Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə50/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   46   47   48   49   50   51   52   53   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

138



Qanunun 6-cı  fəslində tarif güzəştlərinin müəyyən edilməsi ilə bağlı müd-

dəalar  əks olunmuşdur. Qanuna görə,  əgər “gömrük güzəştləri” dedikdə, 

gömrük qanunvericiliyi ilə müəyyən edilən qaydalara aid istənilən güzəşt 

nəzərdə tutulurdu. “Tarif güzəştləri” dedikdə, gömrük tarifində müəyyən 

edilən dərəcələrə uyğun gömrük rüsumlarının alınması ilə əlaqədar güzəştli 

vergi tutulması nəzərdə tutulur. Tarif güzəştləri “Gömrük tarifi haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur və Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Qanunun 34-cü mad-

dəsində gömrük sərhədi  ərazisindən çıxarılan Azərbaycan Respublikası 

valyutası  və bu əraziyə  gətirilən xarici valyutalar (numizmatika məqsədilə 

istifadə olunanlardan başqa), qiymətli kağızların gömrük rüsumlarından 

azad edilməsi göstərilir. Həmin Qanunun 35-ci maddəsində göstərilir ki, 

Azərbaycan Respublikasının xarici dövlətlərlə ticarət siyasəti münasibətləri 

həyata keçirilərkən aşağıdakı mallar üzrə gömrük rüsumlarından azadetmə, 

gömrük rüsum dərəcələrinin aşağı salınması, yaxud idxal (ixrac) üçün 

kvotalar qoyulması kimi güzəştlər verilə bilər: 

– Azərbaycan Respublikası ilə gömrük ittifaqı  və azad ticarət zonası 

yaratmış  və ya bu cür ittifaqın və ya zonanın yaradılmasına dair müqavilə 

imzalamış dövlətlərə mənsub mallar; 

– Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən beş ildə bir 

dəfədən az olmamaq şərti ilə inkişaf etməkdə olan ölkələrə mənsub mallara 

edilən güzəştlər. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respubli-

kası  ərazisində radiasiya təhlükəsizliyinə  nəzarəti gücləndirmək tədbirləri 

haqqında” 1997-ci il 11 iyul tarixli 76 nömrəli qərarı ölkə ərazisində radia-

siya təhlükəsizliyinə müntəzəm nəzarətin mövcud norma və qaydaların 

tələblərinə uyğun təmin edilməsi və bu sahədə dövlət nəzarətinin güc-

ləndirilməsi məqsədi daşıyırdı. Həmin qərarda respublikaya gətirilən və 

respublikadan çıxarılan, eyni zamanda respublika ərazisindən keçən tranzit 

yüklərə daim radiasiya nəzarəti aparmaq məqsədilə bütün sərhəd keçid 

məntəqələrində stasionar avtomatik radiasiya nəzarəti cihazlarının quraş-

dırılması gömrük orqanlarına tapşırıldı. 

 2002-ci ilin avqust ayında fəaliyyətə başlayan “Yeni sahil” gömrük 

postuna gömrük rəsmiləşdirilməsinin aparılması  və başa çatdırılması, 

statistika və maliyyə  işlərinin aparılması  səlahiyyəti verildi. Bununla da 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

139



Neft Konsorsiumuna idxal olunan böyük miqdarda malların vaxtında və 

operativ surətdə gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük 

nəzarətinin həyata keçirilməsinin səmərəli təşkilinə imkan yaratdı. Hasil və 

emal edilən neft və neft məhsullarının, eləcə  də enerji daşıyıcılarının 

gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq, bu növ malların ixracına daha 

əlverişli  şərait yaratmaq məqsədilə DGK-nın daxili imkanları hesabına 

enerji daşıyıcılarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətini həyata 

keçirən “Enerji gömrükxanası” fəaliyyətə başladı. 

Əslində, 1995-ci il sistemli iqtisadi islahatların həyat keçirilməsinin 

başlanğıc ili hesab olunmalıdır. Çünki iqtisadiyyatın dövlət tərəfindən idarə 

olunmasına ilk dəfə orta müddətli məqsədli proqramlar üzrə başlanıldı. 

Heydər  Əliyev bu missiyanı öz üzərinə götürərək ölkənin iqtisadi siyasət 

strategiyasının başlıca konturlarını cızmışdı. Belə proqramlara “1995-1998-

ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”, 

“Aqrar islahatlar Proqramı”, “Azərbaycan Respublikasında iqtisadi yüksə-

liş və struktur yenidənqurmanın orta müddətli Proqramı”  “1997-2000-ci 

illərdə kiçik və orta sahibkarlığa dövlət köməyi Proqramı”nı aid etmək olar. 

Ölkənin strateji məqsədi və taktiki vəzifələr baxımından cari, habelə orta-

müddətli inkişaf proqramları ilə yanaşı, uzunmüddətli sosial-iqtisadi inkişaf 

perspektivlərini əhatə edən strategiya işlənib-hazırlandı. Bazar münasibətləri 

iqtisadi sistemi şəraitində Azərbaycan Respublikasının uzunmüddətli inkişaf 

perspektivlərini  əks etdirəcək milli inkişaf strategiyasının işlənib hazır-

lanması  zəruriliyini ümummilli lider Heydər  Əliyev 2001-ci ildə ABŞ 

Ticarət palatası  İdarə Heyəti üzvləri ilə görüşündə söyləmişdi [6, 2001, 4 

iyul]. 

Məhz onun nəhəng təşkilatçılıq fəaliyyəti nəticəsində Azərbaycanın 



beynəlxalq iqtisadi münasibətlər sistemində iştirakı və özünəməxsus mövqe 

qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün maraqlar 

dairəsi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi. Beynəlxalq aləmin 

Cənubi Qafqazda, xüsusilə Azərbaycanda və Xəzər regionunda, təmsil olu-

nan, üst-üstə düşən maraq dairələri müəyyənləşdirildi və  təhlil edildi. 

Respublika Prezidentinin təşəbbüsü və səyi ilə əsasən iqtisadi xarakter daşı-

yan, mühüm beynəlxalq müqavilə və sazişlər imzalandı. Dövlətin bu mürək-

kəb prosesləri, o cümlədən gömrük rüsumları, pul-kredit sistemi, optimal 

vergi dərəcələri üzərində  nəzarət funksiyalarını  həyata keçirməsi mühüm 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

140



əhəmiyyət daşıyırdı. 

Xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sahəsində bütün 

ölkələrin fəaliyyəti praktik olaraq eynidir. Lakin onun miqyası, forma və 

metodları bu sahədə  hər bir dövlətin qarşıya qoyduğu məqsəd və  vəzifə-

lərdən, onun müasir dünyadakı  vəziyyətindən, həyata keçirdiyi daxili və 

xarici siyasətindən asılı olaraq müxtəlifdir. Azərbaycan Respublikasının 

gömrük siyasəti konkret olaraq əsasən iki iqtisadi məsələnin həllinə yönəl-

dilmişdi: 1) gömrük gəlirlərinin mümkün qədər artırılması  və 2) ölkənin 

müsbət xarici ticarət balansının formalaşması. Təbii ki, bazar münasibətləri 

tarixində yüz illərlə  təcrübəsi olan, xarici ticarəti tamamilə liberallaşan, 

dünya siyasətində öz yeri olan ölkələrlə, bu yolu özünə inkişaf yolu seçmiş 

və bazar iqtisadiyyatına keçid şəraitində gömrük tarif siyasətinin məqsədi və 

vəzifələri tamamilə üst-üstə düşə bilməz. Bu siyasətin forma və metodları 

eyni olsa da, təsir dairəsi və səmərəsi eyni deyildir. 

Ölkəmiz ilk növbədə postsovet respublikaları ilə xarici iqtisadi 

əlaqələrin bərabərhüquqlu  əsaslar üzərində davam etməsində maraqlı idi. 

Azərbaycan Respublikası ilə Belorus Respublikası arasında 1993-cü il 

dekabrın 24-də Bakı  şəhərində ticarət-iqtisadi  əməkdaşlıq prinsipləri 

haqqında Saziş imzalandı. Sazişdə tərəflər bərabərlik və qarşılıqlı faydalılıq 

prinsipləri əsasında əməkdaşlığın genişləndirilməsi, ticarət-iqtisadi münasi-

bətlərin inkişaf etdirilməsi barədə razılığa gəlmişdilər. 1993-cü ilin deka-

brında Azərbaycanla Tacikistan, Qazaxıstan və Moldova respublikaları 

arasında Aşqabadda, 1994-cü ilin martında Qırğızıstanla imzalanan ticarət-

iqtisadi  əməkdaşlıq haqqında sazişlərdə  tərəflər qarşılıqlı mal göndər-

mələrinin nomenklaturu və  həcmlərinin razılaşdırılması barəsində razılığa 

gəlmişdilər [56, 90-94]. 

 Respublika Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarə-

tin səmərəliliyinin artırılması haqqında” 1994-cü il 10 yanvar tarixli və 

“Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında” 

1994-cü il 5 aprel tarixli Fərmanları xarici ticarətin genişləndirilməsi 

məqsədi daşıyırdı. Sonuncu sənədə görə, bütün hüquqi şəxslər tərəfindən 

strateji məhsulların ixrac edilməsinə icazə verilir və bu məhsulların sərbəst 

dönərli valyuta ilə minimum satış  həcmləri müəyyən edilirdi. Respublika 

büdcəsinə xarici valyutanın daxil olması üçün tədbirlər və normativlər təyin 

edilməklə bərabər, bundan sonra məhsulun haqqı ödənilmədən onun satışına 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə