Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə43/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   39   40   41   42   43   44   45   46   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

119



Gömrük siyasətinin obyektiv xarakteri onu aşağıdakı  məqsədlərin 

həllində istifadə etməyə imkan verir: 

– xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi

– milli iqtisadiyyatın müdafiəsi; 

– fiskal yığımlar. 

Gömrük siyasəti ilk növbədə gömrük rüsum və vergiləri ilə sıx surətdə 

bağlıdır. Gömrük tarifində müəyyən edilən rüsumlar fiskal və himayəedici 

əhəmiyyət daşımaqla xarici iqtisadi fəaliyyəti nizamlayır. Gömrük siyasəti 

xarici iqtisadi fəaliyyətin həyata keçirilməsin və dünya birliyi dövlətlərinin 

maraqlarının  əlaqələndirilməsində mühüm vasitədir. Azərbaycan Respub-

likasında gömrük işinin müasirləşdirilməsinin beynəlxalq tələblərə uyğun-

laşdırılmasını, ilk növbədə, gömrük siyasətinin elmi və qanunvericilik 

əsaslarının işlənilib hazırlanmasını  və davamlı olaraq yenilənməsini tələb 

edir. Azərbaycan Respublikası bazar iqtisadiyyatı sisteminə keçid prose-

sində hüquqi təminat bazasının yaradılması üçün bir sıra qanunlar qəbul 

etmişdir. Bu qanunların reallaşdırılması ölkəmizdə gömrük işinin inkişafına, 

xarici iqtisadi fəaliyyətin canlanması  və bu fəaliyyətin tənzimetmə mexa-

nizminin təkmilləşməsinə güclü təkan vermişdir. Gömrük işi sahəsində 

Azərbaycan Respublikasının bağladığı ikitərəfli sazişlər, dövlətlərarası 

gömrük münasibətləri mühüm yer tutur və aşağıdakı istiqamətləri əhatə edir: 

gömrük işi sahəsində  əməkdaşlıq və qarşılıqlı yardım, xarici ticarətin 

gömrük statistikası sahəsində metodoloji və informasiya üzrə qarşılıqlı 

fəaliyyət, gömrük-tarif münasibətlərinin nizamlanması, gömrük sənədlərinin 

və gömrük təminatlarının qarşılıqlı tanınması, sərhədlərdən qanunsuz keçi-

rilən mədəni sərvətlərin saxlanılması və qaytarılması məsələləri üzrə əmək-

daşlıq və qarşılıqlı yardım, qaçaqmalçılıq və gömrük qaydalarının pozul-

ması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, 

narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz 

dövriyyəsi ilə mübarizə sahəsində  əməkdaşlıq, gömrük qanunvericiliyinin 

düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, 

tətbiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati 

yardım və s. Gömrük qanunvericiliyi gömrük rəsmiləşdirməsi və  nəzarəti 

proseduralarının sadələşdirilməsini, xarici ticarət  əməliyyatlarının gömrük 

rəsmiləşdirilməsi üçün xüsusi, yalnız bu iş üçün təyinatlandırılmış mərkəz-

lərin yaradılmasını, yeni texnologiyaların rasional və inteqrasiya olunmuş 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

120



istifadəsinin həvəsləndirilməsini nəzərdə tutur. Ölkə iqtisadiyyatının təh-

lükəsizliyinə  zərər vuran cinayətlərin və hüquqpozmaların aşkar olunması 

və qarşısının alınması xarici ticarət əməliyyatları üzərində effektiv nəzarətin 

təşkilini, gömrük brokeri institutunun inkişaf etdirilməsini, gömrük orqan-

ları və işgüzar dairələr arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini 

tələb edirdi. Gömrük orqanı  əməkdaşlarının, xüsusən də gömrük sərhə-

dindən keçirilən mallara tarif dərəcələri ilə  işləyən mütəxəssislərin 

ixtisaslarının müntəzəm artırılması əsas vəzifələrdən biri idi. 

1993-cü ilin ikinci yarısından başlayaraq ictimai-siyasi həyatda 

aparılan islahatlar, sabitliyin yaradılması istiqamətində görülən təxirə 

salınmaz tədbirlər, zəngin təbii sərvətlərə, iqtisadi və elmi-texniki potensiala 

malik ölkəmizin fəal xarici iqtisadi siyasət aparması üçün geniş imkanlar 

açdı. Dünyanın sivil dövlətlərinin inkişaf təcrübəsində  sınaqdan çıxmış, 

müsbət nəticələri sübut olunmuş iqtisadi inkişaf kursunun Azərbaycan 

gerçəkliyinə tam uyğunlaşdırılan adekvat modeli - azad sahibkarlıq, 

müxtəlif mülkiyyət və  təsərrüfatçılıq formalarının inkişafına bərabər  şərait 

yaradan, azad iqtisadi rəqabət mübarizəsinə meydan açan sosial istiqamətli 

bazar iqtisadiyyatı modelinə üstünlük verildi.  

Təəssüf ki, 1993-1994-cü illərdə iqtisadi quruculuq və yaradıcılıq 

işlərinə başlamaq bir müddət mümkün olmadı. Başlıca səbəb isə xaricdən 

idarə olunan dövlət çevrilişi və sui-qəsd cəhdləri idi. Dövlət başçısı Heydər 

Əliyev birinci növbədə ölkədə sosial-siyasi sabitliyi təmin edən tədbirlər 

görmək zərurəti qarşısında qaldı. Azərbaycanı vətəndaş müharibəsi həddinə 

çatdıran və insan tələfatı ilə  nəticələnən tayfa, əyalət separatçılığı  cəhd-

lərinin qarşısını aldı. Onun gərgin səyi və yüksək təşkilatçılıq məharət 

sayəsində Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamə-

tində son dərəcə  zəruri tədbirlər həyata keçirildi. Ölkədə  vətəndaş 

həmrəyliyi və sabitlik təmin ediləndən dərhal sonra çoxsaylı sosial-iqtisadi 

problemlərin həlli sahəsində  işlər görüldü. İqtisadi sistemin transfor-

masiyasını  təmin edən islahatlar və  mərhələ-mərhələ  həyata keçirilən 

özəlləşdirmə prosesi nəticəsində kiçik, orta və iri sahibkarlığın inkişafı üçün 

münbit şərait yaradıldı.  

İqtisadiyyatın tənəzzülə  uğramış sahələrinə kapital qoyuluşunun 

artırılması, inflyasiya və büdcə  kəsirinin minimuma endirilməsi iqtisadi 

geriliyin qarşısını almağa imkan verdi. Heydər Əliyev ölkənin xarici iqtisadi 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

121



əlaqələrinin beynəlxalq iqtisadi və siyasi mühitdən birbaşa asılı olması  və 

dünya ticarəti sistemində bütün inkişaf etməkdə olan ölkələrə qarşı  sərt 

şərtlər irəli sürülməsi kimi amilləri nəzərə alaraq müvafiq dövlət qurumları 

qarşısında xarici ticarətin tənzimlənməsi sahəsində ardıcıl tədbirlər 

görülməsini tələb edirdi [79, 4-5 ].  

Xarici iqtisadi əlaqələrin idarəetmə mexanizminin səmərəlilik baxı-

mından qabaqcıl ölkələrin göstəricilərindən çox aşağı  səviyyədə olmasını 

nəzərə alan Heydər  Əliyev hesab edirdi ki, ölkədən strateji məhsulların 

ixracı məsələləri prezidentin səlahiyyətində olmalı, valyuta gətirən malların 

ixracı  mərkəzləşdirilməli və valyuta fondu yaradılmalıdır. Milli maraqlara 

xidmət edən gömrük siyasəti işlənib hazırlanmalı, ixrac olunan mallara 

qoyulan vergilər tənzimlənməlidir. O, 1993-cü il noyabrın 19-da iqtisadi 

məsələlərə həsr olunmuş Ümumrespublika müşavirəsində çıxışında demişdi: 

“İndi Azərbaycan müstəqil dövlət kimi, bir çox ölkələrlə iqtisadi əlaqələr 

qurmağa başlamışdır. Ancaq bu əlaqələrin respublika iqtisadiyyatına nə 

qədər mənfəət gətirdiyi hələ məlum deyil. İqtisadi əlaqələrimizin təşkilində, 

qurulmasında qüsurlar, səhvlər vardır... eyni zamanda idxal-ixrac 

əməliyyatlarının səviyyəsi məsələlərini aydınlaşdırmaq lazımdır. Respubli-

kada istehsal olunan bir sıra məhsulların xaricə satılması, əvəzində lazımi 

mallar alınması  və ölkəmizin ehtiyaclarının təmin olunması  əsas məsələ-

lərdən biridir. Ancaq bu sahədə  də qarışıqlıq, qanun pozuntuları vardır. 

Bəzən ayrı-ayrı qrupların, dairələrin mənafeyi ümumrespublika, ümumxalq 

mənafeyindən üstün tutulur. Ona görə də biz bu sahələrdə istənilən nəticəni 

əldə edə bilmirik” [53, 257]. 

Milli iqtisadiyyatın dünya iqtisadi məkanına uyğunlaşması xarici 

iqtisadi doktrinanın və onun həyata keçirilməsinin strategiyasının hazır-

lanması, milli iqtisadiyyatın xarici mühitlə  əlaqələr sisteminin yaradılması 

ən ümdə məsələlərdən idi. Heydər Əliyev 1994-cü ilin fevralın 22-də Böyük 

Britaniya sənayeçiləri konfederasiyasındakı  çıxışında,  “Sahibkarlığın 



strategiyası və iqtisadiyyatın yenidən qurulması” mövzusunda 1994-cü ilin 

sentyabrın 13-də Bakıda və 1995-ci ilin noyabrın 29-da Londonda Adam 

Smit  İnstitutunda  “Azərbaycanda investisiya imkanları” adlı keçirilən 

Beynəlxalq konfranslardakı nitqlərində ölkə iqtisadiyyatının dünya iqtisadi 

sisteminə yönəldilməsi sahəsində Azərbaycan dövlətinin qarşısında duran 

vəzifələrdən danışaraq sahibkarlığa, təşəbbüskarlığa və iqtisadiyyatda 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə