Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
210
əlaqədar 44 fakt aşkar edilmiş, 13 kq. 322,56 qram narkotik maddə
tutulmuşdu. Gömrük qaydaları əleyhinə 5145 inzibati xəta faktları üzrə 877
hüquqi şəxs (o cümlədən, 234 xarici hüquqi şəxs) və 4268 fiziki şəxs (o
cümlədən 673 xarici fiziki şəxs) məsuliyyətə cəlb edilmişdi. Bu faktlar üzrə
569747 manat cərimə tətbiq edilmiş və 467711 manat dəyərində mallar
müsadirə edilmişdi. Təkcə 2006-cı ildə cinayət və inzibati xəta faktları üzrə
169,6 kq. qara kürü, 33,7 kq. qırmızı kürü, 3427 litr neft məhsulları, 16,5 kq
Ermənistan istehsalı olan zərərli qəhvə, 13477 ədəd qadağan edilmiş dini
kitab, 314890 ədəd pirotexnika, 265 ədəd bıçaq, 82 ədəd elektroşok, 12 ədəd
əl qandalı, 1 ədəd ov tüfəngi, 2 ədəd qaz tapançası, 1185 ədəd müxtəlif
patronlar, 50 ədəd optik nişangah və digər əşyalar tutulmuşdu. Qanunsuz
keçirilməsinə cəhd edilən 9 mln. 431 min ədəd xaricdə istehsal edilmiş
siqaret, 42 litr spirt, 1825 ədəd spirtli içki aşkar edilmişdi [92, 2006, №12
(33), 63-67].
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hüquq-
mühafizə fəaliyyətinin əsas vəzifələrindən biri narkotik vasitələrin gömrük
sərhədindən qanunsuz keçirilməsi, ölkə ərazisindən “ötürücü məntəqə” kimi
istifadə edilməsinin qarşısını almaqdır. Azərbaycan Respublikası Prezi-
dentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı Fərmanı ilə təsdiq edilmiş
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram
(2007-2012-ci illər)”da irəli sürülən vəzifələrin yerinə yetirilməsi məqsədi
ilə gömrük orqanlarının maddi-texniki bazası və əməliyyat-axtarış fəaliy-
yətinin gücləndirilmiş, gömrük nəzarətinin beynəlxalq təcrübədə özünü
doğrultmuş səmərəli metodların və riskin idarə olunması sisteminin tətbiqi
istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdi. Gömrük
orqanları müasir tələblərə cavab verən bina və qurğularla, texniki nəzarət
vasitələri və monitorlarla, narkotestlər, endoskoplar, narkodetektorlar, nəq-
liyyat və rabitə vasitələri ilə, kompüterlər, habelə digər avadanlıqlarla təchiz
edilmişdi. Gömrük buraxılış məntəqələrinə iri qabaritli yüklərə baxış
keçirmək imkanı verən 4 ədəd mobil skaner alınmışdı.
Gömrük Komitəsinin, Avropa Birliyi və BMT İnkişaf Proqramının
Azərbaycan nümayəndəliyinin birgə həyata keçirdiyi “Azərbaycan Res-
publikası DGK-nın potensialının gücləndirilməsi və məlumatların ötürül-
məsi şəbəkəsinin yaradılması”, “Cənubi Qafqazda Narkotiklərə Nəzarət”
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
211
(SCAD) və digər layihələr üzrə kompüterlər dəsti, avadanlıqlar, avto-
mobillər, rabitə vasitələri və s. alınaraq bütün gömrük orqanlarının nark-
otiklərlə mübarizə üzrə operativ bölmələrinə paylanmış, gömrük orqan-
larında hüquqpozmaların uçotu və nəzarəti sistemi yaradılmış, həmçinin
tanınmış yerli və xarici mütəxəssislərin iştirak etdiyi treninqlər və semi-
narlar narkotiklərlə mübarizənin müxtəlif məsələlərinə həsr olunurdu.
Narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə tədbirlərinin
daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə digər
dövlətlərin, xüsusilə də həmsərhəd dövlətlər olan Rusiya və Türkiyənin
gömrük xidmətləri ilə qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi
aparılırdı. DGK əməkdaşları narkotik vasitələrin dövriyyəsi ilə bağlı
normativ hüquqi bazanın hazırlanması və təkmilləşdirilməsi işində,
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının formalaşdırdığı
məhvetmə komissiyasının tərkibində respublika üzrə müsadirə edilmiş
narkotik vasitələrin məhv edilməsi tədbirlərinin təşkilində, habelə Dövlət
Komissiyasının İşçi qrupu ilə birlikdə yeniyetmə gənclərin və ictimaiyyətin
geniş kütlələrinin narkomaniya və onun fəsadları barədə maarifləndirilməsi
ilə bağlı “Gənclər narkotiklərə yox deyir” mövzusunda keçirilən elmi-
praktik konfranslarda, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat -
GUAM-ın narkotiklərin yayılması, terrorizm, mütəşəkkil cinayətkarlıq və
digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə keçirilən tədbirlərində fəal
iştirak edirdi. Azərbaycan Respublikası gömrük orqanları tərəfindən aşkar
edilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları haqqında aylıq
məlumatların müntəzəm olaraq respublika üzrə ümumiləşdirilməsi və
xidməti istifadə məqsədi ilə Azərbaycan Respublikası Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət
Komissiyasının İşçi Qrupuna verilməsi təmin edilmişdi. Antinarkotik
təbliğatın əsas mübarizə üsullarından biri olması nəzərə alınmaqla
Komitənin “Gömrük xəbərləri” qəzeti və “Gömrükçü” jurnalında, xüsusi
televiziya verilişlərində, internet səhifəsində maarifləndirmə xarakterli
materiallar dərc olunurdu.
Dövlət Gömrük Komitəsi ümumbəşəri bəla olan narkotiklərin
qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacib-
liyini nəzərə alır. Əlbir fəaliyyət göstərilməsi üçün DGT, İnterpol, Avropa
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
212
Birliyi, MDB, İƏT, GUAM, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsi, Cənubi Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatı (SECİ)
kimi mövcud beynəlxalq təşkilatlar, qurum və birliklərlə sıx əməkdaşlıq
edilir. Bu istiqamətdə Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan,
Gürcüstan, Avstriya, ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya,
Fransa, Litva, Livan, Moldova, Niderland, Özbəkistan, Pakistan, Qırğızıs-
tan, Ukrayna, Yunanıstan, İtaliya, Çin, Polşa və digər dövlətlərin gömrük
xidmətləri ilə ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər, memorandumlar,
habelə işçi protokollar imzalanmış və birgə tədbirlər həyata keçirilir.
Komitənin əməkdaşları BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik
Vasitələr Üzrə Komitəsinin sessiyalarında, Asiya və Sakit Okean Regionu
(HONLEA) ölkələrinin narkotiklərə qarşı mübarizə üzrə Milli hüquq-
mühafizə agentliklərinin yığıncaqlarında, narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə yaradılmış
Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzinin
(MARİƏM) keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Dövlət Gömrük
Komitəsinin əməkdaşları iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə
Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların
nəzarətdən kənar ərazilərində narkotiklərin becərilməsi, istehsalı və digər
ölkələrə ixrac edilməsi barədə məlumatları iştirakçıların diqqətinə çatdırır.
MARİƏM tərəfindən göndərilmiş məlumat və icmallar gündəlik fəaliyyətdə
istifadə üçün gömrük orqanlarına göndərilir.
Dünya Gömrük Təşkilatı tərəfindən 2008-ci il narkotik vasitələrə və
psixotrop maddələrə qarşı mübarizə ili elan edildi. Bu təşəbbüsə qoşulan
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən görülmüş tədbirlər
nəticəsində il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar
64 fakt üzrə 356 kq 338 qram narkotik, o cümlədən 68 kq 255 qram heroin,
62 kq 732 qram tiryək, 221 kq 406 qram həşiş, 3 kq 945 qram marixuana,
4202 ədəd psixotrop maddə (ampul, kapsul və həb şəklində) və 242 qram
Metamfetamin maddəsi tutulmuşdu. Azərbaycan gömrük orqanlarının
göstərdiyi səylər diqqətdən kənarda qalmamış, Dünya Gömrük Təşkilatının
Baş Katibi K.Mikuria tərəfindən narkotiklərə qarşı mübarizədə fərqlənən 10
nəfər Azərbaycan gömrükçüsü müvafiq sertifikatlarla təltif olunmuşdu.
2009-cu il dekabrın 15-də Xaçmaz Gömrük İdarəsinin “Samur”
gömrük postunda Rusiya Federasiyası və Azərbaycan Respublikası
Dostları ilə paylaş: |