Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
105
11 noyabr tarixli 66 nömrəli əmr),
“Gömrük anbarı haqqında Əsasnamə”
(1998-ci il 11 noyabr tarixli 64 nömrəli əmr) və “Azərbaycan Respub-
likasında gömrük anbarlarının və müvəqqəti saxlanc anbarlarının təsis
edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi
haqqında”, habelə “
Azərbaycan Respublikası gömrük orqanları tərəfindən
gömrük anbarlarının təsis olunması və bu cür anbarlardan istifadə edilməsi
qaydaları” (2001-ci il 23 noyabr tarixli 105 nömrəli əmr) təsdiq edilib.
Gömrük nəzarətinin təşkilinin bir çox məsələləri DGK sədrinin
müvafiq əmrləri ilə təsdiqlənən əsasnamə, təlimat və qaydalarla tənzimlənir.
Bunlara misal olaraq, “Azərbaycan Respublikası ərazisindən ixrac edilən
malların müqabilində valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə
Təlimat”ı (1998-ci il 9 sentyabr tarixli 49 nömrəli əmr),
“Malların məhv
edilməsi gömrük rejimi haqqında” Əsasnaməni (1999-cu il 17
fevral tarixli
14 nömrəli əmr), “Gömrük nəzarəti zonalarının yaradılması və onların
nişanlanması Qaydaları” (1999-cu il 2 aprel tarixli 22 nömrəli əmr),
“Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasının
Metodologiyasının tətbiqi ilə əlaqədar olaraq statistik dəyərin hesab-
lanmasına dair Təlimat” (1999-u il 16 aprel tarixli 25 nömrəli əmr),
“Malların gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisindən
tranziti zamanı gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi üzrə
sığorta şirkətlərinin gömrük orqanları tərəfindən qəbulu Qaydaları”
haqqında (1999-cu il 19 may tarixli 35 nömrəli əmr), “Azərbaycan
Respublikasına müvəqqəti idxal edilən malların gömrük rüsumları və
vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsinin bir sıra
məsələləri ilə bağlı” (1999-cu il 30 iyul tarixli 14/001 nömrəli əmr),
“Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının alınması qaydaları
barədə” (1999-cu il 10 dekabr tarixli 73 nömrəli əmr),
“Gömrük Məcəl-
ləsində nəzərdə tutulmuş rejimlərə uyğun olaraq ödənilməli olan gömrük
ödənişləri məbləğinin gömrük orqanının depozitinə verilməsi ilə təmin
edilməsi və onların qaytarılması” qaydalarının təsdiq edilməsi haqqında
(2000-ci il 21 fevral tarixli 18 nömrəli əmr, “Müvəqqəti idxal (ixrac)
gömrük rejimi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə (2000-ci il
29 sentyabr tarixli 64 nömrəli əmr), “Gömrük ərazisində malların emalı
gömrük rejimi haqqında” Əsasnamə (2001-ci il 12 aprel tarixli 25
nömrəli
əmr), “Azərbaycan Respublikasının gömrük ərazisinə bilavasitə təkrar ixrac
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
106
üçün gətirilmiş və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi
Qaydaları”nda edilmiş dəyişikliklər barədə” (2002-ci il 6 noyabr tarixli 78
nömrəli əmr), Azərbaycan Respublikasının Gömrük Sərhədindən Tərkibində
İntellektual (Əqli mülkiyyət) Obyektləri Olan Malların keçirilməsi zamanı
gömrük nəzarətinin aparılması Qaydaları” (2003-cü il 17 may tarixli 47
nömrəli əmr), “Yoxlama tapşırığının və gömrük yoxlama aktlarının
doldurulması, uçotu, qeydiyyatı və saxlanılması qaydaları haqqında
Təlimat” (2003-cü il 12 dekabr tarixli 117 nömrəli əmr), “Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndəriş-
lərinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi Qaydaları”
(2004-cü il 15 aprel tarixli 28 nömrəli əmr), “Tranzit gömrük rejimi
haqqında Qaydalar” (2004-cü il 12 may tarixli 38 nömrəli əmr),
“Azərbaycan respublikasının gömrük sərhədindən tərkibində əqli mülkiyyət
obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması
qaydaları” (2005-ci il 3 avqust tarixli 74 nömrəli əmr),
“Azərbaycan
respublikasının gömrük xidmətində risklərin avtomatlaşdırılmış idarəetmə
sisteminin Konsepsiyası” (2005-ci il 22 noyabr tarixli 113 nömrəli əmr),
“Azərbaycan respublikasının gömrük sərhədindən keçirilən kökünün
kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin (CİTES
növləri) gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydaları” (2007-ci il
26 aprel tarixli 39 nömrəli əmr) qeyd edilməlidir.
Gömrük orqanlarının vəzifəli şəxsləri müvafiq qayda və təlimatlara
əsasən gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər: 1) gömrük
məqsədləri üçün lazım olan sənədlərin və məlumatların yoxlanılması; 2)
gömrük yoxlaması (malların və nəqliyyat vasitələrinin yoxlanılması,
gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama); 3) malların və
nəqliyyat vasitələrinin uçotu; 4) fiziki və vəzifəli şəxslərin şifahi sorğusu; 5)
uçot və hesabat sisteminin yoxlanılması; 6) müvəqqəti saxlanc anbarlarının,
sərbəst gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük
nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin ola biləcəyi
digər yerlərin, ərazi və binaların, həmçinin icrasına nəzarət Azərbaycan
Respublikası gömrük orqanına həvalə edilmiş fəaliyyətlərin həyata keçiril-
diyi digər yerlərə baxış keçirilməsi. Risklərin avtomatlaşdırılmış idarəetmə
sisteminin Konsepsiyasında göstərilir ki, göndərilən mal və nəqliyyat
vasitələri barəsində məlumatların əvvəlcədən alınması, yaradıla biləcək