Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə16/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   12   13   14   15   16   17   18   19   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

46



sərhədindən keçirilərkən müvafiq gömrük rejimlərindən səmərəli istifadəni 

təmin edir;  

– malların və  nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 

gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını 

təşkil və onların icrasını təmin edir; 

– malların və  nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin 

həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi 

üçün tədbirlər görür; 

– malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının 

(şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə  həmin mallar üzərində bay-

tarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir; 

–  ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi 

qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən 

nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada 

və müddətdə məcburi dezinfeksiya edir; 

– başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyən-

ləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi 

məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişliyinə məlumat verir; 

– müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə 

orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına 

nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə siste-

mini təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması 

məqsədi ilə digər tədbirlər də həyata keçirir; 

– icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına 

həvalə olunmuş gömrük işi üzrə  və digər qanunvericilik aktlarına  əməl 

olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir;  

– rezident və qeyri-rezidentlər tərəfindən milli və xarici valyutanın, 

eləcə  də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq 

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, habelə 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə  nəzərdə tutulmuş digər 

hallarda valyuta nəzarətini həyata keçirir; 

– qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı 

mübarizə aparılmasını  təşkil edir. Azərbaycan Respublikasının gömrük 

orqanları  tərəfindən bu cür cinayətlər üzrə qüvvədə olan qanunvericilik 

aktlarına müvafiq olaraq təhqiqat ibtidai istintaq aparılmasını və əməliyyat-



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

47



axtarış fəaliyyəti həyata keçirilməsini təmin edir;  

– gömrük qaydalarının pozulmasına və Azərbaycan Respublikasının 

gömrük orqanlarının nominal fəaliyyətinə qəsd edən inzibati xətalara qarşı 

mübarizəni təşkil edir; 

– narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan 

xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan 

əşyaların, intellektual mülkiyyət obyektlərinin, habelə digər malların 

gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə 

tədbirlər sistemi hazırlayır və həyata keçirir

– Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, hava və 

dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz 

müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə 

Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir; 

– Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli  şəxsləri 

tərəfindən qaçaqmalçılıq və gömrük işi sahəsində digər cinayətlər, gömrük 

qaydalarının pozulması  işləri və Azərbaycan Respublikasının gömrük 

orqanlarının normal fəaliyyətinə  qəsd edən inzibati xətalar haqqında işlər 

üzrə icraat zamanı, habelə  əməliyyat-axtarış  tədbirləri həyata keçirilərkən 

qanunçuluğa əməl olunmasına nəzarəti həyata keçirir; 

– Azərbaycan Respublikasının xarici ticarətinin gömrük və xüsusi 

gömrük statistikasının aparılmasını təşkil edir; 

– müəyyən olunmuş qaydada gömrük statistikasına dair və digər 

gömrük işinə aid məlumatları Azərbaycan Respublikasının Prezidentinə, 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə  və digər mərkəzi icra 

hakimiyyəti orqanlarına (onların fəaliyyətinə dair məsələlər üzrə) təqdim 

edir; 


– öz fəaliyyəti haqqında  əhalinin məlumatlandırılmasını, internet 

saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən 

edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləş-

dirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir; 

– gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və  təsərrüfat 

subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür; 

– Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli 

şəxslərinin qərarlarından (o cümlədən normativ aktlarından), hərəkət və 

hərəkətsizliyindən şikayət etmə üzrə fiziki və hüquqi şəxslərin hüquqlarının 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

48



reallaşdırılması üçün şərait yaradır; 

– şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir; 

fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasını 

yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür; 

– öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların 

nəşrini təmin edir; 

– Azərbaycan Respublikasında gömrük işinin inkişafı  və  vəziyyətinə 

dair məlumat-izahat işləri aparır, bu məqsədlə kütləvi informasiya vasitə-

lərindən və digər təbliğat vasitələrindən istifadə edir; 

– konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük 

işi haqqında qanunvericilik aktlarının tətbiqi məsələləri üzrə öz qərarlarının 

qəbulu və fəaliyyət göstərməsini təmin edir

– Azərbaycan Respublikasında gömrük işi haqqında qanunvericiliyin 

tətbiqi təcrübəsini ümumiləşdirir və təhlil edir; 

– gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində 

iştirak edir; Azərbaycan Respublikasının gömrük işinə dair beynəlxalq 

öhdəliklərinin yerinə yetirilməsini təmin edir; 

– xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə  əmək-

daşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir; 

– gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir; 

– xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin 

vəziyyətini öyrənir və təhlil edir;  

– müvafiq sahədə kadr hazırlığını  təmin edir, həmçinin mütəxəssis-

lərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür;  

– gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laborato-

riyaları, elmi-tədqiqat və  tədris müəssisələri, hesablama mərkəzləri yaradır 

və ləğv edir; 

– Azərbaycan Respublikası gömrük orqanlarının vahid avtomatlaşdı-

rılmış  məlumat sisteminin yaradılmasını, fəaliyyət göstərməsini və  təkmil-

ləşdirilməsini təmin edir; 

– Azərbaycan Respublikasında gömrük işinin inkişafı üzrə  həyata 

keçirilən tədbirləri maliyyələşdirir; 

– müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük siste-

minin büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində sərəncam 

verir; 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə