Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə62/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   58   59   60   61   62   63   64   65   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

172



dəstəklənməsi və dünya iqtisadiyyatına fəal qoşulmaları üçün prioritet 

məsələlərin maliyyə təminatı idi. 

Beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində qarşıda duran əsas vəzifə-

lərdən biri xarici iqtisadi fəaliyyətin, o cümlədən ixracın milli iqtisadiyyatın 

maraqlarına səmərəli uzlaşdırılmasıdır. Müstəqillik illərində görülən işlər 

bazar iqtisadiyyatına malik olan ölkələrdə olduğu kimi ölkəmizin təcrü-

bəsində  də xarici ticarətin inkişaf etmiş geniş  tətbiq olunan vasitə  və 

üsullarına  əsaslanan liberal dövlət tənzimlənməsi sistemini formalaşdırdı. 

Qısa zaman kəsiyində Azərbaycan dövlətinin dünya ölkələri ilə ticarətinin 

inkişafında irəliləyiş özünü göstərdi, onun coğrafiyası ciddi şəkildə dəyişdi. 

Əgər müstəqillik  əldə etdikdən sonrakı ilk illərdə idxal və ixracın böyük 

hissəsi əsasən Türkiyə, İran və MDB ölkələri ilə aparılırdısa, sonrakı illərdə 

xarici ticarət dövriyyəsində inkişaf etmiş ölkələr üstünlük təşkil etməyə 

başladı. Ölkəmizlə ticarət əməliyyatlarına cəlb edilən ölkələrin sayı daha da 

artdı. Daha çox ixrac potensialına malik olan, bizim məhsullara daha 

əlverişli qiymət ödəyən, çoxsaylı ticarət  əlaqələri aparan və çatdırılma 

prosesinə əlverişli şəraiti təmin edən ölkələri seçmək imkanımız genişləndi. 

Heydər  Əliyev 90-cı illərin birinci yarısında ticarətdə idxalla ixracın 

nisbətini təhlil edərək idxalın ixracdan çox olmasını tənqid edirdi. Belə ki, 

ixrac və valyuta nəzarətinin dövlət sisteminin formalaşması  hələ sonadək 

başa çatmamışdı, bəzi strateji əhəmiyyət daşıyan xammallara, ərzaq malları 

və  dərman vasitələrinə, aralıq məhsullara və avadanlıqlara görə idxaldan 

asılılıq makroiqtisadi balansı pozurdu. Ölkənin ixrac potensialının artırılma-

sı və idxala maliyyə, təşkilati və informasiya dəstəyinin infrastrukturu zəif 

idi. Ölkədən çıxarılan valyuta, strateji əhəmiyyətli xammal və digər mallar-

dan dövlət büdcəsinə çox az maliyyə gəlirləri daxil olurdu. Xarici iqtisadi-ti-

carət  əlaqələrinin idarə edilməsinə  məsul olan dövlət orqanları  tərəfindən 

ciddi nöqsanlar və çatışmazlıqlar bu sahədə islahatlar aparılmasını  tələb 

edirdi. Respublika Prezidentinin müvafiq sərəncamları ilə 1999-cu ildə Xa-

rici İqtisadi Əlaqələr Nazirliyi, 2001-ci ildə isə Ticarət Nazirliyi ləğv edildi.  

Bununla yanaşı, Heydər  Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 

11-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdəki nitqində xarici ticarət 

sahəsində qazanılmış müvəffəqiyyəti dəyərləndirərək iqtisadiyyatımızın in-

kişafında böyük rol oynadığını qeyd edirdi. Onun çıxışında xarici ticarətin 

liberallaşmasının böyük nəticə verməsi faktlarla göstərilir: “Məsələn, 5-6 il 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

173



bundan öncə Azərbaycana hər şey xaricdən gətirilirdi. Biz xarici ticarət sa-

həsində daha çox idxal edirdik, nəinki ixrac...1996-2001-ci illərdə xarici ti-

carət dövriyyəsi 2,4 dəfə artaraq 2,2 milyard dollara çatıbdır. Həm də ixra-

cın həcminin daha sürətlə artması müşahidə olunur” [121, 2002, 18 

oktyabr]. 

Azərbaycan iqtisadiyyatına həm yerli, həm də xarici sərmayələrin cəlb 

olunması məqsədilə əlverişli investisiya mühiti də yaradıldı. Xarici biznes-

menlərin iş görməsinə  əngəl törədən problem və  çətinliklər qalmaqda idi. 

Bu sahədə qanunvericiliyin, vergi və lisenziya sisteminin təkmilləşdirilməsi 

tələb olunurdu. Heydər  Əliyev Azərbaycanda biznes mühitinin sağlamlaş-

dırılması üçün mövcud bürokratik əngəllərin aradan qaldırılmasını, bu 

sahədə  şəffaflığın təmin edilməsini, korrupsiyaya qarşı  qəti mübarizə 

aparılmasını müvafiq dövlət qurumları qarşısında bir vəzifə kimi irəli 

sürürdü. Düzdür, 1994-cü ildən başlayaraq xarici ticarət dövriyyəsi mənfi 

saldoya malik olmuş  və bu proses 2000-ci ilədək davam etmişdi. Lakin 

Azərbaycanın iqtisadi əlaqələri ilbəil genişlənir və inkişaf edirdi. Neft və 

neft məhsulları ixracın aparıcı sahəsinə çevrildi. 1995-ci ildə neft və neft 

məhsullarının ümumi ixracda payı 45,8 faiz, 2001-ci ildə 91,1 faiz, 2002-ci 

ildə isə 87,7 faiz olmuşdu. Lakin 1995-2001-ci illərdə kimya məhsullarının 

ümumi ixracda xüsusi çəkisi 3,5 faizdən 0,9 faizə, elektrik enerjisi 4,1 

faizdən 0,2 faizə, pambıq və mahlıc ipliyi 20,8 faizdən 0,8 faizə, qara və 

əlvan metallurgiya məhsulları 3,2 faizdən 1,7 faizə, maşın və avadanlıqlar 

10,6 faizdən 1,7 faizə, alkoqollu içkilər 1,2 faizdən 0,1 faizə düşmüşdü.  

1995-ci ildən Azərbaycan Respublikasında bütün ölkələrlə qarşılıqlı 

faydalı  əməkdaşlığın inkişafına yönəldilmiş xarici iqtisadi siyasət forma-

laşdırıldı, düzgün aparılan qiymət və vergi siyasətinin, xarici ticarətin 

artımına rəvac verən tədbirlərin həyata keçirilməsi sonrakı illərdə bu sahədə 

dönüş  əldə edilməsinə imkan verdi. Məsələn, Azərbaycan Respublikası 

Prezidentinin  “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi 



qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il 2 sentyabr tarixli 782 

nömrəli Fərmanı ilə lisenziyalaşdırılmaya məruz qalan bütün fəaliyyət 

növlərinin siyahısı tətbiq edildi.  

2003-cü ildə 1995-ci ilə nisbətən xarici ticarətin həcmi 4,0 dəfə, o 

cümlədən ixrac 4,1 dəfə, idxal isə 3,9 dəfə artdı. Azərbaycanın xarici ticarət 

dövriyyəsinin getdikcə artması iqtisadi inkişafın dinamik xarakter alma-




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

174



sının, daxili bazarın imkanlarının düzgün qiymətləndirilməsi, həmçinin 

xarici ticarətin liberallaşdırılması  və ölkədə  əlverişli investisiya mühitinin 

yaradılmasının nəticəsi idi. Artıq 2003-cü ildə xarici iqtisadi əlaqələr 5216 

mln. ABŞ dolları, o cümlədən ixrac 2591,7 mln., idxal isə 2626,4 isə mln. 

ABŞ dolları  təşkil etmişdi. 2003-cü ilin yekunlarına  əsasən xarici ticarət 

dövriyyəsi 1993-cü ilə nisbətən 3,9 dəfə, o cümlədən ixrac 3,6 dəfə, idxal 

əməliyyatları üzrə isə 3,9 dəfə artmışdı. Bu illər  ərzində xarici ticarət 

əlaqələrinin strukturu da dəyişmişdi: idxalın ümumi həcmində respublikaya 

gətirilən  ərzaq məhsullarının xüsusi çəkisi 1993-cü ildə 21,2 faiz, 1995-ci 

ildə 41,6 faiz olduğu halda, 2000-ci ildə bu göstərici azalaraq 19,0 faiz, 

2003-cü ildə isə 16,0 faiz təşkil etmişdi. 2003-cü ilin xarici ticarət dövriyyə-

sinin 77,3 faizi uzaq xarici dövlətlərin, 22,7 faizi isə MDB ölkələrinin payı-

na düşürdü. Azərbaycanın xarici ticarət əlaqələrində İtaliya (27,2 faiz), Ru-

siya (7,0 faiz), Fransa (5,8 faiz), (Türkiyə (5,6 faiz), Birləşmiş Krallıq (3,8 

faiz), ABŞ (3,7 faiz) və Almaniya (2,9 faiz) öncül yer tuturdu. İdxal-ixrac 

əməliyyatlarında  İran,  İsrail,  İsveçrə, Gürcüstan, Qazaxıstan və Türkməni-

stan da yüksək xüsusi çəkiyə malik idilər. Azərbaycandan ixrac olunan məh-

sulların 65,7 faizi, idxalın isə 32,0 faizi Avropa Birliyi ölkələrinin payına 

düşürdü. Bütövlükdə, Azərbaycan Respublikası 124 ölkə ilə ticarət əlaqələri 

yaratmışdı, halbuki 1996-cı ildə bu ölkələrin sayı cəmi 55 idi [32, 666-675]. 

Aşağıdakı cədvəl bu dəyişiklikləri təhlil etməyə imkan verir: 

 

 



Cədvəl 3.3 

 

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin 

dinamikası (min ABŞ dolları) 

 

İllər Dövriyyə 



İdxal 

İxrac Saldo 

1991 

4002234,3 1881266,2  2120968,1 239701,9 



1992 

2423835,0 939862,0  1483973,0 544111,0 



1993 

1353467,1 628806,0  724661,1 95855,1 



1994 

1430644,7 777910,5  652734,2 -125176,3 



1995 

1304856,5 667657,2  637199,3 -30457,9 



1996 

1591881,8 960636,3  631245,5 -329390,8 



1997 

1575652,9 794343,2  781309,7 -13033,5 



1998 

1682647,9 1076497,4  606150,5 -470346,9 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə