Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə61/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   57   58   59   60   61   62   63   64   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

170



2006-cı ilin noyabr ayında Azərbaycan Respublikası ilə  Aİ arasında 

Avropa Qonşuluq Siyasəti Çərçivəsində Fəaliyyət Planı təsdiq olundu. Cə-

nubi Qafqaz regionunda strateji maraqları olduğunu açıqlayan Aİ Azərbay-

canla bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu bildirmişdi. 

2006-cı il noyabrın 7-də Azərbaycan Respublikası ilə  Aİ arasında Enerji 

sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı. 

Ulu Heydər  Əliyev Azərbaycanın Qara Dəniz  İqtisadi  Əməkdaşlıq 

Təşkilatında (QDİƏT) iştirakına böyük əhəmiyyət verir, bu iqtisadi əmək-

daşlığı xalqlar arasında qarşılıqlı etimadın və anlaşmanın möhkəmlənməsi 

üçün  ən mühüm vasitə hesab edirdi. O, göstərirdi ki, “dünyada mürəkkəb 



proseslər getdiyi bir dövrdə bizim hamımız, bütün ölkələrimiz, xalqlarımız 

bir-birimizlə daha sıx münasibətlər yaratmağa, bütün sahələrdə əməkdaşlığı 

möhkəmləndirməyə ehtiyac duyuruq” [55, 425]. Üzv dövlətlərin 1999-cu 

ilin noyabrın 19-da İstanbulda keçirilən zirvə görüşündəki nitqində isə 

Heydər  Əliyev demişdi ki, bu təşkilatın  “fəaliyyətini canlandırmaq üçün 

hələ istifadə edilməmiş xeyli imkanlar vardır” [59, 141]. 

Azərbaycan Respublikası regionda ticarətin liberallaşdırılmasını təmin 

edən sənədlərin hazırlanması məqsədilə toplanan qrupların iclaslarında fəal 

iştirak etməklə yanaşı, eyni zamanda milli və iqtisadi təhlükəsizlik 

məsələlərini əsas götürürdü. Məsələn, üzv dövlətlər tərəfindən 2002-ci ilin 

martın 6-da Kiyevdə imzalanmış “QDİƏT regionunda malların yol daşıma-



larının asanlaşdırılması haqqında Anlaşma Memorandumu” adlı  sənədə 

Azərbaycan tərəfinin qeyd-şərtində bəyan edilirdi ki, memorandumda göstə-

rilmiş hüquq, öhdəlik və müddəaların heç biri Ermənistan Respublikasına 

aid edilməyəcəkdir [20, 366-370]. 

Xarici ticarətin beynəlxalq normalar səviyyəsində  təşkili üçün 

Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatının (DTT) tam hüquqlu 

üzvü olmasına hazırlıq işləri görür. Məlumdur ki, həmin təşkilatın üzvlü-

yünə qəbul edilən ölkələrin xarici ticarət sahəsində apardıqları dəyişikliklər 

və islahatların strateji istiqamətləri ticarətin liberallaşması,  əsassız məh-

dudiyyətlərin aradan qaldırılması  və inzibati idarəetmə sisteminin iqtisadi 

metodlarla  əvəz olunmasını  tələb edir. Bunu nəzərə alan Respublika 

hökuməti xarici ticarət rejimi haqqında memorandum hazırlayıb DTT-yə 

təqdim etdi. Bu sənədə respublikanın xarici iqtisadi fəaliyyətinə aid bütün 

qanunvericilik aktları daxil edildi. Nəticədə 1998-ci ilin iyul ayında 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

171



Azərbaycan Respublikası DTT-də müşahidəçi statusu aldı. Bunlarla bərabər, 

dünya standartlarına cavab verən qanunvericilik bazasının yaradılması və ya 

qəbul olunmuş qanunlara əlavə  və  dəyişikliklərin edilməsi  əsas  şərtlərdən 

biridir. DTT-nin şərtlərinə əsasən üzv ölkələrdən idxal olunan mallara aşağı 

rüsum dərəcələri tətbiq edilməlidir. Bu tarif səviyyəsi DTT çərçivəsində 

aparılan çoxtərəfli danışıqlar nəticəsində müəyyən olunur. Lakin DTT-yə 

üzv olmayan ölkələrdən mal idxal etdikdə bu şərtlər tətbiq olunmur. Digər 

tərəfdən, üzv ölkələr lazım olarsa ticarət mübahisələrinə dair DTT-nin təklif 

olunan həll mexanizmlərindən istifadə edə bilər. Azərbaycan Respublikası 

Prezidentinin “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına 



üzv olması prosesi ilə  əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət 

Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə  Tədbirlər Planının təsdiq 

edilməsi barədə” 2006-cı il 2 avqust tarixli Sərəncamı da məhz bu məqsədi 

daşıyırdı. Tədbirlər Planının “Mallarla ticarətə  təsir göstərən siyasətə dair 

tədbirlər” adlı 1-ci bölməsində digər dövlət orqanları ilə  bərabər, DGK 

qarşısında aşağıdakı mövzular üzrə mövcud qanun və qaydaların DDT-nin 

tələblərinə uyğunlaşdırılması üzrə qanun layihələrinin hazırlanması  tələb 

olunurdu: 1) Milli tarifin xüsusiyyətləri; 2) İdxal lisenziyalaşdırma prose-

duraları; 3) Gömrük qiymətləndirilməsi; 4) Daxili vergilərin idxala tətbiq 

edilməsi; 5) Malın mənşə ölkəsinin təyin edilməsi; 6) Sanitar və fitosanitar 

tədbirlər [6, 2006, 5 avqust]. DTT-yə üzv olmada müzakirə edilən  əsas 

məsələlərdən biri məhz sahibkarların  əldə edəcəkləri qazanc və itkilərdir. 

Azərbaycan DTT-yə üzv olacağı  təqdirdə  xarici  iqtisadi  fəaliyyət iştirak-

çılarının daha çox gəlir əldə etməyi mümkün olacaqdır. Lakin bu prosesdə 

Azərbaycanın üzləşdiyi əsas problem danışıqlar aparan ölkələrin maksimum 

dərəcədə öz maraqlarını güdməsidir [131, 2006, №6, 70-71] .  

Bu illər ərzində ölkəmiz BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının 

fəaliyyətində yaxından iştirak edirdi. Azərbaycanın xarici iqtisadi əlaqə-

lərinin inkişafında BMT-nin İnkişaf Proqramı (BMTİP), Birləşmiş Millətlər 

Sənaye və İnkişaf Təşkilatını (BMSİT) və BMT-nin Mərkəzi Asiya iqtisa-

diyyatları üçün Xüsusi Proqramının (SPECA Proqramı) xüsusi əhəmiyyəti 

oldu. Azərbaycan Respublikası 2000-ci ildə BMSİT çərçivəsində  “Sənaye 



inkişafı sahəsində  əməkdaşlıq haqqında Memorandum” imzalanmışdı. 

2002-ci ilin noyabrında isə Azərbaycan Respublikası SPECA-ya üzv qəbul 

edilmişdi. Bu proqramın  əsas məqsədi region ölkələrinin inteqrasiyasının 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə