Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə57/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   53   54   55   56   57   58   59   60   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

158



Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 

təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin 



ərzaq məhsulları ilə etibarlı  təminatına dair Dövlət Proqramı”nda və 

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması 

və davamlı inkişaf Dövlət Proqramı”nda Dövlət Gömrük Komitəsi 

qarşısında qoyulmuş  tədbirlər uğurla həyata keçirildi. “Dövlət Proqra-

mı”ndan irəli gələn və gömrük orqanlarının səlahiyyətlərinə aid məsələlərin 

həlli məqsədi ilə  və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 

sentyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq Tədbirlər Planı hazır-

lanaraq Komitə  sədrinin müvafiq əmri ilə  təsdiq edildi. Nəzərdə tutulmuş 

müddət  ərzində Komitənin Mərkəzi Laboratoriyasının yeni Gəncə  və 

Biləsuvar regional bölmələrinin, həmçinin Naxçıvan Muxtar Respublikası 

Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının yaradılması üçün 

təşkilati işlər həyata keçirildi. 

Azərbaycan Respublikasında son zamanlarda sürətlə inkişaf edən 

istehsal sahələrinin təşkilinə və genişləndirilməsinə əlverişli şəraitin yaradıl-

ması, idxalın  əmtəə strukturunun səmərələşdirilməsi, idxaldan asılılığın 

azaldılması, idxal yönümlü malların istehsalının stimullaşdırılması və yerli 

istehsalın xarici rəqabətin mənfi təsirindən qoruması məqsədilə Azərbaycan 

Respublikasında tətbiq olunan gömrük tariflərinin təkmilləşdirilməsi 

zərurəti yarandı. Bunu nəzərə alaraq, idxal mallarına münasibətdə gömrük-

tarif mexanizminin təkmilləşdirilməsi, lüzumsuz tarif güzəştlərinin ləğvi, 

güzəştlərin konkret sahəni və dövrü əhatə etməsi, həmçinin beynəlxalq 

təşkilatların Azərbaycan Respublikasında hazırda tətbiq olunan gömrük 

idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi ilə bağlı 

verdiyi tövsiyələr  əsasında  “Azərbaycan Respublikası  ərazisinə  gətirilən 



mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin siyahısı hazırlanaraq 

Nazirlər Kabinetinə təqdim edildi.  

 Belə  nəticəyə  gəlmək olar ki, gömrük nəzarətinin iqtisadi göstəri-

cilərinin yüksəldilməsi sahəsində  fəaliyyət, fəal və çevik gömrük tənzim-

ləmə mexanizminin həyata keçirilməsi Azərbaycan Respublikasının iqtisadi 

maraqlarının təmin edilməsinin  əsas  şərtidir. Bütövlükdə, Respublikanın 

sosial-iqtisadi həyatında baş verən  əhəmiyyətli dəyişikliklər və gömrük 

gəlirlərinin artması hesabına ölkənin büdcə imkanları genişlənir. Dövlət 

büdcəsində investisiya və sosial yönümlü proqramlara maliyyə  dəstəyinin 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

159



təmin edilməsi səmərəli gömrük-tarif tənzimlənməsinin həyata keçirilməsini 

zəruri edir. 

 

3.3.  Azərbaycanın yaxın və uzaq ölkələrlə iqtisadi-ticarət 

əlaqələri (1993-2003-cü illər) 

 

Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının prioritet 

istiqamətini milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya olunması 

müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın qurulmasında asılıdır. Bu 

əməkdaşlıq  əsasən aşağıdakı istiqamətlər üzrə inkişaf etdirilir: çoxtərəfli 

iqtisadi  əlaqələr (MDB, Qara Dəniz  İqtisadi Təşkilatı, GUAM, yaxın 

perspektivdə Dünya Ticarət Təşkilatı və s.); beynəlxalq maliyyə institutları 

və beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq (Beynəlxalq Valyuta Fondu, 

Dünya Bankı, Avropa Yenidənqurma və  İnkişaf Bankı  və s.); ikitərəfli 

iqtisadi əlaqələr ( ayrı-ayrı ölkələrlə), tranzit ölkə olaraq (Böyük İpək Yolu); 

neft hasilatı və ixracatçısı kimi qurulan əlaqələr. 

Ölkəmizin beynəlxalq iqtisadi təşkilatlarla  əməkdaşlığı iki əsas 

istiqamət üzrə aparılır: regional təşkilatlar və BMT-nin müxtəlif təşkilat və 

proqramları. Regional təşkilatlarla  əməkdaşlıq  şimal,  şərq və  qərb istiqa-

mətlərinə ayrılmaqla bərabər, hər bir istiqamət üzrə milli maraqların təmin 

edilməsi bu əlaqələri şərtləndirən əsas prioritetlərdir. 

Şimal istiqaməti üzrə  əməkdaşlıq  əsasən MDB və GUAM ilə 

əməkdaşlığı  əhatə edir. Keçmiş ittifaq dağıldıqdan sonra bütün respub-

likaların ticarət  əlaqələrini xarakterizə edən xarici ticarət dövriyyəsinin 

həcmi kəskin surətdə azaldı. Keçmiş sovet respublikalarının xarici 

ticarətinin coğrafi quruluşunda baş verən dəyişikliklər, xüsusilə 90-cı 

illərdən başlayaraq, dövlətlərarası əlaqələrdə üçüncü ölkələrin prioritet təşkil 

etməsi xarici ticarətin məzmununa mənfi təsir göstərmişdi. Uzun müddət 

keçmiş SSRİ-nin tərkib hissələrini təşkil edən respublikalar arasında 

çoxistiqamətli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin mövcudluğu 

xarici iqtisadi əlaqələr və gömrük işi sahəsində  də  əməkdaşlıq münasibət-

lərinin yeni bir istiqamətdə qurulmasını tələb edirdi. Tədqiq olunan dövrdə 

Azərbaycan Respublikası MDB-yə daxil olan dövlətlərlə normal əməkdaşlıq 

münasibətləri yaratmağa çalışırdı. 1993-cü ilin sonlarında MDB-yə daxil 

olan 11 ölkənin qoşulduğu “İqtisadi ittifaqın yaradılması haqqında” sazişin 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

160



imzalanması ilə bu əlaqələrin bünövrəsi qoyuldu. Bir il sonra isə MDB üzvü 

olan ölkələr arasında Azad ticarət zonası, Gömrük birliyi, Ümumi mal və 

xidmət bazarı, Dövlətlərarası valyuta komitəsinin yaradılması haqqında 

sazişlər imzalandı. Lakin bu saziş  və  qərarların  əksəriyyətinin işlək 

mexanizmi olmadığından elə kağız üzərində də qaldı. 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin “1993-cü ildə 



Azərbaycan Respublikasından Rusiya Federasiyasına  ən mühüm məhsul 

növlərinin göndərilməsi barədə”  1993-cü il 22 fevral tarixli 115 nömrəli 

Qərarı hər iki ölkə arasında ticarət əlaqələrinin normal əsaslar üzərində daha 

da genişləndirilməsi məqsədini daşıyırdı. Keçid dövrünün əvvəllərində 

MDB-yə daxil olan ölkələrin, o cümlədən Azərbaycan Respublikasında 

ictimai-siyasi və iqtisadi vəziyyətin xeyli mürəkkəb olması üzündən xarici 

ticarət balansı pozulmuşdu. Bununla bərabər, Rusiya Federasiyasında 1990-

cı illərin ortalarında həyata keçirilən valyuta-pul islahatı Rusiya bazarında 

Azərbaycan Respublikasının aqrar-sənaye məhsullarının rəqabət qabiliyyət-

liyini aşağı salmışdı. Azərbaycanın aqrar-sənaye kompleksi məhsullarının 

MDB ölkələri bazarına ixracını artırılması önündə ciddi əngəllər yaran-

mışdı. 

Bütün bu amilləri nəzərə alan Heydər  Əliyev Azərbaycanın MDB 



ölkələri ilə iqtisadi münasibətlərinin perspektivləri haqqında Moskvada nəşr 

olunan “Nezavisimaya qazeta”nın 1995-ci il 21 noyabr tarixli nömrəsinə 

verdiyi müsahibəsində demişdi:  “Biz MDB-nin tərkibinə daxilik, onun 

fəaliyyətində  iştirak edirik və istəyirik ki, iqtisadi əməkdaşlıq inkişaf etsin. 

Təəssüf ki, bu əməkdaşlıq inkişaf etmir. Artıq xeyli vaxtdır ki, MDB 

mövcuddur. Lakin axı başlanğıcda Azərbaycan MDB-yə daxil deyildi. Mən 

respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycanın MDB-yə daxil 

olmasına ictimaiyyət tərəfindən, parlament tərəfindən dəstəklənməsinə nail 

olmaq üçün bir neçə ay iş aparmalı oldum. 1993-cü ilin sentyabr ayında biz 

MDB-yə daxil olduq, bir çox sənədlər imzaladıq. Artıq iki ildir ki, biz onun 

tərkibindəyik. Çox istərdim ki, iqtisadi inteqrasiya səmərəli olsun. Mövqe-

lərimizi yaxınlaşdırmaq üçün, birgə  fəaliyyət göstərmək üçün biz konkret 

məsələlər üzərində diqqəti cəmləşdirməli və var qüvvəmizlə çalışmalıyıq”. 

Azərbaycanın  əlverişli geosiyasi mövqeyi, zəngin təbii ehtiyatları, 

kapital qoyuluşlarının perspektivli gələcəyi ABŞ  iş adamlarını  tədricən 

Azərbaycana cəlb edirdi. Heydər Əliyevin işləyib hazırladığı xarici iqtisadi 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə