Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə70/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   66   67   68   69   70   71   72   73   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

195



yaranmışdır. Qeyri-neft məhsullarının ixracı 1673,6 milyon dollar dəyərində 

olmuş  və 2011-ci ilin səviyyəsini 8,4 faiz üstələmişdir. Xarici ticarət 

əməliyyatlarının çox hissəsi (64,7 faizi) İtaliya, Rusiya, Amerika Birləşmiş 

Ştatları, Türkiyə, Fransa, Hindistan, İndoneziya, Almaniya və  İsrail 

dövlətləri ilə aparılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komi-

təsindən verilən məlumata əsasən, 2013-cü ildə Azərbaycan Respublikasının 

xarici ticarət dövriyyəsinin həcmi 34687,92 mln., o cümlədən idxalın həcmi 

10712,50 mln. ABŞ dolları, ixracın həcmi isə 23975,42 mln. ABŞ dolları 

təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 149 ölkə ilə 

ticarət sahəsində qarşılıqlı əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 

13262,92 mln. ABŞ dolları olmuşdur [151]. 

Xarici ticarətin liberallaşdırılması, idxal-ixrac əməliyyatlarına tam 

sərbəstlik verilməsi ölkə iqtisadiyyatında müsbət dəyişikliklərin  əsasını 

qoydu. Bu strateji xətt xarici ticarətin dövlət tənzimlənməsinin mühüm 

vasitəsi olan gömrük tariflərinin formalaşması  və  tətbiqində mühüm rol 

oynadı. 


2014-cü ilin yekunlarına  əsasən, xarici iqtisadi fəaliyyət iştirak-

çılarının ümumi sayı 6372, o cümlədən fiziki şəxslər üzrə 2645, hüquqi 

şəxslər üzrə 3727-ə çatdı. Ölkəmiz 150 ölkə ilə iqtisadi əlaqələr aparırdı. Bir 

il  ərzində neft və neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixrac 

göstəriciləri gömrük bəyannamələrinə  əsasən aşağıdakı  həcmdə olmuşdur: 

xam neft - 23611888.95 ton (dəyəri – 18404936.62 min ABŞ dolları), neft 

məhsulları – 2105061.51 ton (dəyəri 1365020.84 ABŞ dolları), təbii qaz – 

1825686.76 min m

(dəyəri 304684.00 min ABŞ dolları), elektrik enerjisi – 



588316.58 min Kvt/s (dəyəri 31261.38 min ABŞ dolları). Ticarət  əməliy-

yatlarının həcmi 2013-cü il səviyyəsini 10,58 faiz ötərək 31016305.75 min 

ABŞ dolları oldu. İdxal əməliyyatları üzrə göstəricilər 2013-cü ilə nisbətən 

14,22 faiz azalaraq 9187696.87 min ABŞ dollar, ixrac əməliyyatları üzrə 

8,95 faiz azalaraq 21 828 608.88 min ABŞ dolları oldu. İdxal  əməliy-

yatlarında Aİ ölkələri 33 faiz (3103587.67 ABŞ dolları), MDB ölkələri 23 

faiz (2083187.82 min ABŞ dolları) və digər ölkələr qrupu tuturdu - 44 faiz 

(4000921.38 min ABŞ dolları) [152]. 

Azərbaycan Respublikasının xarici ticarət balansını optimal səviyyəyə 

qaldırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə müvafiq 

olar: 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

196



– istehsal təyinatlı məhsulların, yeni texnologiyaların idxalı artırılmalı, 

ixrac yönümlü sahələr üçün dövlətin stimullaşdırma tədbirləri daha da 

intensivləşdirilməlidir; 

– idxal-ixrac əməliyyatlarında barter hesablaşmalarının xüsusi çəkisi 

azaldılmalı, valyuta ilə aparılan əməliyyatlara üstünlük verilməlidir; 

– gömrük yük bəyannamələri tədiyyə balansının tərtibi  şəffaf olmalı 

və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır; 

– dövlətin yeritdiyi iqtisadi siyasətlə gömrük siyasəti vahid sistem 

şəklində uzlaşdırılmalıdır. 

Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafı, beynəlxalq 

əmək bölgüsündə intensiv iştirakı iqtisadi əlaqələr yaratdığı ölkələrlə 

gömrük münasibətlərinin daha da təkmilləşdirilməsini tələb edir. Dövlətimiz 

xarici iqtisadi əlaqələrin idarə edilməsində mükəmməl sistem yaratmağa, 

gömrük işinin beynəlxalq standartlarla uzlaşmasına çalışır. Çünki dünya 

iqtisadiyyatının böhranlı şəraitində xarici ticarətin inkişafı səmərəli iqtisadi 

fəaliyyətin başlıca  şərti olmaqla yanaşı, həm də mühüm meyarıdır. Qeyd 

edilməlidir ki, müasir qloballaşma şəraitində xarici iqtisadi əlaqələrin yük-

sək səviyyədə liberallaşdırılmasına birmənalı qiymət vermək olmaz. 

Fikrimizcə, idxal-ixrac əməliyyatların tənzimlənməsi ilk növbədə iqtisadi 

təhlükəsizliyin təmin edilməsinə və yerli mal istehsalçıları və istehlakçıların 

mənafeyinin qorunmasına yönəldilməlidir. Gömrük tənzimləmələri siste-

mindən istifadə etməklə ixrac mallarına gömrük tarif və rüsumları, qeyri-

tarif məhdudiyyətləri tətbiq edilməli, malların texniki tələblərə, standartlara 

uyğunluq göstəriciləri yoxlanılmalıdır. Bütün hallarda, xüsusilə  ərzaq 

məhsulları istehsalının bəzi sahələrində düşünülmüş proteksionist siyasətin 

mühüm  əhəmiyyəti vardır. Xarici dövlətlərlə iqtisadi əlaqələrimizi geniş-

ləndirməkdə  əsas vəzifələrindən biri də iqtisadi böhrandan çıxmaq üçün 

marağı olan partnyorlarla qarşılıqlı surətdə faydalı iş birliyinin yaradılması 

olmalıdır. Fəal və səmərəli xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün 

ölkəmizin kifayət qədər təbii-iqtisadi resurslara və hüquqi-normativ bazaya 

malikdir.  

Beləliklə, yeni – XXI yüzilliyin başlanğıcında Azərbaycan Respub-

likasının davamlı iqtisadi inkişafı  və daha da geniş xarakter alan xarici 

ticarət  əlaqələri ölkədə sabit makroiqtisadi vəziyyəti təmin etməyə, xarici 

kapital və investisiya üçün əlverişli mühiti qoruyub saxlamağa, qeyri-neft 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

197



sektorunu inkişaf etdirməyə, milli valyutanın kursunu sabit saxlamağa və 

inflyasiyanı idarə etməyə, xarici borcların səviyyəsini nəzarətdə azaltmağa 

və neft gəlirlərindən asılılığı aradan qaldırmağa əlverişli imkanlar yaradır.  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə