Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə60/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   56   57   58   59   60   61   62   63   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

167



arasında tətbiq edilməməsi, 5-ci maddəsində gömrük ərazisi üçün nəzərdə 

tutulan malların ölkəyə  gətirilməsi və ya ölkədən çıxarılması ilə bağlı 

gömrük rüsumlarının tutulmaması, bu məqsədlə tərəflərin iqtisadi siyasətini 

əlaqələndirən daimi İşçi Orqanın yaradılması kimi məsələlər nəzərdə 

tutulmuşdu. Sənədin 8-ci maddəsində gömrük ərazilərindən gətirilən 

mallardan birbaşa və dolayısı yolla milli əmtəə üçün nəzərdə tutulan 

məbləğdən artıq olan vergi, fiskal xarakterli yığımların tutulmaması  və 

tranzit məsələləri ilə bağlı digər hüquqi proseduralar göstərilmişdi [24, 31 

avqust 2003-cü il, №8, maddə 413]. 

GUAM üzv dövlətlərinin gömrük xidmətləri rəhbərlərinin 2003-cü il 

fevralın 11-də Kiyevdə keçirilən görüşündə terrorizm, mütəşəkkil cinayət-

karlıq və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarət və 

nəqliyyata yardım, sərhəd və gömrük nəzarətinin təmin edilməsi üzrə 

GUAM-ABŞ  Çərçivə Proqramı ilə  əlaqədar qarşılıqlı anlaşma Memoran-

dumu qəbul edildi. “Ticarətə və nəqliyyata yardım” layihəsi üzrə görüləcək 

işlərin ticarət və  nəqliyyatın inkişafına və müdafiəsinə kömək, ümumi 

prinsiplərin tətbiqi, dövlət sərhədlərində  və daxili gömrük terminallarında 

sərhəd və gömrük nəzarətinin təkmilləşdirilməsi sahəsində dövlətlərarası və 

idarələrarası əməkdaşlığa yönəldilməsi nəzərdə tutulurdu. 

2003-cü il iyulun 4-də  “Gömrük işində qarşılıqlı yardım və  əmək-



daşlıq haqqında Saziş” MDB çərçivəsində Yaltada imzalanmış hökumət-

lərarası bu sahədə dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələlərini 

əhatə edirdi. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabatına 

görə 2013-cü ildə Azərbaycan Respublikasının GUAM dövlətləri ilə ticarət 

dövriyyəsinin həcmi 1519,36 mln., o cümlədən idxalın həcmi 724,38 mln. 

ABŞ dolları, ixracın həcmi 794,98 mln. ABŞ dolları təşkil etmişdir. Bu dövr 

ərzində xarici ticarət saldosu müsbət 70,60 mln. ABŞ dolları olmuşdur. 

2013-cü ildə GUAM dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət 

dövriyyəsindəki payı 4,38 faiz, o cümlədən idxalda 6,76 faiz, ixracda isə 

3,32 faiz təşkil etmişdir. 2012-ci il ilə müqayisədə, 2013-cü ildə GUAM 

dövlətləri ilə ticarət dövriyyəsi 13,81 faiz, o cümlədən ixrac 20,96 faiz 

artmışdır. 

Azərbaycan Respublikasının  Şərq ölkələri ilə üzrə iqtisadi-ticarət və 

gömrük işi sahəsində əməkdaşlığı əsasən İslam Konfransı Təşkilatı (İKT) və 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

168



İqtisadi  Əməkdaşlıq Təşkilatı  (İƏT) vasitəsi ilə  həyata keçirilir. İKT 

tərəfindən Azərbaycan Respublikasına iqtisadi yardım haqqında bir neçə 

qətnamə  qəbul etmişdi. Bu sənədlərdə üzv dövlətlər və islam qurumları 

tərəfindən respublikamıza təcili maliyyə və humanitar yardımların göstəril-

məsi nəzərdə tutulurdu. Ölkəmiz İƏT daxilində regional iqtisadiyyatın libe-

rallaşdırılması, iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat, ener-

getika, ticarət və investisiya üzrə iqtisadi layihələrdə aparılan danışıqlarda 

iştirak edirdi. Respublikamızın  İƏT dövlətləri ilə ticarət  əlaqələri müvafiq 

olaraq 2003-cü ildə 787 mln. ABŞ dollarından 2004-cü ildə 1247 mln. ABŞ 

dollarına qədər artmışdı. 2004-cü ildə ölkənin xarici ticarət dövriyyəsinin 

həcmində idxalın 20 faizi, ixracın 15 faizi İƏT dövlətləri ilə həyata keçiril-

mişdi. 


2013-cü ildə İƏT ölkələri ilə ticarət dövriyyəsinin həcmi 6796,11 mln. 

ABŞ dolları, o cümlədən idxalın həcmi 2234,16 mln., ixracın həcmi 4561,95 

mln. ABŞ dolları  təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 2.327,79 

mln. ABŞ dolları olmuşdur. 2013-cü ildə  İƏT ölkələrinin Azərbaycan 

Respublikasının xarici ticarət dövriyyəsindəki payı 19,59 faiz, o cümlədən 

idxalda 20,86 faiz, ixracda isə 19,03 faiz təşkil etmişdir. Lakin 2012-ci il ilə 

müqayisədə, 2013-cü ildə  İƏT ölkələri ilə ticarət dövriyyəsi 7,69 faiz, o 

cümlədən ixrac 13,66 faiz artmış, idxal isə 2,74 faiz azalmışdır ki, digər ölkə 

qrupları ilə xarici ticarət əlaqələrinin daha sürətlə artması ilə əlaqədardır. 

1995-2003-cü illər Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında 

keyfiyyətcə yeni bir mərhələ oldu. “Bir millət, iki dövlət” arasındakı strateji 

əməkdaşlığın durumu və perspektivləri hələ 1991-ci ildən Heydər Əliyevin 

daima diqqət mərkəzində olmuşdur. Ulu öndər 1994-cü ilin fevralında 

Türkiyədə  rəsmi səfərdə olarkən türk iş adamlarının böyük bir qrupu ilə 

görüşündə bu əməkdaşlığın məqsədini bir daha qeyd edərək demişdi ki, “... 

məqsədimiz Azərbaycan iqtisadiyyatının Türkiyə iqtisadiyyatı ilə daha sıx 

əlaqədə olmasından ibarətdir. Bunun həm iqtisadi, həm mənəvi, həm də 

siyasi əhəmiyyəti var” [6, 1994, 11 fevral]. 

Ötən yüzilliyin sonlarında Azərbaycan Respublikasının Prezidenti 

Heydər  Əliyevin tarixi İpək yolunun yenidən dirçəldilməsi ideyasını irəli 

sürməsi bütün dünyada, xüsusilə bu yolun üzərində yerləşən ölkələr 

tərəfindən ciddi maraqla qarşılandı. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin 

və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakı  şəhərində 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

169



tarixi İpək yolunun bərpası üzrə keçirilmiş Beynəlxalq konfrans və burada 

imzalanmış  sənədlərin mühüm siyasi və iqtisadi əhəmiyyəti oldu. 

Respublika Prezidentinin “Tarixi “İpək yolu”nun bərpası üzrə beynəlxalq 

Bakı konfransının qərarlarının yerinə yetirilməsi ilə  əlaqədar tədbirlər 

haqqında”  1998-ci il 26 oktyabr tarixli Fərmanında TRASEKA proqramı 

çərçivəsində imzalanmış çoxtərəfli  əsas sazişin həyata keçirilməsi üçün 

Nazirlər Kabineti və müvafiq icra strukturları qarşısında duran vəzifələri 

müəyyən etdi [58, 89-92].  

2000-ci ildən  İpək yolu layihəsinin hökumətlərarası komissiyası 

Katibliyinin Bakıda yerləşməsi haqqında təklifin irəli sürülməsi Azərbaycan 

Respublikasının TRASEKA layihəsində Avropa İttifaqının(Aİ)  əsas 

tərəfdaşlarından biri olmasını sübut etdi. 2001-ci ilin fevral ayının 21-də Aİ-

nin sədri Anna Lind və Baş katibi Xavyer Solananın iştirakı ilə bu təşkilatın 

Bakıda daimi Katibliyinin ofisi açıldı. TRASEKA layihəsinin həyata 

keçirilməsinin sosial-iqtisadi və siyasi mənfəətlərini və gömrük işi ilə bağlı 

əhəmiyyətini konkret olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:  

–  İpək yolundan daşınan yüklər və xidmətlər dövriyyəsindən tranzit 

rüsumlarının daxil olması;  

– iştirakçı dövlətlər üçün nəqliyyat xərclərinin aşağı salınması nəticə-

sində ümumi yükdaşımaların həcminin artması; 

– nəqliyyat və kommunikasiya şəbəkələrinin əlaqəli inkişafı; 

– sosial infrastruktur sahələrinin (turizm sektoru) formalaşması; 

– elmi-texniki informasiya mübadiləsinin güclənməsi; 

 – təhlükəsizliyin və siyasi sabitliyin əldə olunması, o cümlədən layihə 

iştirakçıları ilə mənafe birliyinə nail olunması;  

– Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılmasında 

birbaşa fəaliyyət göstərmək imkanı və s.  

1997-ci ilin fevralın 18-də Vaşinqtonda “Azərbaycan: kommunizmdən 

demokratiyaya, neft istehsalının artmasına doğru” mövzusunda keçirilən 

konfransın mühüm əhəmiyyəti oldu. Konfransda Azərbaycanı ARDNŞ-nin 

vitse-prezidenti  İlham  Əliyev və Azərbaycanın ABŞ-dakı  səfiri Hafiz 

Paşayev təmsil edirdi. Konfransda ABŞ  tərəfindən isə keçmiş müdafiə 

naziri R.Çeyni, habelə “Yunokal”, “Britiş Eyryerz”, “Amerikan Telefon and 

Teleqraf”, “Ekson”, “Oksidental”, “Şevron”, “Boinq” və digər iri şirkətlərin 

rəhbərləri iştirak edirdi [6, 1997, 27 iyul].  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə