Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
204
Komissiyasının işçi qrupu ilə birgə konkret tədbirlər görülmüş, Komitə
əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdi. Gömrük
orqanları tərəfindən aşkar edilmiş 2645 gömrük qaydaları əleyhinə inzibati
xəta faktları törətmiş şəxslərə 230 milyondan artıq cərimə tətbiq edilməklə
100 milyon manat dəyərində qaçaq mallar müsadirə edilmişdi. Nəqliyyat
vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən “Avto-
mobil-1”, “Avtomobil-3” əməliyyatlarında Tovuz, Gəncə, və Xaçmaz
gömrükxanalarının fəaliyyət zonasında gömrük rəsmiləşdirilməsindən gizlə-
dilmiş 211 avtomaşın aşkar olunmuşdu. Bakı Baş Gömrük İdarəsi, Sumqayıt
və Tovuz gömrükxanaları üzrə daimi yaşayış yerinə gələnlərin adına
rəsmiləşdirilən 300-dən çox avtonəqliyyat vasitəsilə əlaqədar araşdırma
aparılmış, həmin fakt üzrə 210 min ABŞ dollarından çox gömrük
ödənişlərinin ödənilməsi təmin edilmişdi [69, 2002, 18 aprel].
Statistik məlumatlar göstərir ki, narkotiklər adətən kiçik həcmlərdə
nəql edilsə də, onun aşkar edilməsi gömrük nəzarətinə çətinlik yarada
bilmir. Məsələn, 1996-1999-cu illərdə gömrük orqanları tərəfindən narkotik
vasitələr 110 halda Azərbaycan Respublikasına daşınarkən, 64 halda isə
ölkədən daşınarkən tutulub saxlanılmışdı. 42 nəfər Azərbaycan vətəndaşı,
105 nəfər isə xarici ölkə vətəndaşları hüquqi məsuliyyətə cəlb edilmişdi.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməliyyat məlumatında gös-
tərilirdi ki, 2003-cü ilin dekabr ayında 6622 saylı Bakı-London aviareysinin
sərnişini, İngiltərə vətəndaşı Vord Endryu Cona gömrük baxışı zamanı gizli
yolla aparmaq istədiyi 4,50 qram həşiş, respublikamızın ərazisində
dövriyyəsi qadağan edilmiş narkotik maddələrin 3-cü siyahısına daxil edilən
12 ədəd “Diazepam” ampulaları və 27 ədəd “Codeine” həbi aşkar edilərək
götürülmüşdü.
Azərbaycan gömrükçülərinin sayıqlığı sayəsində 2000-ci ildə “Bərə
keçidi” gömrük postunda Əfqanıstandan Hindistana göndərilən və ümumi
çəkisi 48 ton 600 kq xaş-xaş toxumu saxlanılmış, xarici ölkə səfirlikləri,
beynəlxalq təşkilatlar və mətbuat nümayəndələrinin müşahidəsi ilə məhv
edilmişdi. Respublikanın bütün ərazisində müntəzəm olaraq keçirilən “Xaş-
xaş” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərdə gömrük
xidməti fəal iştirak edirdi. Təkcə 1999-2004-cü illərdə gömrük əməliyyatları
zamanı sərhədyanı rayonlarda 222 tondan artıq çətənə kolu və xaş-xaş kolu
aşkar edilərək məhv edilmişdi. Gündəlik gömrük nəzarəti prosesində DGK-
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
205
nın nəzdində fəaliyyət göstərən Kinoloji Xidmət Mərkəzi mühüm rol
oynayırdı [70, 2005, №1, 28].
2003-cü il dekabrın 3-4-də Bakıda “Narkotiklərə nəzarət üzrə regio-
nal əməkdaşlığa dair Anlaşma Memorandumu”nun üzvü olan dövlətlərin 5-
ci görüşü keçirildi. Beynəlxalq tədbirdə BMT Baş katibinin müavini,
təşkilatın Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru
Antonio Mariya Kostanın məruzəsində gömrük xidməti orqanlarının
fəaliyyətinin nəticələri təhlil edilmişdi.
Gömrük orqanlarında Kinoloji xidmətin yaradılması ilə əlaqədar DGK
rəhbərliyinin göstərişi əsasında “Kinoloji şöbə” haqqında Əsasnamə hazır-
lanmış, xidməti itlərin saxlanılması üçün yerlərin hazırlanması, təlim
məşqlərinin keçirilməsi məsələləri həll edilmişdi. Yerli gömrük orqanları
tərəfindən hüquqpozmalara qarşı mübarizə işinin təkmilləşdirilməsi
məqsədilə “Azərbaycan Respublikası gömrük orqanlarında gömrük qayda-
larının pozulması haqqında işlərin uçotu və qeydiyyatı qaydaları barədə
Əsasnamə”, “Gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və
onlara baxılmanın bəzi məsələləri haqqında” metodik məktub, “Şəxsi
yoxlama aparılması haqqında Protokol” forması hazırlanmışdı. Bununla
yanaşı, “Tənbehetmə haqqında akt” və onun tətbiqinə dair metodiki tövsiyə,
“Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə üzrə
bölmələr haqqında Əsasnamə”, “Narkotik vasitələri və psixotrop maddələrin
təsnifatı, kimyəvi tərkibləri, sintezi və ilkin təyinetmə metodları haqqında”
xidməti istifadə üçün təlimatlar hazırlanmışdı. Bakı Baş Gömrük İdarəsi,
Tovuz, Astara, Biləsuvar, Binə, Bala, Xaçmaz, Əli Bayramlı, Yevlax,
Gəncə, Sumqayıt, Culfa, Sədərək və digər gömrükxanaların fəaliyyət
zonalarında əməliyyat tədbirləri keçirilərək hüquqpozmaların aşkar edil-
məsi, onları törədən səbəblərin, o cümlədən rüsumdan yayınma hallarının
aradan qaldırılması istiqamətində profilaktik tədbirlər aparılmışdı. Aparılan
təhqiqat işləri ilə bağlı yerli gömrük orqanlarının əməkdaşlarına metodiki və
əməli köməklik göstərilmişdi. Qaçaqmalçılıq və gömrük qaydalarının
pozulmasına qarşı keçirilmiş profilaktik tədbirlər nəticəsində yüz milyon-
larla manat dəyərində olan gömrük ödənişlərinin dövlət büdcəsinə keçiril-
məsi təmin edilmişdi.
2002-ci il iyunun 18-də SCAD proqramı çərçivəsində Bakı beynəlxalq
Dəniz Limanının mühafizəsi ilə bağlı Avropa Birliyinin tövsiyəsi əsasında
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
206
tenderin qalibi olmuş AREMPA-LTD şirkətindən müasir nəzarət endos-
kopik cihazına malik laboratoriya Azərbaycan gömrükçülərinin istifadəsinə
verildi [69, 2003, 5 dekabr].
2002-ci il yanvar ayının 3-da ÜGT Baş Katibi Mişel Dane və DGK-
nın sədri Kəmaləddin Heydərov “Azərbaycan Respublikasının Bakı
şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin
təsis edilməsi haqqında” anlaşma memorandumu imzaladılar. Tədris Mərkə-
zində regional tədris, texniki yardıma dair görüşlərin və gömrük işi ilə bağlı
müxtəlif tədbirlərin keçiriləcəyi, DGK-nın onun sahibi və istifadəçisi
olacağı özünün milli və beynəlxalq proqramlar üçün də istifadə edəcəyi
nəzərə alınmışdı.
Dünya Gömrük Təşkilatının 2003-cü ilin oktyabrında Bakıda
istifadəyə verilən Regional Tədris Mərkəzi nəinki Azərbaycan, eləcə də
regionun gömrük əməkdaşlarının ixtisas səviyyəsinin yüksəldilməsi, narko-
tiklərə və qaçaqmalçılığın digər növlərinə qarşı mübarizə sahəsində nəzəri
və təcrübi biliklərinin artırılmasında mühüm yer tutur. Mərkəzdə müntəzəm
olaraq SCAD proqramı çərçivəsində təcrübəli mütəxəssislərin “Qara dəniz
və Xəzər dənizi bölgələrində dəniz limanlarının informasiya mübadiləsinin
hüquqi mümkünlüyünün müəyyən edilməsi və narkotiklərin qanunsuz
dövriyyəsi, qaçaqmalçılığın qarşısının alınması ilə mübarizədə əməkdaşlığın
gücləndirilməsi” mövzusunda treninq və seminarları keçirilir.
Narkotiklərə qarşı mübarizədə bütün dövlətlərin müvafiq qurumlarının
səfərbər olmasını, səylərinin birləşdirilməsini tələb edir. Respublikamızın
BMT, Avropa Birliyi, İƏT, TRASEKA və DGT kimi beynəlxalq təşkilatlar,
eyni zamanda MDB və GUAM üzv dövlətləri çərçivəsində və dünyanın bir
çox gömrük təşkilatları ilə bağladığı çoxtərəfli və ikitərəfli müqavilə, saziş
və memorandumlar beynəlxalq təcrübədən və qabaqcıl texnologiyalardan
faydalanmağa imkan verir. Bu mənada, Azərbaycan, Türkiyə və Gürcüstan
arasında imzalanmış üçtərəfli Trabzon sazişi (2002-ci il), ABŞ, Almaniya,
Birləşmiş Krallıq, Misir və bir sıra Fars körfəzi ölkələrinin gömrük təşki-
latları ilə bağlanan ikitərəfli sazişlər narkotik vasitələrin qanunsuz nəqlinə
qarşı birgə tədbirlərin aparılmasını nəzərdə tuturdu. Polşa və İtaliya ilə
gömrük işi sahəsində imzalanan sazişlərdə (mart, 2005-ci il) gömrük
qanunvericiliyinin düzgün tətbiq edilməsi, hüquqpozmalara, habelə narko-
tiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl mübarizənin aparılması istiqa-
Dostları ilə paylaş: |