Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə64/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   60   61   62   63   64   65   66   67   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

178



digər sahələrə, xüsusilə, energetika və neft-kimya sənayesinə, infrastruktur 

və kənd təsərrüfatın sahələrinə yönələn investisiyaların da payı sürətlə artır. 

Qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün aparılan in-

vestisiya müsabiqələri nəticəsində yaranmış  və hazırda Azərbaycan iqtisa-

diyyatında əhəmiyyətli mövqe qazanan “European Tobacco-Baku”, “Pepsi-

Cola”, “Coca-Cola”, “Baku Steel Company”, “Baku Castel”, “Qaradağ-Se-

ment”, “Azərsun Holdinq” kimi şirkətləri xüsusi qeyd etmək olar [37, 4-5].  

Bu illər ərzində xarici investisiyalı birgə müəssisələr Azərbaycan iqti-

sadiyyatının inkişaf etdirilməsində, respublikamızda yeni müəssisələrin, iş 

yerlərinin açılmasında mühüm rol oynadı. Onlar respublikamıza dünya stan-

dartlarına cavab verən yeni, ən mükəmməl texnika və texnologiya ilə  bə-

rabər, həm də müasir idarəçilik, yeni təsərrüfatçılıq metod və üsullarını gə-

tirdilər. Bu müəssisələrdə yaradılan məhsullar yüksək keyfiyyətli və rəqabət 

qabiliyyətli olduğuna görə dünya bazarına çıxarılması imkanı da geniºləndi. 

Məlum olduğu kimi, xarici iqtisadi əlaqələr yalnız ticarət  əməliyyat-

larından ibarət olmayıb, həmçinin yeni texnologiyaların və idarəçilik 

təcrübəsinin tətbiqi, yüksək ixtisaslı mütəxəssislərin intensiv mübadiləsi, 

əlverişli  şərtlərlə xarici investisiyaların cəlb edilməsi və dünya bazarlarına 

çıxış  əldə edilməsi deməkdir. Xüsusilə xidmət sahəsində xarici ticarət 

dövriyyəsi ilbəil artırdı. Azərbaycanın xidmətlər ticarəti sahəsində idxaldan 

asılılığının güclənməsinin əsas səbəblərindən biri ölkəmizin daha mütərəqqi, 

texniki və texnologiya cəhətdən mürəkkəb xidmətlərə  tələbatının artması 

idi. Bu meyl Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Bakı-Tbilisi-Ərzurum 

qaz boru kəmərinin tikintisi ilə bağlı idxalın həcminin artması, digər 

tərəfdən turizm xidmətlərindən istifadə etmək məqsədilə xarici ölkələrə 

gedən azərbaycanlı turistlərin sayının çoxalması ilə  əlaqədar idi. Belə ki, 

1995-ci ildə xidmətlərin ixracı 172 mln. ABŞ dolları  və idxalı 304,6 mln. 

ABŞ dolları  təşkil etdiyi halda, bu göstərici 2000-ci ildə müvafiq olaraq 

259,8 mln. və 484,4 mln., 2003-cü ildə isə 431,9 mln. və 2046,4 mln. ABŞ 

dolları təşkil etmişdi. Başqa sözlə, göstərilən dövr ərzində xidmətlərin ixracı 

demək olar ki, 2,5 dəfə, idxalı isə 6,7 dəfə artmışdı. 2002-ci ilin 

göstəricilərinə görə, xidmətlərin ixracında nəqliyyat (58,6 faiz) və turizm 

xidmətləri (14,1 faiz) daha yüksək xüsusi çəkiyə malik idi.  

Xidmətlərin idxalında isə digər işgüzar xidmətlər (32,5 faiz) aparıcı 

mövqe tuturdu. Bütövlükdə, xidmətlər üzrə mənfi saldo 1995-ci ildə 132,2 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

179



mln., 2002-ci ildə isə 935,6 mln. ABŞ dolları  təşkil edirdi. bu göstəricilər 

həmin dövrdə milli xidmətlərin hələ  zəif inkişaf etməsini və bu sektorun 

rəqabət qabiliyyətinin aşağı olduğunu əks etdirir [111, 14-15]. 

Cədvəl 3.4 

 

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri 

(əvvəlki ilə nisbətən, faizlə) 

 

İllər Dövriyyə 

İdxal 

İxrac 

1992 

60,6 50,0 70,0 



1993 

55,8 66,9 48,8 



1994 

105,7 123,7 90,1 



1995 

91,2 85,8 97,6 



1996 

122,0 143,9 99,1 



1997 

99,0 82,7 

123,8 

1998 

106,8 135,5 77,6 



1999 

116,8 96,2 153,4 



2000 

148,4 113,1 187,7 



2001 

128,4 122,1 132,6 



2002 

102,3 116,4 93,7 



2003 

136,1 157,7 119,5 

 

Aqrar sahədə xarici iqtisadi əlaqələrin tənzimlənməsi məsələləri də 



diqqət mərkəzində olmuşdur. Respublikamız müstəqillik  əldə edənədək 

kənd təsərrüfatı  və  ərzaq məhsullarını  mərkəzləşdirilmiş bölgü əsasında 

yalnız müttəfiq respublikalara göndərirdisə, həmin dövlətlərlə alqı-satqı 

münasibətləri nisbətən məhdudlaşdırılmış (Rusiya Federasiyası istisna 

olmaqla), digər yaxın və uzaq xarici dövlətlərlə  kənd təsərrüfatı  və  ərzaq 

məhsulları ixracı  həcmi xeyli artmışdır. 1999-2003-cü illərdə ölkəmizə 

ərzaq məhsullarının idxalı artsa da, onun ümumi idxalda xüsusi çəkisi ilbəil 

azalmışdır. Belə ki, əgər 1999-cu ildə bu göstərici 20,1 faizini təşkil 

etmişdisə, 2003-cü ildə 11,8 faizədək aşağı düşmüşdü. Bununla bərabər, 

1999-cu ilə nisbətən 2003-cü ildə  ərzaq məhsullarının ixracı 2,1 dəfə 

artmışdı. Araşdırmalar göstərir ki, 2002-ci ildə ölkəyə idxal olunan əsas 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

180



ərzaq məhsullarından 657,2 min ton taxılın 458,2 min tonu və ya 69,7 faizi 

Qazaxıstan Respublikasının, 183,0 min tonu və ya 27,8 faizi Rusiya 

Federasiyasının, 16 min tonu və ya 25 faizi ABŞ-ın payına düşürdü. Ölkəyə 

daxil olan buğda ununun 42 faizi Türkiyədən, 42 faizi ABŞ-dan, 4,5 faizi isə 

Rusiya Federasiyasından daxil olurdu. Şəkər idxalında Ukrayna (45,7 faiz), 

Braziliya (23,5 faiz), Rusiya (11,2 faiz) və Gürcüstan (7,8 faiz) əsas ticarət 

tərəfdaşları idi. Kartof idxalının 81,6 faizi İranın, 9,9 faizi Rusiyanın və 7,3 

faizi Türkiyənin payına düşürdü. Azərbaycan Respublikasının uzaq xarici 

ölkələrlə aqrar ixracın həcmi 1995-ci ildə 113,0 mln. ABŞ dolları, 2000-ci 

ildə 59,6 mln. ABŞ dolları, 2003-cü ildə isə 54,0 mln. ABŞ dolları 

olmuşdur. MDB ölkələrinə aqrar ixracında belə meyl müşahidə olun-

mamışdı. MDB ölkələrinə aqrar ixracın səviyyəsi 1995-2000-ci illərdə 9,8 

mln. ABŞ dolları  həcmində azalmış, 2000-2003-cü illərdə isə 77,4 mln. 

ABŞ dolları həcmində və ya 3,2 dəfə artmışdı. 2000-2003-cü illərdə MDB-

yə pambıq ixracının həcmini 6,2 dəfə artırmaq mümkün olmuşdur [107, №7, 

2005, 14].  

1990-cı ildən başlayaraq kənd təsərrüfatı istehsalındakı  tənəzzül və 

böhran halları səbəbindən daxili bazarda ərzaq mallarına kəskin olan tələbatı 

yaranmışdı. Bu vəziyyət idxal edilən  ərzaq məhsullarının miqdarının 

artmasına səbəb oldu. Xaricdən yeyinti məhsullarının alınıb-gətirilməsi 

xeyli yüksəldi. Bunu həmin illərin gömrük sənədləri də təsdiq edir. Yeyinti 

məhsullarının istehsal həcmində  kəskin azalma baş verdi, ölkəyə xaricdən 

keyfiyyətsiz  ərzaq məhsullarının idxalı artdı.  İnsan orqanizmində müxtəlif 

fəsadlar yaradan keyfiyyətsiz  ərzaq məhsullarının gətirilməsinin qarşısının 

alınması sahəsində yeni yaradılan milli gömrük xidmətinin rolunun 

artırılması  tələb olunurdu. Bu istiqamətdə normal gömrük nəzarətinin 

aparılması üçün zəruri texniki avadanlıq və cihazlar da yox dərəcəsində idi.  

2000-ci ildən yerli yeyinti məhsullarının istehsalında artım müşahidə 

olunsa da, bu artım bu növ məhsulların idxalının azalmasına təsir etmədi. 

Respublikanın yeyinti sənayesində istehsal genişlənsə  də, müxtəlif çeşiddə 

və iri həcmdə yeyinti məhsulları idxalı davam edirdi. Məsələn, 2000-ci ildə 

Azərbaycanın ümumi idxalı 1163099,5 min ABŞ dolları, idxal edilən 

yeyinti məhsullarının həcmi isə ümumu idxalın 18 faizi - 209357,9 min 

ABŞ dolları  həcmində olmuşdu. 2000-ci ildə Azərbaycanın ümumi ixracı 

1717890 min ABŞ dolları, yeyinti məhsullarının ixracı isə 51563,7 min 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə