Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə21/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   17   18   19   20   21   22   23   24   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

60



görüşündə (aprel, 1993-cü il) faydalı iqtisadi-ticarət  əlaqələrinin tənzim-

lənməsi və iqtisadi təhlükəsizliyin qorunmasında onların üzərinə düşən 

vəzifələri xatırlatmış və hər iki ölkə vətəndaşlarının sərhəddən rahat gediş-

gəlişinin təmin edilməsinin vacibliyini göstərmişdi. Belə bir tarixi şəraitdə 

Naxçıvan MR-lə Türkiyənin yaxın bölgələri ilə  əməkdaşlığı xeyli geniş-

ləndi. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov 24 may 1999-cu 

ildə Türkiyənin xarici işlər, gömrük və  sərhəd xidməti, daxili işlər orqan-

larının bir qrup rəhbər işçiləri və  iş adamlarının daxil olduğu nümayəndə 

heyəti ilə görüşündə Sədərək-Dilucu gömrük keçidi məntəqələrinin əhəmiy-

yətini düzgün dəyərləndirməyə  və  səmərəli istifadə etməyə  səsləmişdi. 

Qəbul zamanı Muxtar Respublika ilə vahid enerji və kommunikasiya 

əlaqələrinin möhkəmləndirilməsi, aqrar sektorda istehsal olunan məhsulların 

Türkiyənin yaxın bölgələrinə ixracı  və emal üçün şəraitin yaradılması, hər 

iki tərəfdən gömrük rejiminin sadələşdirilməsi və  iş rejiminin uzadılması, 

Türkiyə tərəfində (Dilucu gömrük məntəqəsi) əməkdaşlarının sayının artırıl-

ması kimi məsələlər qaldırılmışdı [66, 1999, 1 iyun]. 

Qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə gömrük xidmətlərinin 

əməkdaşlığı 9 sentyabr 1994-cü ildə Ankarada imzalanmış  və Türkiyə 

Cümhuriyyətinin 25 iyun 1996-cı il tarixli Qanunu ilə qüvvəyə minmiş 

“Qarşılıqlı idari yardıma ilişkin Protokol”a  əsasən həyata keçirilirdi. 

Türkiyə Cümhuriyyəti Baş Bakanlığı Gömrük Müstəşarlığı üzrə gömrük 

idarələrinin 8-ci qrupuna daxil olan Dilucu Gömrük müdirliyi ilə  Sədərək 

Gömrük  İdarəsi arasında səmərəli  əlaqələr yaradılmışdı. Bu əlaqələr xarici 

ticarətin gömrük statistikasının metodologiyası  və informasiyasının ötürül-

məsi üzrə qarşılıqlı  fəaliyyət, sərhəddən keçirilən mədəni sərvətlərin 

saxlanılması və qaytarılması məsələləri üzrə qarşılıqlı yardım, qaçaqmalçılıq 

və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatları və 

partlayıcı maddələrin, narkotik vasitələr, psixotrop maddələr və prekur-

sorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində  əməkdaşlıq, gömrük 

hüquq-pozmalarının qarşısının alınması üçün qarşılıqlı inzibati yardım və s. 

məsələləri əhatə edir. Sədərək-Dilucu gömrük keçid məntəqələrinin xidmə-

tindən ildə 100 mindən çox adam istifadə edir. Hər il 18-20 min nəqliyyat 

vasitəsi gömrük nəzarətindən keçirilir. Muxtar Respublikanın xarici iqtisadi 

əlaqələrində Türkiyənin yaxın bölgələri mühüm yer tutur. Naxçıvanda 

istehsal olunan şəkər çuğundur qonşu ölkənin şəkər fabriklərində emal edi-




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

61



lərək hazır məhsul gömrük rüsumuna cəlb edilmədən Muxtar Respublikaya 

gətirilirdi [98, 199-205]. 

Beləliklə, Naxçıvanda  əsası Heydər  Əliyev tərəfindən qoyulan yeni 

dövlətçilik və idarəetmə modelinin ilk institutlarından biri - Muxtar 

Respublika Dövlət Gömrük Komitəsi oldu. Ötən illər  ərzində Muxtar 

Respublikanın gömrük sistemi daha da təkmilləşdirildi. 1996-cı ildə 

toplanılan gömrük vergi və rüsumları Naxçıvan MR dövlət büdcəsinin 

mədaxil hissəsinin 27 faizini təşkil etdi. 1998-ci ildə xarici ticarət döv-

riyyəsi, idxal olunmuş elektrik enerjisi nəzərə alınmadan 9,3 mln. ABŞ 

dollarına çatdı. 1997-ci illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 

2,5 dəfə, o cümlədən ixrac 1,4 dəfə, idxal isə 3,6 dəfə artmışdı. 1998-ci ildə 

6 milyard manat gömrük vergi və yığımları toplandı [115, 36]. 

2002-ci ildə Naxçıvan MR Dövlət Gömrük Komitəsi üçün yeni 

inzibati bina tikildi. 2005-ci ilin aprelində tamamilə yenidən qurulan və 

texniki vasitələrlə  təchiz edilən Sədərək Gömrük İdarəsinin gömrük keçid 

məntəqəsi istifadəyə verildi. Texniki imkanlarına görə MDB məkanında 

analoqu olmayan bu keçid məntəqəsi gömrük nəzarətinin təkmilləşdirilməsi, 

qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsinə əlverişli şərait yaratdı. 

Muxtar Respublikanın gömrük idarələri üzrə dövlət büdcəsinə 2006-cı ildə 

proqnozda nəzərdə tutulan 2,5 mln. manata qarşı 4,5 mln. manat gömrük 

ödənişləri daxil edilmişdi. Naxçıvan MR Gömrük Komitəsinin strukturuna 

daxil olan Culfa, Naxçıvan  şəhər və Naxçıvan Beynəlxalq Hava Limanı 

Gömrük idarələri ilə yanaşı  Sədərək Gömrük idarəsində qaçaqmalçılıq və 

hüquqpozma hallarına qarşı ciddi mübarizə aparılırdı. Təkcə bir il ərzində 

174 hüquqpozma faktı aşkar edilərək, 4282 manat cərimə tətbiq edilmişdi. 

İran və Türkiyədən Muxtar Respublikaya qaçaqmalçılıq yolu ilə 575,9 qr. 

heroin, 48,5 qr. həşiş və 17,9 qr. tiryəkin gömrük sərhədindən keçirilməsinin 

qarşısı alınmışdı [69, 2007, 30 yanvar].  

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci 

il yanvarın 24-də İrana rəsmi səfəri zamanı Şahtaxtı-Poldəşt körpüsünün ti-

kintisi barədə razılıq  əldə olundu. Körpü 2007-ci ildə Azərbaycan 

Respublikası Prezidenti və  İİR Baş nazirinin iştirakı ilə istifadəyə verildi. 

2007-ci ilin avqustunda Azərbaycan Respublikası Hökuməti ilə  İİR 

Hökuməti arasında “Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəl-



xalq statusun verilməsi haqqında Memorandum” imzalandı. Bütövlükdə 5,7 


Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

62



hektar ərazini əhatə edən və tikintisinə 2008-ci ilin mart ayında başlanılan 

Şahtaxtı  sərhəd-keçid məntəqəsində inzibati bina, yük xətti və köməkçi 

infrastrukturlardan ibarət mükəmməl bir kompleks yaradıldı. Müasir tələblər 

səviyyəsində üç mərtəbədən ibarət inzibati bina inşa olundu. Binanın birinci 

mərtəbəsində  İrana və  əks istiqamətdə  hərəkət edən vətəndaşların keçidi 

üçün iki hissədən ibarət giriş  və  çıxış zalları, xarici vətəndaşların birbaşa 

sərhəddə viza ala bilməsi üçün müvafiq kompüter avadanlıqları ilə  təchiz 

olunan xüsusi otaq ayrılmışdır. Gömrük nəzarətinin gücləndirilməsi üçün 

vizual müşahidəni təmin edən videokameralar quraşdırılmışdır. Vizual 

müşahidə gömrük qaydalarının pozulması hallarına operativ müdaxiləni 

təmin edir. Gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə 

sərnişin avtomaşınlarının hərəkət yolu giriş və çıxış xətlərinə bölünmüş və 

hər iki istiqamət üzrə baxış quyusu və çardaqla, otaqlar isə kompüter 

avadanlığı  və müasir tələblərə cavab verən texniki nəzarət vasitələri ilə 

təchiz olunmuşdur [69, 2009, 24 oktyabr]. 

Gömrük statistikasına  əsasən, 2006-cı ildə Naxçıvan MR-ın xarici 

ticarət əməliyyatlarının 31,3 faizi Türkiyə, 30,5 faizi Finlandiya, 16,6 faizi 

İran, 5,0 faizi Almaniya, 2,7 faizi Ukrayna, 2,4 faizi Rusiya, bütövlükdə 32 

dövlətlə aparılmışdı. 2000-2006-cı illər  ərzində Türkiyə ilə ticarət 

dövriyyəsinin həcmi 7,6 milyon ABŞ dolları olmuşdu.  

Təkcə 2006-cı ildə yük gömrük bəyannaməsi tərtib olunmadan 

(rüsumsuz) ixrac istiqaməti üzrə Muxtar Respublika vətəndaşları tərəfindən 

2040709,7 ABŞ dolları həcmində meyvə və tərəvəz məhsulları aparılmışdı. 

Muxtar Respublikaya 2006-cı ildə idxal edilən 30,9 ton müxtəlif 

məhsulların 13,5 min tonunu Türkiyədən gətirilən məhsullar təşkil etmişdi 

[30, 558-559].Son illər Naxçıvan MR-də geniş vüsət alan abadlıq və 

quruculuq işləri, gömrük sistemini də  əhatə etmiş, gömrük orqanlarının 

beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlər aparılır. 

2007-ci ildə Culfa Gömrük İdarəsi üçün yeni sərhəd-keçid kompleksi 

tikilib istifadəyə verildi. 2009-cu il oktyabrın 22-də Şahtaxtı Gömrük İdarəsi 

üçün inşa olunmuş yeni sərhəd-keçid kompleksinin açılışı oldu. 

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə  İİR-in Qərbi Azərbaycan 

ostandarlığı arasında imzalanmış protokollara uyğun olaraq qarşılıqlı 

əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Araz çayı üzərində Şahtaxtı-Poldəşt 

körpüsünün açılışından sonra burada ikinci mühüm obyektin - yeni sərhəd-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə