Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə51/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   47   48   49   50   51   52   53   54   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

141



icazə verilmirdi. Xarici ticarət haqqında  əsasnamənin hazırlanması, bu 

əlaqələrə  nəzarət üzrə müvafiq dövlət komissiyasının yaradılması tövsiyə 

edilir və gömrük nəzarətinin formaları nisbətən sadələşdirilirdi.  

Lakin iqtisadi təhlükəsizliyimizin keşiyində durmalı olan gömrük 

xidmətində yaranmış böhranlı vəziyyət Azərbaycan Respublikasının iqtisadi 

əsaslarına son dərəcə sarsıdıcı təsir göstərməklə bazar iqtisadiyyatına keçid 

dövründə mövcud  

çətinlikləri daha da dərinləşdirir, xarici iqtisadi əlaqələrin inkişafına 

ciddi maneçilik törədirdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbay-

can Respublikası Gömrük Komitəsinin işi haqqında”  1995-ci il 9 yanvar 

tarixli 257 saylı Fərmanında Nazirlər Kabinetinə tapşırılırdı ki, vahid göm-

rük siyasətinin iqtisadi, təşkilati və hüquqi mexanizmi ilə bağlı  təkliflərini 

hazırlayaraq Respublika Prezidentinə  təqdim etsin [24, 31 yanvar, 1995, 

nömrə 1-2, maddə 29].  

“1996-cı ilin birinci yarısında ölkənin iqtisadi inkişafının yekunları və 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında duran başlıca 

vəzifələr haqqında”  Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 

iyul tarixli Fərmanında dövlətin və xalqımızın mənafeyinə uyğun xarici 

iqtisadi siyasət yeridilməsi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına 

inteqrasiya olunması üçün bütün xarici və daxili amillərdən istifadə edilməsi 

sahəsində müvafiq dövlət strukturlarının, o cümlədən gömrük xidmətinin 

işinin yaxşılaşdırılması mühüm vəzifə kimi irəli sürüldü [12, 114-157]. 

Aşağıdakı prioritet məsələlərin həlli qarşıda dururdu:  

– Azərbaycanda istehsal olunan malların dünya bazarına çıxarılmasına 

əlverişli  şəraitin yaradılması, yerli məhsulların keyfiyyətinin yaxşılaşdırıl-

ması  və beynəlxalq standartlara uyğunlaşdırılması, müəssisələrdə  rəqabət 

qabiliyyəti məhsul istehsalının təmin edilməsi yolu ilə ixracat potensialının 

artırılması, o cümlədən ixracın stimullaşdırılması; 

– bazar iqtisadiyyatının real məzmunlu instusional əsaslarının yaradıl-

ması; 


– xarici iqtisadi liberallaşdırma ilə iqtisadi təhlükəsizliyin uzlaşdırıl-

ması; 


– ölkənin idxal asılılığının azaldılması; 

– səmərəli özəlləşdirmə siyasətinin aparılması; 

– bank və maliyyə sisteminin beynəlxalq standartlara uyğunlaş-



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

142



dırılması; 

– səmərəli valyuta siyasətinin yürüdülməsi; 

– xarici borcların optimal həddə saxlanılması; 

– strateji bazar sisteminin həyata keçirilməsi

– TRASEKA və digər nəqliyyat dəhlizlərində iştirak; 

– milli iqtisadiyyatın xarici rəqabətin təsirindən etibarlı surətdə qorun-

ması üçün düşünülmüş gömrük siyasətinin aparılması;  

– gömrük və vergi məcəllələrinin təkmilləşdirilməsi, idxal və ixrac 

əməliyyatlarının lisenziyalaşdırılma və kvota üsulu ilə  tənzimlənməsinin 

məhdudlaşdırılması; 

– ölkədə  əlverişli iqtisadi mühit yaratmaqla xarici investisiyaların 

cəlbinə nail olunması, istehsal potensialının genişləndirilməsi və onun 

texniki modernləşdirilməsinə nail olmaq üçün xarici kapitalın milli bazara 

cəlb edilməsinin kompleks sisteminin formalaşdırılması; 

– xarici investisiyaların əlaqələndirilməsi, xarici investisiya, kredit və 

yardımlardan istifadə olunmasının səmərəli mexanizminin yaradılması  və 

tətbiq edilməsi. 

Daha sonrakı  mərhələdə ayrı-ayrı istiqamətlər üzrə strateji cəhətdən 

əhəmiyyətli və cəsarətli qərarların qəbulu həyata keçirildi. Bu istiqamətlərin 

əsas məntiqi prinsipləri aşağıdakılar idi: 

– ölkənin  əsas təbii-iqtisadi resurslarının, o cümlədən Xəzər nefti, 

tranzit kommunikasiya potensialı, torpaq ehtiyatları  və  əhali faktorunun 

aktiv təsərrüfat dövriyyəsinə qoşulmasının təmin edilməsi; 

– bazar subyektlərinin rəqabət qabiliyyətliliyin artırılması  məqsədilə 

dövlət proqramlarının hazırlanması; 

– xarici ticarətlə bağlı olan prioritet sahələrə məqsədyönlü investisiya 

proqramlarının işlənib-hazırlanması; 

– xarici sərmayədarlar tərəfindən ölkədə  əldə olunmuş  mənfəətin 

yenidən ölkə iqtisadiyyatına yatırılması; 

– Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərin-

dən istifadə; 

– DTT-yə üzv olmaq və sərhəd bürokratiyasının aradan qaldırılması; 

– real məzmunlu beynəlxalq və regional iqtisadi inteqrasiya proseslə-

rində iştirakın intensivləşdirilməsi və s. 

Bu vəzifələrin həyata keçirilməsi qısa zaman kəsiyində ölkənin iqtisa-



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

143



di təhlükəsizliyi təmin etmək iqtidarına malik milli gömrük xidməti orqa-

nının işinin yenidən təşkili və onun nəzarət-tənzimləyici funksiyalarının 

hərtərəfli yaxşılaşdırılmasını bütün kəskinliyi ilə ortalığa qoydu. Xarici 

iqtisadi fəaliyyətin tamamilə  mərkəzi hakimiyyət orqanlarının inhisarında 

saxlanıldığı sovet dövründən fərqli siyasəti həyata keçirən bu tədbirlər 

kompleks xarakter daşımalı və onların mərhələləri müəyyənləşdirilməli idi. 

Bununla da xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük-

tarif siyasətini həyata keçirmək, idxalçılara sağlam rəqabət  şəraiti yarat-

maqla, həm də daxili bazarı qorumaq, ixrac potensialını artırmaq, büdcə 

gəlirlərinin formalaşdırılmasında yaxından iştirak etmək zərurəti yarandı. 

Təbii ki, keçmiş SSRİ-nin gömrük qanunvericiliyinin tətbiqi ilə bu işlərin 

öhdəsindən gəlmək mümkün olmazdı. Ona görə də gömrük siyasətinin əsas 

istiqamətlərini müəyyən etmək, gömrük işinin normativ-hüquqi bazasını 

yeniləşdirmək zərurəti meydana çıxdı. Bu sahədə əsas strateji istiqamətləri 

kimi idxal-ixrac əməliyyatlarının lisenziyalaşdırılması  və kvota üsulu ilə 

tənzimlənməsi mexanizmi formalaşdı. Gömrük xidmətinə rəhbərliyin səviy-

yəsi və kadr potensialı gücləndirildi, infrastrukturu yenidən quruldu. 

Bütövlükdə, gömrük işinin məzmununa yenidən baxıldı. Təşkilati tədbirlərlə 

bir vaxtda dövlətin gömrük siyasəti də  təkmilləşməkdə idi: gömrük siya-

sətinin düşünülmüş  şəkildə  həyata keçirilməsi xarici iqtisadi fəaliyyətin 

tənzimlənməsinin gömrük mexanizmini hərəkətə gətirməli və dövlət büdcə-

sinin gəlirlər hissəsində gömrük rüsum və yığımlarının toplanmasını təmin 

etməli idi [138, 4-5]. 

Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyasında 

mühüm dövlət orqanlarından biri olan gömrük sisteminin hüquqi və maddi-

texniki bazasının inkişaf etdirilməsi ən vacib məsələlərdən biri idi. Gömrük 

orqanlarının infrastrukturunun möhkəmləndirilməsi istiqamətində  işlər 

görüldü. Azərbaycan Neft Konsorsiumuna idxal olunan avadanlıq və əmla-

kın çevik rəsmiləşdirilməsini təşkil etmək üçün “Sahil”, neft ixracı  və 

tranzitinin həyata keçirilməsi üçün “Dübəndi”, “Şirvanovka” və “Liman” 

gömrük postları, aksizli malların idxalına nəzarəti gücləndirmək üçün 

“Aksiz” gömrük postu və digər ixtisaslaşdırılmış gömrük idarələri yaradıldı. 

Gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədilə DGK-nın Mərkəzi 

laboratoriyası  ən müasir avadanlıqlarla təchiz edildi, gömrük-buraxılış 

məntəqələri üçün zəruri texniki vasitələr alındı, gömrükxanalarda tikinti və 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə