifadəyə verilməsi, Respublika əhalisinin həyat
səviyyəsinin xeyli yaxşılaşması, inflyasiyanın nəzərdə saxlanması, işsizliyin
aradan qaldırılması yolunda müəyyən addımlar atıldı. Bu sahədə
Azərbaycanın mənafelərinə qorunması, geniş miqyaslı beynəlxalq iqtisadi
əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin
dünya bazarlarına çıxarılması məqsədilə strateji əhəmiyyətli Bakı-Tbilisi-
Ceyhan (BTC) əsas ixrac neft boru kəməri layihəsi üzrə işlər həyata
keçirilmiş və Ceyhan dəniz terminalından Azərbaycan nefti ilə yüklənmiş
“Britiş Hosorn” adlı ilk tanker 2006-cı ilin 4 iyun tarixində İtaliyaya yola
salınmışdı.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
188
Məsələn, Rusiya-Azərbaycan iqtisadi əlaqələri inkişaf etməkdə olsa
da, tədqiqatlar göstərir ki, bu əlaqələr heç də hər iki ölkənin mövcud olduğu
iqtisadi potensialı özündə tam əks etdirmir. 2006-cı ilin fevralında Rusiya-
Azərbaycan ikitərəfli əməkdaşlığı çərçivəsində keçirilən yüksək səviyyəli
tədbirlərdə Rusiya-Azərbaycan arasında ümumi ticarət dövriyyəsinin yaxın
iki il ərzində 2 mlrd. ABŞ dollarına çatdırılması perspektivləri qeyd
edilmişdi. 2005-ci ilə qədər iki ölkə arasında 130-dan çox saziş imzalanmış
və bunların 70-i hökumətlərarası, dövlətlərarası status daşıyır. Bundan
başqa, Rusiyanın iri regionları ilə əməkdaşlıq sazişləri artıq təcrübədə özünü
doğruldur və bu istiqamətdə Azərbaycan hökumətinin yeni layihələri
mövcuddur. Tədqiqatlar göstərir ki, aşağıdakı istiqamətlər üzrə tədbirlərin
görülməsi Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin səmərəliliyinin artırıl-
masında xüsusi əhəmiyyət kəsb edə bilər. Rusiya Azərbaycanın idxalında ən
böyük xüsusi çəkiyə malik ölkədir. Əgər 2001-ci ildə respublikamızın
idxalında Rusiyanın payı 10, 6 faiz, 2003-cü ildə 14,6 faiz idisə, 2005-ci
ildə 17,0 faiz olmuşdu.
Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında aşağıdakı istiqamətlər
üzrə razılaşmalar əldə edilmiş və müvafiq sənədlər imzalanmışdır: ümumi
iqtisadi əməkdaşlıq məsələləri; elmi-texniki əməkdaşlıq; maşınqayırma
əməkdaşlıq; yanacaq-energetika sahəsində əməkdaşlıq; aqrar-sənaye kom-
pleks sahəsində əməkdaşlıq; müdafiə sənayesi və konversiya sahəsində
sahəsində əməkdaşlıq; nəqliyyat və rabitə sahəsində əməkdaşlıq; səhiyyə
sahəsində əməkdaşlıq və s.
Cədvəl 3.5
1999-2006-cı illərdə Azərbaycanın idxal və ixracında MDB-nin və
RF-nin payı (mln. ABŞ dolları ilə)
İllər 1999
2000
2001 2002 2003 2004 2005 2006
İdxal
1035.9 1172.1 1431.1 1665.6 2626.0 3515.9 4200.4 5267.6
o cümlə-
dən MDB
325.3 325.5 445.2 650.6 850.7 1200.5 1449.52 2098.2
o cümlə-
dən RF
226.5 249.3 153.0 280.9 383.9 569.4 717.2 1181,6
İxrac
929.7 1745.2 2341.2 2167.5 2592.0 3615.5 4346.8 6372.1
o cümlə-
dən MDB
211.1 235.2 222.8 243.72 333.9 614.3 905.39 929.7
o cümlə-
dən RF
83.0 98.3 77.5 95.7 147.8 209.8 258.4 344,2
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
189
2006-cı ilin göstəricilərinə görə, Azərbaycanda Rusiya kapitalının
iştirakı ilə 400-dən çox şirkət, firma və müəssisələrdən 178-i birgə müəssisə
kimi, 96-sı 100 faizli Rusiya kapitalı ilə fəaliyyət göstərir, 126-sı isə
müxtəlif müəssisələrin filialları və nümayəndəlikləri kimi qeydə alınmışdı.
Azərbaycanla sıx əlaqələrə malik iri şirkətlərdən biri olan “Lukoyl” 2006-cı
ildə Respublikamızdakı fəaliyyətinin 15 illik yubileyini qeyd etdi. Statistik
məlumatlara görə bu şirkət 1995-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına
600 mln. ABŞ dolları investisiya qoyulmuşdu. 2006-cı il ərzində müxtəlif
növ nəqliyyat vasitələrindən istifadə etməklə 25245,0 min ton yük
daşınmışdı. Bu da 2005-ci ilin müvafiq dövrünə nisbətən 121,20 faiz təşkil
etmişdir. Bunlardan 14260,8 min ton ixrac, 10984,2 min ton isə idxal
əməliyyatlarının payına düşürdü. İxrac əməliyyatlarında əsasən dəniz
(8076,8 min ton), dəmiryolu (1453,3 min ton), avtomobil (529,9 min ton),
hava (3,7 min ton) və stasionar nəql etmə (boru kəməri) (4190,3 min ton)
nəqliyyatından istifadə olunmuşdu. İdxal əməliyyatlarında dəniz 9286,4 min
ton), dəmiryolu (6331,8 min ton), avtomobil (1142,2 min ton), hava (27,7
min ton) və stasionar nəql etmə (boru kəməri) (3150,2 min ton) nəqliyyatına
üstünlük verilmişdi. 2006-cı il ərzində gömrük orqanlarında 193320 (əlavə
vərəqlə birlikdə 2257323) ədəd yük gömrük bəyannaməsi (YGB)
rəsmiləşdirilmişdi. Bunlardan 42115 (əlavə vərəqlə birlikdə 48441) ədəd
ixrac, 151205 (əlavə vərəqlə birlikdə 208882) ədəd idxal YGB-dir. 2006-cı
ildə YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən 113,0
faiz təşkil etmiş və ya 22247 ədəd bəyannamə çox olmuşdu. O cümlədən
ixracda artım 4625 (112,34 faiz) ədəd, idxalda isə artım 17622 (113,19 faiz)
ədəd YGB olmuşdu. Azərbaycan Respublikası ərazisindən 6530,5 min ton
tranzit yük keçirilmişdi. Tranzit yüklər əsasən İsveçrə (2091,2 min ton),
İtaliya (1706,6 min ton), Gürcüstan (1161,0 min ton), Tacikistan (417,2 min
ton), Rusiya (222,4 min ton), Türkiyə (188,5 min ton), İran (181,4 min ton),
Türkmənistan (175,3 min ton) və Kipr (112,0 min ton) ölkələrinə gön-
dərilmişdi. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün
miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 83175 faiz olmuş və ya 1267,5
min ton azalmışdı. Bununla bərabər, fiziki şəxslər tərəfindən respublikaya
gətirilən 218127,7 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil order-
ləri (GMO) ilə rəsmiləşdirilmişdi. 2005-ci ilə nisbətən GMO ilə rəsmi-
ləşdirilən yüklərin dəyəri 163,81 faiz təşkil etmiş və ya 84966,2 min ABŞ