Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
89
təsnifat sisteminə keçirildi.
Azərbaycanda gömrük orqanlarının həyata keçirdiyi iqtisadi fəaliyyət
dövlət büdcəsi gəlirlərinin doldurulmasına xidmət edirdisə, 16 aprel 2001-ci
ildən Azərbaycanın yeni gömrük-tarif sistemi qəbul edildi ki, bu tariflər də
gömrük orqanları üçün fiskal funksiyaları deyil, eyni zamanda tənzimləyici
və qoruyucu funksiyaları həyata keçirmək imkanını yaratdı. Beləliklə, 2001-
ci ildə, yeni tarif sisteminin qəbul edilməsi gömrük orqanlarının fəaliy-
yətində tamamilə yeni bir dövrün başlanğıcını qoydu. Bu onunla əlaqədardır
ki, artıq ölkədə qeyri-neft sektorunun ayrı-ayrı sahələrinin inkişafı baş
verirdi və bu inkişafın normal həyata keçirilməsi üçün fiskal sektor real
sektora öz köməkliyini göstərməyə başladı. Gömrük siyasətinin əsas
istiqamətlərinə uyğun olaraq tarif tənzimlənməsinin diferensiallaşdırılmış
sisteminə üstünlük verildi. Azərbaycanda tarif dərəcələrinin ən yüksək həddi
15 faizdir ki, bu da MDB məkanında ən optimal göstəricidir. Obyektiv
zərurətdən bir sıra mallara spesifik rüsumlar tətbiq olunsa da, bu cür
rüsumlar malın keyfiyyətini, real qiymətini nəzərə almağa imkan
vermədiyindən spesifik rüsumların advalor rüsumlarla əvəzlənməsi prosesi
başa çatdırıldı. Bu tədbirdən sonra gömrük idxal rüsumları üzrə orta tarif
dərəcəsi 8,3 faizdən 5,7 faizə düşdü.
Milli Məclisin “Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlə-
rinin razılaşdırılması haqqında” Beynəlxalq Konvensiyaya qoşulmaq
barədə Qanun 2000-ci il martın 24-də qüvvəyə mindi. Beynəlxalq
Konvensiyanın 1-ci maddəsində göstərilir ki, a) “gömrük” dedikdə, gömrük
qanunvericiliyinin, idxal və ixrac rüsumlarının, vergilərinin həyata keçiril-
məsinin təmin olunması, həmçinin yükün digər idxal, tranzit və ixracına aid
başqa qanun və qaydalara görə məsuliyyət daşıyan dövlət xidməti nəzərdə
tutulur; b) “gömrük nəzarəti” dedikdə, riayət olunmasına görə gömrüyün
məsuliyyət daşıdığı, qanun və qaydaların yerinə yetirilməsini təmin etmək
məqsədilə həyata keçirilən tədbirlər nəzərdə tutulur [24, 30 aprel 2002-ci il,
№4, 2-ci kitab, maddə 252].
Milli Məclis 2001-ci il sentyabrın 28-də Moskva şəhərində 12 dövlət
tərəfindən imzalanan “Tərkibində əqli mülkiyyət obyektləri olan malların
gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haq-
qında Qərar”ı təsdiq etdi. Bu Qanun 2002-ci il aprelin 4-ü qüvvəyə mindi
[24, 30 aprel 2002-ci il, №4, 1-ci kitab, maddə 162].
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
90
Gömrük nəzarəti əqli mülkiyyətin qorunmasında da əhəmiyyətli yer
tutur. Əqli mülkiyyət hüquqların pozulması ilə istehsal olunan malların
ölkəyə gətirilməsinin qarşısı məhz gömrük xidməti tərəfindən alına bilər.
Lakin Gömrük Məcəlləsi 1997-ci ildə qəbul olunanda əqli mülkiyyətin
qorunması haqqında müddəalar nəzərdə tutulmamışdı. Buna görə də 2004-
cü ildə Gömrük Məcəlləsinə əqli mülkiyyətin qorunması ilə bağlı dəyişiklik
və əlavələrin edilməsi zərurəti yarandı. Bundan başqa Gömrük Komitəsi
tərəfindən “Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində
əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük
nəzarətinin aparılması” 2005-ci il 3 avqust tarixli 74 nömrəli əmrlə tərki-
bində əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük
baxışı aparılması haqqında xüsusi qaydalar qəbul olunmuşdur. Bütün bu
dəyişikliklərin nəticəsində tərkibində əqli mülkiyyət obyektləri olan mal-
ların olması əlamətləri aşkar olunarsa, belə malların buraxılışı gömrük
orqanları tərəfindən dayandırıla bilər. Mədəniyyət sərvətləri xüsusi mədəni
və tarixi əhəmiyyət kəsb etdikləri üçün onların gömrük sərhədindən keçi-
rilməsi üçün də xüsusi qaydalar mövcuddur. Bu sahədə gömrük nəzarəti
Azərbaycan Respublikası DGK-nın 2003-cü il 12 dekabr tarixli 118 nömrəli
əmrlə təsdiqlənmiş “Mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvət-
lərinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilməsi Qaydaları” əsasında aparılır. Bu sahədə ümumi
siyasət mədəniyyət sərvətlərinin ixracını məhdudlaşdırılması istiqamətində
aparılır.
Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqın-
da” 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına lisenziyalaş-
dırılmaya məruz qalan bütün fəaliyyət növlərinin siyahısı daxil edilir. Bu
Fərmana əsasən etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatının və
prekursorların idxalı üçün lisenziya almaq tələb olunur. Fərmanda lisenziya
almaq üçün qaydalar müəyyən olunur və cavabdeh dövlət orqanları
sadalanır. Qeyd olunmalıdır ki, tütün və tütün məmulatının idxalı həmişə
lisenziyalaşdırma tələblərinə meylli olmasına və ya məruz qalmasına
baxmayaraq, tütün və tütün məmulatının idxalına xüsusi icazəni tələb edən
“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci
il 8 iyun tarixli 138-IIQ nömrəli Qanunu qəbul edilmişdir. Azərbaycan
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
91
Respublikası Nazirlər Kabinetinin “Bəzi istehlak mallarının istehsalı və
dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində
əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il
30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə” 2005-ci il 21
dekabr tarixli 235 nömrəli Qərarı alkoqollu içkilər, etil (yeyinti) spirti, tütün
məmulatının idxalı üçün əlavə şərtləri müəyyən edir.
“Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatın aparıl-
ması və hüquqpozmaların aradan qaldırılmasına dair qarşılıqlı inzibati
yardım haqqında Beynəlxalq Konvensiya” (1977-ci il) gömrük sahəsində
meydana çıxan pozuntuların qarşısının alınmasında dövlətlərin əməkdaş-
lığına yönəldilib. Beynəlxalq Konvensiya və onun I-X Əlavələrinə qoşul-
maq barədə Azərbaycan Respublikasının Qanunu 3 aprel 2002-ci ildə
qüvvəyə mindi. Beynəlxalq Konvensiyaya olan Əlavələrə aşağıdakılar daxil
idi: “Öz təşəbbüsü ilə Gömrük İdarəsi tərəfindən yardım (əlavə I)”; “İdxal
və ixrac rüsum və vergilərinin təyin edilməsində sorğu əsasında yardım
(əlavə II)”; “Sorğu əsasında nəzarət tədbirləri ilə bağlı yardım (əlavə III)”;
“Sorğu əsasında müşahidə ilə bağlı yardım (əlavə IV)”; “Sorğu əsasında
Razılığa gələn Tərəfin adından arayış və bildirişlər (əlavə V)”; “Gömrük
vəzifəli şəxslərinin xaricdəki məhkəmə və ya tribunalların qarşısında çıxışı
(əlavə VI)”; “Razılığa gələn Tərəflərdən birinin gömrük vəzifəli şəxslərin
digər Razılığa gələn Tərəfin ərazisində iştirakı (əlavə VII)”; “Xaricdə apa-
rılan təhqiqatlarda iştirak (əlavə VIII)”; “Məlumatın toplanması (əlavə IX)”;
“Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığına qarşı
aparılan fəaliyyətə yardım (əlavə X)” [24, 31 mart 2002-ci il, №5, maddə
229].
2003-cü il dekabrın 26-da “Gömrük proseduralarının sadələşdirilməsi
və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın dəyişdirilməsi
haqqında Protokola və “Gömrük proseduralarının sadələşdirilməsi və uzlaş-
dırılması haqqında” Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada)
qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.
Beynəlxalq Konvensiyanın Preambulasında göstərilirdi ki, beynəlxalq
ticarət şərtlərinin asanlaşdırılmasının gömrük nəzarəti qaydalarına xələl
gətirməməsi üçün aşağıdakı prinsiplər gözlənilməlidir: gömrük qaydalarının
və proseduralarının daim təkmilləşdirilməsinə və effektivliyinin artırıl-
masına yönəldilmiş proqramların gerçəkləşdirilməsi; gömrük qaydalarının
Dostları ilə paylaş: |