Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə19/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   15   16   17   18   19   20   21   22   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

54



Beləliklə, müstəqillik dövründə milli gömrük işinin inzibati-hüquqi 

əsaslarının formalaşması  və inkişafı tarixini dörd mərhələyə ayırmaq 

mümkündür:  birinci mərhələ - 1992-1994-cü illəri  əhatə edir. Birinci 

mərhələdə, məlum olduğu kimi milli gömrük orqanları yaradılsa da, öz 

funksiyasını demək olar ki, həyata keçirmir, gömrük rüsum və vergilərinin 

yığılması sahəsində mühüm dövlət tapşırıqları yerinə yetirilmirdi.  

Milli gömrük xidmətinin təşəkkülünün 1995-2002-ci illəri əhatə edən 

ikinci mərhələsində  idarəçilik işi  əsaslı surətdə yenidən quruldu, xidmətin 

maddi-texniki və qanunvericilik bazası  və kadr potensialının möhkəm-

ləndirilməsi, xarici ölkələrin gömrük xidməti orqanları  və beynəlxalq 

təşkilatlarla ikitərəfli əməkdaşlığın əsası qoyuldu. Müstəqillik dövrünün ilk 

Gömrük Məcəlləsi və Gömrük Tarifi kimi mühüm hüququ sənədlər əsasında 

qurulan gömrük fəaliyyəti bu mərhələnin əsas xüsusiyyəti idi.  

Milli gömrük xidmətinin inkişafında 2003-2013-cü illəri  əhatə edən 

üçüncü mərhələnin  əsas xüsusiyyəti gömrük tənzimlənməsinin daha da 

təkmilləşdirilməsi, beynəlxalq  əməkdaşlıq  əlaqələrinin genişləndirilməsi 

oldu. Gömrük işi sahəsində bir sıra beynəlxalq proqramlar həyata keçirildi. 

Hazırda Azərbaycan Respublikasının gömrük xidməti öz inkişafının 

keyfiyyətcə yeni, dördüncü mərhələsinə daxil olmuşdur. Bu mərhələ 

gömrük xidmətimizin beynəlxalq gömrük işi təcrübəsindən ən geniş surətdə 

faydalanması, yeni Gömrük Məcəlləsinin (2011-ci il) qüvvəyə minməsi və 

gömrük idarəçiliyində elektron vasitələrin tətbiq edilməsi ilə əlamətdardır. 



 

1.3. Naxçıvan Muxtar Respublikasında gömrük işinin inkişafı 

 

Ötən  əsrin 90-cı illərinin  əvvəllərində  mənfur ermənilərin məkrli 



siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası nəqliyyat, iqtisadi, enerji 

və informasiya blokadasına salınmışdı. Lakin bütün bu çətinliklər 

Naxçıvana tarixin bu ağır sınağından çıxmaqda mane ola bilmədi. Naxçıvan 

MR Ali Məclisinə rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyev öz 

üzərinə götürdü. Hələ 1990-cı ilin əvvəllərində Naxçıvan MSSR Ali Soveti 

SSRİ-nin tərkibindən çıxdığını  qərarla elan etdi. Noyabrın 17-də isə 

Naxçıvan MSSR-in adından “sovet sosialist” sözləri çıxarıldı, Azərbaycan 

Demokratik Respublikasının üçrəngli bayrağı  rəsmi dövlət bayrağı kimi 

qəbul edilmiş, eyni zamanda, Azərbaycan SSR Ali Sovetinə bununla bağlı 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

55



təklif irəli sürüldü.  

Naxçıvan MR-ın blokadasının nəticələrinin aradan qaldırılması, əhali-

nin elektrikə və digər enerji daşıyıcılarına olan tələbatını, ərzaq təhlükəsizli-

yini təmin etmək üçün ümummilli lider Heydər  Əliyevin təşkilatçılığı ilə 

tam və sabit şəkildə təmin etmək üçün zəruri tələblərin həyata keçirilməsinə 

başlanıldı. 

Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin dövlətçilik fəaliy-

yətində gömrük quruculuğu məsələləri mühüm yer tutmuşdur. Heydər Əli-

yev İranla iqtisadi-ticarət əlaqələri yenicə yarandığı bir vaxtda milli gömrük 

xidmətinin təşkili istiqamətində düşünülmüş addımlar ataraq Azərbaycan 

dövlətçiliyinə sanballı töhfələr vermişdir. Keçmiş SSRİ və İran arasında im-

zalanan 1990-cı il 15 fevral tarixli Memoranduma əsasən, hər iki ölkə vətən-

daşlarının 1990-cı il sentyabrın 15-dən Culfa Gömrükxanasından  İrana sa-

dələşdirilmiş vizasız keçidinin həyata keçirilməsi qərara alınmışdı. Sərhəd-

yanı xarici iqtisadi əlaqələrin bərpa edilməsi üçün cəhdlər edilirdi. Lakin bu 

işlərin Muxtar Respublika ərazisində yerləşən SSRİ  sərhəd qoşunlarının 

nəzarətində olması  vəziyyəti xeyli mürəkkəbləşdirmişdi. Yaranmış  şərait 

milli gömrük orqanlarının yaradılmasını zəruri edirdi [96, 616-617].  

1991-ci il oktyabr ayının 29-da Heydər Əliyevin iştirakı ilə Naxçıvan 

MR-lə Türkiyə arasında müvəqqəti körpünün açılması, noyabrın 11-də isə 

Sədərək gömrükxanasının fəaliyyətə başlaması Naxçıvanın blokadasının 

yarılmasına, xarici iqtisadi əlaqələrin genişlənməsinə əlverişli şərait yaratdı. 

Qonşu dövlətlərlə  sərhəddə sadələşdirilmiş keçidin təmin edilməsi, 

sərhədyanı ticarətin təşkili blokada şəraitində yaşayan Muxtar Respublika 

əhalisinin güzəranının yaxşılaşmasına müsbət təsiri oldu. 1991-ci ilin 

aprelindən başlayaraq Babək rayonunun Nehrəm kəndi  ərazisindən Araz 

çayı üzərindən  İİR ilə Azərbaycan Respublikası (Naxçıvan MR) arasında 

fəaliyyət göstərən sadələşdirilmiş gömrük keçid postu bir müddət Muxtar 

Respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etdi. 1991-ci 

ilin oktyabrında Naxçıvan MR Ali Məclisinin sədri Heydər  Əliyevin  şəxsi 

təşəbbüsü və cəsarəti sayəsində İİR ilə razılığa gəlinərək, onun ərazisindən 

keçməklə Azərbaycan Respublikası  ərazisi ilə  əlaqə yaradıldı. 1992-ci il 

fevralın 24-də Azərbaycanın digər regionları ilə, həmçinin qonşu ölkələrlə 

birləşdirən nəqliyyat əlaqələrinin bərpasını təmin etmək üçün Naxçıvan MR 

Dövlət Kommunikasiya Komitəsi və Dövlət Gömrük Komitəsi yaradıldı, 

Naxçıvan Muxtar Respublikasının Bakı  şəhərində Daimi nümayəndəliyi 

təsis edildi. 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

56



Uzun illər gömrük təşkilatına rəhbərlik edən, Azərbaycan Respub-

likasının Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 

o illəri belə xatırlayır:  “xüsusilə vurğulamaq istərdim ki, hələ Naxçıvanda 

yaşayıb işləyərkən əbədi liderimiz Heydər Əliyev Muxtar Respublikanın ən 

ağır günlərində müdrik siyasəti ilə Naxçıvanın, o cümlədən Azərbaycanın 

siyasi mühitinə  əhəmiyyətli təsir göstərən digər sahələrdə olduğu kimi, əsl 

milli gömrüyün yaradılması sahəsində də düşünülmüş addım ataraq hələ o 

vaxt Azərbaycan dövlətçiliyinə daha bir sanballı töhfə verdi” [75, 67]. 

İkitərəfli danışıqlar nəticəsində İİR ilə gömrük buraxılış və sərhədyanı 

ticarət  əlaqələrini normal hala salandan sonra Heydər  Əliyev Türkiyə 

Cümhuriyyətinin rəhbərləri ilə apardığı danışıqlar və imzalanan protokollar 

nəticəsində Naxçıvanın ikinci həyat yolu açıldı. Naxçıvan MR Ali 

Məclisinin sədri işlədiyi dövrdə Heydər  Əliyevin təşəbbüsü ilə Araz çayı 

üzərində  Şahtaxtı-Poldəşt (Naxçıvan MR-lə  İİR arasında) və  Sədərək-

Dilucu (Naxçıvan MR-lə Türkiyə arasında) körpüləri salındı. Sədərək 

gömrükxanasının rəsmi keçid qapısı  fəaliyyətə başlaması Azərbaycan-

Türkiyə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu. 

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan 

Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında iqtisadi-ticarət 

əlaqələrinin yaranması  və inkişaf etdirilməsində Heydər  Əliyevin rolu 

danılmazdır. Hələ 1992-ci ilin yanvarın 19-da Türkiyə Cümhuriyyətinin Baş 

naziri Süleyman Dəmirəlin tapşırığı ilə Naxçıvana gələn qardaş ölkənin 

nümayəndə heyəti ilə görüşündə Heydər  Əliyev ağır blokada şəraitində 

yaşayan Muxtar Respublikanın həyatı əhəmiyyət daşıyan iqtisadi ticarət və 

enerji problemlərini, o cümlədən, Türkiyə ilə Naxçıvanın sərhəd xəttində 

gömrük buraxılış  məntəqəsinin yaradılması, gömrük xidmətinin təşkili 

məsələlərini nəzərdən keçirmişdi.  

1992-ci il yanvar ayının 31-də Naxçıvan MR Ali Məclisində yeni 

yaradılmış  Sədərək gömrükxanasının fəaliyyəti geniş müzakirə edildi. 

Gömrükxananın işindəki nöqsanların aradan qaldırılması  məqsədi ilə Ali 

Məclisin Rəyasət Heyəti  “Sədərək gömrükxanasının təşkilində  və onun 



kadrlarla komplektləşdirilməsi işində buraxılan ciddi nöqsanlar haqqında” 

qərarı  qəbul etdi. Qərarda qeyd olunurdu ki, Türkiyə Cümhuriyyəti və 

Azərbaycan Respublikası arasında Naxçıvan Muxtar Respublikasının 

Sədərək rayonu ərazisində Araz çayı üzərindəki körpünün tikintisi və 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə