Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə40/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   36   37   38   39   40   41   42   43   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

111



məqsədilə  “Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtgü 

materiallarının gömrük rəsmiləşdirilməsi haqqında metodiki göstəriş” adlı 

(1999-cu il 20 aprel tarixli 26 nömrəli əmrlə təsdiq olunub) və “Azərbaycan 



Respublikasının beynəlxalq uçuşlar üçün açıq olan hava limanlarında 

gömrük nəzarətinin keçirilməsi Qaydaları” adlı (2001-ci il 23 may tarixli 43 

nömrəli  əmr) hüquqi-normativ sənədlər işlənib-hazırlanmışdır. Komitə 

sədrinin 2002-ci il 25 iyul tarixli 54 nömrəli  əmri ilə  “Azərbaycan 

Respublikasının gömrük sərhədindən keçən hava nəqliyyatı vasitələri, bu 

nəqliyyat vasitələri ilə daşınan malların gömrük rəsmiləşdirilməsi və 

onların gömrük nəzarətindən keçirilməsi Qaydaları” qəbul edilmişdir [26].  

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 

Sərəncamı ilə  təsdiq edilmiş  “2008-2015-ci illərdə Azərbaycan Respub-

likasında yoxsulluğun azaldılması  və davamlı inkişaf Dövlət Proqramı”na 

əsasən DGK-da aşağıdakı istiqamətlər üzrə qanun layihələrini hazırlamışdı: 



“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına  əlavə  və 

dəyişikliklər edilməsi haqqında” Qanun və  “Azərbaycan Respublikasının 

Nazirlər Kabinetinin bəzi Qərarlarına  əlavə  və  dəyişikliklər edilməsi 

haqqında”  qərar layihələri;  “Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsinin strukturuna əlavə  və  dəyişikliklər edilməsi haqqında”  sənədin 

layihəsi; Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin  “Gömrük 



proseduralarının sadələşdirilməsi və uzlaşdırılması haqqında”  Beynəlxalq 

Konvensiyanın (Kioto Konvensiyası) müddəalarına və Dünya Gömrük 

Təşkilatının “Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə 

Çərçivə Standartları”na və digər beynəlxalq sənədlərə uyğunlaşdırılmış 

yeni layihəsi; büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması, idxal 

olunan mallar üzrə gömrük ödənişlərinin ödənilməsində yayınmaların 

aradan qaldırılması, mövcud gömrük tarif sistemində lüzumsuz güzəştlərin 

ləğv edilməsi və gömrük ödənişləri ilə bağlı  bəzi qanunvericilik aktlarının 

təkmilləşdirilməsi məqsədilə hazırlanmış  “Azərbaycan Respublikası Nazir-



lər Kabinetinin bəzi qərarlarına  əlavələr edilməsi barədə”  qərar layihəsi; 

idxal mallarına münasibətdə tarif preferensiyalarının tətbiqi mexanizminin 

təkmilləşdirilməsi üçün qanunvericilik aktlarına  əlavə  və  dəyişikliklər 

barədə qərar layihələri s.  

2012-ci ildə gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləş-

dirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən müvafiq işlər həyata 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

112



keçirildi.  “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi 

Qaydaları”, “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdiril-

məsi Qaydaları”, “Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə 

bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları”, “Malların sərbəst 

dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi 

Qaydaları”, “Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının 

sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması  və  həyata 

keçirilmə müddətinin azaldılması  məqsədi ilə gömrük orqanları  tərəfindən 

istifadə olunan texniki nəzarət vasitələrinin siyahısı  və onlardan istifadə 

Qaydaları” “Gömrük brokerinin dövlət reyestrinin aparılması Qaydaları”, 

“Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və 

nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, 

radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, 

Azərbaycan Respublikasının qanunvericilik, icra və  məhkəmə hakimiyyəti 

orqanlarının, Azərbaycan Respublikası  Mərkəzi Bankının ünvanlarına 

göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin 

güzəştli və sadələşdirilmiş Qaydaları”, “Mallara gömrük təminatının vurul-

ması Qaydaları” və “İdxal olunmuş malların kabotaj daşınması Qaydası” 

hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq 

qərarları ilə təsdiq edildi [162]. 

İnkişaf prosesində DGK-nın əsas vəzifə və funksiyalarına bir sıra yeni 

istiqamətlər də  əlavə olundu. Xarici iqtisadi fəaliyyətin  əmtəə nomenk-

laturasının tətbiqi, kvota və lisenziyalaşdırma, hüquq-mühafizə fəaliyyəti və 

valyuta nəzarətinin həyata keçirilməsi ilə bağlı qaydalarının işlənilib 

hazırlanması  və s. məsələlər bu təşkilatın funksiyalarını daha da geniş-

ləndirdi. Bu isə gömrük xidməti orqanlarından yeni, daha səmərəli yanaşma 

üsullarının tətbiqini tələb edir.  



 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

113



 

 

 

 

 

 

III FƏSİL.      AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK 

SİYASƏTİ: ƏSAS PRİORİTETLƏR 

 

 

3.1. 

Gömrük sisteminin milli maraqlar əsasında 

qurulması. Gömrük siyasətinin məqsədləri 

 

Gömrük siyasəti bu və ya digər dövlətin xarici iqtisadi və ticarət 



fəaliyyətinin tənzimlənməsinə yönəlmiş, dövlətin gömrük fəaliyyətinin 

əsasını təşkil edən siyasi, iqtisadi və təşkilati tədbirlərin məcmusu olmaqla 

bərabər, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində  və dünya birliyi 

dövlətlərinin maraqlarının uzlaşmasında mühüm vasitədir. Dövlətlər gömr-

ük siyasətlərini müəyyən edərkən yerləşdiyi coğrafi mövqeyi, dünya 

iqtisadiyyatında yeri, beynəlxalq təşkilatlara üzvlüyü, yerləşdiyi regiondakı 

vəziyyəti, qonşu dövlətlərlə münasibətlərin səviyyəsi kimi meyarlar əsas 

götürülür. Dövlətin gömrük siyasətinin uğurlara həyata keçirməklə, həm 

daxili, həm də xarici iqtisadi inkişafa yardım etmiş olur. Dövlət gömrük 

siyasətini düzgün həyata keçirməklə öz müəssisələrini xarici rəqabətdən 

qorumaqla yanaşı, yerli mallarını xarici bazara çıxarmaq imkanı  əldə edir. 

Gömrük siyasəti dövlətin xarici iqtisadi və ticarət fəaliyyətinin tənzim-

lənməsinə yönəlmiş, dövlətin gömrük fəaliyyətinin  əsasını  təşkil edən 

siyasi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur. Dövlət öz gömrük siya-

sətlərini müəyyən edərkən yerləşdiyi coğrafi mövqeyi, dünya iqtisadiy-

yatında tutduğu yeri, beynəlxalq təşkilatlarda təmsilçiliyini, yerləşdiyi 

regiondakı vəziyyəti, qonşu dövlətlərlə münasibətlərin səviyyəsini və diplo-

matik  əlaqələrini, iqtisadi inkişaf səviyyəsi kimi meyarları  əsas götür-

məlidir. Dövlət öz gömrük siyasətlərini uğurla həyata keçirməklə  həm 

daxili, həm də xarici iqtisadi inkişafa yardım etmiş olur, çünki düzgün 

gömrük siyasəti həyata keçirməklə dövlət öz müəssisələrini həm xarici 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə