Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə32/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   28   29   30   31   32   33   34   35   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

92



və proseduralarının tətbiqi zamanı öncədən bəllilik, ardıcıllıq və açıqlıq; 

maraqlı  tərəflərə gömrük işi üzrə qanunlar, normativ hüquqi və inzibati 

aktlar, gömrük qaydaları  və proseduraları barədə bütün zəruri infor-

masiyanın verilməsi; riskin idarə olunması  və audit metodları  əsasında 

nəzarət və informasiya texnologiyalarından maksimum praktik istifadə kimi 

müasir iş metodlarının tətbiqi; digər milli orqanlarla, digər dövlətlərin 

gömrük və ticarət birlikləri ilə bütün zəruri hallarda əməkdaşlıq; müvafiq 

beynəlxalq standartların tətbiqi; maraqlı tərəflərin bu və ya digər işə inzibati 

və  məhkəmə qaydasında baxılması proseduraları ilə maneəsiz tanış olması 

[24, 31 dekabr 2003-cü il, №12, II kitab, maddə 712]. 

2004-cü il mayın 14-də “Azərbaycan Respublikasının Gömrük Məcəl-

ləsinə  dəyişikliklər və  əlavələr edilməsi haqqında” Azərbaycan Respub-

likasının Qanunu qüvvəyə mindi [24, 30 iyun 2004-cü il, №6, maddə 400]. 



“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursor-

larının paylanması haqqında” 2005-ci il 28 iyun tarixli Qanunu prekur-

sorların idxalı üçün xüsusi icazənin (lisenziya) alınmasını  tələb edir. 

Qanunda xüsusi icazənin verilməsi qaydaları müəyyən olunmur. Qanunda 

nəzarət edilən məhsulların siyahısı müəyyən olunmur. Bu cür siyahı 



“Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdud-

laşdırılmış  və  nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, 

habelə Azərbaycan Respublikası  ərazisində idxalına, ixracına, tranzit nəql 

edilməsinə  və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekur-

sorların siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 

Qanunla müəyyən olunur. Prekursorların idxalı üçün qaydalar yuxarıda 

göstərilən Prezidentin 782 nömrəli Fərmanında göstərilir. Lakin bu Fərman 

yalnız prekursorların idxalı ilə bağlıdır.  

Ölkəmizin müharibə  şəraitində olması isə  ərazimizə malların idxalı, 

ixracı  və tranziti zamanı  həmin mallarla aparılan iqtisadi əməliyyatların 

məqsədlərini dəqiqliklə yoxlamağa xüsusi imkan yaradır. Bu hüquqi rejimin 

aktuallığını nəzərə alaraq Azərbaycan hökuməti “İxrac nəzarəti haqqında” 

Qanunun qəbul edilməsi məqsədilə Milli Məclis qarşısında təşəbbüs irəli 

sürdü. Azərbaycan Respublikasının Milli Məclisi 2004-cü il 26 oktyabr 

tarixdə  “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununu 

qəbul etdi və 2004-cü il 29 dekabr tarixdə Qanunun qəbul edilməsi barədə 

Azərbaycan Respublikasının Prezidenti Fərman imzaladı Bu qanun dövlət 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

93



orqanları  tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsas-

larını  və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin,  əqli fəaliy-

yətin nəticələrinin) Azərbaycan Respublikasının gömrük sərhədlərinin 

keçirilməsi qaydalarını müəyyən edir. İxrac nəzarəti ölkənin siyasi, hərbi və 

iqtisadi maraqlarını təmin etməlidir. 

Azərbaycan Respublikası Prezidentinin “İxrac Nəzarəti haqqında” 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 

dekabr tarixli 167 nömrəli Fərmanı ixrac nəzarətinə düşən mal və xidmət-

lərin siyahısının hazırlanmasını  və xüsusi icazənin verilməsi qaydalarının 

müəyyən etdirilməsini Nazirlər Kabinetinə tapşırdı. Bu Qanun həm hərbi

həm də mülki məqsədlər üçün istifadə edilə bilən ikili təyinatlı mallar (işlər, 

xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə ixrac nəzarətini həyata keçirmək 

üçün əsasları müəyyən edir. Qanunun 1-ci maddəsinə əsasən, ixrac nəzarəti 

– ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin,  əqli fəaliyyətin 

nəticələrinin) Azərbaycan Respublikası  ərazisinə  gətirilməsi, bu ərazidən 

çıxarılması  və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin edən tədbirlər 

kompleksi başa düşülür.  İxrac nəzarəti  əslində hüquqi rejim və  nəzarət 

mexanizmdir. Adına baxmayaraq, Qanun həmçinin həm sənəddə sadalanan 

malların idxalına və tranzitinə  də  tətbiq olunur. Qanun bu cür malların 

ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı  və tranziti üçün müvafiq dövlət 

orqanlarından xüsusi icazənin alınmasını tələb edir. Bu mallar kütləvi qırğın 

silahları  və onların çatdırılma (daşınma) vasitələri daxil olmaqla, hərbi 

təyinatlı malları; kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və 

sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili 

təyinatlı malları (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələrini); partlayıcı və 

radioaktiv maddələr, materiallar, radioaktiv mənbəli ionlaşdırıcı  şüa mən-

bələri, qurğuları; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, o 

cümlədən son istifadəsinə  və ya istifadəçisinə görə ixrac nəzarətinə düşən 

digər malları (işlər, xidmətlər,  əqli fəaliyyətin nəticələrini)  əhatə edir. Bu 

cür malların müvafiq HS nömrələri ilə  dəqiq siyahısı  və xüsusi icazənin 

verilməsi qaydası Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli Qəra-

rında göstərilmişdir. Qanunun 13-cü maddəsində göstərilir ki, “Azərbaycan 

Respublikası üzv olduğu ixrac nəzarəti sahəsində fəaliyyət göstərən beynəl-

xalq təşkilatların, həmçinin tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə