Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
207
mətində qarşılıqlı hüquqi və inzibati yardım göstərilməsi kimi prinsiplər
əsas götürüldü.
SCAD proqramı digər hüquq-mühafizə orqanları ilə bərabər, gömrük
xidməti ilə sıx əməkdaşlıq edirdi. Bu istiqamətdə Bakı dəniz limanında və
Heydər Əliyev adına Beynəlxalq Hava limanında hüquq-mühafizə orqan-
larının fəaliyyətini əlaqələndirən xüsusi bölmələr yaradıldı. Gömrük
məntəqələri zəruri texniki, metodoloji və treninq yardımları almışdı. SCAD
proqramının 2005-ci ildən başlayan 4-cü layihəsinə hüquqi yardım, hava və
dəniz limanlarında, sərhəd ərazilərində narkotiklərə nəzarət, axtarış sistemi,
narkotiklərdən istifadənin monitorinq sistemi, orta və ali məktəblərdə ma-
arifləndirmə səviyyəsinin yüksəldilməsi kimi mini layihələr daxil edilmişdi.
4-cü mərhələ uğurla həyata keçirildi və 2006-cı ildə tam başa çatdırıldı.
Azərbaycan dövləti narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizəni ümumdövlət vəzifəsi hesab edir və beynəlxalq təşkilatların bu
sahədə bütün səylərini dəstəkləyir. Lakin Azərbaycan torpaqlarının bir
hissəsinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunması və bu
ərazidə işğalçı rejimin mövcudluğu transmilli mütəşəkkil cinayətkarlığa, o
cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, silah
alverinə rəvac verir, beynəlxalq terrorçuluq üçün münbit zəmin yaratmaqla
hər bir dövlətin təhlükəsizliyini təhdid edir. Ermənistan DGT-nin
beynəlxalq tədbirlərində çox passiv iºtirak edən tərəf olmaqla bu təºkilatın
heç bir rəhbər orqanına üzv seçilməmişdir. Bu faktlar üzdəniraq qonşu-
muzun təcavüzkar və terrorçu dövlət olduğunu bir daha sübut edir.
Gömrük axtarış-əməliyyat məlumatları və aşkar olunmuş faktların
təhlili qaçaqmalçıların ən çox İran - Azərbaycan - Rusiya marşrutundan
istifadəyə cəhd göstərdiklərini təsdiq edir.
2005-ci ilin noyabr ayında Sankt-Peterburqda keçirilən beynəlxalq
elmi-praktik konfransda MDB Parlamentlərarası Assambleyasının mənzil
qərargahında “MDB ərazisində narkotəcavüzə qarşı fəaliyyətin qanun-
vericilik təminatı: harmonikləşdirmə məsələləri”, “MDB iştirakçı dövlət-
lərinin xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə antinarkotik və
antiterror tədbirlərində qarşılıqlı fəaliyyəti” və “Əfqanıstandan Avropaya
narkotrafik təhlükəsi” mövzuları ətrafında geniş müzakirələr aparılmış,
gömrük orqanlarının bu sahədə birgə əməkdaşlığının genişləndirilməsi
qərara alınmışdı.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
208
Narkotik vasitələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı
informasiyanın toplanması və təhlilinin aparılması, bu sahədə strategiya və
taktikanın müəyyənləşdirilməsi, elmi-tədqiqat və informasiya-analitik
fəaliyyətin gücləndirilməsi gömrük işində mühüm istiqamətlərdən birini
təşkil edirdi. 1994-2004-cü illərdə gömrükçülər tərəfindən saxlanılan 244
nəfərin daşıdıqları narkotik maddələrin strukturu və miqdarının dinamikası,
həmçinin daşıyıcıların milli və cinsi tərkibinin təhlili aparılmış və aşkar
edilmişdi ki, bu faktla əlaqədar saxlanılanların 122 nəfəri (50 faizi)
Azərbaycan Respublikası, 94 nəfəri (38 faizi) İran, 9 nəfəri Rusiya Federa-
siyası, 5 nəfəri Gürcüstan, qalanları İngiltərə, Mərakeş və Özbəkistan
vətəndaşları idi. Qeyd edilən cinayət faktlarına görə gömrük məntəqələrində
saxlanılanlardan 11 nəfərini (0,5 faiz) qadın qaçaqmalçılar idi [70, 2004,
№2, 71-72].
Narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünyanı ciddi narahat
edən ümumbəşəri problemlərdən biri olmaqla dövlətin və cəmiyyətin
mənafelərinə, mənəvi-əxlaqi dəyərlərə böyük zərbə vurur, sosial-iqtisadi
inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına təhlükə
yaradır, cinayətkarlığın artmasına və digər təhlükəli təzahürlərə səbəb olur.
Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, narkotiklərin “isteh-
salçısı” olan Asiya və “istehlakçısı” olan Avropa ölkələri arasında yerləş-
məsi, geniş quru, dəniz, hava və dəmir yolları şəbəkəsinə malik olması,
Azərbaycanın dünyanın hər il orta hesabla 140-a yaxın ölkəsi ilə ticarət
əlaqələrinin ilbəil genişlənməsi və respublikada uğurla həyata keçirilən
çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində bu yollarla daşınan
yüklərin həcminin, nəqliyyat vasitələrinin və sərnişinlərin sayının ildən-ilə
çoxalması narkoqaçaqmalçıları da özünə cəlb edir və onlar bu nəqliyyat
infrastrukturundan öz çirkin məqsədləri üçün bəhrələnməyə və ölkə
ərazisindən narkotiklərin daşınmasında “ötürücü məntəqə” kimi istifadə
etməyə cəhd göstərirlər [143].
Məhz bu amili nəzərə alan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfrans
(Bakı, 21 yanvar, 2004-cü il) iştirakçılarına ünvanlanan məktubunda yazırdı:
“Coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyə-
sindən, mədəni və tarixi ənənələrindən asılı olmayaraq, elə bir ölkə yoxdur
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
209
ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz
dövriyyəsi ilə qarşılaşmasın. Məlumdur ki, narkomaniya və narkobiznes
insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-
iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına
təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir” [6, 2004,
22 yanvar].
Bütün dünyada, eləcə də Azərbaycanda narkotik şəraitə təsir edən əsas
amillərdən biri də Əfqanıstan ərazisindəki gizli plantasiyalardır. BMT-nin
Narkotiklər və Cinayətkarlıq İdarəsinin proqnozuna görə 2009-cu ildə bu
ölkədə xaş-xaş əkininin miqyasının 22 faiz, qanunsuz narkotik istehsalının
həcminin 10 faiz azaldığı barədə məlumatlara baxmayaraq 2009-cu ildə
dünya üzrə tiryəkin 90 faizdən çoxunu istehsal etmiş Əfqanıstanda narkotik
istehsalı 6900 ton təşkil etməklə ağır nəticələrə səbəb olmuş, digər ölkələrə
də geniş yayılmasına zəmin yaratmışdır. Həmin İdarənin məlumatına görə,
əvvəlki illərdə qanunsuz istehsal edilmiş tiryək ehtiyatlarının həcmi 10 min
ton olmuşdu ki, bu 2 il ərzində bütün dünyada heroindən asılı olan narko-
manların tələbatını ödəməyə kifayət edərdi. Qaçaqmalçıları şirnikləndirib bu
işə sürükləyən əsas səbəb şübhəsiz ki, kriminal biznesin ən gəlirli
növlərindən biri olan narkobiznesdən əldə edilən fantastik gəlirlərdir.
Ekspert rəylərinə görə, Əfqanıstanda 1 kiloqramı 2500 ABŞ dollarına
əldə edilən heroin Avropa qara bazarında 200 min ABŞ dollarına
reallaşdırılır. Bu gəlirlər isə sonradan terrorçuluğun maliyyələşdirilməsi,
çirkli pulların yuyulması və digər cinayətkar fəaliyyət növləri üçün
hərəkətverici qüvvəyə çevrilir. Narkotiklərin ölkə ərazisindən tranziti
onların bir hissəsinin ölkədə “çöküb” qalmasına, narkotik istifadəçilərinin
sayının çoxalmasına, narkomanlıqla bağlı cinayətlərin, xəstəliklərin və digər
sosial bəlaların artmasına səbəb olur. Qeyd olunanlar narkotik vasitələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümummilli-bəşəri vacibliyini və
əhəmiyyətini aydın göstərir.
2007-ci ildən isə SCAD proqramının yeni, 5-ci mərhələsi üzrə nəzərdə
tutulmuş layihələrin icrasına başlanıldı. Gömrük orqanlarının həyata
keçirdiyi tədbirlər nəticəsində 2006-cı ildə 5326 hüquqpozma faktı aşkar
edilmişdi, Bu faktlardan 181-i cinayət xarakterli faktlar olmuş, 185 nəfər,
(123 nəfər Azərbaycan Respublikası, 62 nəfər xarici ölkə vətəndaşı) şübhəli
şəxs qismində saxlanılmışdı. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
Dostları ilə paylaş: |