Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
100
DGK sədrinin 2009-cu il 30 yanvar tarixli 6 nömrəli əmri ilə
“Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi
Qaydaları”na əlavələr və dəyişikliklər edildi. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas
attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qayda-
ları”nın təsdiq edilməsi haqqında 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli
Qərarına görə DGK-dan ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri
adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək
hüququna malik oldu. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi
fəaliyyət göstərilməsi üçün şərtlər aşağıdakılardır: 1) gömrük rəsmiləş-
dirilməsi üzrə mütəxəssislər ali təhsilə malik olan Azərbaycan Respublika-
sının fiziki şəxsləri ola bilərlər; 2) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
kimi fəaliyyət göstərilməsi üçün gömrük rəsmiləşdirilməsinə aid ixtisas
attestatının alınması məqsədi ilə Dövlət Gömrük Komitəsinə müraciət
edilməlidir; 3) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət
göstərilməsi üçün şəxslər aşağıda qeyd edilən sahələr üzrə biliyə malik
olmalıdırlar:
– gömrük qanunvericiliyi və gömrük işi sahəsində - gömrük prosedu-
raları, mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilmə qaydaları və şərtləri, gömrük ödənişlərinin növləri,
gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydaları, gömrük məqsəd-
ləri üçün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun malların
təsnifatı və bəyan edilməsi, malların gömrük dəyərinin və mənşə ölkəsinin
müəyyən edilməsi qaydaları, gömrük orqanları tərəfindən gömrük və
valyuta nəzarətinin həyata keçirilməsi qaydaları, gömrük statistikası, göm-
rük işi sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət, gömrük
xidmətinin təşkili, gömrük orqanlarının vəzifəli şəxslərinin statusu, hüququ
və vəzifələri barədə;
– xarici iqtisadi fəaliyyət və onun dövlət tənzimlənməsi sahəsində -
xarici iqtisadi sövdələşmələrin bağlanılması və icra edilməsi, qiymətlər,
xarici ticarətdə sığorta və nəqliyyat şərtləri, qadağa və məhdudiyyətlər, o
cümlədən lisenziyalaşdırma və sertifikatlaşdırma barədə;
– iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasi-
bətləri, bank işi barədə;
– gömrük sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəl-
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
101
xalq və dövlət hüququ və cinayət hüququ barədə;
– Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş hüquqlar çərçivəsində
mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron
məlumat sistemlərindən istifadə edilməsi barədə.
Araşdırmalar göstərir ki, 2001-ci ildən Azərbaycan Respublikasının
gömrük işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi aşağıdakı istiqa-
mətlər üzrə davam etdirilir:
– gömrük rəsmiləşdirməsi və proseduralarının sadələşdirilməsi;
– xarici ticarət əməliyyatlarının gömrük rəsmiləşdirilməsi üçün məntə-
qələrin yaradılması;
– ölkə iqtisadiyyatının təhlükəsizliyinə zərər vuran cinayətlərin və
hüquqpozmaların aşkar olunması və qarşısının alınması;
– xarici ticarət əməliyyatları üzərində effektiv nəzarətin təşkili;
– gömrük brokeri institutun inkişaf etdirilməsi, gömrük orqanları və
işgüzar dairələr arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi;
– gömrük orqanı mütəxəssislərinin, əməkdaşlarının, xüsusən də göm-
rük sərhədindən keçirilən mallara tarif dərəcələri ilə işləyən əməkdaşların
ixtisaslarının müntəzəm artırılması və s.
Müstəqillik illəri ərzində Azərbaycan Respublikası bazar iqtisadiyyatı
sisteminə keçid prosesində hüquqi təminat bazasının yaradılması üçün bir
sıra qanunlar qəbul edildi. Bu qanunların reallaşdırılması ölkəmizdə gömrük
işinin inkişafına və xarici iqtisadi fəaliyyətin canlanmasına güclü təkan
verdi. Bu sahədə bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən DTT, DGT və
başqa təşkilatlarla sıx əməkdaşlıq edən Azərbaycan Respublikasının gömrük
siyasətinin bu istiqamətdə qurulması olduqca əhəmiyyətlidir. Tranzit ölkə
kimi Azərbaycan Respublikasının qonşu dövlətlərlə əməkdaşlıq sferalarının
genişlənməsi xüsusi əhəmiyyət kəsb edir.
2.2. Gömrük işinin hüquqi-normativ sənədlərinin hazırlanmasında
Dövlət Gömrük Komitəsinin rolu
Gömrük siyasətinin həyata keçirilməsinin səmərəliliyi vacib məsələ
olub gömrük siyasətini formalaşdıran hüquqi-normativ bazanın hazırlanması
və dövlət hakimiyyəti orqanları tərəfindən bu norma və qaydaların əməl
edilməsinə nəzarətin həyata keçirilməsi səviyyəsi ilə müəyyən edilir.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
102
Müstəqillik illərində xarici iqtisadi fəaliyyətdə gömrük-tarif tənzimlən-
məsinin və gömrük orqanlarında maliyyə-vergi qanunvericiliyinə dair
normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər
görüldü. Azərbaycan Respublikasında gömrük sisteminin formalaşmasında
və gömrük işində müvafiq normalarının tətbiqi ilə bağlı Komitə tərəfindən
qəbul olunmuş normativ aktlar mühüm rol oynamışdır. Komitənin
mütəxəssisləri tərəfindən 1995-ci ildən başlayaraq, xidməti işin hüquqi-
normativ bazasının təkmilləşdirilməsi məqsədilə 100-dən çox hüquqi sənəd,
o cümlədən əsasnamə, təlimat və qaydalar, beynəlxalq saziş layihələri
işlənilib hazırlanmış və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabineti və DGK-nin bu sahədə qarşılıqlı
münasibətlərinin xronoloji çərçivəsi 1995-ci ildən başlamışdır. Bundan
əlavə gömrük işinə aid qanun və qərarlarının mexanizminə aid müxtəlif
təkliflər hazırlanaraq müvafiq dövlət təşkilatlarına təqdim edilmiş, Dünya
Bankının missiyası ilə səmərəli müzakirələr aparılmışdır.
Azərbaycan Respublikası DGK-nın qanun yaradıcılıq fəaliyyətində bir
neçə istiqamət üzrə hazırlanmış normativ-hüququ sənədlər yer almışdır. Bu
sənədlərin əsas hissəsini xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi ilə
bağlı hüquqi-normativ sənədlər və qaydalar təşkil edir. Burada xarici iqtisa-
di fəaliyyətin tənzimlənməsinin tarif üsulları, vergi siyasətinin prinsipləri və
növləri, gömrük rüsumlarının mahiyyəti, onların səviyyəsini müəyyən-
ləşdirmə mexanizmi mühüm yer tutur. Nəzərdən qaçırmaq olmaz ki,
gömrük orqanlarının hüquqi normalarla bağlı fəaliyyəti həm də geniş sosial-
siyasi mahiyyət daşıyır.
“Azərbaycan Respublikası ərazisinə idxal olunan alkoqollu içkilərə,
etil (yeyinti) spirtinə və tütün məmulatına aksiz markalarının tətbiq edilməsi
qaydaları haqqında” 1997-ci il 27 mart tarixli 27 nömrəli əmrlə təsdiq
edilmiş Təlimat, “Dövri gömrük bəyannaməsinin verilməsi, tətbiqi və
sənədləşdirilməsi”nin 1997-ci il 22 dekabr tarixli 1095 nömrəli əmrlə təsdiq
edilmiş Qaydaları, “Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli
mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin
hesablanması və ödənilməsi qaydaları haqqında” 1997-ci il 25 dekabr
tarixli 1099 nömrəli əmrlə təsdiq edilmiş Təlimat, “Azərbaycan Respub-
likası ərazisinə gətirilən mallara əlavə dəyər vergisinin tətbiq edilməsi
qaydaları haqqında” 1997-ci il 25 dekabr tarixli 1101 nömrəli əmrlə təsdiq
Dostları ilə paylaş: |