Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə18/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   14   15   16   17   18   19   20   21   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

52



şöbə; Məxfi  şöbə; Mühasibat və uçot şöbəsi; Gömrük Mühafizə Xidməti; 

Növbətçi hissə.  

 3.  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə 

daxil olan gömrük orqanları  və  təşkilatları: Naxçıvan Muxtar Respub-

likasının Dövlət Gömrük Komitəsi; Bakı Baş Gömrük İdarəsi; Hava 

Nəqliyyatında Baş Gömrük İdarəsi; Xəzər dənizində Azərbaycan Respub-

likasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi; Enerji Gömrük 

İdarəsi; Astara Gömrük İdarəsi; Balakən Gömrük İdarəsi; Biləsuvar 

Gömrük  İdarəsi;  Şirvan Gömrük İdarəsi; Yevlax Gömrük İdarəsi; Gəncə 

Gömrük İdarəsi; Sumqayıt Gömrük İdarəsi; Tovuz Gömrük İdarəsi; Xaçmaz 

Gömrük  İdarəsi; Xudafərin Gömrük İdarəsi; Aksiz Gömrük İdarəsi; 

Avtonəqliyyat Gömrük İdarəsi; Mərkəzi Laboratoriya; “Azərterminal-

kompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik; Avtomobil təsərrüfatı; 

Tədris mərkəzi; İdman-sağlamlıq mərkəzi. 

4. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin siste-

minə daxil olan gömrük orqanları  və  təşkilatları: Naxçıvan  şəhər Gömrük 

İdarəsi; Sədərək Gömrük İdarəsi; Culfa Gömrük İdarəsi; Naxçıvan Hava 

Nəqliyyatında Gömrük İdarəsi;  Şahtaxtı Gömrük İdarəsi; “Naxçıvanter-

minalkompleks” Təsərrüfat Hesablı  İqtisadi Birlik [24, 30 iyun 2001, №6, 

maddə 408].  

Prezidentin 2004-cü il 10 dekabr tarixli 540 nömrəli Sərəncamı ilə 

kollegiyanın tərkibində  dəyişiklik edilərək “Baş Maliyyə  İdarəsinin rəisi” 

sözləri “Maliyyə Tarif və valyuta Nəzarəti Baş  İdarəsinin rəisi” sözləri ilə 

əvəz edildi və “Kadrlar İdarəsinin rəisi” sözlərindən  əvvəl “Statistika və 

İnformasiya Texnologiyaları Baş  İdarəsinin rəisi” və “Hava Nəqliyyatında 

Baş Gömrük İdarəsinin rəisi” sözləri  əlavə edildi [24, 1995, № 9, maddə 

187; 31 dekabr 2004, № 12, maddə 1028].  

Ümummilli lider Heydər Əliyevin milli gömrük xidmətinin təşəkkülü 

və formalaşmasındakı  nəhəng fəaliyyəti haqqında Azərbaycan Respub-

likasının Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 

fikirlərini belə ifadə etmişdi: “1997-ci ilin yanvar ayının bu günlərini xatır-

layıram. Ulu öndərimiz Heydər Əliyev o zaman Dövlət Gömrük Komitəsinin 

yaradılmasının beşinci il dönümü münasibəti ilə keçirilən tədbirdə proqram 

xarakterli geniş nitqlə  çıxış etmiş, gömrükçülər qarşısında böyük vəzifələr 

qoymuşdu. Biz fəxr edirik ki, məhz bu gündən gömrük orqanlarında çalışan 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

53



əməkdaşlar ulu öndərin tövsiyə  və tapşırıqlarını  əldə  rəhbər tutaraq, 

qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirirlər. Bunun nəticəsidir ki

Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmaların ildən-ilə artıqlaması 

ilə  təmin olunmasını  həyata keçirir, eləcə  də qaçaqmalçılıqla mübarizə 

sahəsində böyük işlər görür. Mən Dövlət Gömrük Komitəsinə 11 il ərzində 

rəhbərlik etmişəm və buna görə  də orda çalışan, demək olar ki, bütün 

əməkdaşları tanıyır və onların fəaliyyətinə bələdəm. Onların böyük əksəriy-

yətinin qarşıya qoyulmuş  vəzifələri bu gün də vicdanla yerinə yetirdikləri 

barədə  məlumatım var. Ötən illər  ərzində Azərbaycanın gömrük orqanları 

geniş beynəlxalq  əməkdaşlığa qoşulmuş, çoxsaylı sazişlər imzalamış, 

beynəlxalq təcrübəni mənimsəmişlər. Ulu öndərimiz Heydər  Əliyev bizə 

tövsiyə etmiş, göstəriş vermişdi ki, qabaqcıl ölkələrin təcrübəsinə yiyələnək, 

bu təcrübəni Azərbaycanda da tətbiq edək. O demişdi ki, bunun səmərəsi 

böyük olacaq və doğrudan da belə oldu. Bu gün Azərbaycan gömrüyü 

ümumdünya gömrük ailəsində özünə layiqli bir yer tutmaqdadır. Azərbay-

can gömrüyünün bugünkü yüksək səviyyəsi, fəaliyyətindəki qayda-qanun

şəffaflıq prinsipləri göz qarşısındadır. Bütün bu irəliləyişlər bizim gömrük 

orqanlarında çalışan, artıq yüksək ixtisasa, böyük təcrübəyə malik 

əməkdaşlar tərəfindən həyata keçirilmişdir. Heydər Əliyev Naxçıvan Muxtar 

Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi vaxtda Naxçıvanda da 

Dövlət Gömrük Komitəsi yaradılmışdı. Amma o zaman vəziyyət çox çətin 

idi. Bir tərəfdən erməni ordusu Naxçıvanı mütəmadi atəşə tutur, digər 

tərəfdən isə Azərbaycanın o zamankı  rəhbərliyi muxtar respublikaya qarşı 

qeyri-sağlam münasibət bəsləyirdi. Amma, həmin dövrdə Naxçıvan Dövlət 

Gömrük Komitəsinin yaradılması, Culfa, Şahtaxtı, Sədərək gömrükxana-

larının fəaliyyətə başlaması Naxçıvan  əhalisinin güzəranını yaxşılaşdırdı. 

Bura həm ərzaq, həm də digər tələbat mallarının gətirilməsi təmin olundu. 

Bu, Naxçıvanın yaşaması və bugünkü inkişaf yoluna gəlib çatmasında böyük 

rol oynadı”  [69, 2007, 30 yanvar, № 3].  

2005-ci il mayın 13-də Azərbaycan Televiziyasının 1-ci Proqramının 

sosial-iqtisadi məsələlərə həsr olunmuş “Dialoq” adlı canlı yayımında DGK 

sədri, general-polkovnik K.Heydərov Ümummilli lider Heydər  Əliyevin 

səyi ilə ölkəmizdə yaradılan sağlam gömrük mühiti, sahibkarlığın inkişafına 

əngəl törədə bilən maneələrin aradan qaldırılması haqqında ictimaiyyətə 

ətraflı məlumat verdi [35, 2005, 15 may]. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə