Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə42/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   38   39   40   41   42   43   44   45   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

116



iqtisadiyyatı, maliyyə-kredit vəziyyəti çox ağır haldadır və  əgər ciddi 

tədbirlər, konkret əməli iş görülməsə, ciddi addımlar atılmasa, iqtisadi-sosial 

böhran dərinləşəcək və bizdən ötrü daha ağır problemlər yaradacaqdır. Buna 

görə də, o təklif edirdi ki, Respublikanın maliyyə vəziyyətini, istehsal edilən 

mallardan istifadə, eyni zamanda idxal-ixrac əməliyyatlarının səviyyəsi 

məsələlərini aydınlaşdırmaq lazımdır: istehsal olunan bir sıra məhsullar 

xaricə satılsa da, bu sahədə qarışıqlıq və qanun pozuntuları vardır, ixrac 

olunan malların  əvəzində lazımi mallar alınmır və ölkəmizin ehtiyacları 

təmin olunmurdu; çətin vəziyyətdə olan iqtisadiyyatımızın buraxdığı 

məhsulların dəyəri respublikaya qaytarılmırdı, bu borcların nə vaxt qayı-

dacağı, hansı  məqsədlər üçün istifadə olunacağı bilinmirdi. Aydındır ki, 

islahatların dərinləşməsi iqtisadiyyatın idarəetmə strukturunun köklü surətdə 

dəyişməsini tələb edirdi. Ticarət Nazirliyi ilə Xarici İqtisadi  Əlaqələr 

Nazirliyinin bazasında yeni nazirlik yaradılması xarici iqtisadi-ticarət 

əlaqələrinin dövlət tənzimlənməsi mərkəzləşdirilməsi, təsərrüfat fəaliyyəti 

ilə  məşğul olan dövlət  şirkətlərinin dövlət tənzimlənməsi funksiyalarından 

azad edilməsi məqsədini daşıyırdı.  

Heydər  Əliyev xarici ölkələrlə gömrük münasibətlərinin sağlam 

hüquqi  əsaslar üzərində qurulmasının iqtisadiyyatımız üçün böyük 

əhəmiyyəti olduğunu vurğulayır, maliyyə  əlaqələrinin banklar vasitəsilə 

həyata keçirilməsini, barter əməliyyatlarının məhdudlaşdırılmasını, yalnız 

konkret məqsədlər üçün aparılmasını məqsədəuyğun sayırdı. Heydər Əliyev 

təkidlə qeyd edirdi ki, Azərbaycanın müstəqil gömrük siyasəti olmalıdır: 

“Əgər Gömrük Komitəsi bacarırsa, gömrük siyasəti haqqında layihə 

hazırlayıb qısa müddətdə təqdim etsin... Gömrük siyasəti iqtisadiyyatımızın 

yüksəlməsini təmin edən  əsas amillərdən biridir. Biz gərək bir tərəfdən 

gömrük siyasətimizi tənzimləyək, digər tərəfdən elə edək ki, gömrük 

qanunları günün tələblərinə uyğun olsun” [53, 262].  

Müstəqil Azərbaycan dövlətinin xarici iqtisadi siyasətinin konseptual 

əsasları, məqsədi, prinsipləri və xüsusiyyətləri Prezident Heydər  Əliyevin 

müxtəlif çıxış  və nitqlərində  də öz əksini tapmışdır. Onun irəli sürdüyü 

xarici iqtisadi siyasətin strategiyasında xalqın mənafeyinə tabe edilmiş 

iqtisadi siyasət yeridilməsi, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə 

inteqrasiyası üçün bütün xarici və daxili amillərdən faydalanmaqla sıx 

əməkdaşlığın qurulması, tərəfdaş ölkələrlə iqtisadi maraqların uzlaşdırıl-




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

117



ması, qarşılıqlı  təminat mexanizmini yaradılması  və qorunması  ən vacib 

prioritetlərdən idi. Milli gömrük siyasətinin Heydər  Əliyev tərəfindən 

müəyyən edilən ilkin prioritetləri bunlar idi: 

– ixrac olunan mallara qoyulan vergilərə baxmaq lazımdır. Xaricdən 

daxil olan malların ola bilər ki, bir qisminə mütləq müəyyən vergi qoyulsun, 

bir qismi isə vergilərdən tamamilə azad olsun;  

– ixraca gedən strateji məhsullar bir mərkəzdə toplanmalıdır. Strateji 

malların ixracı  məsələsi prezidentin səlahiyyətində olmalıdır. Strateji 

məhsulların ayrı-ayrı təşkilatlar tərəfindən satılmasına son qoyulmalıdır;  

– müəyyən olunmalıdır ki, bizim valyutamız nə  qədər gələcək və  nə 

qədər gedəcək, hansı malı satıb nə  qədər valyuta alınacaq, bu valyutadan 

necə istifadə ediləcəkdir;  

– bu məqsədlə Valyuta fondu yaradılmalıdır. Valyutadan istifadə 

olunması, valyuta gətirən malların ixracı  mərkəzləşdirilməli və bunların 

hamısı ümumi iqtisadiyyatımızın inkişafına, ölkənin ağır vəziyyətdən 

çıxmasına yönəldilməlidir; 

– gömrük idarələrində qanun pozuntularının və gömrük 

əməkdaşlarının öz vəzifələrindən sui-istifadənin qarşısı alınmalıdır;  

– iş adamları üçün əlverişli şərait yaradılmalıdır. Biznesin sərbəstliyi 

həm iqtisadiyyatın inkişafına, həm də xalqın bütün təbəqələrinin həyat 

səviyyəsinin yüksəlməsinə kömək etməlidir [53, 257-265]. 

Məlumdur ki, hər bir dövlətin xarici iqtisadi fəaliyyəti xarici ticarət, 

elmi-texniki  əməkdaşlıq, istehsal kooperasiyaları, xarici işçi qüvvəsinin və 

kapitalın cəlb edilməsi, beynəlxalq təşkilatların və birliklərin işində  iştirak 

etməklə reallaşdırılır. Xarici iqtisadi fəaliyyətin intensivliyi, onun strukturu, 

və coğrafi istiqaməti dövlətin tənzimləmə metodlarından, bu sahədə  tətbiq 

edilən hüquqi rejimlərdən əhəmiyyətli dərəcədə asılıdır. Bazar iqtisadiyyatı 

şəraitində xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsindən 

əsas məqsəd ölkənin iqtisadi suverenliyini qoruyub saxlamaqdan, iqtisadi 

təhlükəsizliyini təmin etməkdən, milli iqtisadiyyatın inkişafını stimullaş-

dırmaqdan, ölkənin dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını  təmin 

etməkdən ibarətdir. Azərbaycan Respublikasında xarici iqtisadi əlaqələr 

əsasən aşağıdakı vacib istiqamətlər üzrə həyata keçirilirdi: beynəlxalq ticarət 

və xidmətlər üzrə; birgə müəssisələrin yaradılmasında; maliyyə, kredit və 

investisiya qoyuluşunda; elmi-texniki əməkdaşlıq prosesində; nəqliyyat-



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

118



kommunikasiya sahələrində; xüsusi iqtisadi zonaların yaradılmasında və s.  

Ümummilli lider Heydər  Əliyevin uzaqgörən məntiqi siyasətinin 

nəticəsi kimi bu gün Azərbaycan Avrasiya məkanında mühüm strateji və 

coğrafi-siyasi mövqeyə malik bir ölkə kimi qəbul olundu. Məhz həmin 

vaxtdan ölkənin neft strategiyası reallaşmağa başladı. Xəzər dənizinin 

Azərbaycanda sektorunda yataqların birgə işlənməsi və neft hasilatının pay 

bölgüsü haqqında sazişlər imzalandıqdan sonra Nazirlər Kabinetinin Xəzər 

dənizinin Azərbaycan sektorunda təsdiq olunmuş dəniz bloklarına daxil olan 

xarici podratçı, subpodratçı  və agentlərin vergilərə  cəlb olunması haqında 

qərarlarına uyğun olaraq müvafiq protokollar imzalandı.  İdxal  əməliyyat-

larının gömrük vergi və rüsumlarından azad olunması üçün DGK tərəfindən 

onların hər birinə müvafiq sertifikatlar verildi. Həyata keçirilən düzgün 

xarici iqtisadi siyasət nəticəsində idxal-ixrac əməliyyatlarının iştirakçıları 

xeyli fəallaşdı  və gömrük qeydiyyatından keçən yüklərin, o cümlədən 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ünvanına daxil olan 

malların həcmi xeyli artdı. Beləliklə, ixrac olunan neft və neft məhsullarının 

gömrük qeydiyyatı ilə yanaşı, ABƏŞ-nn ünvanına daxil olan malların daha 

çevik və sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini təmin etmək zərurəti 

yarandı  və bunun üçün müvafiq tədbirlər həyata keçirildi. “Əsrin 

müqaviləsi” imzalandıqdan sonra beynəlxalq neft şirkətləri tərəfindən neft 

ehtiyatlarının istismarı üçün gətirilən avadanlıqların gömrük rəsmiləş-

dirilməsinin həyata keçirilməsi məqsədilə yeni gömrük məntəqələrinin 

açılması  zərurəti yarandı. Beləliklə, Azərbaycan Respublikası gömrük 

xidməti sisteminin keyfiyyətcə yüksəlişini nəzərdə tutan, mürəkkəb gömrük 

infrastrukturunun yaradılmasına başlanıldı.  

Azərbaycan dövlətinin işləyib hazırladığı  və ardıcıl olaraq həyata 

keçirdiyi gömrük siyasəti digər ölkələrlə iqtisadi münasibətləri tənzimləyən 

əsas faktorlardan biridir. Dövlətlərarası ticarət  əlaqələrinin genişlənməsi 

məhz gömrük siyasətinin inkişafı ilə müşayiət olunur. Beləliklə, gömrük 

siyasətinin əsas məzmunu gömrük işi və onun qanunlarında, inkişaf qanuna-

uyğunluqları  və meyllərində, ticarət mübadiləsində  iştirak edən insanların 

münasibətlərində  təzahür edir. Tarixi prosesdə gömrük siyasəti, onun 

məqsədləri, istiqamətləri və  vəzifələri formalaşır. Gömrük idxal-ixrac 

mallarının tənzimlənməsi vəzifələrini həll edərək tarifin köməyi ilə milli 

istehsalın rəqabətə davamlı olmasını təmin edir. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə