Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə47/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   43   44   45   46   47   48   49   50   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

130



məşğul olan iri istehsal müəssisə  və birliklərin Azərbaycanın idxalında 

(667657,2 min ABŞ dolları) payı 171064,6 min dollar (25,6 faiz) təşkil 

etmişdi. İdxalın təşkilatlar üzrə strukturunda kiçik müəssisələr -67917,8 min 

dollar (10,2 faiz), birgə müəssisələr - 63191,0 min dollar (9,5 faiz), şirkətlər 

- 188365,0 min dollar (28,2 faiz), dövlət ticarət təşkilatları - 39213, 6 min 

dollar (5.9 faiz), kommersiya təşkilatları - 6203,5 faiz (0,9 faiz),səhmdar 

cəmiyyətlər - 2000, 6 min dollar (0,3 faiz), xarici iqtisadi əlaqələr üzrə 

təşkilatlar - 35211, 6 min dollar (5,3 faiz), ayrı-ayrı cəmiyyətlər - 26124, 9 

min dollar (3,9 faiz), holdinglər - 8546, 0 min dollar (1,3 faiz), nəqliyyat və 

rabitə müəssisələri - 12138,9 min dollar (1,8 faiz), tikinti təşkilatları - 365,2 

min dollar (0,05 faiz), şəxsi yardımçı təsərrüfatlar - 3153,3 min dollar (0,5 

faiz) və digər təşkilatlar - 40819,1 min dollar (6,1 faiz) paya malik olmuşdu. 

 Həmin ildə Azərbaycanın ixracında (547360, 1 min dollar) əsas yeri 

iri müəssisə  və birliklər - 306895,2 min manat (56,1 faiz), dövlətin xarici 

iqtisadi  əlaqələri birbaşa həyata keçirən təşkilatlar - 106727,2 min dollar 

(19,5 faiz) və birgə müəssisələr - 38730,6 min dollar (7,1 faiz) tuturdu. 

Bütövlükdə, idxal-ixrac əməliyyatlarının 39,3 faizi iri istehsal müəssisələri 

və birlikləri, 27,0 faizi kiçik müəssisələr, 6,6 faizi şirkət və assosiasiyalar, 

3,6 faizi dövlətin ticarət və xarici iqtisadi əlaqələr təşkilatları  tərəfindən 

aparılmışdı [81, 220]. 

1995-ci ildən başlanmış iqtisadi islahatlar respublikanın xarici iqtisadi 

əlaqələrinin genişlənməsinə  əlverişli  şərait yaratdı. Yeni qaydalar dövlət 

orqanlarına, özəl  şirkət, səhmdar cəmiyyət və birliklərə maneəsiz olaraq 

xarici iqtisadi fəaliyyətlə  məşğul olmaq imkanı verirdi. Xarici iqtisadi 

fəaliyyətə aid bir sıra qanun və sənədlər qəbul edildi. Bu mühüm prosesin 

hüquqi təminatı ölkəmizin xarici iqtisadi münasibətlərinin dərinləşməsinə 

səbəb oldu. 1996-cı ilin göstəriciləri  əvvəlki illərdən fərqlənirdi. Azərbay-

candan gömrük nəzarətindən keçməklə xaricə 736518, 1 min ABŞ dolları 

məbləğində  məhsul göndərilmiş, respublikaya isə 944526,7 min dollar 

məbləğində mal idxal edilmişdi. Bu göstəricilər ixrac üzrə göstəricilərdən 

240 mln. Dollar və ya 3,1 dəfə, idxal göstəriciləri üzrə 2,8 dəfə çox 

olmuşdu. Həmin dövrdə idxal əməliyyatlarının 58,0 faizi və ya 387253 

manatı, ixracın isə 48,5 faizi və ya 265478,6 manatı dönər valyuta ilə həyat 

keçirilmişdi.  İdxal və ixracda barter əməliyyatlarının payı 1994-cü ilə 

nisbətən müvafiq olaraq 36,1 və 32,5 faiz azalmışdı. Bununla bərabər, xarici 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

131



ticarət dövriyyəsində barter əməliyyatlarının həcmi yüksək olaraq qalırdı: 

ölkəyə gətirilən malların 29,8 faizi, ixrac edilən malların isə 60,8 faizi barter 

əməliyyatlarının payına düşürdü [137, 88].  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub-



likasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri 

haqqında” 1995-ci il 24 aprel tarixli 90 saylı  qərarı ilə  “Gömrük ixrac 

rüsumu haqqında müvəqqəti Əsasnamə”, “Azərbaycan Respublikası ərazi-

sindən çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar 

üzrə siyahısı  və gömrük ixrac rüsumunun dərəcələri”, “Gömrük idxal 

rüsumu haqqında müvəqqəti  Əsasnamə”, “Azərbaycan Respublikası 

ərazisinə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar 

üzrə siyahısı və gömrük idxal rüsumlarının dərəcələri”, “Gömrük xidmətləri 

göstərilməsi üçün alınan ödənclər haqqında təlimat” və “Gömrük 

xidmətlərinin göstərilməsi üçün alınan ödənclərin tarifi” adlı  sənədlər 

təsdiq edildi [12, 295-305; 15, 112-131]. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 11 iyul 

tarixli  “Azərbaycan Respublikası  ərazisində radiasiya təhlükəsizliyinə 



nəzarəti gücləndirmək tədbirləri haqqında”  76 nömrəli qərarı ölkə  ərazi-

sində radiasiya təhlükəsizliyinə müntəzəm nəzarəti mövcud norma və 

qaydaların tələblərinə uyğun təmin edilməsi və bu sahədə dövlət nəzarətinin 

gücləndirilməsi məqsədi daşıyır. Respublika Nazirlər Kabinetinin “Azərbay-



can Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının 

dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 saylı  qərarı ilə gömrük 

rüsumları  və  yığımlarının dəyişdirilməsi həyata keçirildi, daha doğrusu, 

ixrac olunan mallar onların növündən asılı olmayaraq ixrac rüsumundan 

azad olundu. 1998-ci ildə gömrük vergi qanunvericiliyinə dair normativ 

bazanın dəyişmədiyi,  əksinə, gömrük vergi və rüsumlarından qanunve-

riciliklə azad olmaların xüsusi çəkisinin artdığı, vergitutma obyektlərinin 

sayının azalmasına baxmayaraq, dövlət büdcəsinə 561,6 mlrd. manat göm-

rük rüsumları  və vergiləri toplanıb köçürülmüşdü. Bu, 1997-ci ildəkindən 

132,1 mlrd. manat və ya 30,8 faiz çox olmuşdu(müvafiq illərin qiymətləri 

ilə) [106, 1998, 29 yanvar, №2] . 

Qeyd olunduğu kimi, Gömrük tarifi bazar iqtisadiyyatı  şəraitində 

xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin əsas aləti olaraq iqtisadi-ticarət 

əlaqələrinin tənzimlənməsində mühüm rol oynayır. Dünya təcrübəsi təsdiq 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə