Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə68/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   64   65   66   67   68   69   70   71   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

190



dolları çox olmuşdu [135, 2007, №1, 73]. 

Ölkəyə idxal edilən mal və  nəqliyyat vasitələrinə  tətbiq olunan 

gömrük ödənişlərinin alınması və vergilərdən yayınma hallarının qarşısının 

alınmasına nəzarətin artırılması, maliyyə intizamının möhkəmləndirilməsi 

ən vacib məsələlər hesab edildi. Bu baxımdan 1993-cü ildən başlayaraq illik 

ticarət dövriyyəsi və büdcə proqnozunun dinamikasına nəzər yetirsək 

görərik ki, əgər 1993-cü ildə ticarət dövriyyəsi cəmi 863,7 mln. ABŞ dolları 

həcmində idisə, həmin göstərici 1994-cü ildə 1038,4 mln. dollar, 1996-cı 

ildə isə 1681,04 mln. dollar təşkil etməklə 1993-cü illə müqayisədə 194,6 

faiz artdı. Bu dövrlər ərzində ticarətin asanlaşdırılması məqsədilə normativ-

hüquqi aktlar qəbul edilməklə illik ticarət dövriyyəsinin daha da artmasına 

nail olundu. Məsələn, 2000-ci ildə illik ticarət dövriyyəsi 2923,1 mln., 2001-

ci ildə 3751,9 mln. dollar təşkil etdi. Sonrakı illərdə, o cümlədən 2003-cü 

ildə bu göstərici 5200,5 milyon, 2005-ci ildə 8567,5 mln., 2007-ci ildə 

11771,8 mln. dollara qədər artmaqla 1993-cü və 1994-cü illərlə müqayisədə 

böyük artım əldə edildi. 

 Dünya iqtisadiyyatına sürətli inteqrasiya və milli gömrük xidmətinin 

modernləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində 2008-ci ildə 

Azərbaycanın idxal-ixrac əməliyyatları üzrə illik ticarət dövriyyəsi artaraq 

54925,5 mln. dollara çatdı. Beş il sonra, 2010-cu ildə Azərbaycan Respub-

likasının xarici ticarət dövriyyəsi 27924,1 mln. ABŞ dollarını ötüb keçdi, 

bunun 6599,3 mln dolları ( 23,6 faiz) idxalın, 21324,8 mln. dolları (76,4 

faiz) ixracın payına düşürdü. MDB ölkələri ilə ticarət dövriyyəsi 4034,8 

mln. manat (ümumi ticarət dövriyyəsinin 14,5 faizi) təşkil etmişdi ki, burada 

idxalla ixracın nisbəti demək olar ki, bərabər olmuşdu. 2011-ci il ərzində isə 

bu göstərici 36326,9 milyon dollar məbləğində olmaqla 1994 və 1995-ci 

illərin göstəricilərini müvafiq olaraq 35288,5 mln. və 35239,8 mln. dollar 

üstələdi [31, 123; 104, 2012, 25 yanvar].  

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2013-cü ildə 

Azərbaycan Respublikasının MDB dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 

4062,88 mln., o cümlədən idxalın həcmi 2553,24 mln. ABŞ dolları, ixracın 

həcmi isə 1509,64 mln. ABŞ dolları  təşkil etmişdir. 2013-cü ildə MDB 

dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində payı 

11,71 faiz təşkil etmişdir. 2012-ci il ilə müqayisədə, 2013-cü ildə MDB 

dövlətləri ilə ticarət dövriyyəsi 11,84 faiz, o cümlədən ixrac 20,58 faiz 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

191



artmışdır [150].  

Məlum olduğu kimi, Azərbaycanda dəniz nəqliyyatı böyük tarixə  və 

ənənələrə malikdir. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin 

genişlənməsində Bakı gömrükxanasının əsas əməliyyat ərazisinə daxil olan 

dəniz limanı mühüm rol oynayır.  Əsası  hələ 1564-cü ildə qoyulan Bakı 

Dəniz Ticarət Limanı ötən əsrin 30-cu illərində tikilmiş və sonralar burada 

müəyyən mərhələlərdə rekonstruksiya işləri aparılsa da, müasir tələblərə 

cavab vermirdi. Düzdür, 1996-cı ildə 485 min, 1997-ci ildə 1, 570 min ton 

və 1998-ci ildə 3,063 min ton yük daşınmışdısa, limanın texniki imkanları 

Azərbaycanın nə indiki, nə  də ki, gələcək inkişafının tələblərinə uyğun 

deyildi [74, 214]. 

Azərbaycanın tranzit potensialının artırılması üçün Respublika 

Nəqliyyat Nazirliyi Hollandiyanın “Royal Haskoning” şirkəti ilə müqavilə 

imzalamış və bu şirkət tərəfindən müvafiq layihələndirmə işləri aparılmışdı. 

Yeni liman Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin  ərazisində inşa 

edilir. Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. İlkin 

mərhələdən sonra liman kompleksinə ildə 10 milyon tona qədər yük və TEU 

standartlarında 40 min konteyner daxil olacaqdır. 

 İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 mln. tona və 150 

min konteynerə çatdırılmalıdır (1998-ci ildə Limanda cəmi 1000 konteyner 

işlənilmişdir). 

 Hesablamaya görə, üçüncü mərhələdə Limanın yük qəbul etmə gücü 

ildə 25 milyon tona və 1 milyon konteynerə çatmalıdır. Layihə çərçivəsində 

avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük 

terminalı, konteyner sahəsi olunması  nəzərdə tutulur. Aşağıdakı  cədvəl 

Azərbaycan Respublikasının xarici ticarət  əlaqələrində ayrı-ayrı gömrük-

xanaların fəaliyyətini təhlil etmək olar. Cədvəldən göründüyü kimi, bütün 

gömrük idarəsindən keçən malların ümumi dəyəri 11639811,1 min ABŞ 

dolları  təşkil etmişdi.  İdxal-ixrac  əməliyyatlarının rəsmiləşdirilməsinin 

ümumi həcmində gömrük idarələrinin xüsusi çəkisi müxtəlif idi. Bu 

göstərici Enerji gömrükxanası üzrə 51,3, Bakı Baş Gömrük İdarəsi 26,0, 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 5,9, Sumqayıt Gömrük İdarəsi 4,3, 

Avtonəqliyyat Gömrük idarəsi 3,5, Gəncə gömrük İdarəsi 2,5, Şirvan 

Gömrük  İdarəsi 1,3, Xaçmaz Gömrük İdarəsi 1,2, Xudafərin Gömrük 

İdarəsi 1,0, Naxçıvan MR ərazisindəki gömrük idarələri i cəmi 0,78 faiz 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

192



olmuşdu.  

Cədvəl 3.6 



2006-cı ildə gömrük idarələri üzrə idxal və ixracın quruluşu  

(min ABŞ dolları) 

 

Gömrük 

idarələri 

İdxal 

İxrac 

s/s 


 

Cəmi Uzaq 

xarici 

dövlətlər 

MDB 

ölkələri 

Cəmi Uzaq 

xarici 

dövlətlər 

MDB 

ölkələri 

1 Aksiz GI  101046,5 

49608,6 

51437,9 

260,4 

260,4 - 

2 Astara GI  33946,2 

28334,7 


5611,5 

31597,6 


26228,6 

5369,0 


3 Avtonəqliy

yat GI 


402884,5 244421,6 158462,9  676,9 

366,2  310,7 

4 Bakı BGI  2632157,5  1730331,3 

901826,2  356716,0 

89359,9 

267356,1 

5 Balakən 

GI 


4268,2 3518,5  749,7 26722,4 

14357,2 


12365,2 

6 Biləsuvar 

GI 

20016,7 7464,9 12551,8 7278,6 1770,9 5507,7 



7 Culfa 

GI  5662,8 

5656,5 

6,3 




8 Enerji GI  581968,5 

19822,9 


562145,6  5389961,5 5100835,8  289125,7 

9  Şirvan GI  104016,8 

62561,7 

41455,1 


41630,1 

20233,2 


21396,9 

10 Gəncə GI  144468,1 

101269,0 

43199,1 


143777,3 

2112,9 


141664,4 

11 Hava nəql. 

BGI 

675110,1 568856,7 106253,4 13928,8  9715,9  4212,9 



12 Xaçmaz 

GI 


48647,8 25632,0 23015,8 86647,4  841,5 85805,9 

13 Xudafərin 

GI 

75709,1 70581,0  5128,1 29220,1 1708,3 27511,8 



14 Naxçıvan 

BHL GI 


498,2 290,0 209,2  3,6 

-  3,6 


15 Naxçıvan 

GI 


66265,2 60495,4  5769,8  56,4 

27,8  28,6 

16 Sədərək 

GI 


14246,7 13763,2  483,5  1182,9  1182,9 

17 Sumqayıt 



GI 

287569,1 149332,8 138236,3 212620,3 160727,2 51893,1 

18 Tovuz GI  27869,2 

2367,6 


25501,6 

2072,0 


171,5 

1900,5 


Yevlax GI  41293,9 

25169,4 


16124,5 27812,7 12547,3 15265,4 

19 


 

Cəmi 

5267646,1  3169477,8  2098168,3 6372165,0 5442447,5  929717,5 

 

Mənbə: Azərbaycanın statistik göstəriciləri. Bakı: Səda, s.558-559. 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə