Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
97
1997-ci il “Gömrük Məcəlləsi” gömrük işi sahəsində qanunlar sistemini
özündə əks etdirməklə idxal və ixrac siyasətinin kompleks qanunverici
bazasını təşkil edirdi. “Gömrük Məcəlləsi” Respublikanın iqtisadi təhlükə-
sizliyi və maraqlarının qorunmasını, ölkə iqtisadiyyatının dünya iqtisadi
inteqrasiya sistemində rolunun artmasını təmin edən hüquqi, iqtisadi və
təşkilati münasibətləri tənzimləmək baxımından işlənib hazırlanmış qanun-
vericilik sistemidir. Burada gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi
məsələlərinə müəyyən yer ayrılmış və Azərbaycan Respublikasının gömrük
strukturu təsbit edilmişdir. Layihədə bir sıra aktual məsələlər: minimum
informasiyaya əsaslanan gömrük rəsmiləşdirilməsi, avtomatlaşdırılmış
sistemlərə keçidin hüquqi əsasları və kağız əsaslı proseslərdən asılılığın
aradan qaldırılması, risklərin idarə edilməsi sisteminin əhatə dairəsinin
genişlənməsi, gömrük təmsilçiliyi statusunun güclənməsi, ticarət əməliy-
yatlarının təhlükəsizliyinin artırılmasına xidmət edən səlahiyyətli iqtisadi
operator institutunun hüquqi əsasları, elektron vəsait köçürmələri, bank
əməliyyatlarına keçid və elektron sənədlərdən geniş istifadə və s. nəzərə
alınmışdı [24, 31 dekabr 1997-ci il, №6, maddə 447].
Yeni “Gömrük Məcəlləsi” iki hissədən - ümumi və xüsusi hissədən,
21 bölmə, 58 fəsil və 334 maddədən ibarətdir. Məcəllənin Ümumi hissə-
sində işlədilən əsas anlayışların tərifi, gömrük orqanlarının fəaliyyəti,
vəzifələri, hüquqları, gömrük orqanlarının sistemi, gömrük orqanlarının
hüquq-mühafizə fəaliyyəti, gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi
statusu, dövlət və sosial müdafiəsi, gömrük orqanlarının vəzifəli şəxslərinin
səlahiyyətləri, məsuliyyəti, gömrük orqanlarının qərarları və onlardan
şikayətetmə, gömrük işində informasiya sistemləri və informasiya texno-
logiyaları, gömrük orqanları ilə şəxslər arasında münasibətlər və digər
ümumi xarakterli məsələlər; xüsusi hissədə isə gömrük nəzarəti və rəsmiləş-
dirilməsi, malların gömrük ərazisinə gətirilməsi və aparılması, malların
bəyan edilməsi, gömrük proseduraları, gömrük tarifi, malların gömrük
dəyəri və mənşə ölkəsi, gömrük ödənişləri, gömrük borcu, gömrük eksper-
tizası, gömrük statusu, gömrük bəyannamələrinə aid qaydalar, xüsusi
gömrük proseduraları, risklərin təhlili, qiymətləndirilməsi və idarə olun-
ması, gömrük orqanları tərəfindən valyuta və ixrac nəzarətinin həyata
keçirilməsi, tərkibində əqli mülkiyyət obyektləri olan mallar üzərində
gömrük nəzarəti, fiziki şəxslər tərəfindən gömrük sərhədindən mal və
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
98
nəqliyyat vasitələrinin keçirilməsi, xarici şəxslərin ayrı-ayrı kateqoriyaları
üçün gömrük güzəştləri, beynəlxalq poçt göndərişləri gömrük statistikası,
gömrük ekspertizası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası ilə bağlı
və digər məsələlər öz əksini tapmışdır. Məcəllədə beynəlxalq təcrübəyə
uyğun olaraq gömrük təmsilçiliyi, səlahiyyətli iqtisadi operator, gömrük
orqanlarının malların təsnifatı, mənşə ölkəsi və qiymətləndirmə metodo-
logiyası ilə bağlı məcburi qərarları, məlumat mübadiləsi, məlumatların
mühafizəsi, gömrük orqanlarının elektron məlumat sistemi, malların gömrük
ərazisinə gətirilməsi və bu ərazidən aparılması və bununla bağlı qısa idxal
və ixrac bəyannaməsinin, gömrük bəyannaməsinin və digər sadələşdirilmiş
bəyannamələrin tərtib olunması, yoxlanılması, bəyannaməyə düzəlişlər
edilməsi və onun ləğv edilməsi, gömrük statusu, gömrük proseduraları, o
cümlədən, xüsusi gömrük proseduraları, malların yenidən yüklənməsi və
kabotaj daşınması, yardım yükləri, gömrük orqanları tərəfindən təsdiq
edilən malların təhlükəsiz ixrac sxemi, gömrük tarifi və malların tarif
təsnifatı, malların preferensial və qeyri-preferensial mənşəyi, malların idxalı
və ixracı üzrə gömrük borcu və borcun ləğv edilməsi qaydaları, gömrük
borcu və təminatlar, mallara gömrük təminatının vurulması, gömrük qiymət-
ləndirilməsi, beynəlxalq poçt göndərişləri, boru kəməri nəqliyyatı və elek-
trikötürücü xətlər vasitəsi ilə malların gömrük sərhədindən keçirilməsinin
xüsusiyyətləri, risklərin təhlili, idarə edilməsi və qiymətləndirilməsi,
gömrük auditi, gömrük orqanları tərəfindən həyata keçirilən ixrac nəzarəti,
gömrük işində informasiya sistemləri və informasiya texnologiyaları,
gömrük proseduralarının elektron modeli, mallar və nəqliyyat vasitələri
barədə məlumatların qabaqcadan elektron formada gömrük orqanlarına
təqdim edilməsi, şəxslərin və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil
olması və bu ərazidən yola salınması, gömrük orqanları tərəfindən “bir
pəncərə” prinsipinin həyata keçirilməsi ilə bağlı və digər yeni normalar
nəzərdə tutulmuşdur. Bir sıra mövcud gömrük normaları (gömrük brokeri,
gömrük ödənişləri və onların qaytarılması, gömrük sərhədindən keçirilən
malların nəzarətli göndərişi, ilkin qərarlar, mal və nəqliyyat vasitələrinin
gömrük sərhədindən keçirilməsi, gömrük rejimləri, gömrük rəsmiləşdiril-
məsi, gömrük nəzarəti, gömrük orqanlarının təhqiqat, istintaq və əməliyyat-
axtarış fəaliyyəti, Azərbaycan Respublikası gömrük orqanlarının qərarların-
dan, hərəkət və hərəkətsizliyindən şikayət vermə, gömrük orqanlarının
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
99
beynəlxalq əməkdaşlığı və s. normalar) isə beynəlxalq təcrübədə qəbul
edilmiş normalara, standartlara, eləcə də mövcud qanunvericiliyə uyğun-
laşdırılmışdır.
Yeni “Gömrük Məcəlləsi” gömrük sisteminin maddi-texniki bazasının
daha da möhkəmləndirilməsinə, gömrük infrastrukturunun modernləşdiril-
məsinə, dövlət büdcəsi gəlirlərinin artmasına, idxal-ixrac əməliyyatlarında
müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq
olunmasına, Azərbaycan Respublikasının ÜTT-yə üzv olma prosesinin
sürətlənməsinə, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin və
informasiya texnologiyalarının tam tətbiq edilməsinə, gömrük nəzarətinin
həyata keçirilməsinin səmərəliliyinin artırılmasına, gömrük tarif siyasətinin
təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə, ölkənin iqtisadi, milli təhlükə-
sizliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında gömrük
sisteminin rolunun artırılmasına, gömrük işi sahəsində hüquqpozmalara
qarşı mübarizənin gücləndirilməsinə, gömrük tənzimlənmə vasitələrinin
beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaş-
masına, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının
rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradır.
Hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən xarici ticarət
haqqında məlumatlar yalnız gömrük məqsədləri, o cümlədən XTGS-nin
formalaşdırılması üçün istifadə olunur. Malların idxalı və ixracı haqqında
məlumatlar xarici iqtisadi fəaliyyət iştirakçısı ilə bağlı olduqda kommersiya
sirri sayılır.
“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanu-
nunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin “Xüsusi iqtisadi zonanın
sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin,
malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki
şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları”nın
təsdiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 199 nömrəli Qərarı
xüsusi iqtisadi zonalarda gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin,
gömrük məntəqələrinin fəaliyyətinin, nəqliyyat vasitələrinin və fiziki şəxs-
lərin xüsusi iqtisadi zonaların sərhədindən buraxılma prosedurunun sadə-
ləşdirilmiş qaydalarını müəyyən edir.
Dostları ilə paylaş: |