Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
161
siyasət xətti ABŞ Konqresində və Senatında Azərbaycanı dəstəkləyən
qüvvələrin fəaliyyətini canlandırdı. Hələ 1994-cü ilin iyulun 16-da Senatın
büdcə komissiyası 1995-ci il üçün MDB ölkələrinə maliyyə yardımı
məsələlərini müzakirə edərkən Azərbaycana da humanitar yardımın göstə-
rilməsini təmin etmək məqsədi ilə “907-ci düzəliş”i yumşaltmağı təklif
etmişdi.
Türkiyə Cümhuriyyəti Azərbaycan Respublikasının beynəlxalq iqtisa-
di təşkilatlarda və müqavilələrdə ən yaxın müttəfiqidir. Tərəflər arasında
ticarət əlaqələrinin kəmiyyət və keyfiyyət strukturunda əhəmiyyətli dəyi-
şiklik olmuşdur. Əgər 1990-1995-ci illərdə ixracımızın əsas hissəsini kimya,
metal və pambıq məhsulları təşkil edirdi. Azərbaycandan Türkiyəyə ixracın
70 faizini neft məhsulları təşkil edirdi. Ticarət əlaqələri ilə bərabər, qarşılıqlı
investisiya və elmi-texniki əməkdaşlıq da güclənirdi. 1996-cı ildə
ixracımızın 6,2 faizi, idxalın isə 22,5 faizi Türkiyənin payına düşürdü və bu
sonrakı illərdə də yüksək olmuşdur. Lakin 1999-cu ildən başlayaraq
Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyənin payı azalmağa doğru
getdi. Həmin ildə Türkiyənin payı idxalda 13,8 faiz, ixracda – 7,4 faiz,
2003-cü ildə müvafiq olaraq idxalda 6,4 faiz, ixracda isə 5,1 faiz olmuşdu
[33, 220; 89, 25; 88, 40-41; 32, 675, 720].
Neft müqavilələrinin imzalanması, neftin ixrac marşrutları və Xəzər
dənizinin statusuna aid bir sıra problemlərin müzakirəsində Azərbaycan
Respublikası bir növ ABŞ-ın strateji partnyoruna çevrildi. ABŞ-Azərbaycan
münasibətlərində əsaslı dönüş məhz 1996-cı ilin yanvarından özünü
göstərməyə başladı. Heydər Əliyevin ABŞ prezidenti B.Klinton, nüfuzlu
konqresmen və senatorlarla görüşləri, iki ölkə arasında parlamentlərarası
əlaqələrin genişlənməsi, Azərbaycanın islahatlar yolu ilə irəliləməsi, ABŞ-ın
neft kompaniyalarının neft müqavilələrində fəal iştirakı və s. amillər
Azərbaycanla iqtisadi əlaqələrin genişlənməsinə səbəb oldu. 1996-cı ilin
yanvarında ABŞ Konqresi “Vilson düzəlişi” adlanan yeni sənəd qəbul etdi.
Düzəlişə görə ABŞ prezidenti Azərbaycandakı qaçqın və köçkünlərə qeyri-
hökumət təşkilatlarının vasitəsilə edilən yardımları qeyri-qənaətbəxş etsə
idi, “907-ci düzəliş”in fəaliyyətini dayandıra bilərdi.
Ulu öndər Heydər Əliyev 1996-cı il mayın 14-də Aşqabadda keçirilən
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının IV
zirvə toplantısındakı çıxışında demişdi: “Dünya təcrübəsi göstərir ki, heç
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
162
bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və
ehtiyatlar birləşdirmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz
buna görə də təşkilatınızda fəal iştirak etmək təkcə iqtisadi maraqlarda
deyil, həm də tarixi köklərin, ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı
olduğumuz qardaş ölkələrlə sıx əməkdaşlıq Azərbaycan Respublikasının
xarici siyasətinin üstün istiqamətidir” [55, 279].
1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərində MDB ölkə-
lərinin əksəriyyətində ictimai-siyasi vəziyyətin sağlamlaşması və makro-
iqtisadi sabitliyin təmin edilməsi respublikamızın aqrar sahədəki ixracatında
MDB-nin payını əhəmiyyətli dərəcədə yüksəldi. 1996-cı ildən başlayaraq,
Azərbaycan Respublikası bir sıra MDB ölkələri ilə azad ticarət rejimi
yaratdı. Həmin dövrdə, üzv dövlətlər arasında həll edilməmiş qalan başlıca
məsələ azad ticarət zonaları və gömrük rüsumlarının eyniləşdirilməsi
haqqında müqavilənin bütün ölkələr tərəfindən ratifikasiya olunmaması idi.
MDB ölkələri ilə iqtisadi əlaqələrin təhlili göstərir ki, 2000-ci ildə ölkə-
mizdən ixrac olunan məhsulların 90 faizi üç respublikanın – Rusiya Federa-
siyası, Ukrayna və Qazaxıstan respublikalarının, ixracın isə 92 faizi Rusiya
Federasiyası, Gürcüstan və Ukrayna respublikalarının payına düşürdü. MDB
ölkələrinə ixrac olunan mal və məhsulların həcminə görə Rusiyadan sonra
ikinci tərəfdaş ölkə Gürcüstan idi və bu ölkənin payı ixracatda 33, 41 faiz
olsa da, idxalda cəmi 1,20 faiz təşkil edirdi [109, 38; 129, 2004, №9, 29-32].
Müxtəlif ölkələrlə xarici ticarət əməliyyatlarının inkişafının özünə-
məxsus xüsusiyyətləri vardır. Heydər Əliyev çox yaxşı bilirdi ki, yaxın
qonşumuz olan Rusiya Federasiyası ilə yeni tipli iqtisadi əlaqələrin
yaradılması və xarici ticarət balansının tarazlaşdırılması bu problemə dövlət
qayğısının artırılmasını zəruri edir. Azərbaycanın Rusiya ilə iqtisadi əlaqə-
ləri kifayət qədər uzun tarixə malikdir və respublikanın idxal və ixracının,
demək olar, bütün sahələrini əhatə edir. Xarici ticarətdə hər iki dövlət vahid
iqtisadi məkana daxildir, bu ölkələri ümumi texnologiya və istehsal
kooperasiyası birləşdirir. Ümummilli lider Heydər Əliyev MDB üzv döv-
lətləri arasında iqtisadi inteqrasiyanın inkişafı, qarşılıqlı etimadın möh-
kəmləndirilməsi həm Rusiyanın qonşularının, həm də Rusiyanın özünün
mənafelərinə uyğun olmasını qeyd edərək demişdi ki, “...birlik ölkələrini
hər biri bundan böyük fayda götürə bilər, xüsusən də iqtisadiyyat sahə-
sində” [59, 138].
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
163
Ölkəmizin xarici iqtisadi əlaqələrində Rusiya Federasiyasının strateji
əhəmiyyətini aşağıdakı amillərlə qiymətləndirmək olar: bu ölkə dəmir
yolları, avtomobil yolları, qaz və neft kəmərlərinin sıx şəbəkəsinin mövcud
olması; Azərbaycanın kənd təsərrüfatı məhsullarına Rusiyanın bir sıra
regionlarında əlverişli bazarın olması; dəniz qonşuluğu; iki ölkə arasında
miqrasiyanın yüksək səviyyədə olması və s.
Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrdə Rusiya rəhbərliyi ilə
aparılan diplomatik danışıqların iqtisadi aspekti, imzalanan müqavilə və
sazişlər Azərbaycan dövlətinin xarici iqtisadi siyasətinin həyata keçiril-
məsinə əlavə stimul verdi. Bunun ardınca, 1996-cı ildən iqtisadi əməkdaşlıq
üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Daimi Komissiya fəaliyyətə baş-
ladı. Komissiya iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə mövcud prob-
lemlərin tədqiqi və iqtisadi əlaqələrin inkişafı üçün zəruri layihələrin,
təkliflər paketinin hazırlanması ilə məşğul idi. İqtisadi göstəricilərə görə,
2000-ci ildə respublikanın Rusiya Federasiyasından idxal etdiyi idxal
mallarının dəyəri 249,3 mln. ABŞ dolları, həmin ölkəyə ixrac edilən
məhsulun həcmi isə 98,3 mln. ABŞ dolları olmuşdu. 2003-cü ildə isə iki
ölkə arasında ticarət dövriyyəsinin həcmi 532,9 mln. ABŞ dolları təşkil
etmişdi ki, bu da 2000-ci ilin səviyyəsindən 1,5 dəfə çox idi [30, 115; 109,
44; 145, 22, 23; 64, 2006, №7, 27].
1997-ci il iyulun 29-da Heydər Əliyev ABŞ-a ilk səfərində
“C.P.Morqan” bankında Amerika-Azərbaycan Ticarət Palatası və Anlaşma
Təşkilatı işgüzar şurasının üzvləri, ABŞ-ın Ticarət nazirliyinin əməkdaşları
ilə görüşü çox faydalı oldu. Ulu öndər Azərbaycanda son illər aparılan
iqtisadi islahatların nəticələri haqqında şərh verərək göstərmişdi ki,
iqtisadiyyatımız bazar yolu ilə inkişaf etdirilir, özəlləşdirmə proqramı ardıcıl
surətdə həyata keçirilir və xarici ölkə vətəndaşları bu prosesdə Azərbaycan
vətəndaşları və şirkətləri ilə bərabər əsaslarla iştirak edə bilirlər. İşgüzar
görüşün iştirakçılarına məlumat verilmişdi ki, Azərbaycanda xarici ticarət
və gömrük siyasətində liberallaşma həyata keçirilir. Nəticədə xarici ticarət
dövriyyəsinin həcmi 40 faiz artmışdır. Əgər 1989-cu ildən başlayaraq
Azərbaycanın sənaye, kənd təsərrüfatı istehsalı, ümumən iqtisadiyyatı get-
gedə aşağı düşürdüsə və 1995-ci ildə sənaye istehsalı 25-26 faiz, ümumi
daxili məhsulun miqdarı 10-15 faiz aşağı düşmüşdüsə, 1996-cı ilin yekun-
larına görə, aparılan islahatların ilkin nəticəsi olaraq sənaye istehsalında
Dostları ilə paylaş: |