Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
94
müqavilələrin şərtlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün
kütləvi qırğın silahlarının yayılmaması rejiminin təmin edilməsi və
möhkəmləndirilməsi ilə bağlı məsələlər üzrə digər beynəlxalq təşkilatların
fəaliyyətində, habelə bu sahədə çoxtərəfli və ikitərəfli tədbirlərdə iştirak
edir” [24, 31 dekabr 2004-cü il, №12, maddə 975] .
Azərbaycan Respublikası Nazirlər Kabineti 2005-ci il 15 dekabr
tarixində “İxrac Nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” 230 nömrəli
qərarı qəbul etdi. Qərarda həm hərbi, həmdə mülki məqsədlər üçün istifadə
oluna bilən ikili təyinatlı malların idxalı üçün xüsusi icazənin alınması tələb
olunur. Qərar xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilmə-
sindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş
məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti
orqanlarının siyahısını təsdiq edir. Qərarda xüsusi icazənin verilməsi
qaydaları müəyyən olunur və xüsusi icazənin verilməsindən imtinaya səbəb
ola bilən əsaslar sadalanır. Qərarda həmçinin xüsusi icazənin verilməsindən
əvvəl və sonra yoxlamaların aparılması qaydaları müəyyən olunur.
Hal-hazırda, Azərbaycan Respublikasında ixrac əməliyyatları Azər-
baycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli
Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli
698 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17
aprel tarixli 457 nömrəli, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il
2 sentyabr tarixli 782 nömrəli Fərmanı, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı, Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 1 aprel tarixli 218 nömrəli Fərmanı,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 iyul tarixli 135
nömrəli Qərarı və Azərbaycan Respublikasının “Mədəniyyət haqqında”
1998-ci il 6 fevral tarixli 430-İQ nömrəli və “İxrac nəzarəti haqqında” 2004-
cü il 24 oktyabr tarixli Qanunlarla tənzimlənir. Müəyyən malların ixracı
lisenziyanı, müqavilələrin qeydiyyatını, Nazirlər Kabinetinin sərəncamı və
müvafiq dövlət orqanlarının (ikili təyinatlı malların ixracı üçün) xüsusi
icazəsini tələb edir.
Azərbaycan Respublikası Prezidentinin “Qara və əlvan metal qırıntı
və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” 2001-ci il 17
aprel tarixdə imzaladığı 457 nömrəli Fərmanına uyğun olaraq bu malların
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
95
ixracı 2001-ci il aprelin 18-dən etibarən dayandırıldı.
Tranzit malların qonşu dövlətlərə və son istifadəçilərə hansı məqsədlə
aparılmasının aşkar olunması isə gömrük işinin ən “həssas” tərəfidir. Çünki
həm mülki, həm də hərbi təyinatlı malları tranzit edən dövlət bir müddətdən
sonra həmin mallardan hərbi məqsədlə Azərbaycana və digər dövlətlərə
qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Azərbaycan Respublikası ərazisində radiasiya təhlükəsizliyinə nəzarəti
gücləndirmək tədbirləri haqqında” 1997-ci il 11 iyul tarixli 76 nömrəli
qərarı ölkə ərazisində radiasiya təhlükəsizliyinə müntəzəm nəzarəti mövcud
norma və qaydaların tələblərinə uyğun təmin edilməsi və bu sahədə dövlət
nəzarətinin gücləndirilməsi məqsədi daşıyır. Həmin qərarla respublikaya
gətirilən və respublikadan çıxarılan, eyni zamanda respublika ərazisindən
keçən tranzit yüklərə daim radiasiya nəzarəti aparmaq məqsədilə bütün
sərhəd keçid məntəqələrində stasionar avtomatik radiasiya nəzarəti cihaz-
larının quraşdırılması vəzifəsi Dövlət Gömrük Komitəsinin üzərinə qoyuldu.
DGK-dən tabeliyində olan və mülkiyyət formasından, fəaliyyət növündən
asılı olmayaraq hər hansı müəssisə, idarə və təşkilat tərəfindən ölkəyə
gətirilən radioaktiv maddələr və ionlaşdırıcı şüa mənbələri haqqında
Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
məlumat verilməli, nazirlik, idarə və təşkilatlardan radioaktiv maddə və
digər ionlaşdırıcı şüa mənbələrinin inventarizasiyasını keçirmələri tələb
olunmalıdır. Səhiyyə və Təhsil nazirlikləri müvafiq sahələr üzrə radiasiya
təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanmasını təşkil etməlidir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa
əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının
2006-cı il 28 noyabr tarixli, 180-IIQD nömrəli Qanununa əlavə edilməsi
barədə” Qanun 21 fevral 2007-ci ildə qüvvəyə minmişdir. Qanun həm
hərbi, həm də mülki məqsədlər üçün istifadə edilə bilən ikili təyinatlı mallar
üzərində ixrac nəzarətinin həyata keçirilməsi üçün əsasları müəyyən edir.
“İxrac Nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə
bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabineti 2005-ci il 15 dekabr tarixli 230 nömrəli
Qərarı ikili təyinatlı malların ixracı üçün xüsusi icazə tələb edir. Qərarda
xüsusi icazənin verilməsi qaydaları müəyyən olunur.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin və
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
96
iqtisadi siyasət Komitəsinin 2011-ci il 17 iyunda keçirilən birgə iclasında
yeni Gömrük Məcəlləsi layihəsinin Azərbaycan Hüquqşünasları Konfe-
derasiyasının təşəbbüsü ilə ictimai dinləmələri keçirildi. Layihə haqqında
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin Sədri Ziyad Səmədzadə, Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin Sədri, Azərbay-
can Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev, Avropa
İttifaqının Azərbaycan Respublikasındakı Səfiri Roland Kobia çıxış etmişdi.
Mili Məclisin üzvləri Vahid Əliyev, Əli Məsimov, Rüfət Quliyev,
Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü
Əliməmməd Nuriyev, TUSİAB-ın sədri Murat Bakir öz rəylərini bildir-
mişdi. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü
qaydasında Milli Məclisə təqdim etdiyi yeni Gömrük Məcəlləsinin layi-
həsinin ən müasir tələblərə və standartlara cavab verməsi göstərilmişdi.
Milli Məclisdə keçirilən ictimai dinləmələrdə BMT, Avropa İttifaqı, ATƏT,
Avrasiya Əməkdaşlıq Fondu, İsveçin Azərbaycandakı Konsulluğu, Azər-
baycanda Amerika Ticarət Palatası, TUSİAB-ın nümayəndələri, Azərbaycan
Hüquqşünasları Konfederasiyası, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə
Liqası, Konstitusiya Araşdırmaları Fondu, Şəffaflıq Azərbaycan Təşkilatı,
Bazar İqtisadiyyatı və Sahibkarlığın İnkişafına Dəstək Fondu, Korrupsiyaya
Qarşı mübarizə Fondu, Tacirlər və İstehlakçılar Birliyinin nümayəndələri
iştirak etmişdi.
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2011-ci il iyunun
24-də qəbul edilmiş yeni “Gömrük Məcəlləsi” Respublika Prezidenti İlham
Əliyevin 2011-ci il 15 sentyabr tarixli Fərmanı ilə təsdiq edildi və 2012-ci il
yanvarın 1-dən qüvvəyə mindi [24, 28 fevral, 2007-ci il, №2, maddə 84].
“Gömrük Məcəlləsi” gömrük işi sahəsində qanunlar sistemini özündə
əks etdirməklə idxal və ixrac siyasətinin kompleks qanunverici bazasını
təşkil edir. “Gömrük Məcəlləsi”nin və bir sıra hüquqi aktların qüvvəyə
minməsi ilə milli gömrük işinin yeni hüquqi əsaslar üzərində inkişaf
etdirilməsinə başlanıldı. “Gömrük Məcəlləsi” Respublikanın iqtisadi təh-
lükəsizliyi və maraqlarının qorunmasını, ölkə iqtisadiyyatının dünya iqtisadi
inteqrasiya sistemində rolunun artmasını təmin edən hüquqi, iqtisadi və
təşkilati münasibətləri tənzimləmək baxımından işlənib hazırlanmış qanun-
vericilik sistemi idi. 2011-ci ilə qədər bir çox dəyişikliklərə məruz qalmış
Dostları ilə paylaş: |