Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə23/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   19   20   21   22   23   24   25   26   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

66



tondan artıq yükə gömrük baxışı  həyata keçirilmiş, 31 ölkə ilə ticarət-

iqtisadi  əlaqələri yaradılmış, ticarət dövriyyəsinin həcmi 108,7 mln ABŞ 

dolları olmuşdur [125, 2014, 25 may, №109 (6675)]. 

 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

67



 

 

 

 

 

 

II FƏSİL.   AZƏRBAYCAN RESPUBLİKASINDA GÖMRÜK 

İŞİNİN HÜQUQİ ƏSASLARININ YARADILMASI 

 

 



2.1.  Milli gömrük qanunvericiliyinin formalaşması 

 

Gömrük işi sahəsində yaranan sosial-ictimai münasibətlər olduqca 



mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Bu münasibətləri tənzimləyən 

hüquqi normalar dövlətin siyasi və sosial inkişafının obyektiv təzahürünü 

əks etdirir. Azərbaycan Respublikasının gömrük sisteminin hüquqi əsas-

larını Azərbaycan Respublikasının Konstitusiyası, Respublika Prezidentinin 

Fərman və  sərəncamları, Milli Məclisin qanunları, digər dövlətlərlə, 

beynəlxalq təşkilatlarla bu sahədə bağlanan ikitərəfli və çoxtərəfli müqavilə 

və sazişlər təşkil edir. Gömrük qanunvericiliyi gömrük işinin hüquqi, 

iqtisadi və  təşkilati  əsaslarını müəyyən etməklə Azərbaycan dövlətinin 

iqtisadi və milli təhlükəsizliyinin qorunmasına, gömrük işi sahəsində 

şəxslərin hüquqlarının müdafiəsi və eləcə də onların öz vəzifələrinin yerinə 

yetirməsinə yönəlmişdir. Gömrük qanunvericiliyinin yaradılması və təkmil-

ləşdirilməsi sahəsində tarixi ənənələrə malik olan ölkəmiz müstəqillik 

dövründə bu sahədə böyük təcrübə toplamışdır. Müasir milli gömrük 

sisteminin daha da inkişaf etdirilməsi ilk növbədə, gömrük siyasətinin 

formalaşdırılmasının elmi və qanunvericilik əsaslarının işlənilib hazırlan-

masından, xarici iqtisadi fəaliyyətin tənzimetmə mexanizminin beynəlxalq 

tələblərə uyğunlaşdırılmasından birbaşa asılıdır.  

Məlumdur ki, hər bir dövlətin xarici ölkələrlə iqtisadi-ticarət əlaqələ-

rində hüquqi baza mühüm rol oynayır. Azərbaycan Respublikası Prezi-

dentinin  “Azərbaycan Respublikasının ixracat potensialından səmərəli 



istifadə edilməsi haqqında” 1992-ci il 13 avqust tarixli 136 nömrəli Fərmanı 

keçmiş Xarici İqtisadi  Əlaqələr Nazirliyinə bütün ixrac əməliyyatlarını 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

68



tənzimləmək səlahiyyəti verirdi. Fərmanda Nazirlər Kabinetindən ixracı 

məhdudiyyətlərə  məruz qalan malların siyahısının hazırlanması  tələb olu-

nurdu. Fərmanı  tətbiq etmək üçün Nazirlər Kabineti “Strateji  əhəmiyyətli 

malların ixracının lisenziyalaşdırılması haqqında” 1992-ci il 2 sentyabr 

tarixli 515 nömrəli Qərarı  və  “Azərbaycan Respublikasının ixracat poten-



sialından səmərəli istifadə edilməsi haqqında” 3 noyabr 1992-ci il tarixli 

604 nömrəli Qərarı  qəbul etdi. Qərar ixracı  məhdudlaşdırılmış malların 

siyahısını  və ixrac əməliyyatlarının həyata keçirilməsi ilə bağlı ümumi 

qaydaları müəyyən edirdi. Xarici İqtisadi  Əlaqələr Nazirliyinə  həmin 

sənəddə sadalanan malların ixracı üçün lisenziya vermək səlahiyyəti veril-

mişdir. Qərar lisenziyaların verilməsi üçün yalnız ümumi qaydaları müəy-

yən etmişdi. Mühüm əhəmiyyət daşıyan strateji malların ixracı tender 

əsasında həyata keçirilməli idi. Qərarda göstərilirdi ki, malların ixracından 

əldə edilən valyuta vəsaitinin istehsalçı müəssisəyə çatan 30 faiz həcmində 

ayırmaların və xarici ticarət təşkilatının komissiya rüsumu çıxıldıqdan sonra 

gəlirin qalan hissəsi Respublika Valyuta Fonduna köçürülməlidir [9, 1995, 

№22, maddə 352]. 

Azərbaycanda xarici ticarətin liberallaşdırılması 1992-ci ilin avqus-

tunda keçmiş SSRİ-yə daxil olmayan ölkələrdən idxal üzərində tariflərin 

ləğv edilməsi ilə başlandı. Bu sahədə gömrük-tarif tənzimlənməsinin 

qaydaya salınması üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbay-



can Respublikasından ixracı məhdudlaşdırılan strateji əhəmiyyətli malların 

siyahısının təsdiq edilməsi haqqında”  1992-ci il 10 sentyabr tarixli 118 

nömrəli Sərəncamı verildi [28, 1992, 11 sentyabr].  

Lakin, o zaman idxalın həcminə tarif dərəcələri ilə yanaşı, digər 

məsələlər də öz təsirini göstərirdi.  İdxalın lisenziyalaşdırılmasının köhnə 

sistemi mövcud idi. Xarici valyuta əldə etmək imkanı məhdud idi. Rublun 

kütləvi surətdə nominal devalvasiyası onun real mübadilə  məzənnəsinin 

düşməsinə  gətirib çıxarmışdı. Bu isə öz növbəsində idxal mallarının 

bahalaşmasına səbəb olurdu. Lakin, bütün başlıca maneələr ölkəyə idxal 

olunan malların axınını dayandıra bilmirdi. Buraya Azərbaycan sərhəd-

lərinin xeyli hissəsinin gömrük strukturları  tərəfindən qoruna bilməməsi 

hallarını da əlavə etsək, ölkədə daxili bazarın və bütövlükdə ölkədəki 

iqtisadi situasiyanın tənzimlənməsi sahəsindəki vəziyyətin mürəkkəbliyi ilə 

bağlı aydın təsəvvür yaranmış olar. Digər tərəfdən, qeyri-ərzaq malları ilə 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

69



müqayisədə  ərzaq mallarına xüsusi rejim tətbiq olunurdu və ölkədə  ərzaq 

təhlükəsizliyini təmin etmək məqsədilə onların idxalı  hər cür gömrük 

vergilərindən azad edilmişdi. Bunun nəticəsində ərzaq məhsullarının idxalı 

durmadan artırdı. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul 

tarixli 401 saylı  qərarı ilə “Azərbaycan Respublikası  ərazisindən çıxarı-

larkən gömrük ixrac vergisinə cəlb olunan malların qruplar üzrə siyahısı və 

gömrük ixrac vergilərinin dərəcələri” (1 nömrəli əlavə); “Müvəqqəti gömrük 

ixrac vergisi haqqında  Əsasnamə” (2 nömrəli  əlavə); “Azərbaycan 

Respublikası  ərazisinə  gətirilərkən gömrük ixrac vergisinə  cəlb olunan 

malların qruplar üzrə siyahısı  və gömrük idxal vergisinin dərəcələri” (3 

nömrəli  əlavə); “Müvəqqəti gömrük ixrac vergisi haqqında  Əsasnamə” (4 

nömrəli  əlavə); “Gömrük xidməti göstərilməsinə aid xərclərin tarifləri və 

qaydası haqqında Təlimat” (5 nömrəli  əlavə) təsdiq edilmişdi. “Müvəqqəti 

ixrac vergisi haqqında  Əsasnamə” “Ümumi müddəalar”, ”Gömrük ixrac 

vergisi hesablanarkən gömrük yük bəyannaməsinin doldurulması qaydası”, 

“Gömrük vergisinin ödənilməsi qaydası” və “Ödəyicilərin məsuliyyəti” adlı 

4 bölmədən ibarət idi [38, 1993, №2].  

1995-ci il 20 iyun tarixinə kimi qüvvədə olan 1991-ci il 26 mart tarixli 

“Gömrük tarifi haqqında” keçmiş SSRİ Qanunu gömrük qiymətləndirilməsi 

üçün  əsas kimi idxal olunan malların hesab-fakturada göstərilən qiymətini 

nəzərdə tuturdu. Demək olar ki, bu sövdələşmə qiyməti idi. Bununla belə, 

bu qanunda ətraflı qiymətləndirmə üsulları göstərilməmişdi. “Gömrük tarifi 



haqqında”  1995-ci il 20 iyun tarixli Qanunun IV fəsli də sövdələşmə 

qiymətindən əsas qiymətləndirmə üsulu kimi istifadə edir. Bundan başqa, bu 

qanun həmçinin sövdələşmə qiyməti təyin edilə bilinmədikdə, alternativ 

üsulları da göstərir. Ümumilikdə bu alternativ üsullar 1994-cü il Tariflər və 

Ticarət Haqqında Baş Sazişin VII Maddəsinin Tətbiqi Haqqında ÜTT 

Sazişdə göstərilən üsullara bənzəsə  də, onlar ÜTT tələblərinə tam şəkildə 

uyğun deyildi. Azərbaycan ÜTT-yə üzv qəbul olunduğu təqdirdə

qiymətləndirmə üsullarının ÜTT-nin tələbləri ilə tam uyğunlaşdırması üçün 

qanunvericilikdə bəzi dəyişikliklər edilməsini tələb edir. 

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında xarici ticarətin 



müvəqqəti qaydaları haqqında” 1994-cü il 15 fevral tarixli 62 nömrəli 

qərarı Azərbaycan Respublikasında malların (iş  və xidmətlərin) ixracı  və 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə