Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə20/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   16   17   18   19   20   21   22   23   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

57



sərhədin bu sahəsindəki keçidin istifadəyə verilməsi ilə  əlaqədar iki ölkə 

arasındakı  əlaqələri həyata keçirmək üçün Sədərək gömrükxanasının təşkil 

olunması zərurəti yaranmışdır. Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin 

31 yanvar 1992-ci il tarixli qərarında deyilirdi: “Naxçıvan Muxtar Respub-



likası  ərazisində yerləşən gömrük idarələrinin bundan sonra Naxçıvan 

Muxtar Respublikası Ali Məclisinin bilavasitə  rəhbərliyi altında fəaliyyət 

göstərmələri zəruri hesab edilsin. Xarici ölkələrlə iqtisadi və digər 

əlaqələrin, gömrük xidmətinin, işinin həcminin artması ilə əlaqədar olaraq 

Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin yaradılması 

məqsədə müvafiq hesab edilsin”.  

Naxçıvan MR Ali Sovetin sədri Heydər Əliyevin imzaladığı 1992-ci il 

24 fevral tarixli 138-XII saylı qərarla Naxçıvan Muxtar Respublikası Dövlət 

Gömrük Komitəsi yaradıldı. Komitənin nəzdində Sədərək gömrükxanasının 

təşkili Muxtar Respublikanın xarici iqtisadi əlaqələrinin coğrafiyasını xeyli 

genişləndirdi. Xalq tərəfindən “Ümid körpüsü” adlandırılan Sədərək körpü-

sünün tikintisinə başlanılması “bir millət, iki dövləti” birləşdirən qardaşlıq 

tellərini daha da möhkəmləndirdi.  

1992-ci ilin martın 24-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər 

Əliyev və Türkiyə Respublikasının baş naziri Süleyman Dəmirəlin 

imzaladıqları  “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə 

Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”na əsasən həmin ilin 

mayın 28-də istifadəyə verilmiş Sədərək-Dilucu körpüsü ölkəmizin iqtisadi-

ticarət  əlaqələrinin genişlənməsi istiqamətində yeni imkanlar açdı. 

İmzalanmış protokola əsasən Muxtar Respublikaya iqtisadi-texniki və 

maliyyə yardımı göstərməklə yanaşı, yeni istifadəyə verilmiş  sərhəd keçid 

məntəqəsində gömrük nəzarətinin normal həyata keçirilməsi üçün infras-

trukturun yaradılmasına da köməklik edildi. Muxtar Respublikanın Türkiyə 

ilə iqtisadi əlaqələrinin inkişaf etdirilməsini Azərbaycan Respublikasının 

xarici iqtisadi fəaliyyətinin mühüm tərkib hissəsi hesab edən ulu öndər 

Heydər Əliyev – “... biz çalışmalıyıq ki, həm İran ilə, həm Türkiyə ilə, həm 



də başqa ölkələrlə əlaqələrimizdə öz iqtisadiyyatımıza zərər verən addımlar 

atmayaq”  – deyərkən düşünülmüş gömrük siyasətinin  əsaslarının 

hazırlanmasının zəruriliyini göstərirdi [124, 1992, 26 sentyabr]. 

Sonralar, 1999-cu ildə, Azərbaycan Respublikasının Prezidenti kimi 

Naxçıvana səfərində ümummilli lider Heydər  Əliyev körpünün açılması 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

58



zərurətini xatırlayaraq demişdi:  “belə bir körpü tikmək bizim bir azərbay-

canlı kimi, şəxsən mənim on illərdə  qəlbimdə qalan arzu idi... mən özümü 

xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə  bərabər o ümid, 

həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüsçüsü 

oldum. Biz dostumuz, Süleyman Dəmirəl və Türkiyə Hökumətinin himayəsi, 

köməyi ilə bunu etdik. Naxçıvan Türkiyəyə açıldı” [6, 2004, 28 may]. 

Ulu öndər Naxçıvan MR Ali Məclisinə  rəhbərlik etdiyi dövrdə 

Naxçıvan MR parlamentində, onun daimi komissiyalarında gömrük işi və 

xarici ticarət məsələlərinə aid qanun layihələrinin geniş müzakirəsi 

keçirilmişdir. Bu qanun layihələrindən biri də 1992-ci il iyulun 5-də Nax-

çıvan MR Ali Məclisində müzakirə  və  qəbul edilən  “Gömrük haqqında” 

qanun olmuşdur [127, 2010, 27 fevral]. 

Naxçıvan MR Ali Məclisinin sədri Heydər  Əliyev 1992-ci ilin 

avqustun 22-26 tarixlərində  İranda rəsmi səfərində olarkən, qonşu ölkə ilə 

müxtəlif sahələrdə qarşılıqlı  əməkdaşlıq haqqında sənədlərə imza atmışdı. 

Tərəflər arasında iqtisadi-ticarət və  mədəni-siyasi  əlaqələrin genişləndi-

rilməsi üzrə, o cümlədən ticarət  əlaqələrinin liberallaşdırılması  və gömrük 

nəzarətinin sadələşdirilməsi, mal mübadiləsinin inkişafına mane olan 

qadağaların aradan qaldırılması, hər iki tərəfin ticarət nümayəndəliklərinin 

açılması, birgə müəssisələrin yaradılması  və digər sahələrdə razılıq  əldə 

edilmişdi. Araz çayı üzərində  İİR-in Qərbi Azərbaycan vilayətinin Poldəşt 

məntəqəsini və Muxtar Respublikanın  Şahtaxtı  məntəqəsi ilə birləşdirəcək 

körpünün istifadəyə verilməsi qərara alınmışdı [96, 654-655]. 

Şahtaxtı-Poldəşt körpüsünün tikilməsi ümummilli lider Heydər 

Əliyevin  ən böyük arzularından biri idi. Ulu öndər bu məsələni ilk dəfə 

1992-ci ilin mayında Naxçıvana rəsmi səfərə  gəlmiş  İranın Qərbi 

Azərbaycan vilayətinin nümayəndə heyəti qarşısında qaldırmış, 1992-ci ilin 

avqustunda  İrana etdiyi rəsmi səfəri zamanı imzalanan əməkdaşlıq proto-

koluna  Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün tikilməsi haqqında ayrıca 

bənd daxil edildi. Həmin protokolun icrası qısa müddətdə həyata keçirildi və 

1992-ci il dekabr ayının 3-də Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün açılışı 

oldu. Körpünün açılış  mərasimində  çıxış edən möhtərəm Heydər  Əliyev 

demişdi:  “Bu keçid məntəqəsinin açılması  İran-Azərbaycan  əlaqələrinin 



genişlənməsinə xidmət edir. Mən arzu edirəm ki, daimi körpünün tikintisi də 

tezliklə başa çatdırılsın və beləliklə, bizim əlaqələrimiz daha da möhkəm-


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

59



lənsin”. 

Naxçıvan MR Nazirlər Kabineti 22 oktyabr 1993-cü il tarixdə Şahtaxtı 

keçid məntəqəsində gömrük xidmətinin təşkil edilməsi haqqında 203 saylı 

qərar qəbul etdi.  

Muxtar Respublikanın iqtisadi-ticarət  əlaqələri və gömrük işinin tə-

şəkkülünün ilkin mərhələsində Heydər  Əliyevin prinsipial tələbləri bunlar 

idi: 

– Naxçıvanın sərbəst iqtisadi zona kimi fəaliyyət göstərməsi Muxtar 



Respublikanın düşdüyü blokada vəziyyətini yüngülləşdirməlidir; 

– xarici ticarətin sərbəstləşdirilməsi və gömrük nəzarətinin sadələş-

dirilməsinə yönəldilən təşkilati tədbirlərin həyata keçirilməsi ilə  bərabər 

idxal-ixrac nəzarətinin hüquqi-normativ qaydaları təkmilləşdirilməlidir; 

– muxtar respublikada gömrük-buraxılış  məntəqələrinin təşkili və 

formalaşdırılması işinə icra orqanları tərəfindən son dərəcə ciddi yanaşılmalı 

və səriştəli kadrlarla komplektləşdirilməlidir. 

Naxçıvan MR Ali Məclisinin 16 sentyabr 1992-ci il tarixli sessiya-

sında “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 

Türkiyəyə  səfərinin yekunları haqqında (10-14 avqust 1992-ci il)” iqtisadi 

əlaqələrin əhatə dairəsinə daxil olan bu və ya digər məsələlərin həlli yolları 

müzakirə edilmişdi [124, 1992, 26 sentyabr]. 

1992-ci ilin aprel-may aylarında ümummilli lider Heydər  Əliyevin 

birbaşa rəhbərliyi sayəsində  İran və Türkiyə ilə bağlanmış protokolların 

tələblərinə  əsasən sərhədyanı ticarətin, müştərək bazarların yaradılması 

təmin edildi. Naxçıvanın iqtisadi resurslarının talanmasının qarşısını almaq, 

yerli istehsalı dəstəkləmək, sərhədboyu yaradılan gömrük orqanlarının işini 

koordinasiya etmək və çevik idarəçilik institutu formalaşdırmaq bu dövlət 

qurumunun yaradılmasını  zəruri edən  şərtlər idi. Bu məqsədlə çoxillik 

təcrübəyə  və ixtisaslı kadrlara malik olan Culfa gömrükxanasının 

əməkdaşları yeni yaradılmış Sədərək gömrükxanasının təşkilinə cəlb edildi. 

Bu tədbirlərin davamı olaraq, 1992-ci il oktyabr ayının 22-də  Şahtaxtı 

gömrük postu yaradıldı.  İİR hökuməti ilə aparılan danışıqların nəticəsi 

olaraq dekabr ayının 3-də  Şahtaxtı-Poldəşt keçid məntəqəsi fəaliyyətə 

başladı.  

Türkiyənin Naxçıvanla yaxın bölgələrinə  səfəri zamanı Ulu öndər 

Heydər Əliyev sərhəd mühafizəsi və gömrük əməkdaşları ilə qısa müddətli 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə