Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə38/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   34   35   36   37   38   39   40   41   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

107



təhlükənin səviyyəsinin müəyyən edilməsi, müvafiq nəzarət formalarının 

seçilməsi və gömrük sərhədindən yüklərin qısa müddət  ərzində buraxıl-

masının təmin edilməsi müasir gömrük işinin təşkilinin  əsas amillərini 

formalaşdırır.  

Mal dövriyyəsinin ildən ilə sürətlə artmasını  nəzərə alaraq, gömrük 

orqanları gömrük nəzarətini həyata keçirən zaman seçmə üsullardan istifadə 

etməlidirlər və bu zaman elə  nəzarət formaları seçilməlidir ki, onlar 

Azərbaycan Respublikası gömrük qanunvericiliyinə riayət edilməsini təmin 

etsin. DGT-nin 2005-ci ildə  qəbul edilmiş standartlara uyğun olaraq əsas 

avtomatlaşdırılmış sistemin yaradılmasına başlanıldı. Bu sistemə  aşağı-

dakılar daxildir: 1) risklərin avtomatlaşdırılmış idarəetmə sistemi; 2) mal və 

nəqliyyat vasitələrinin idarəetmə sistemi və onların monitorinqi; 3) gömrük 

xidmətinin vahid avtomatlaşdırılmış informasiya sisteminin respublika 

nəqliyyat şirkətlərinin, nazirliklərin və birliklərin informasiya şəbəkələri ilə 

əlaqələndirilməsi; 4) mərkəzi informasiya idarəetmə sisteminin yaradılması; 

5) məlumat bazalarının ehtiyat mərkəzinin yaradılması [50, 44]. 

Azərbaycan Respublikası  ərazisində gömrük nəzarəti altında 

yerləşdirilən malların gömrük qanunvericiliyinin tələblərinə əməl olunması 

və gömrük daşıyıcıları  tərəfindən daşınmasının həyata keçirilməsini təmin 

etmək məqsədilə  “Azərbaycan Respublikasında gömrük daşıyıcısı  fəaliy-



yətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsis edilməsi 

haqqında” müvafiq sənəd tətbiq olunur [20, 239]. 

BYD kitabçasının tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında 

Gömrük Konvensiyası 1975-ci ildə Cenevrədə imzalanmış  və 1999-cu il 

fevralın 17-də qüvvəyə minmiş düzəlişlər edilmişdir. “BYD Kitabçası tətbiq 



edilməklə beynəlxalq yük daşımaları haqqında” Azərbaycan Respublika-

sının Qanunu 1996-cı il mayın 31-də qüvvəyə minmişdir. Gömrük 

ərazisindən BYD kitabçaları  tətbiq olunmaqla daşınan yüklərin vaxtlı-

vaxtında, operativ qaydada təyinatı üzrə çatdırılmasını  təmin etmək 

məqsədilə müvafiq gömrük orqanlarına Azərbaycan Respublikasına məxsus 

yol-nəqliyyat vasitələrinin beynəlxalq yük daşımalarına yararlı olmasına 

dair  şəhadətnamələri təsdiq etmək və BYD əməliyyatlarını rəsmiləşdirmək 

səlahiyyətləri verilmişdir [24, 31 iyul, 1997-ci il, №1, maddə 15]. 

Bundan  əlavə,  “Nəqliyyat vasitələrinin (konterneylərin) gömrük 

möhürləri və plombları ilə yük daşımalarına buraxılması qaydaları 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

108



haqqında Təlimat”; “Gömrük möhürləri və plombları ilə yüklərin daşın-

masından ötrü nəqliyyat vasitələrinin (konteynerlərin) təchizat Qaydaları”; 

“BYD kitabçası (BYD konvensiyası, 1975-ci il) tətbiq edilməklə yük 

daşımaları barədə gömrük konvensiyasının tətbiqi qaydaları” və “Azərbay-

canda BYD kitabçası  tətbiq etməklə daşıyıcıların beynəlxalq yük daşı-

malarına buraxılması qaydaları haqqında  Əsasnamə” 1998-ci il 24 may 

tarixli 24 nömrəli  əmrlə  tənzimlənir. Komitə  sədrinin 2005-ci il 14 may 

tarixli 45 nömrəli əmri ilə təsdiqlənmiş “BYD daşımalarında (BYD Konven-

siyası, 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi 

qaydaları” adlı  sənədlə normalar daha da təkmilləşdirildi.  “Yük gömrük 

bəyannamələrinin doldurulması Qaydaları” (1998-ci il 17 iyun tarixli 27 

nömrəli  əmr), “Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara 

yük gömrük bəyannaməsinin doldurulması”, “Təkrar idxal rejimi altında 

yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması” və 

“Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara 

yük gömrük bəyannaməsinin doldurulması Qaydalarının təsdiq edilməsi 

barədə” (1999-cu il 2 iyun tarixli 37 nömrəli  əmr), həmçinin  “Mallar 

tranzit gömrük rejimi altında yerləşdirilərkən yük-gömrük bəyannaməsinin 

doldurulmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə (1999-cu il 

15 avqust tarixli 46 nömrəli  əmr)sənədlər qəbul edildi. Komitə  sədrinin 

2000-ci il 25 may tarixli 39 nömrəli  əmri ilə  “Yük gömrük bəyan-

namələrinin doldurulması Qaydaları”na dəyişiklik edildi. 

“Azərbaycan Respublikası  ərazisindən fiziki şəxslər tərəfindən 

müşayiət olunan və olunmayan baqajların,  əl yüklərinin, xarici valyutanın 

və  şəxsi nəqliyyat vasitələrinin tranzit gömrük rejimi altında keçirilməsi 

Qaydaları” (1998-ci il 8 yanvar tarixli 14 nömrəli əmr), habelə fiziki şəxslər 

tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan 

malların (beynəlxalq poçt göndərişləri də daxil olmaqla) Azərbaycan 

Respublikasının gömrük sərhədindən sadələşdirilmiş  və güzəştli qaydada 

keçirilməsinin ümumi prinsiplərinin müəyyən edilməsi məqsədilə  “Fiziki 

şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə 

tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən 

sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimat”ı (1998-ci il 

28 avqust tarixli 70 nömrəli əmr) təsdiq edildi. 

2001-ci il DGK-nın zəruri normativ-hüquqi sənədlərinin işlənilib 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə