Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
144
təmir işləri aparıldı.
Həmin dövrdə gömrük işi sahəsində bir-birini tamamlayan və respub-
likanın iqtisadi inkişaf xüsusiyyətlərini nəzərə alan aşağıdakı əsas vəzifə-
lərin həlli qarşıya qoyuldu:
– gömrük sərhədinin tam qurulması və maddi-texniki təchizatı, göm-
rük sərhədindən keçirilən yüklərin qeydiyyatının təkmilləşdirilməsi;
– gömrük qanunvericiliyi pozuntularının və başqa hüquq-mühafizə
orqanları ilə birlikdə qaçaqmalçılıq hallarının qarşısının alınması, respubli-
kanın gömrük ərazisi vasitəsilə onların qeyri-qanuni keçirilməsinə yol
verilməməsi;
– gömrük ödənişləri texnologiyasının təkmilləşdirilməsi və onların
büdcəyə daxil olmasına nəzarət, valyuta nəzarətinin gücləndirilməsi, idxal
vergiləri və rüsumlarını vaxtaşırı nəzərdən keçirməklə mövsümü dəyişik-
liklər aparılması;
– gömrük orqanları tərəfindən strateji xammalın ixracına və valyuta
əməliyyatlarına nəzarət etməklə ölkənin iqtisadi təhlükəsizliyinin daha
etibarlı surətdə təmin olunması;
– gömrük sənədlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, göm-
rük proseduralarının sadələşdirilməsi və rəsmiləşdirmə müddətinin qısaldıl-
ması, təhvil vermə üsulundan asılı olmayaraq bütün malların gömrük
rəsmiləşdirilməsinin təmin olunması, yüklər və yük göndərənlər haqqında
ilkin məlumatların əldə edilməsi;
– gömrük nəzarəti işlərinin təkmilləşdirilməsi, bu sahədə mütərəqqi
texnologiyaların tətbiqi;
– tarifdən kənar tənzimləmə tədbirlərinə nəzarət texnologiyasının
təkmilləşdirilməsi, tarif üsulları kompleksində effektivliyin təhlili üzrə
təkliflərin hazırlanması;
– boru kəməri nəqliyyatı və elektrik enerjisi ötürücü xətləri ilə
keçirilən mallara gömrük nəzarətinin təşkili, əqli mülkiyyət obyektlərinin
bir yerdən başqa yerə keçməsinə nəzarətin təşkilati-hüquqi şərtlərinin
yaradılması;
– xarici iqtisadi fəaliyyət məlumatların düzgünlüyünün və keyfiyyə-
tinin artırılması üzrə işlərin sistemləşdirilməsi və bu əsasda gömrük
xidmətinin və onun struktur bölmələrinin işinin səmərəliliyinin təhlili və s.
[81, 240-242].
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
145
Azərbaycanın xarici iqtisadi siyasətinin əsas istiqamətləri Heydər
Əliyevin 1996-2003-cü illərdə imzaladığı çoxsaylı Fərman və sərən-
camlarda, dövlət proqramlarında öz konkret əksini tapmışdır. Ulu öndər bir
çox belə sənədlərə imza atmaqla xarici iqtisadi siyasətimizin strategiya və
taktikasının formalaşması və iqtisadi qüdrətimizin artmasına bu və ya digər
dərəcədə müsbət təsir edən qərarlar qəbul etmişdir. Söhbət, həm də bununla
əlaqədar dövlət başçısının təşəbbüsü ilə respublikanın Milli Məclisi
tərəfindən qəbul edilmiş qanunlardan gedir. Bunlara misal olaraq, Azərbay-
can Respublikasının Prezidentinin aşağıdakı Fərmanlarını göstərmək olar:
– “Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin
artırılması tədbirləri haqqında” 1994-cü il 10 yanvar tarixli 91 nömrəli
Fərman;
– “Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi
haqqında” 1994-cü il 5 aprel tarixli 125 nömrəli Fərman;
– “Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi
haqqında” 1996-cı il 6 avqust tarixli 481 nömrəli Fərman (bu Fərman
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xari-
ci ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” 520 nömrəli 17
dekabr 1996-cı il tarixli Fərmanı ilə əvəzlənmişdir);
– “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının,
saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20
dekabr tarixli 527 nömrəli Fərman.
Azərbaycan Respublikası Prezidentinin “Bəzi sahibkarlıq fəaliyyəti
növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” 1997-ci il 27 yanvar
tarixli 543 nömrəli Fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan
fəaliyyət növlərinin və onları verən müvafiq icra hakimiyyəti orqanlarının
siyahısının hazırlanmasını Nazirlər Kabinetinə tapşırmışdır. Fərman, bəzi
fəaliyyət növləri üçün tələb olunan xüsusi razılığın (lisenziyanın) verilməsi
haqqında Əsasnaməni qəbul etmişdir. Bu Fərman Azərbaycan Respublikası
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə” 1996-cı il 24 dekabr tarixli
Qanunun tətbiqi məqsədi ilə qəbul edilmişdi və Azərbaycan Respublikası
Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi
qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il 2 sentyabr tarixli 782
nömrəli Fərmanı ilə qüvvədən düşmüşdür.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
146
Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında
xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun
tarixli 609 nömrəli Fərmanı imzaladı. Bu Fərmanla Azərbaycan Respub-
likası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 520 nömrəli Fərmanı ləğv
edildi. Bu Fərmanla ölkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin
daha da liberallaşdırılması məqsədi daşıyan və bazar iqtisadiyyatının
tələblərinə cavab verən müasir qaydalar müəyyənləşdirildi. “Qaydalar”a
əsasən ixrac əməliyyatları əsasən 5 növə ayrılırdı: istehsal, emal, təkrar emal
olunan malların ixracı; kreditə ixrac; təkrar ixrac; konsiqnasiya yolu ilə
ixrac və müvəqqəti ixrac əməliyyatları. “Qaydalar”ın ikinci bölməsi idxal
əməliyyatlarının tənzimlənməsini, üçüncü bölməsi Nazirlər Kabineti
tərəfindən aparılan və müvafiq dövlət orqanlarından rəy alınmaqla aparılan
idxal-ixrac əməliyyatlarını, barter əməliyyatları və kooperasiya əməliy-
yatlarını, sərhədyanı ticarət məsələlərini nəzərdə tuturdu. Fərmanın dör-
düncü bölməsində dövlətlərarası sazişlərə əsasən ticarət əməliyyatlarının
yalnız Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları ilə gömrük
orqanlarında bəyan edilməklə həyata keçirilməsi, beşinci bölmədə xarici
ticarətdə hesablaşma qaydaları; altıncı bölmədə xarici ticarət əməliyyat-
larının gömrük rəsmiləşdirilməsi; yeddinci bölmədə isə xarici ticarət
əməliyyatlarında malların gömrük ərazisindən çıxarılması və gətirilməsinə
nəzarət edilməsi gömrük orqanlarının, hesablaşmaların aparılması müvəkkil
bankların nəzarətində olması göstərilirdi.
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 oktyabr tarixli
“Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının
təsdiq edilməsi haqqında” 637 nömrəli Fərmanı alkoqollu içkilərin, etil
(yeyinti) spirtinin, tütün məmulatlarının və ozon dağıdıcı maddələrin
idxalına lisenziyalar tələb edirdi. Fərmanda lisenziya verməyə cavabdeh
olan dövlət orqanlarının siyahısı verilmişdi. Fərman Azərbaycan Respub-
likası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə
ləğv edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi xarici iqtisadi əlaqələrinin
və gömrük münasibətlərinin tənzimlənməsi məqsədilə aşağıdakı qanunları
qəbul etdi:
- “Azərbaycan Respublikasının Malların Təsviri və Kodlaşdırılması
üzrə Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyaya və
Dostları ilə paylaş: |