Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
103
edilmiş Təlimat, 1997-ci il 25 dekabr tarixli 1102 nömrəli əmrlə təsdiq
edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarında girovdan istifadə
qaydaları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası gömrük orqan-
larında girovdan istifadə qaydaları haqqında” 1997-ci il 25 dekabr tarixli
Əsasnamə, 1997-ci il 25 dekabr tarixli 1103 nömrəli əmrlə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində bankların və digər
kredit təşkilatlarının reyestrə salınma haqqında müraciətlərinə baxılması
Qaydaları”, 1997-ci il 25 dekabr tarixli 1104 nömrəli əmrlə təsdiq edilmiş
“Artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması Qaydaları”, 1997-ci il
25 dekabr tarixli 1105 nömrəli əmrlə təsdiq edilmiş “Gömrük mədaxil
orderinin doldurulması və onun tətbiqi ilə gömrük ödənişlərinin alınması
qaydaları haqqında” Təlimat, 1997-ci il 25 dekabr tarixli 1106 nömrəli
əmrlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən
malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında
Əsasnamə”, 1997-ci il 25 dekabr tarixli 1107 nömrəli əmrlə tədqiq edilmiş
“Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli markalar və aksiz
tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin hesablanması və
ödənilməsi qaydaları haqqında” Təlimatın və bu sənədə 1998-ci il 13
oktyabr tarixli 59 nömrəli əmrlə əlavə edilən dəyişikliklər, “Azərbaycan
Respublikası ərazisindən fiziki şəxslər tərəfindən müşayiət olunan və
olunmayan baqajların, əl yüklərinin, xarici valyutanın və şəxsi nəqliyyat
vasitələrinin tranzit gömrük rejimi altında keçirilməsi Qaydaları” (1998-ci
il 8 yanvar tarixli 14 nömrəli əmr),“Azərbaycan Respublikası Gömrük
orqanları əməkdaşlarının fərdi qaydada mükafatlandırılması haqqında
əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 23 mart tarixli 10 nömrəli
əmr, “Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən fiziki
şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə
tutulmayan malların keçirilməsi qaydaları haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 21 iyul 1997-ci il tarixli, 81 saylı Qərarı
üzrə hazırlanmış təlimatının təsdiq edilməsi haqqında” (1998-ci il 23 mart
tarixli 11 nömrəli əmr) və digər normativ-hüquqi sənədlərin gömrük işinin
təşkilində mühüm əhəmiyyəti oldu.
Bu hüquqi sənədlərdən ölkəmizin iqtisadiyyatının inkişaf etdirilmə-
sində mühüm rol oynayan xarici investisiyalı müəssisələr tərəfindən müvəq-
qəti gətirilən malların gömrük rəsmiləşdirilməsinin aparılması qaydaları və
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
104
bu rejim altında yerləşdirilmiş mallara gömrük nəzarətinin tətbiq edilməsi
məqsədilə “Müvəqqəti idxal (ixrac) gömrük rejimi haqqında Əsasnamə”ni
qeyd etmək olar. Komitə sədrinin gömrük sərhəd-keçid məntəqələrinin
ərazisində yaradılması nəzərdə tutulan rüsumsuz ticarət mağazalarının
açılması və bu cür mağazaların fəaliyyətinin tənzimlənməsi məqsədilə
“Rüsumsuz ticarət mağazasının fəaliyyətinin tənzimlənməsi haqqında”
1998-ci il 24 iyul tarixli əmri ilə (№ 33) Qaydalar təsdiq edilmişdir. 2001-ci
il 30 oktyabr tarixli 99 nömrəli əmrlə bu qaydalarda dəyişikliklər edilmişdir.
Respublikanın gömrük ərazisindən istifadə olunmaqla qonşu dövlət-
lərlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və bunun da sayəsində
ölkəmizə müəyyən vəsaitin daxil olması gömrük qanunvericiliyində nəzərdə
tutulmuş təkrar ixrac gömrük rejimi ilə tənzimlənir. DGK sədrinin 1998-ci il
24 iyun tarixli 34 nömrəli əmri ilə təsdiq edilən “Azərbaycan Respublikası
gömrük ərazisinə bilavasitə təkrar ixrac üçün gətirilmiş və bu ərazidən
aparılan malların gömrük rəsmiləşdirilməsi” Qaydaları xarici iqtisadi
fəaliyyətin iştirakçıları üçün güzəştli şərait yaradılmasına xidmət edir. Digər
tərəfdən, normativ sənədlər sırasında Azərbaycan Respublikasında ixrac
olunmuş malların geri qaytarıldığı zaman gömrük rəsmiləşdirilməsini
müvafiq qaydada tənzimləmək məqsədilə “Malların təkrar idxalı gömrük
rejimi haqqında Əsasnamə” (1999-cu il 10 fevral tarixli 8 nömrəli əmr),
“Azərbaycan Respublikası ərazisindən ixrac edilən malların müqabilində
valyuta vəsaitlərinin ödənişinə nəzarət barədə” Təlimata əlavələr edilməsi
haqqında” (1999-cu il 11 fevral tarixli 9 nömrəli əmr), beynəlxalq yük
daşımalarını həyata keçirən nəqliyyat vasitələri ilə tranzit daşınan malların
ölkəmizin ərazisindən keçən nəqliyyat vasitələri ilə tranzit daşınan malların
ölkəmizin ərazisindən gömrük nəzarəti altında tranzit keçirilməsi və bu
mallara dair müvafiq gömrük rəsmiləşdirilməsinin aparılması məqsədilə
tərtib olunan “Malların tranzit gömrük rejimi haqqında Əsasnamə”ni qeyd
etmək olar.
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosedu-
runa daxil olan ilkin əməliyyatlar zamanı müvəqqəti saxlanc anbarlarında,
eləcə də “Gömrük anbarı” gömrük rejimi altında yerləşdirilməsi nəzərdə
tutulan malların gömrük rəsmiləşdirilməsindən keçirilməsi və bu cür
anbarların fəaliyyətinin tənzimlənməsi məqsədilə bir sıra normativ sənədlər,
o cümlədən “Müvəqqəti saxlanc anbarları haqqında Əsasnamə” 1998-ci il