Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə41/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   37   38   39   40   41   42   43   44   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

114



rəqabətdən qoruya, həm də öz yerli mallarını xarici bazarlara çıxara bilər. 

Məlum olduğu kimi, hər bir dövlətin gömrük siyasətinin formalaşması 

iki vacib yanaşmanı  nəzərdə tutur. Elmi ədəbiyyatda gömrük siyasəti 

məqsəd və vəzifələrindən asılı olaraq proteksionist və azad ticarət siyasətinə 

bölünür. Proteksionist gömrük siyasəti – milli istehsalın və daxili bazarın 

inkişaf etdirilməsi üçün daha yaxşı şərait yaradılmasına yönəldir. Onun əsas 

məqsədi idxal olunan məhsullara yüksək gömrük rüsumları  dərəcəsi tətbiq 

etməklə idxalın azaldılmasına və bunun hesabına daxili istehsalı qorumağa 

xidmət etməkdir. Lakin proteksionist siyasət məqsədi olmaqla, qısa müd-

dətdə başa çatdırılmalı  və konkret nəticəsi olmalıdır.  İnkişaf etməkdə olan 

ölkələrdə bu siyasətə daha çox üstünlük verilir. Proteksionizmdən fərqli 

olaraq azad ticarət siyasəti gömrük rüsumlarının minimal səviyyəsini müəy-

yən etməklə, xarici malların ölkənin daxili bazarına sərbəst daxil olmasına 

imkan verir və belə hesab etmək olar ki, eyni adlı  məhsulların və son 

nəticədə sahələrin rəqabət qabiliyyətini artırmaq zərurəti yaradır. Protek-

sionizm daxili bazarı xarici rəqabətdən qorumağa xidmət edirsə, azad ticarət 

və ya liberallaşdırma xarici iqtisadi əlaqələr mane olan gömrük rüsumlarının 

azaldılmasını və digər maneələrin aradan qaldırılmasını nəzərdə tutur.  

1993-cü ilin iyulunda xalqımızın təkidi ilə Heydər  Əliyevin 

hakimiyyətə qayıdışı  nəticəsində digər mühüm sahələrlə yanaşı, iqtisadiy-

yatda da mühüm dəyişikliklərin  əsası qoyuldu. Böyük həyat təcrübəsinə 

malik olan ulu öndər Heydər Əliyev iqtisadi islahatların müvəffəqiyyətinin 

dayanıqlı  həllinin ictimai-siyasi sabitlikdən asılı olduğunu dərk edərək, 

birinci növbədə bu problemin həllinə çalışdı. Heydər  Əliyevin ikinci dəfə 

hakimiyyətə  gəlməsi ilə Respublikanın ictimai-siyasi həyatında baş verən 

dəyişikliklər, sabitliyin bərqərar olması, siyasi və iqtisadi sahələrdə 

islahatların ardıcıl şəkildə aparılması, dövlətin iqtisadi strategiyasının milli 

maraqlar əsasında yenidən qurulmasına şərait yaratdı. Müstəqil Azərbaycan 

dövlətinin dünyanın bütün ölkələri ilə  bərabərhüquqlu və qarşılıqlı faydalı 

iqtisadi  əməkdaşlığı  nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. 

Respublikamız Avropa dövlətləri və ABŞ-la bərabərhüquqlu, qarşılıqlı 

faydalı  və  hərtərəfli münasibətlər yaradılması sahəsində  fəaliyyətə başladı. 

Xəzərətrafı regionun neft-qaz ehtiyatlarının kəsişdiyi ölkə kimi respub-

likamızın xarici siyasət kursunun yüksələn xətlə inkişafı  və beynəlxalq 

səviyyədə diplomatik əlaqələrinin güclənməsi ölkədə siyasi sabitlik yarat-



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

115



mış, xarici ölkələrin tanınmış  şirkətlərinin və  iş adamlarının Azərbaycana 

sərmayə qoymasına geniş imkanlar açdı. 1994-cü ilin sentyabr ayında 

Bakıda dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalan-

ması respublikamızın dünyanın nüfuzlu dövlətlərinin iqtisadi tərəfdaşına 

çevrilməsi prosesinin əsasını qoydu. 

Ümummilli lider Heydər  Əliyev 1993-cü ilin noyabrın 19-da bank-

maliyyə, tədiyyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziyyəti və 

onun yaxşılaşdırılması sahəsində vəzifələrə həsr olunmuş Ümumrespublika 

müşavirəsində çıxışında demişdi: “İndi Azərbaycan müstəqil dövlət kimi, bir 

çox ölkələrlə iqtisadi əlaqələr qurmağa başlamışdır. Ancaq bu əlaqələrin 

respublika iqtisadiyyatına nə  qədər mənfəət gətirdiyi hələ  məlum deyil. 

İqtisadi  əlaqələrimizin təşkilində, qurulmasında qüsurlar, səhvlər vardır. 

Bütün bunlar respublikada sosial gərginliyi artırır, adamların həyat 

səviyyəsinin aşağı düşməsinə səbəb olur və iqtisadi, maliyyə imkanlarımızı 

çox məhdudlaşdırır. 

Bu gün əsasən respublikamızın maliyyə  vəziyyəti, istehsal edilən 

mallardan istifadə, eyni zamanda idxal-ixrac əməliyyatlarının səviyyəsi 

məsələlərini aydınlaşdırmaq lazımdır. Respublikada istehsal olunan bir sıra 

məhsulların xaricə satılması, əvəzində lazımi mallar alınması və ölkəmizin 

ehtiyaclarının təmin olunması əsas məsələlərdən biridir” [53, 257]. 

 Heydər  Əliyev 1993-cü ilin noyabrın 19-da Prezident sarayında, 

bank-maliyyə, tədiyyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının vəziy-

yəti və onun yaxşılaşdırılması sahəsində  vəzifələrə  həsr olunmuş Ümum-

respublika müşavirəsindəki çıxışında müstəqil dövlətin iqtisadi siyasətinin 

başlıca konturlarını  cızdı. Ulu öndər mövcud vəziyyəti belə qiymətlən-

dirirdi: 1993-cü il sona çatır, respublikamız ağır iqtisadi böhran vəziy-

yətindədir. Ölkədə gedən müharibə iqtisadiyyatın vəziyyətinə də ciddi təsir 

göstərir. Bütün bunlar isə bir sıra ciddi, əsaslı  tədbirlər görülməsini tələb 

edir. Heydər Əliyev göstərirdi ki, Azərbaycan artıq müstəqil dövlət kimi, bir 

çox ölkələrlə iqtisadi əlaqələr qurmağa başlamışdır. Ancaq bu əlaqələrin 

respublika iqtisadiyyatına nə  qədər mənfəət gətirdiyi hələ  məlum deyil. 

İqtisadi əlaqələrimizin qurulmasında qüsurların və səhvlərin olması respub-

likada sosial gərginliyi artırır, adamların həyat səviyyəsinin aşağı düşməsinə 

səbəb olur, eyni zamanda, iqtisadi, maliyyə imkanlarımızı çox məhdud-

laşdırır. Heydər  Əliyev xəbərdarlıq edərək göstərirdi ki, Azərbaycanın 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə