Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə49/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   45   46   47   48   49   50   51   52   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

135



Həmin qanunun 3-cü maddəsinə uyğun olaraq, idxal və ixrac gömrük 

rüsumları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, 

Azərbaycan Respublikasının  əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin 

malları üçün idxal gömrük rüsumları dərəcələrinin son həddi isə Azərbaycan 

Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur. Qanunda 

“əlverişli ticarət rejimi” anlayışı açıqlanmamışdır, lakin kontekstdən belə 

nəticəyə  gəlmək olur ki, bu ifadə ümumi gömrük rüsumlarla müqayisədə 

daha aşağı gömrük rüsumlarını nəzərdə tutan sərbəst ticarət, gömrük ittifaqı 

və buna oxşar rejimləri bildirir. 

Azərbaycan Respublikası Nazirlər Kabineti 27 iyul 1998-ci ildə 



“Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların 

gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad 

edilməsi Qaydaları haqqında” 160 saylı qərarı qəbul etdi. “Qaydalar”ın 2-ci 

maddəsində müvəqqəti idxal (ixrac) edilən malların qanunvericiliklə 

müəyyən edilmiş gömrük vergi və rüsumlarının ödənilməsindən tamamilə 

azad edilməsi, 3-cü maddəsində isə müvəqqəti idxal (ixrac) olunan malların 

qanunvericiliklə müəyyənləşdirilmiş gömrük vergi və rüsumlarının ödənil-

məsindən qismən azad edilməsi qaydaları müəyyən edildi [15, 1999, 29 

yanvar]. 

Azərbaycan Respublikasının  “Gömrük Tarifi haqqında” Qanunu 

mövsümi və xüsusi növ rüsumları da nəzərdə tutur. Mövsümi rüsumlar 

malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq 

oluna bilər. Onların qüvvədə olduğu müddət ildə altı aydan çox ola bilməz. 

Xüsusi növ rüsumlara gəldikdə isə, onlar ölkənin iqtisadi mənafeyini 

qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq tətbiq oluna bilər. 

Qanunvericilikdə üç növ xüsusi rüsum nəzərdə tutulub: xüsusi rüsumlar, 

antidempinq rüsumları, kompensasiya rüsumları. Xüsusi rüsumlardan 

müdafiə tədbiri kimi və ya cavab tədbiri kimi istifadə edilə bilər. Antidem-

pinq rüsumları idxal olunan malların qiyməti Azərbaycan Respublikasının 

gömrük ərazisinə gətirildiyi andan ixrac olunduğu ölkədəki real dəyərindən 

xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli isteh-

salçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan 

Respublikasında onların istehsalının təşkilinə  və ya genişləndirilməsinə 

maneçilik törədildikdə  tətbiq edilir. Kompensasiya rüsumları Azərbaycan 

Respublikası gömrük ərazisinə  gətirilən malların istehsalı  və ya ixracı 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

136



zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir 

idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və bu 

hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların isteh-

salının təşkilinə  və genişləndirilməsinə maneçilik törədildikdə  tətbiq edilir 

[97, 2010, №3, s. 77-78]. 

1997-ci il iyulun 1-dən etibarən idxal-ixrac əməliyyatları üzrə gömrük 

ödənişlərinin alınmasının təkmilləşdirilmiş yeni qaydasının tətbiq edilmə-

sinə başlanıldı. Yeni qərarda ixrac əməliyyatları üzrə gömrük tənzimlən-

məsində əlavə və dəyişikliklər nəzərdə tutulmamışdı. İdxal əməliyyatlarına 

gəldikdə isə, bu sahədə qüvvədə olan əvvəlki qərardan fərqli olaraq bir sıra 

dəyişikliklər edildi. Belə ki, respublikada torpaq islahatının sürətləndirilməsi 

və  əhalinin kənd təsərrüfatı ilə  təminatının yaxşılaşdırılması üçün qərarın 

3№-li  əlavəsində respublikaya gətirilən kənd təsərrüfatı  təyinatlı maşın, 

mexanizm və avadanlıqlar onların mənşə ölkəsindən asılı olmayaraq 

gömrük idxal rüsumuna cəlb olunmurdu. Qərarın 4№-li  əlavəsində göstə-

rilən siyahıda qeyd olunan mal qrupları üzrə idxal olunan mallar (əsasən 

respublika daxilində istehsalı inkişaf etdirmək məqsədi üçün idxal olunan 

mallar) onların mənşə ölkəsindən asılı olmayaraq, gömrük dəyərinin 5 faizi 

həcmində gömrük idxal rüsumuna cəlb olunurdu. 

Qərarda “0” (sıfır) dərəcəsi ilə gömrük idxal rüsumuna cəlb olunan 

malların mövqelərində  də  dəyişiklik edilmiş, bir sıra mühüm əhəmiyyət 

kəsb edən hallar da bu siyahıya  əlavə edilməklə müəssisələrin istehsalat 

tələbatı üçün gətirilən xammal, material, köməkçi material, ehtiyat hissələri, 

komplektləşdirici məlumatlar və avadanlıqlar həmin mövqelərdən çıxarılmış 

və bir daha dəqiqləşdirilmişdi. Sıfır dərəcəsi ilə gömrük idxal rüsumuna cəlb 

olunana mallar aşağıdakılar idi: kənd təsərrüfatı üçün gətirilən toxum, 

gübrə, yem, damazlıq heyvanlar, dərman preparatları, baytarlıq təbabətində 

tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatı; qablaş-

dırılmış uşaq yeməkləri, şprislər, əczaçılıq məhsulları; Azərbaycan Respub-

likasında təmsil olunan diplomatik nümayəndəliklərin və onlara bərabər 

tutulan təşkilatların yalnız rəsmi ifadəsi, habelə bu nümayəndəliklərin 

diplomatik və inzibati texniki heyəti üzvlərinin, o cümlədən onlarla birgə 

yaşayan ailə üzvlərinin yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və 

əmlak; Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan 

keçmiş humanitar təşkilatlar, həmçinin beynəlxalq humanitar yardım üzrə 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

137



respublika komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfin-

dən gətirilən, təmənnasız olaraq paylanması  nəzərdə tutulmuş humanitar 

yardım; beynəlxalq təşkilatların xətti ilə  təmənnasız texniki yardım kimi 

gətirilən mallar; əlilliyin profilaktikası və müalicəsi məqsədləri üçün istifadə 

olunacaq (nəqliyyat vasitələri istisna olmaqla) müxtəlif texniki vasitələr və 

onların istehsalı üçün xammal və komplektləşdirici məlumatlar; müsadirə 

edilmə; sahibsizlik və  həmçinin varislik hüququ əsasında dövlətin mülkiy-

yətinə keçirilməsi üçün gətirilən mallar; birgə müəssisənin nizamnamə 

fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora 

məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikası  ərazisinə 

gətirilən əmlak; respublika ərazisinə müvəqqəti olaraq gətirilmiş və gətiril-

mə  şərtlərinə müəyyən olunmuş müddətdə  dəyişiklik edilmədən gətirildiyi 

ölkəyə aparılası mallar; tranzit mallar (gömrük orqanlarının nəzarəti 

altında); rüsumsuz ticarət mağazaları üçün gətirilən mallar; xarici investisiya 

qoyulmuş müəssisələrin  əcnəbi işçiləri üçün yalnız öz ehtiyacları üçün 

Azərbaycan Respublikası ərazisinə gətirdikləri əmlak; Maliyyə nazirliyi və 

ya Milli Bankın təsdiqedici sənədi  əsasında gətirilən qanuni tədiyyə 

vasitələrindən olan valyuta, banknotlar (numizmatika məqsədi ilə istifadə 

olunanlar istisna olmaqla), rəsmi dövlət sənədi blankları, vətəndaş pas-

portları, habelə qiymətli kağızlar; təkrar ixrac məqsədi ilə, həmçinin emal 

edilməsi üçün müvəqqəti olaraq Azərbaycan  ərazisinə  gətirilən mallar; 

dövlət büdcəsi hesabına idxal olunan mallar; Xəzər dənizi hövzəsində 

Azərbaycan Respublikasının kvotası hesabına ovlanmış  və respublika 

ərazisinə gətirilən balıq və balıq məhsulları. Mütərəqqi hal kimi Azərbaycan 

Respublikası hökumətinin xarici ölkələrlə azad ticarət haqqında sazişləri 

olduğu təqdirdə ikitərəfli razılığa  əsasən idxal olunan mallara da gömrük 

idxal rüsumları tətbiq edilmir. 

“Gömrük Tarifi haqqında” Qanuna uyğun olaraq, xüsusi növ 

rüsumların tətbiqindən  əvvəl on gün ərzində  təhqiqat aparılır. Təhqiqat 

zamanı  çıxarılan qərarlar kəmiyyətcə müəyyən edilmiş  məlumatlara 

əsaslanmalıdır. Hər bir xüsusi hal üçün aparılan təhqiqatın nəticələrinə görə 

rüsum dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 

müəyyən edilir və onların dərəcələri təhqiqatın müəyyən etdiyi qiymətlərin 

dempinq azaldılmasının, subsidiyanın və  aşkar edilmiş ziyanın məbləğinə 

mütənasib olmalıdır.  “Gömrük tarifi haqqında” 1995-ci il 20 iyun tarixli 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə