Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə46/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   42   43   44   45   46   47   48   49   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

128



Azərbaycan Respublikası Prezidentinin “Xarici ölkələrlə  məhsul 

satışının təmin edilməsi sahəsində  nəzarətin gücləndirilməsinə dair əlavə 

tədbirlər haqqında” 1994-cü il 28 iyun tarixli 170 saylı Fərmanı bu sahədə 

yaranmış mənfi halların qarşısını almaq və xarici ölkələrə məhsul satışının 

səmərəsini artırmaq məqsədi daşıyırdı. Fərmana əsasən yaradılan Fövqəladə 

komissiyanın vəzifəsi ixrac əməliyyatlarında vergi ödənilməsinə  və digər 

öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək idi [6, 1997, 29 iyun]. 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici ticarətin təşkili 



haqqında” 1994-cü il 2 iyun tarixli 222 nömrəli Qərarı qəbul etdi. Bu qərar 

ixrac  əməliyyatlarının aparılması üçün ümumi qaydaları müəyyən etdi. 

Xarici  İqtisadi  Əlaqələr Nazirliyi ekspert rəyləri  əsasında lisenziyaların 

verilməsinə cavabdeh orqan adlandırıldı. Qərar müəyyən sənədlərin Xarici 

İqtisadi  Əlaqələr Nazirliyinə, həmçinin gömrük orqanlarına təqdim 

olunmasını tələb edən ixrac mallarının siyahısını, 3 saylı Əlavədə sadalanan 

spesifik malların ixracı üçün müvafiq nazirlik və komitələrin xüsusi 

razılığını  və 4 saylı  Əlavədə sadalanan malların ixracı üçün Nazirlər 

Kabinetinin icazəsini, 5 saylı  Əlavədə sadalanan müxtəlif malların idxalı 

üçün müvafiq dövlət orqanlarından razılıq alınmasını  tələb edirdi. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika-

sında Xarici Ticarətin sərbəstləşdirilməsi haqqında” 1995-ci il 15 noyabr 

tarixli 247 nömrəli Qərarı ilə qeyd olunan sənəd ləğv edildi və “Azərbaycan 



Respublikasında xarici ticarətin təşkili haqqında  Əsasnamə”  qəbul edildi 

[38, 1996, №1, 1-13].  

Azərbaycan Respublikasının Prezidenti 1996-cı il avqustun 6-da 

“Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi haqqında” 481 

nömrəli Fərmanı  qəbul etdi. Fərman 1 saylı  əlavədə sadalanan malların 

ixracı üçün müqavilələrin Xarici İqtisadi  Əlaqələr Nazirliyində qeydiyyata 

alınmasını  tələb edirdi. Fərmanda müəyyən sənədlərin Xarici İqtisadi 

Əlaqələr Nazirliyinə, həmçinin gömrük orqanlarına təqdim edilməsi tələb 

olunurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan 



Respublikası dövlət sərhədinin buraxılış-keçid məntəqələrində  Sərhədyanı 

bazarların yaradılması  və  fəaliyyəti Qaydaları haqqında” 1995-ci il 13 

fevral tarixli 26 saylı qərarı oldu. Sərhədyanı bazarların yaradılmasında əsas 

məqsəd Azərbaycanla qonşu dövlətlər arasında ticarət-iqtisadi  əlaqələrin 

mümkün qədər sadələşdirilməsi və bu əlaqələrin genişləndirilməsi idi. Bu 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

129



işlərin həyata keçirilməsi Ticarət,  İqtisadiyyat, Xarici iqtisadi əlaqələr 

nazirlikləri, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyinin 

Sərhəd Qoşunları İdarəsi və Naxçıvan MR Nazirlər Kabinetinə tapşırılırdı. 

Qərarın 11-ci bəndində göstərilirdi ki, Sərhədyanı bazarların  ərazisində 

malların idxal və ixracından gömrük vergisi alınmır. lakin Nazirlər 

Kabinetinin 1996-cı il 15 iyul tarixli 95 saylı  qərarı ilə 11-ci bəndə 

aşağıdakı abzas əlavə edildi: “Bazarın ərazisindən çıxarılan malla, mövcud 

qanunvericiliyə  və normativ aktlara uyğun olaraq gömrük rüsumlarına və 

vergilərə cəlb edilsin” [13, 190; 14, 4-5]. 

Lakin MDB ölkələri ilə ticarətin həcminin aşağı düşməsi meyli davam 

etməkdə idi. Bunun əsas səbəbi  Şimali Qafqazda baş verən hadisələrlə 

əlaqədar olaraq nəqliyyat  əlaqələrinin qismən, bəzi hallarda isə tamamilə 

kəsilməsi idi. Manatın kursunun sabitləşdirilməsi ilə bağlı hökumətin həyata 

keçirdiyi tədbirlər idxal-ixrac əməliyyatlarına təsirsiz ötüşmürdü. 1995-ci 

ilin nəticələrinə görə uzaq xarici dövlətlər və MDB üzv ölkələri ilə ticarət 

dövriyyəsinin həcmi 1215017,3 min ABŞ dolları, o cümlədən idxal 

667657,2 min dollar, ixrac isə 547360,1 min dollar təşkil etmişdi. Uzaq 

xarici dövlətlərlə ticarət dövriyyəsinin həcmi 76907,5 min dollar olmuşdu 

(ümumi ticarət dövriyyəsinin 63, 3 faizi), bunun 439317, 6 mini idxalın 

(ümumi idxalın 65,8 faizi), 329757, 3 min dolları ixracın payına düşürdü ( 

ümumi ixracın 60, 2 faizi). 1995-ci ildə Azərbaycanın  əsas ticarət tərəf-

daşları  aşağıdakı dövlətlər olmuşdu:  İran (20, 1 faiz), Rusiya (15, 4 faiz), 

Türkiyə (13, 7 faiz), BƏR (5, 8 faiz), Ukrayna (5, 5 faiz), Türkmənistan (5, 

3 faiz), Gürcüstan (5, 0 faiz), Böyük Britaniya (4, 8 faiz) və Almaniya (3, 9 

faiz) [14, 192]. 

1995-ci ildə Azərbaycanın ixracı  əsasən dizel yanacağından (33,5 

faiz), pambıq mahlıcından (19, 3 faiz), maşın və elektrotexnika (7,1) faiz), 

sürtük yağları (6,4 faiz), elektrik enerjisi (4,1 faiz), qara metal və metal 

məmulatları (2,2 faiz), kondisionerlər (1,9 faiz) və neft avadanlığından (1, 5 

faiz) ibarət olmuşdu.  İdxalın strukturunda isə  ərzaq və tütün məhsulları 

(41,5 faiz), təbii qaz (6,9 faiz),maşın və elektrotexnika (12,4 faiz), elektrik 

enerjisi (5,3 faiz), dərman və tibb vasitələri (4,0 faiz) əsas yer tuturdu. 

Elektrik enerjisi ixracının artması, hər  şeydən  əvvəl, beynəlxalq müqavilə 

əsasında  İran və Türkiyədən Naxçıvan MR-ə ötürülən elektrik enerjisinin 

əvəzinin ödənilməsi ilə bağlı idi. 1995-ci ildə xarici ticarət fəaliyyəti ilə 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə