Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə63/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   59   60   61   62   63   64   65   66   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

175



İllər Dövriyyə 

İdxal 

İxrac Saldo 

1999 

1965552,4 1035888,8  929663,6 -106225,2 



2000 

2917291,1 1172071,2  1745219,9 573148,7 



2001 

3745313,5 1431107,4  2314206,1 883098,7 



2002 

3832883,7 1665484,0  2167399,7 501915,7 



2003 

5216558,9 2626181,1  2590377,8 -35803,3 

 

Yeni iqtisadi münasibətlər  şəraitində dövlətin iqtisadi dirçəlişinin tə-



min olunmasında xarici investisiyalar əsas yerlərdən birini tutur. Beynəlxalq 

təcrübə göstərir ki, ölkədə  əlverişli investisiya mühiti yaratmaqla, xarici 

kapitalın ölkəyə axınına, onun dünya iqtisadi sisteminə inteqrasiyasına, 

rəqabətə davamlı məhsul istehsalına və ən vacibi isə sürətli iqtisadi inkişafa 

nail olmaq mümkündür. Bazar iqtisadiyyatına keçidin ilkin mərhələsində 

yaranan böhran halları və daxili maliyyə vəsaitinin çatışmazlığı, hər şeydən 

əvvəl ölkəyə xarici investisiya axınının sürətləndirilməsini tələb edirdi.  

Müstəqilliyin ilk illərində respublikada yaranmış ictimai-siyasi xaos 

və  hərc-mərclik ölkə iqtisadiyyatına xarici kapitalın geniş  cəlbinə imkan 

vermirdi. Məhz Ulu öndər Heydər  Əliyevin səyi və yüksək təşkilatçılıq 

məharəti ilə Azərbaycan Respublikasında yaradılan ictimai-siyasi sabitlik

ölkənin yeraltı  və yerüstü sərvətlərinin zənginliyi, ölkəmizin  əlverişli coğ-

rafi-iqtisadi məkanda yerləşməsi, nisbətən ucuz işçi qüvvəsinin, mükəmməl 

normativ-hüquqi sənədlərin,  əlverişli maliyyə-gömrük və vergi rejiminin, 

müvafiq daxili bazarın olması, özəlləşdirmə prosesinin uğurla aparılması 

xarici investisiyaların ölkəmizə axınına  şərait yaratdı. Heydər  Əliyev 

Azərbaycan dövlətinin xarici iqtisadi siyasət konsepsiyasını hazırlayarkən 

aşağıdakı xüsusiyyətləri nəzərə almışdı: bazar münasibətlərinə  əsaslanan 

müstəqil milli iqtisadiyyatın formalaşdırılması; makroiqtisadi sabitliyin 

təmin olunması; maliyyə  vəsaitlərinin artırılması; özəl sektorun gücləndi-

rilməsi; ticarətin liberallaşdırılması və dünya təsərrüfatı sisteminə əlaqələrin 

açılması; ölkə iqtisadiyyatına xarici investisiyalar cəlbinin stimullaşdırıl-

ması; ixrac yönümlü istehsal sahələrinə vergi, kredit və gömrük güzəşt-

lərinin tətbiqi; xarici bazarlara yol açan azad iqtisadi zonaların yaradılması 

zəruriliyi və s. 

 Təkcə 1995-2003-cü illər  ərzində ölkə iqtisadiyyatına 16640,2 mln. 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

176



ABŞ dolları  həcmində investisiya qoyulmuşdu ki, bunun da 12393,0 mln. 

ABŞ dollarını, yəni 74,5 faizini xarici investisiyalar təşkil etmişdi. 2001-

2003-cü illərdə isə ölkəyə xarici investisiya axınının sürətlənməsi davam 

etmişdir. Belə ki, həmin illərdə ölkə iqtisadiyyatına 6600,0 mln. ABŞ dolları 

həcmində xarici investisiya qoyulmuşdu ki, bu da bütövlükdə 1995-2003-cü 

illərdə iqtisadiyyata cəlb olunana xarici investisiyaların 53,3 faizini təşkil 

etmişdir. Qeyd etmək lazımdır ki, 1995-2003-cü illər  ərzində  təkcə neft 

sənayesinə 8642,2 mln. ABŞ dolları  həcmində xarici investisiyalar cəlb 

edilmişdir.  

Göstəricilərdən tam aydın olur ki, birbaşa investisiyaların ölkə iqti-

sadiyyatına axını prosesi dinamik xarakter almış və milli iqtisadiyyatımızın 

sıçrayışlı inkişafına müsbət təsir edən amilə çevrilmişdi. Azərbaycan 

iqtisadiyyatına yönəldilən xarici sərmayələrin içərisində birgə müəssisələr 

və xarici firmaların rolu artmaqda idi. Belə ki, 1995-2003-cü illərdə xarici 

firmaların sərmayələri 1885,5 mln. ABŞ dolları  həcmində olmuşdu. Bu, 

ölkə iqtisadiyyatına cəlb olunan bütün xarici investisiyaların 15,2 faizini 

təşkil edirdi. Xarici investisiyalar ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, 

Norveç, Yaponiya, Almaniya, Fransa, İran,  İtaliya,  İsveçrə  və  Səudiyyə 

Ərəbistanından daxil olurdu. Həmin müddətdə Türkiyə firma və  şirkətləri 

Azərbaycana 539,2 mln. (28,6 faiz), Böyük Britaniya firmaları 368,8 mln. 

(19,6 faiz), ABŞ – 339,9 mln. ABŞ dolları (18 faiz) vəsait qoymuşdu. 2002-

ci il aprelin 1-nə olan məlumata görə respublikada tamamilə xarici kapitalla 

işləyən müəssisələrin sayı 1946, müştərək müəssisələrin sayı isə 435-ə 

çatmışdı [41, №10, 2005, 34-35; 6, 2002, 15 may, №109, (3121)]. 

Lakin bəzi üzdəniraq məmurlar tərəfindən xarici şirkətlər qarşısında 

yaradılan süni maneələr, korrupsiya və digər mənfi hallar ölkəyə investisiya 

axınını  zəiflədirdi. Heydər  Əliyev 2000-ci ilin aprelin 13-də Bakı Hava 

Limanı kompleksinin işi ilə  əlaqədar Prezident Sarayında keçirilən müşa-

virədəki yekun nitqində ölkə iqtisadiyyatına xarici investisiyaların cəlbi 

sahəsində çox böyük nailiyyətlərin olmasını qeyd etməklə yanaşı, eyni 

zamanda, bu işə əngəl törədən məmurlara ciddi xəbərdarlıq etmişdi: “Xarici 

investorlar ölkəmizə gəlmək istəyirlər, ancaq onlar gəlib burada iş görmək 

məqsədi ilə fəaliyyətə başlayanda müxtəlif maneçiliklərlə rastlaşdılar. Əgər 

maneələri ötüb keçə bilirlərsə, bir iş görürlər, keçə bilməsələr, çıxıb gedir-

lər... Ona görə də bir daha hamını xəbərdar edirəm, - bilin, bizim özəl sek-



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

177



torun inkişafına şərait yaradın. Xarici investisiyaların Azərbaycana gəlmə-

sinə mane olmayın, onun qarşısını almayın, ona şərait yaradın, kömək edin. 

Belə olan halda iqtisadiyyatımız inkişaf edəcəkdir, xalqımızın rifahı yaxşıla-

şacaqdır, sizin özünüz, hər biriniz daha yaxşı yaşayacaqsınız”  [59, 294-

295]. 


2002-ci ilin aprel-may aylarında ölkə başçısının təşəbbüsü ilə yerli və 

xarici iş adamları ilə keçirilən görüşlərin və bu görüşlərdən irəli gələn 

vəzifələrə uyğun olaraq verdiyi Fərmanların bu sahədə çox böyük rolu oldu. 

Bu Fərmanlar sahibkarlar tərəfindən razılıqla qarşılandı və ciddi canlanmaya 

səbəb oldu, investisiyaların artmasına təsir etdi. O, xarici sahibkarlarla, 

Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı müəssisələrin vəziyyəti və inkişaf 

perspektivləri ilə yaxından maraqlanır, onlara öz işlərini yüksək səviyyədə 

qurmaları üçün müvafiq qərarlar qəbul edirdi. Respublika Prezidenti 2002-ci 

ilin mayın 14-də xarici sahibkarlarla keçirdiyi görüşdə bu işə münasibətini 

belə ifadə etmişdi: “Biznes indi iqtisadiyyatın aparıcı qüvvəsidir. Ona görə 



də mən bu sahəyə daim diqqət yetirmişəm, yetirirəm və bundan sonra da ye-

tirəcəyəm. Hər bir iş adamı, - xarici ölkədən gəlmiş, yaxud Azərbaycan və-

təndaşı, - bilsin ki, Azərbaycan prezidenti kimi mən onun sağlam iş görmə-

sinin himayədarıyam. Bu himayədarlığı daim edəcəyəm” [6, 2002, 16 may]. 

Heydər  Əliyevin bu sahədə verdiyi tövsiyə  və tapşırıqları  əsasında 

Azərbaycanda azad bazar iqtisadiyyatının təşəkkül tapması üçün sərbəst 

rəqabəti təmin edən normativ-hüquqi aktlar qəbul edildi, xarici investisiya 

haqqında qanunvericilik bazası formalaşdı. Bu məqsədlə  qəbul edilən 

sənədlər sırasında  “İnvestisiya fəaliyyəti haqqında” 13 yanvar 1995-ci il, 



“Sərbəst ticarət zonasının yaradılması haqqında Sazişin təsdiq edilməsi 

barədə” 8 oktyabr 1996-cı il, “İnvestisiya müsabiqəsi haqqında” 16 may 

1997-ci il, “Əmtəə nişanları  və coğrafi göstəricilər haqqında” 12 iyun 

1998-ci il, “İnvestisiya fondları haqqında” 30 noyabr 1999-cu il, “Azad 

ticarət zonasında texniki maneələrə dair Sazişin təsdiq edilməsi haqqında” 

8 dekabr 2000-ci il, “Kommersiya sirri haqqında”  4 dekabr 2001-ci il, 



“Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli qanunları qeyd 

etmək olar. Eyni zamanda, bir sıra ölkələrlə  sərbəst ticarət və iqtisadi 

əməkdaşlıq haqqında da sazişlər imzalandı. 

Ölkəmizin iqtisadiyyatına yönəldilmiş xarici investisiyaların 80 faizini 

birbaşa xarici investisiyalar təşkil edir və son illərdə neft sektoru ilə yanaşı, 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə