Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
132
edir ki, gömrük rüsum dərəcələri hazırlanıb tətbiq edilərkən güclü iqtisadi
təhlil aparılmalı, iqtisadi sahələrin inkişaf səviyyəsi, daxili bazar qiymət-
lərinin hədləri, əhalinin sosial vəziyyəti nəzərə alınmalı, dövlətin iqtisadi
siyasətinin əsas prinsiplərinə əsaslanmalıdır. Respublikanın idxalçı ölkədən
ixracatçı ölkəyə çevrilməsi baxımından gömrük-tarif sistemi mühüm rola
malikdir. Müstəqillik illərində xarici iqtisadi fəaliyyətdə gömrük-tarif
tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi qanunvericiliyinə
dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər
görüldü. Azərbaycan Respublikası DGK tərəfindən müxtəlif qaydalar hazır-
landı, qərar, qanun, saziş layihələri hazırlanaraq müvafiq dövlət təşkilat-
larına təqdim edildi. Dünya Bankının nümayəndələrinin iştirakı ilə müza-
kirələr aparıldı. Gömrük xidməti ödənişləri alınmasının mütərəqqi forması
kimi Azərbaycan Beynəlxalq Bankının texniki dəstəyi ilə ödəniş kart-
larından istifadə edilməsinə başlanıldı.
Azərbaycan Respublikasında aşağıdakı gömrük ödənişləri tətbiq
olunurdu: əlavə dəyər vergisi; gömrük rüsumu; aksizlər; gömrük işini apa-
ran icra orqanı tərəfindən lisenziyaların verilməsi və lisenziyaların fəaliy-
yətinin bərpa edilməsinə görə yığımlar; gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların fəaliyyətinin
bərpa edilməsinə görə yığımlar; gömrük rəsmiləşdirilməsinə görə alınan
vəsaitlər; malların saxlanmasına görə gömrük yığımları; məlumatlan-
dırmaya görə haqq; ilkin qərarın qəbuluna görə haqq; gömrük auksion-
larında iştiraka görə haqq və digər gömrük ödənişləri. Gömrük rüsumlarının
ödənilməsi məcburi xarakter daşıyır və dövlətin məcburiyyəti ilə təmin
edilir.
Elmi ədəbiyyatda gömrük rüsumları müxtəlif cür təsnifləşdirilir:
hesablanma qaydasına görə, alınma qaydasına görə, malın mənşə ölkəsinə
görə, dərəcələrin növünə görə və s. Xarici iqtisadi əməliyyatların xarakteri
və ya rüsumların ödənilmə obyektinə görə idxal, ixrac və tranzit rüsum
növləri mövcuddur. Elmi ədəbiyyatın və gömrük statistikasının təhlili gös-
tərir ki, idxal və ixrac rüsumları bütün ölkələrdə olduğu kimi, Azərbaycan
Respublikasında da gömrük rüsumlarının əksər hissəsini təşkil etməklə
yanaşı, daxili bazarın qorunması və iqtisadiyyatda səmərəli struktur dəyi-
şiklikləri həyata keçirilməsini təmin edir. Tranzit rüsumlar fiskal məqsədlər
üçün tətbiq edilir və gömrük işi təcrübəsində geniş tətbiq olunmur. Malların
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
133
mənşə ölkəsindən asılı olaraq gömrük rüsumları minimal, preferensial,
maksimal gömrük rüsumları kimi qruplara ayrılır. Gömrük rüsum dərəcələri
tiplərinə görə isə iki yerə bölünür: daimi rüsumlar və dəyişkən rüsumlar.
Gömrük rüsumundan daxilolmalar hər hansı dövlət orqanlarının maliyyə-
ləşdirilməsinə yönəldilmir. Azərbaycan Respublikasının 1997-ci və 2011-ci
il Gömrük Məcəlləsinin tələbləri ilə gömrük daxilolmaları dövlət büdcəsinə
köçürülür. Gömrük rüsumları və yığımları, gömrük rəsmiləşdirilməsi və
gömrük nəzarəti proseduraları, tarif tənzimlənməsi ilə bağlı müxtəlif
gömrük məhdudiyyətləri və s. tədbirlər gömrük siyasətinin reallaşdırılma-
sının əsas vasitələri hesab olunur.
Gömrük tarifi qiymətlərə təsir göstərmək vasitəsilə dövlət və özəl
müəssisə və təşkilatların xarici iqtisadi fəaliyyətinə bilavasitə təsir göstər-
məlidir. Bundan əlavə, gömrük tarifi xarici iqtisadi fəaliyyətin yeni forma-
larının inkişafına şərait yaratmalı, daxili istehsalçılara məqsədli imtiyazlar
vermək yolu ilə ölkədən mal ixracını stimullaşdırmalıdır. Səmərəli gömrük
tarif sisteminin yaradılması, yerli malların xarici bazarlara çıxarılması
məsələləri müzakirə olunarkən ölkənin ticarət siyasətində mövqeyinin
möhkəmləndirilməsinə kömək etməlidir. Ölkənin gömrük sərhədindən
keçirilən mallara elmi cəhətdən əsaslandırılmış gömrük rüsumların tətbiq ən
aktual məsələlərdəndir. Gömrük rüsumlarının dərəcələrinin aşağıdakı prin-
siplər əsasında qurulması məqsədəuyğundur:
– rüsumların həddi hər mal qrupu üzrə orta hesabla təyin edilir və
tədricən hər mal qrupu üzrə ayrılıqda dəqiqləşdirilməsi;
– idxalın rüsuma cəlb edilməsi malın emal səviyyəsinin artmasına
görə dəyişməli, xammala aşağı hədd, hazır məhsula isə nisbətən yüksək
rüsumların tətbiqi;
– yüksək texnologiyalı mallara aşağı rüsumların tətbiqi;
– rüsumların həddi təyin edilərkən daxili bazarın real vəziyyəti, uyğun
malların istehsalının inkişaf perspektivlərinin nəzərə alınması;
– rüsumlar təyin edilərkən ölkənin iqtisadi təhlükəsizliyi məsələləri
nəzərə alınması.
Azərbaycan Respublikasında gömrük rüsumuna cəlbetmənin səviyyəsi
müxtəlif mal qrupları üzrə aşağıdakı kimi fərqləndirilir:
– ölkədə istehsal olunmayan kütləvi istehlak malları rüsumsuz idxal
olunur;
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
134
– əsas ərzaq növləri, ehtiyatı az olan sənaye xammalı və materialları,
ölkədə istehsal olunmayan yüksək texnologiya avadanlıqları və elmi
nəzarət-ölçü cihazları idxal olunarkən aşağı rüsum dərəcələri tətbiq edilir;
– filiz və minerallar, qara metallar, kimya məhsulları və başqa yarım-
fabrikatlar, telekommunikasiya malları, yüksək texnologiya istehsal vasitə-
lərinə idxal olunarkən yüksək olmayan rüsumlar tətbiq edilir;
– nəqliyyat vasitələri, elektrotexnika malları, dəftərxana və ofis
ləvazimatları, alətlər idxal edilərkən yüksək rüsumlar tətbiq edilir;
– tikinti materialları, minik maşınları, kino-foto aparatları, balıq və
digər dəniz məhsulları, sənaye məhsullarının əksər hissəsi, elektrik məişət
cihazları, bəzi ərzaq növləri, musiqi alətlərinin idxalı zamanı daha yüksək
rüsumlar tətbiq edilir;
– bəzək əşyaları, tütün məmulatı, spirtli içkilər, xəz məmulatı,
xalçalar, parfümeriya və digər tələbat mallarının idxalında isə maksimum
yüksək rüsumlar tətbiq edilir.
Bundan əlavə, şəxsi istifadə üçün olan əşyalara, onların beynəlxalq
poçt vasitəsilə göndərilməsi və fiziki şəxslər tərəfindən dövlət sərhədindən
keçirilməsi və göndərilməsi normaları müəyyənləşdirilmişdir. Gömrük
rüsum dərəcələri qanunda nəzərdə tutulan hallar istisna olmaqla gömrük
sərhədindən mal keçirən bütün hüquqi və fiziki şəxslərə şamil edilir.
Gömrük tarifi daxili bazarın dünya bazarı ilə qarşılıqlı əlaqəsinin
təmin olunmasında xarici ticarətin dövlət tənzimlənməsinin mühüm
vasitəsidir. “Gömrük tarifi haqqında” Qanun 20 iyun 1995-ci ildə qəbul
edilmiş və gömrük tarifinin yaradılması, tətbiqi qaydalarının müəyyən
edilməsinə yönəldilmişdir. Gömrük tarifinin əsas məqsədləri bunlardır: 1)
Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərələşdirmək;
2) Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarıl-
masının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;
3) valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək; 4)
Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirin-
dən qorumaq; 5) Azərbaycan Respublikasının iqtisadiyyatının dünya təsər-
rüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq. Qanunun 4-cü maddəsinə
görə gömrük rüsumlarının hesablanma qaydasına üç növ gömrük rüsumu
nəzərdə tutulur: advalor, spesifik və kombinə edilmiş gömrük rüsumu.
Dostları ilə paylaş: |