Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
85
hava gəmiləri, habelə onların tabel əmlakı, yanacaq və sürtgü materialları
ehtiyatı, gəmi ehtiyatları (o cümlədən, ərzaq, içkilər və tütün məmulatı)
tərəflərin ərazisindən gətirildikdə bütün gömrük rüsumlarından və başqa
vergilərdən azad edilir, bu şərtlə ki, həmin əmlak, materiallar və ehtiyatlar
geriyə qaytarılana qədər bu hava gəmisində qalsın. Bununla əlaqədar müd-
dəalar Azərbaycan Respublikasının digər dövlətlərlə imzaladığı müqavi-
lələrdə də əks olunmuşdur. Məsələn, Azərbaycan Respublikası ilə İİR
hökumətləri arasında Hava nəqliyyatı haqqında 2002-ci il 20 may tarixli
Sazişin (Saziş 2002-ci il 2 iyul tarixli Qanun ilə təsdiq edilmişdir) 6-cı
maddəsi və s. Qanunun 37-ci maddəsi ilə gömrük rüsumlarından azad
edildiyi ikinci hal dənizdə balıq ovlayan Azərbaycan Respublikası gəmiləri
və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə
(fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə
Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki
təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin
gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgə-
çilik məhsullarıdır. Qanunun 34-cü maddəsi ilə gömrük rüsumlarından azad
edilən üçüncü hal rəsmi və ya şəxsi istifadə üçün xarici ölkələrin
nümayəndələri tərəfindən, yaxud Azərbaycan Respublikasının qanunveri-
ciliyinə müvafiq surətdə bu cür malları rüsumsuz gətirmək və rüsumsuz
çıxarmaq hüququna malik fiziki şəxslər tərəfindən Azərbaycan Respubli-
kasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallardır.
“Gömrük tarifi haqqında” Qanunun 34-cü maddəsinə görə gömrük sərhədi
ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutası və bu ərazidən
gətirilən xarici valyutalar (numizmatika məqsədilə istifadə olunanlardan
başqa) və qiymətli kağızlar gömrük rüsumundan azad edilir [65, 24-25].
“Gömrük proseduralarının sadələşdirilməsi və uzlaşdırılması haqqın-
da” Beynəlxalq Konvensiyada göstərilirdi ki, gömrük ərazisinə daxil olan
gəmidə və ya təyyarədə daşınan ehtiyatlar, onların orada qalması şərti ilə,
idxal rüsum və vergilərindən azad olunur. Beynəlxalq səviyyədə malların
vahid təsnifatının olması xarici ticarət qarşısında maneələrin aradan
qaldırılması üçün olduqca vacib bir məsələdir. Gömrük rüsumları cədvə-
lində malların təsnifatı bir neçə inkişaf mərhələsindən keçmişdir. Bunu
nəzərə alaraq, Dünya Gömrük Təşkilatı çərçivəsində bu istiqamətdə
müvafiq işlər görülmüş, 14 iyun 1983-cü il tarixdə Malların təsviri və
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
86
kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında beynəlxalq Kon-
vensiya (HS Konvensiyası) qəbul olunmuşdur. Azərbaycan Respublikasının
gömrük rüsumları cədvəlləri mütəmadi dəyişikliklərə məruz qalır. HS
Konvensiyasının 3-cü maddəsinə uyğun olaraq, razılaşan tərəflər öz idxal və
ixrac ticarətinə aid statistik məlumatları Harmonikləşdirilmiş Sistemin altı
rəqəmli koduna, yaxud bu cür məlumatların dərc edilməsinin kommersiya
sirri və ya dövlət təhlükəsizliyi mənafeyi kimi müstəsna səbəblərə görə
qadağan edilmədiyi təqdirdə, həmin tərəfin təşəbbüsü ilə bundan da geniş
təfərrüatlı təsnifata uyğun olaraq dərc edir. Keçmiş SSRİ HS Konvensi-
yasının iştirakçısı idi və 1990-cı ildə doqquz rəqəmli xarici iqtisadi fəaliy-
yətinin əmtəə nomenklaturasını (XİN ƏN) qəbul etmişdi. Bu nomenklatura
HS təsnifatı əsasında hazırlanmışdı. Müstəqillik illərində Azərbaycan bu
nomenklaturadan istifadə etməyə davam edir.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac və idxal
əməliyyatları üzrə gömrük vergiləri tariflərinin dərəcələri haqqında” 1993-
cü il 21 iyul tarixli 401 nömrəli; “Azərbaycan Respublikasının ixrac və idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1994-cü il 27
iyun tarixli 252 nömrəli; “Azərbaycan Respublikasında ixrac və idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1995-ci il 24
aprel tarixli 90 nömrəli; “Azərbaycan Respublikasında ixrac-idxal əməliy-
yatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1997-ci il 16 iyun
tarixli 62 nömrəli; “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə
alınan yığımlarının miqdarı haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli
və “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük
rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların
miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il
12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə” 2003-cü il
22 dekabr tarixli 161 nömrəli qərarları xarici iqtisadi fəaliyyətin gömrük
tənzimlənməsini hüquqi cəhətdən əsaslandırır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında
xarici ticarətin tənzimlənməsi haqqında” 1996-cı ildə 6 avqust 481 nömrəli
Fərmanına 1 saylı Əlavədə sadalanan malların ixracı üçün müqavilələrin
Xarici İqtisadi Əlaqələr Nazirliyində qeydiyyata alınması, həmçinin gömrük
orqanlarına təqdim edilməsi tələb olunurdu. Fərmana 2 saylı Əlavədə