Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə55/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   51   52   53   54   55   56   57   58   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

153



Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası 

ərazisinə  gətirilən minik avtomobillərinin aksiz vergisinə  cəlb edilməsi 

haqqında” 1997-ci il 2 sentyabr tarixli 101 nömrəli Qərarı ilə  ləğv edildi. 

Qərar MDB ölkələri hüdudları  kənarında istehsal edilən və yaşı istehsal 

tarixinin 1 ilindən artıq olmayan minik avtomobillərinin idxalı üçün minik 

avtomobillərinin gömrük dəyərinin 15 faiz aksiz vergisi ödənilməsini tələb 

edirdi. Bu Qərar da öz növbəsində 2001-ci il 24 yanvar tarixli 22 nömrəli 

Qərar ilə ləğv edildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “MDB 



ölkələrinin istehsalı olmayan gətirilən aksiz vergisinə  cəlb edilən malların 

aksiz dərəcələri haqqında” 1996-cı il 2 iyul tarixli 80 nömrəli Qərarı MDB 

ölkələrindən kənarda istehsal edilən alkoqollu içkilərin və tütün 

məmulatlarının idxalı üçün aksiz dərəcələrini müəyyən edir. Bu Qərar 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respubli-



kasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcə-

lərinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli 

Qərarı ilə ləğv edildi. 

Məlumdur ki, dövlət büdcəsinin formalaşmasının əsas ağırlığı, əlbəttə 

ki, vergi orqanlarının üzərinə düşür. Lakin son illərin göstəricilərinin təhlili 

büdcə  gəlirlərinin formalaşmasında vergi orqanları ilə  bərabər gömrük 

orqanlarının da əhəmiyyətli rol oynadığını qeyd etməyə əsas verir.  

Rəsmi statistik məlumatlara görə, 1996-cı ildən etibarən həm Vergilər 

Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi üzrə vergi daxilolmalarının 

dinamikasında davamlı artım müşahidə olunurdu. Belə ki, 1996-cı ilə 

nisbətən 2003-cü ildə Vergilər Nazirliyi üzrə daxilolmalarının mütləq həcmi 

təxminən 2,5 dəfə, Dövlət Gömrük Komitəsi üzrə isə 3,9 dəfə artdı.  

1996-2003-cü illərdə DGK üzrə büdcəyə daxilolmaların həcminin 

artımı ildə orta hesabla 19,0 faiz təşkil etdi. Vergi Məcəlləsinin 190-cı 

maddəsi, o cümlədən yeyinti spirti, pivə  və bütün növ alkoqollu içkilər, 

tütün məmulatları və neft məhsulları da daxil olmaqla aksiz vergisinə cəlb 

olunan malların siyahısını müəyyən edir. Burada neft məhsullarından başqa 

bütün mallar üçün aksiz vergisi dərəcələri müəyyən edilir. 188-ci maddədə 

fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içkinin və 3 blok siqaretin 

idxalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə  gələn  şəxslər 

üçün həmin avtomobilin texniki pasportu ilə  nəzərdə tutulmuş yanacaq 

çənindəki yanacaq, həmçinin, Azərbaycan Respublikası  ərazisindən tranzit 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

154



ilə daşınan mallar, təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna 

edilməklə, malların Azərbaycan Respublikası  ərazisinə müvəqqəti idxalı, 

təkrar ixrac üçün nəzərdə tutulan və girovla təminat verilən mallar aksiz 

vergisindən azad edilir. 

 Vergi  Məcəlləsinin 190.2-ci maddəsi müvafiq dövlət orqanlarına 

aksiz vergisinə cəlb olunan malların idxalı üçün aksiz dərəcələrini müəyyən 

etmək səlahiyyəti verir. Vergi Məcəlləsinin 182.1-ci maddəsinə uyğun 

olaraq aksiz vergisi malların satış qiymətinə daxil edilir. Aksiz vergisinə 

cəlb olunan malların ixracına sıfır (0) dərəcə aksiz dərəcəsi tətbiq edilir [94, 

2003, 29 avqust]. 



“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, 

qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 

Azərbaycan Respublikasının 2000-ci il 11 iyun tarixli 905-IQ nömrəli 

Qanununa uyğun olaraq aksiz vergisinə  cəlb olunan malların siyahısı 

verilmişdir. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə 



cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci 

il 19 yanvar tarixli 20 nömrəli Qərar Azərbaycan Respublikasında istehsal 

edilən yeyinti spirti, pivə, alkoqol və tütün məmulatlarına tətbiq edilən aksiz 

dərəcələrini təsdiq etmişdir.  

Hökumətin  “Azərbaycan Respublikasının  ərazisinə  gətirilən aksiz 

vergisinə  cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi 

haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 nömrəli, 19 

yanvar 2001-ci il tarixli, Qərarına dəyişiklik edilməsi barədə” 209 nömrəli 

10 noyabr, 2005-ci il tarixli Qərarı Azərbaycan Respublikasının  ərazisinə 

gətirilən aksiz vergisinə  cəlb olunan malların aksiz dərəcələrini müəyyən 

etmişdir. 

 Qeyd edilən hüquqi aktlar gömrük ödənişlərinin əhəmiyyətli dərəcədə 

artmasına təsir etmişdir. Gömrük nəzarətinin və qaçaqmalçılığa qarşı 

mübarizənin gücləndirilməsi, gömrük orqanlarının maddi-texniki bazasının, 

habelə maliyyə intizamının möhkəmləndirilməsi sahəsində görülən işlər 

büdcə gəlirlərinin yaradılmasında Dövlət Gömrük Komitəsinin rolunu xeyli 

artırdı.  

Gömrük siyasətinin  əsas istiqamətlərindən biri kimi fiskal sahədə  də 

dönüş yaradıldı. Büdcə  gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi 

çəkisi 1994-cü ildəki 3,2 faizdən və ya 17,4 mlrd. manatdan 2001-ci ildə 24 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

155



faizə  və ya 822 mlrd. manata çatmışdı. Lakin vergi orqanlarının işinin 

səmərəliliyinin artmasının məntiqi nəticəsi olaraq, gömrük vergi və rüsum-

larının artımı yüksələn xətlə davam etdirilsə də, büdcə çəkisində onun payı 

azalmaqda idi. Belə ki, 2002-ci ildə bu göstərici 20,3 faiz (921, 8 mlrd. 

manat), 2003-cü ildə 17,3 faiz (1 trilyon 61, 2 mlrd. manat), 2004-cü ildə 

17,0 faiz (1 trilyon 303, 3 mlrd. manat) olmuşdur. Bu, normal hal olmaqla 

ölkənin iqtisadi siyasətinə tamamilə uyğun idi.  

Aşağıdakı  cədvəl təkmilləşdirilmiş qanunlar çərçivəsində beş il 

ərzində gömrük yığımlarının dinamikasını əks etdirir: 

 

Cədvəl 3.1 



 

1998-2003-cü illərdə Azərbaycan Respublikasında gömrük vergi 

və rüsumlarının həcmi (1991-ci ilin qiymətləri ilə, mlrd. manat) 

 

Göstəricilər 



1998 

1999 

2000 

2001 

2002 

2003 



Gömrük vergi və rüsumları, 

cəmi: O cümlədən: 

561,0 662,0 720,0 822,0  921,8 1061,2 



Gömrük rüsumları 

286,4 315,3 314,0 260,3  276,7 294,9 



ƏDV 

232,8 299,3 384,8 521,5  602,1 717,6 



Aksiz vergisi 

32,2 36,6 12,0 31,7  35,9 43,3 



Yol vergisi 

9,6 10,8 8,7  8,3  7,1  5,4 



Respublika büdcəsində xüsu-

si çəkisi (%) 

24,1 23,7 20,1 24,0  20,3 17,3 



Ümumi daxili məhsulda 

xüsusi çəkisi (%) 

3,3 3,5 3,1 3,1  3,1 3,0 

 

 Cədvəldən göründüyü kimi, beş ildə gömrük vergi və rüsumlarının 



həcmi artaraq 1998-ci ildəki 561 mlrd. manatdan 1061, 2 mlrd. manata 

yüksəldi.  

1998-2003-cü illərə aid rəsmi statistikanın araşdırılması ölkədə göm-

rük vergi və rüsumlarının dinamikasında müsbət meyllərin baş verdiyini 

sübut edir. Belə ki, 1998-ci ilə nisbətən 2003-cü ildə gömrük vergi və 

rüsumlarının həcmi 89,2 faiz, 2002-ci illə müqayisədə isə 15,1 faiz artmışdı. 

Gömrük vergi və rüsumlarının ümumi həcminin artmasında gömrük rüsum-

larının və  əlavə  dəyər vergisinin tətbiqi mühüm rol oynamışdı. Müqayisə 

edilən dövrdə gömrük rüsumları 3,0 faiz, əlavə  dəyər vergisi isə  təxminən 

8,2 dəfə artmışdı. Əgər 1998-ci ildə gömrük vergi və rüsumlarının 51,1 faizi 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə