Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə39/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   35   36   37   38   39   40   41   42   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

109



hazırlanmasında daha “məhsuldar” oldu. “Gömrük tarifi haqqında”  və 

“Azərbaycan Respublikasının  İnzibati və Cinayət Məcəllələrinə  əlavə  və 

dəyişikliklər edilməsi haqqında” Qanun layihələri, həmçinin DGK-nın yeni 

Əsasnaməsinin, gömrük orqanlarının bayrağı  və tanınma nişanı, vəzifəli 

şəxslərin Etik Davranış Kodeksinin, xüsusi geyim formasının və fərqlənmə 

nişanlarının təsviri hazırlandı. Ümumilikdə Gömrük Məcəlləsinin tələblə-

rindən irəli gələn 50-dən artıq normativ-hüquqi sənədlərin çox hissəsi 2001-

ci ilin sonunadək layihə  şəklində idi. Fiziki şəxslər tərəfindən Azərbaycan 

Respublikası  ərazisindən aparılması  və Azərbaycan Respublikası  ərazisinə 

gətirilməsi qadağan olunmuş mallar istisna olmaqla, Azərbaycan Respub-

likasının gömrük sərhədindən keçirilən istehsalat və ya kommersiya 

fəaliyyəti üçün nəzərdə tutulmayan malların bəyan edilməsinin sadələş-

dirilməsi məqsədilə  “Fiziki  şəxslər tərəfindən Azərbaycan Respublikasının 

gömrük sərhədindən keçirilən malların bəyan edilməsi Qaydaları” (2001-ci 

il 20 aprel tarixli 14 və 31 nömrəli  əmrlər);  “Azərbaycan Respublikasının 



beynəlxalq uçuşlar üçün açıq olan hava limanlarında gömrük nəzarətinin 

həyata keçirilməsi Qaydaları”(2001-ci il 23 may tarixli 43 nömrəli  əmr), 

“Fiziki  şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə 

gətirilmiş avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi barədə 

Göstəriş” (2002-ci il 2 aprel tarixli 14/006 nömrəli əmr) və “Fiziki şəxslər 

tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən 

istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların 

ikikanallı buraxılış sistemindən istifadəsi zamanı (”Yaşıl kanal” və “Qır-

mızı kanal”) bəyan edilmənin sadələşdirilmiş Qaydaları” (2002-ci il 22 

aprel tarixli 35 nömrəli  əmr),  “Fiziki  şəxslər tərəfindən istehsal və kom-



mersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan 

Respublikasının gömrük sərhədindən sadələşdirilmiş  və güzəştli  şərtlərlə 

keçirilməsinə dair Təlimata”  əlavələr və  dəyişikliklər edilməsi barədə” 

2002-ci il 8 iyul tarixli 50 nömrəli və 2003-cü il 24 mart tarixli 31 və 34 

nömrəli, 2004-cü il 4 avqust tarixli 75 nömrəli əmrlərlə nizamlanır. Komitə 

sədrinin 2002-ci il 24 sentyabr tarixli 59 nömrəli  əmri ilə tarixli “Fiziki 



şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən 

keçirilən ov silahları  və onların sursatlarının gömrük rəsmiləşdirilməsi 

Qaydaları”, 2003-cü il 12 dekabr tarixli 118 nömrəli  əmrlə  “Mühafizə 

siyahısına daxil edilmiş  mədəniyyət sərvətlərinin fiziki şəxslər tərəfindən 


Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

110



Azərbaycan respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları” və 

2006-cı il 10 iyul tarixli 086 nömrəli  əmrlə  “Fiziki  şəxslər tərəfindən 



Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən xidməti və mülki 

silahların, onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük 

nəzarəti qaydaları”  qüvvəyə minmişdir. Nəqliyyat vasitələrinə gömrük 

nəzarətinin təşkilinin nizamlanması üzrə mühüm sənədlər qəbul edildi. Bu 

tənzimləyici sənədlərdən  “Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin 

Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və 

yük daşınması üçün istifadə edilməsinə görə yol vergilərinin hesablanıb 

tutulması haqqında Təlimat”ı (2001-ci il 5 yanvar tarixli 001 nömrəli əmr), 

“Malların və  nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük 

müşayiəti haqqında”  Əsasnamə (2001-ci il 29 noyabr tarixli 108 nömrəli 

əmr),  “Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat 



vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük 

nəzarəti və gömrük rəsmiləşdirilməsi Qaydaları” (2002-ci il 18 iyun tarixli 

44 nömrəli  əmr),  “Azərbaycan Respublikasının gömrük sərhədindən 



keçirilən mal və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar 

üzərində gömrük nəzarətinin həyata keçirilməsinin nümunəvi Qaydaları” 

(2002-ci il 6 sentyabr tarixli 62 nömrəli  əmri),  “Dövlətlərarası  sərnişin 



daşımalarını  həyata keçirən qatarların vaqon restoranlarında aparılan və 

gətirilən malların gömrük rəsmiləşdirilməsi” (2002-ci il 15 noyabr tarixli 80 

nömrəli), “Mallara və  nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı 



gömrük yoxlamasının keçirilməsi Qaydaları” (2003-cü il 12 dekabr tarixli 

111 nömrəli,  “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən 



nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi qaydaları”  (2004-cü il 3 

sentyabr tarixli 82 nömrəli),  “Azərbaycan Respublikasının gömrük sərhə-



dindən keçirilən yüklü gömrük nəzarəti məqsədi ilə  nəqliyyat vasitələrinin 

yoxlama tərəzilərində  çəkilməsi Qaydaları” (2005-ci il 27 iyul tarixli 70 

nömrəli) və  “Diplomatik poçtun və konsul valisinin, həmçinin xarici 



şəxslərin ayrı-ayrı kateqoriyaları  tərəfindən Azərbaycan Respublikasının 

gömrük sərhədindən güzəştli qaydada keçirilən mal və  nəqliyyat vasitə-

lərinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydaları”nı göstər-

mək olar. Beynəlxalq uçuşları  həyata keçirən hava gəmilərinin istismarına 

normal  şərait yaradılması, hava gəmilərinin istismarı üçün zəruri olan 

yanacaq-sürtgü materiallarının gömrük rəsmiləşdirilməsinin təmin olunması 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə