Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
216
dövriyyəsinə qarşı mübarizə” mövzusunda dünyanın 42 ölkəsindən yüksək
səviyyəli agentliklərin rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçi-
rildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də
konfransın işində iştirak edən Dünya Gömrük Təşkilatının baş katibi Kunio
Mikuriyanı və BMT-nin Vyana ofisinin rəhbəri, BMT-nin Narkotik və
Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul etdi.
Görüşdə dövlətimizin başçısı Bakıda beynəlxalq konfransda dünyanın
müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakını konfransa olan
marağın göstəricisi kimi qiymətləndirdi [7, 2011, 18 oktyabr].
2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87
fakt aşkar olunmuş, 136 kq 876 qram narkotik, o cümlədən 107 kq 513 qram
həşiş, 3 kq 869 qram heroin, 10 kq 540 qram tiryək, 0,216 qram kokain,
102,17 qram marixuana, 9,42 qram metadon, 12 kq 613 qram metamfetamin
və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılmışdı. Bu faktlar üzrə
şübhəli bilinən 110 nəfər (103 kişi, 7 qadın) barəsində müvafiq tədbirlər
görülmüş, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 qrup
zərərsizləşdirildi. 2012-ci il ərzində gömrük-sərhəd keçid məntəqələrində
xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş
xidməti axtarış itlərinin tətbiqi nəticəsində 11 fakt üzrə 3 kq 537 qram
narkotik, o cümlədən 71,13 qram həşiş, 2 kq 364 qram tiryək, 1 kq 86 qram
heroin, 2,382 qram metamfetamin, 14 qram marixuana və 110 qutu müxtəlif
dərman vasitələri aşkar olunmuşdu. Həmin ilin 11-14 sentyabrında Bakı
şəhərində MDB üzv ölkələrinin gömrük xidmətlərinin kinoloji struk-
turlarının çoxnövçülük üzrə keçirilən sayca 2-ci çempionatda DGK-nın
Kinoloji Mərkəzinin instruktor-kinoloqları 724 bal toplayaraq birinci yerə
layiq görülmüşdü. 2013-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
əlaqədar 133 fakt aşkar edilmiş, bütövlükdə 135 kq 376,674 qram narkotik
vasitə və psixotrop maddələr, o cümlədən 33 kq 185 qram həşiş, 18 kq
233,834 qram tiryək, 37 kq 717,571 qramheroin, 198,5 67 qram kokain, 35
kq 628,38 qram marixuana, 10 kq 159,986 qram metamfetamin, 217,723
qram metadon və s. dövriyyədən çıxarılmışdı [153].
Milli gömrük xidmətinin fəaliyyətində xüsusi diqqət və peşəkarlıq
tələb edən məsələlərdən biri də narkotiklərin qaçaqmalçılığında istifadə
olunan xüsusi gizlətmə üsullarının aşkar edilməsidir. Gömrük işi təc-
rübəsində narkotik maddələrin qaçaqmalçılar tərəfindən istifadə edilən
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
217
gizlətmə üsullarının olduqca rəngarəng və çoxsaylı olması müəyyən
edilmişdir. Narkotik maddələrin qanunsuz keçirilməsi məqsədi ilə avtomo-
billərin hava balonlarından, yanacaq çənlərindən, ehtiyat təkərlərində, yük
yerlərindəki boşluqlardan, maqnitofonlarda xüsusi düzəldilmiş gizli
yerlərdən, bədən daxili qarın və bağırsaq boşluqlarından, meyvələrin,
yuyucu toz, alt paltarı, ayaqqabı dabanı, siqaret və kibrit qutularının
içərisində gizlətmədən, ikiqat içlikli çamadanlardan, qaz balonlarından,
tozsoran və musiqi mərkəzlərindəki boşluqlardan, şampun və digər məişət
qablarından, poçt göndərişlərindən, vaqonların tavan və havalandırma
boşluqlarından, habelə digər gizlətmə üsullarından geniş istifadə edilir.
Azərbaycanın gömrük xidmətinin narkotik vasitələrin qlobal təhlükə
xarakter daşıyan qanunsuz dövriyyəsinə qarşı topladığı təcrübə bir daha
təsdiq edir ki, bu sahədə daha səmərəli işlərin görülməsi bütün ölkələrin
müvafiq qurumlarının və beynəlxalq təşkilatların səylərinin birləşdirilməsini
tələb edir. Fikrimizcə, aşağıdakı tədbirlərin həyata keçirilməsi narkotiklərə
qarşı mübarizə işini daha da gücləndirə bilər:
– gömrük postlarının beynəlxalq standartlara uyğun qurulması,
gömrükxanaların fəaliyyət zonalarında müvafiq laboratoriyaların yaradıl-
ması;
– narkotiklərin gömrük orqanları tərəfindən əməliyyat-axtarış tədbir-
lərini tənzimləyən normativ-hüquqi aktların və qaydaların qəbulu və tətbiq
edilməsi;
– inkişaf etmiş ölkələrin gömrük orqanları ilə təcrübə mübadiləsinin,
əməkdaşların ixtisasartırma kurslarında təlim keçməsinin təmin edilməsi;
– bu sahədə metodik və əyani dərs vəsaitlərinin hazırlanması, DGT-
nin tədris modulları sistemindən geniş istifadə olunması;
– kinoloji xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması,
narkotiklərin axtarışı üzrə itlərin hazırlanması işinin təkmilləşdirilməsi və s.
– qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizənin
informasiya təminatının təkmilləşdirilməsi və on-line rejimində işləyən
vahid korporativ şəbəkəyə qoşulan gömrük məntəqələrinin sayının artırıl-
ması.
Azərbaycan Respublikasının gömrük orqanlarının hüquq-mühafizə
fəaliyyəti əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan metodların tətbiqi,
əməliyyat-axtarış və qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi,
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
218
habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi
yolu ilə iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, qaçaqmalçılıq kanal-
larının aşkar və ləğv olunmasına, hüquqpozma törətmiş şəxslərin müvafiq
məsuliyyətə cəlb edilməsinə yönəldilir. 2012-ci il ərzində 14606 hüquq-
pozma faktı aşkar edilmişdi. 272 halda saxlanılan qaçaqmalçılıq əşyalarının
və digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 085 manatdan çox
təşkil etmişdi. Bu əməllərin törədilməsində şübhəli bilinən 312 nəfər (237
nəfər Azərbaycan, 75 nəfər xarici vətəndaş) barəsində müvafiq tədbirlər
görülmüşdü.
Təkcə 2012-ci ildə qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı
mübarizə istiqamətində 14334 gömrük qaydaları əleyhinə inzibati xəta
faktları üzrə 373 hüquqi şəxs (o cümlədən 165 xarici hüquqi şəxs) və 13945
fiziki şəxs (o cümlədən 8827 xarici) inzibati məsuliyyətə cəlb edilmiş,
göstərilən şəxslərə qarşı 1 milyon 172 min 525 manat cərimə tətbiq olun-
maqla, dəyəri 182 min 352 manat olan mallar müsadirə edilmişdi. Valyuta
qanunvericiliyini pozan şəxslərdən 337972 ABŞ dolları, 12738 avro,
18516100 rus rublu, 4 kq 651 qram qızıl, 1391745 manat dəyərində 38 ədəd
qızıl əşya, 10 kq 218 qram gümüş, 63565 manat dəyərində 3716 ədəd
gümüş əşya, 334 karat qiymətli daşlar tutulmuşdu. Alkoqollu içkilərin, etil
(yeyinti) spirtinin və tütün məmulatının idxalı zamanı vergidən yayınma və
aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısını almaq
üçün müvafiq tədbirlər həyata keçirilmiş, aksiz markasız və ya digər
qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 818728 ədəd xaricdə
istehsal olunan siqaret, 1240 litr və 26646 ədəd spirtli içki saxlanılmışdı.
Gömrükdən qanunsuz keçirilməsinə cəhd edilən 13 min 322 ədəd mobil
telefon götürülmüşdür. Bundan əlavə, gömrük orqanları tərəfindən hüquq-
pozma predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd ov
silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və külli miqdarda digər mallar
tutulmuşdu [161].
Gömrük statistikasına görə, 2013-cü ildə valyuta qanunvericiliyinin
tələblərini pozan şəxslərdən 343380 ABŞ dolları, 59035 avro dəyərində 9 kq
115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl əşya, 77 kq gümüş,
22920 manat dəyərində 2191 ədəd gümüş əşya, 14238 manat dəyərində 86
karat qiymətli daşlar, həmçinin 675 min ədəd pirotexnika məhsulları, 9 ədəd
elektroşok cihazı, 3 ədəd ov silahı, ov silahları üçün 85978 ədəd sursat və
Dostları ilə paylaş: |