Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə69/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   65   66   67   68   69   70   71   72   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

193



2010-cu il noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti 

İlham  Əliyev Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin 

təməl qoyma mərasimi və kompleksin layihəsinin təqdimatında iştirak etdi. 

Prezident  İlham  Əliyev həmin mərasimdə demişdir: “Limanın bu ərazidə 



yaradılmasının  əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik 

məsələlərini uğurla həll etmək, Bakını  Xəzər hövzəsində çox müasir və 

böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı 

əməkdaşlığı  dərinləşdirmək və  nəticədə  Şimal-Cənub və  Şərq-Qərb nəqliy-

yat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaq idi... Ən başlıcası 

bu layihə Azərbaycanın nəqliyyat imkanlarını böyük dərəcədə artıracaq, 

regional nəqliyyat mərkəzi kimi rolumuzu daha da gücləndirəcək, Avropanı 

Asiya ilə etibarlı və keyfiyyətli dəmir yolu ilə birləşdirəcəkdir. Yəni, bütün 

bu amillər bizə diktə edirdi ki, mütləq Azərbaycanda yeni, müasir dəniz 

ticarət limanı tikilməlidir”. 2014-cü ildə istifadəyə veriləcək Dəniz Ticarət 

Limanının fəaliyyətə başlaması nəticəsində 3 min nəfər işlə təmin olunması 

nəzərdə tutulub. 

Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 



təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ba-

rədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 

499 nömrəli Fərmanının 1.3.17-ci yarımbəndinin icrasını təmin etmək məq-

sədi ilə verilən “Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçi-

rilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 

təsdiq edilməsi haqqında 2012-ci il 30 dekabr tarixli 331 nömrəli Qərarı 

gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallar 

üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsini nəzərdə 

tuturdu. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən 

malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri müvafiq sənədlərdə olan 

məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə aparılan uçot məlumatları 

əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 



“Gömrük sərhədindən boru kəməri vasitəsi ilə keçirilən mallar üzərində 

gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi 

haqqında 2012-ci il 30 dekabr tarixli 332 nömrəli Qərarına  əsasən 

Azərbaycan Respublikasının gömrük sərhədindən boru kəməri vasitəsi ilə 

aparılan və ya bu əraziyə  gətirilən mallar gömrük bəyannaməsi təqdim 

edildikdən və gömrük nəzarəti qaydalarına uyğun olduqdan sonra gömrük 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

194



sərhədindən keçirilməsinə icazə verilir. Gömrük sərhədindən boru kəməri 

vasitəsi ilə keçirilən malların miqdarı, keyfiyyəti və digər xüsusiyyətləri 

müvafiq sənədlərdə olan məlumatlar və ölçü cihazlarının göstəriciləri üzrə 

aparılan qeydlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. 

Xarici iqtisadi fəaliyyətdə mövcud vəziyyət gömrük statistikası 

məlumatları ilə  aşkarlanır. Bu mənada, Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 2012-ci il 2 may tarixli 92 nömrəli qərarı ilə  təsdiq edilən 

“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın təsdiq 

edilməsi haqqında Qərarı mühüm elmi-metodiki və praktik əhəmiyyəti 

vardır. Bu Qaydalar xarici ticarətin gömrük statistikasının nəşr olunması 

qaydasını müəyyən edir və digər ölkələrlə ticarət-iqtisadi münasibətlərinin 

vəziyyətini xarakterizə etməklə, aşağıdakı  məsələlərin həyata keçirilməsi 

məqsədini daşıyır: xarici ticarət axınının əsas tendensiyasının, strukturunun 

və dinamikasının təhlili; xarici iqtisadi fəaliyyətin tənzimlənməsində tarif və 

qeyri-tarif tədbirlərinin tətbiq edilməsinin nəticələrinin təhlili; xarici ticarət 

siyasəti və xarici ticarətin dövlət tənzimləməsi sahəsində  qərarların qəbul 

olunması üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası 

Milli Məclisinin, Azərbaycan Respublikası  İqtisadi  İnkişaf Nazirliyinin, 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası 

Vergilər Nazirliyinin, Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin, 

Azərbaycan Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Res-

publikası  Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası  Mərkəzi Ban-

kının və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin XTGS ilə 

təmin edilməsi; gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına 

nəzarətin həyata keçirilməsi; makroiqtisadi göstəricilərin proqnozlaşdırıl-

ması; miqdar, dəyər və orta qiymət indekslərinin hesablanması; xarici iqti-

sadi-ticarət fəaliyyətin inkişafına və genişləndirilməsinə yardım edilməsi; 

dövlətin həyata keçirdiyi xarici iqtisadi siyasət tədbirlərindən irəli gələn 

digər məsələlər. 

2012-ci ildə Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər 

dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət  əməliyyatları aparmışlar. 

Xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43813,2 milyon ABŞ 

dollar təşkil etmiş, onun 9652,9 milyon dollar idxalın, 34160,3 milyon 

dollar ixracın payına düşmüş, 24507,4 milyon dollarlıq müsbət saldo 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə