Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə25/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   21   22   23   24   25   26   27   28   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

73



Büdcə  məsələləri üzrə Komissiyası  tərəfindən yaradılmış  işçi qrupu 

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsini hazırlayıb rəy 

üçün bütün əlaqədar nazirlik və idarələrə göndərdi. Məcəllənin layihəsi 

DGK-nın bütün şöbələrində, Bakı Baş Gömrük İdarəsində  və Sumqayıt 

gömrükxanasında gömrük işi üzrə ən təcrübəli mütəxəssislər cəlb edilməklə 

müzakirə edildi. Ümumiyyətlə layihənin hazırlanması prosesində 2500-dən 

çox rəy və  təkliflər daxil olmuşdu, onların bir qismi layihədə  əksini 

tapmışdı. Mütəxəssislərin rəyinə görə, Məcəllə layihəsinin  ən böyük 

üstünlüyü onun həmin dövrün beynəlxalq gömrük hüququnun tələblərinə 

cavab verməsi idi. Layihənin hazırlanması prosesində Rusiya, Türkiyə, 

Belorus, Qazaxıstan, Qırğız respublikaları  və digər dövlətlərin gömrük 

qanunvericiliyi təcrübəsi hərtərəfli öyrənilmişdi. Türkiyə Cümhuriyyətinin 

zəngin təcrübəyə malik gömrük ekspertləri layihənin ilkin variantı ilə tanış 

olmuş və müsbət dəyərləndirmişdilər [69, 1997, 21 may, №8(34)]. 

Gömrük nəzarətinin bir sıra mövcud norma və qaydaların Gömrük 

Məcəlləsinə uyğunlaşdırılması üçün işlər aparılırdı. Respublika Nazirlər 

Kabinetinin 1996-cı il 16 dekabr tarixli 172 nömrəli Qərarına əsasən 1997-

ci il yanvarın 1-dən etibarən ixrac olunan mallara onların nəticələrindən asılı 

olaraq ixrac rüsumları  ləğv olundu. Hökumətin bu qərarı emal müəssi-

sələrinin xarici bazara çıxışını xeyli asanlaşdırdı. Hökumətin digər bir qərarı 

ilə idxal gömrük rüsumlarında da dəyişikliklər edildi. Malların növündən və 

gömrük dəyərindən asılı olmayaraq 15 faiz dərəcə ilə idxal gömrük rüsu-

muna cəlb olunmasına başlanıldı. Belə bir qaydanın tətbiqi gömrük idxal 

rüsumlarının yığılması  işini təkmilləşdirdi. Bununla bərabər, mövcud 

qanunvericilik gömrük rüsumlarından azadolmaların xüsusi çəkisinin xeyli 

azalmasına səbəb oldu. Belə ki, 1998-ci ilin hesabatına görə respublikaya 

idxal olunan malların 44,4 faizini və ya 548,2 milyon ABŞ dollarını 

hökumətin müvafiq qərarı ilə “0” (sıfır) dərəcəsi ilə rüsuma cəlb olunan 

mallar; 10 faizə qədərini və ya 123,4 milyon ABŞ dollarını vergilərdən azad 

olunan mallar (investisiya, beynəlxalq kredit, humanitar yardım və s.) təşkil 

etmişdi. Bütövlükdə respublikaya idxal olunan malların 54 faizindən çoxu 

qanunvericiliyə uyğun olaraq gömrük rüsumundan azad edilmişdi. Ümumi 

idxalın 21,7 faizi və ya 268 milyon ABŞ dolları dəyərində müxtəlif mallar 5 

faiz dərəcəsi üzrə, idxalın 23,7 faizi, yaxud 292 milyon ABŞ dolları 

dəyərində isə gömrük dəyərinin 15 faizi həcmində rüsuma cəlb olunmuşdu. 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

74



Əlavə dəyər vergisi üzrə “0” (sıfır) dərəcəsi tətbiq edilmiş idxal isə ümumi 

idxalın 318,5 milyon ABŞ dollarını  və ya 25,8 faizini; vergitutma obyekti 

hesab olunmayan MDB ölkələrində idxal isə ümumi idxalın 397,4 milyon 

ABŞ dollarını  və ya 32,2 faizini; təyinatı üzrə azad olmalar isə ümumi 

idxalın 130,8 milyon ABŞ dollarını və ya 10,6 faizini təşkil etmişdi. ƏDV 

üzrə vergitutma obyektinə daxil olmayan idxalın həcmi 829,6 milyon ABŞ 

dolları  və ya ümumi idxalın 67,2 faizinə  bərabər idi. Hesablamalara görə, 

göstərilən il üzrə ümumi idxalın yalnız 32,8 faizi və ya 405 milyon ABŞ 

dolları əlavə dəyər vergisinin vergitutma obyekti olmuşdu.  

1997-ci il ərzində DGK-nın müvafiq qurumları  tərəfindən normativ 

sənədlərin hazırlanması  və mövcud sənədlərin Gömrük Məcəlləsinə, 

“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası qanununa uyğunlaş-

dırılması sahəsində  işlər sistemli xarakter aldı. Belə ki, “Azərbaycan 

Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında 

Əsasnamə  və fondun vəsaitinin xərclənməsi qaydaları”; “Azərbaycan Res-

publikasının görük ərazisinə  gətirilən və bu ərazidən çıxarılan malların 

gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları”; “Müvəqqəti idxal 

(ixrac) edilən malların gömrük rüsumları  və vergiləri ödənilməsindən 

tamamilə və ya qismən azad edilməsi qaydaları”; “Azərbaycan Respublikası 

Gömrük Məcəlləsi ilə müəyyən olunmuş qaydada gömrük fəaliyyətinin növ-

ləri üzrə lisenziyalarının verilməsinə görə alınan yığım dərəcələri haqqında 

Əsasnamə”nin layihələri hazırlandı [5, 170; 24, 30 aprel 1998-ci il №4].  

DGK-nın mütəxəssisləri tərəfindən “Azərbaycan Respublikası gömrük 

orqanları  tərəfindən girovdan istifadə edilməsi haqqında  Əsasnamə”nin 

layihəsi; “Gömrük mədaxil ordeninin doldurulması  və onun tətbiqi ilə 

gömrük tədiyyələrinin ödənilməsi qaydaları haqqında Təlimat”; “Azərbay-

can Respublikası ərazisindən gətirilən mallara əlavə dəyər vergisinin tətbiq 

edilməsi qaydaları haqqında Təlimat”; “Azərbaycan Respublikasının 

ərazisinə  gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və 

şərtləri haqqında  Əsasnamə”; “Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsində bankların və digər kredit təşkilatların reyestrə salınma 

haqqında müraciətlərinə baxılması qaydaları”; “Artıq ödənilmiş  və ya 

alınmış gömrük ödənişlərinin qaytarılması qaydaları”; Azərbaycan Respub-

likası  ərazisinə idxal olunmuş mallara və minik avtomobillərinə aksiz 

vergisinin hesablanması  və ödənilməsi qaydaları haqqında Təlimat” 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

75



hazırlanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiy-

yatından keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabineti 1998-ci il 12 

yanvar tarixli 7 saylı  Qərarı ilə idxal və ixrac olunan malların gömrük 

dəyərinin müəyyən edilməsində qayda yaratmaq məqsədilə DGK-nın 

təklifinə əsasən “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və 

bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi 

Qaydaları”nı  təsdiq etdi. DGK isə öz növbəsində  “Azərbaycan Respub-

likasının  ərazisinə  gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin 

qayda və  şərtləri haqqında”  Əsasnamə hazırlayaraq Gömrük Məcəlləsinin 

tələblərinə uyğun qaydada Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdi. Tarif 

tənzimləmə  tədbirlərinin davamı kimi, 1996-cı ilin iyunun 1-dən aksiz 

vergilərinin tətbiqinə başlanıldı, daha sonra aksiz mallarının idxalının 

lisenziyalaşdırılmasına başlanıldı [69, 1998, 29 iyul, №27 (79)] 

Respublika Nazirlər Kabinetinin “Xarici ticarət fəaliyyətinin dövlət 



tənzimlənməsi haqqında” qanun layihəsinə rəy və təkliflər, Nazirlər Kabine-

tinin 1995-ci 24 aprel tarixli 90 nömrəli və 1995-ci il 6 aprel tarixli 76 

nömrəli qərarları arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaq 

üçün alınan ödənclər haqqında” və  “Dövlət Gömrük Komitəsi tərəfindən 



gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin həyata 

keçirilməsi qaydaları haqqında” təlimatlar hazırlandı və Maliyyə Nazirliyi 

ilə razılaşdırmaqla Komitənin rəhbərliyi tərəfindən müvafiq əmrlə  təsdiq 

edildi [24, 1997, 30 sentyabr, №3, maddə 216]. 

“Yoxlama və metroloji attestasiya məqsədi ilə daşınan normativ 

sənədlərin, etalonların, ölçmə vasitələrinin və standart nümunələrin gömrük 

rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad edilməsi 

haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 

1996-cı il 8 oktyabr tarixli Qanunu ilə 1995-ci il fevralın 10-da Almatı şəhə-

rində imzalanmış Saziş təsdiq edildi. 

“Azərbaycan Respublikasının gömrük-buraxılış məntəqələrindən fiziki 

şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə 

tutulmayan malların keçirilməsinin qaydaları haqqında”  Nazirlər Kabine-

tinin 1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarının yeni layihəsi 

hazırlandı və Nazirlər Kabinetinin “MDB hüdudları kənarında respublikaya 

gətirilən minik avtomobillərinə aksiz vergisi tətbiq edilməsi haqqında” 

1996-cı il 27 mart tarixli 35 nömrəli Qərarına dəyişikliklər edilməsi 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə