Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə30/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   26   27   28   29   30   31   32   33   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

87



sadalanan malların ixracı Nazirlər Kabinetinin sərəncamını tələb edirdi. Bu 

Fərmana 3 saylı  Əlavə ixracı üçün müqavilələrin Xarici İqtisadi  Əlaqələr 

Nazirliyində qeydiyyata alınması tələb olunan spesifik malların (xidmətlərin 

və  əqli mülkiyyətin) siyahısını daxil edirdi. Xarici İqtisadi  Əlaqələr 

Nazirliyindən Fərmana 3 saylı  Əlavədə sadalanan malların ixracı ilə bağlı 

müvafiq dövlət orqanlarında ekspert rəylərinin alınması tələb olunurdu. 481 

nömrəli Fərman Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Res-

publikasında xarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında” 

1996-cı il 17 dekabr tarixli 520 nömrəli Fərmanı ilə ləğv olunmuşdur. 

Azərbaycan Respublikasının Prezidenti 1997-ci il 24 iyunda 

“Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması 

haqqında”  609 nömrəli Fərmanı  qəbul etdi. Bu Fərmanla Azərbaycan 

Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 520 nömrəli Fərmanı 

ləğv olundu. Fərman idxal-ixrac əməliyyatlarına dair tənzimlənmə qayda-

larını müəyyən edir. Fərmana 1 saylı Əlavədə sadalanan müəyyən malların 

idxalı və ixracı üçün Nazirlər Kabinetinin sərəncamı tələb olunurdu. 

Nazirlər Kabinetinin sərəncamı silah və  hərbi texnikanın, onların 

istehsalı üçün zəruri olan ehtiyat hissələrinin, barıt, partlayıcı maddələrin, 

partlayış  və pirotexnika vasitələrinin, nüvə materiallarının, texnologiyaları, 

avadanlıqları  və qurğuları, o cümlədən xüsusi qeyri-nüvə materiallarının, 

radioaktiv  şüalanma mənbələrinin, radioaktiv tullantılar da daxil olmaqla, 

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narko-

tik vasitələrin və psixotrop maddələrin, habelə kimyəvi zəhərlərin, silah-

lanma və  hərbi texnikanın yaradılması üçün istifadə olunan elmi-texniki 

məlumatların və texnologiyalarının, material və avadanlıqların ayrı-ayrı 

növlərinin, eləcə  də qan komponentlərinin və onlardan hazırlanan 

preparatların idxalı üçün tələb olunur. Fərmanın 8-ci maddəsinə uyğun 

olaraq, 2 saylı  Əlavədə  əks etdirilən mallar üçün bağlanan bütün idxal 

müqavilələri  İqtisadi  İnkişaf Nazirliyində ekspertizadan keçirilməli və 

qeydiyyata alınmalıdır. İqtisadi İnkişaf Nazirliyindən idxal və ixrac olunan 

mallara dair 2 saylı  Əlavədə sadalanan müvafiq dövlət orqanlarından 

ekspert rəylərinin alınması  tələb olunur. Ərizəçi idxal müqaviləsini 

qeydiyyatdan keçirmək üçün müəyyən sənədləri İqtisadi İnkişaf Nazirliyinə 

təqdim etməlidir. Fərmanda bitkilərin mühafizəsi üçün istifadə edilən 

kimyəvi vasitələrin, baytarlıq təbabətində  tətbiq edilən baytarlıq dərman-




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

88



larının, bioloji preparatları və baytarlıq ləvazimatların, dərman preparatların, 

o cümlədən Azərbaycan Respublikasının  ərazisində dövriyyəsinə  nəzarət 

edilən psixotrop maddələrin və tibbi ləvazimatların idxalı üçün müqa-

vilələrin ekspertizadan və qeydiyyatdan keçirilməsi tələb olunur. İxrac 

müqaviləsini qeydiyyata almaq üçün ərizəçi müəyyən sənədləri  İqtisadi 

İnkişaf Nazirliyinə təqdim etməlidir. Fərman çöl heyvanları, yabanı bitkilər 

və qazıntılarda tapılmış heyvan sümükləri, vəhşi heyvanlardan və yabanı 

bitkilərdən dərman istehsalı üçün xammal; ilan, böyə  və  əqrəb zəhərləri, 

Azərbaycan Respublikası ərazisində quruda və dəniz iqtisadi zonası hüdud-

larında yerləşən istilik enerji və mineral xammal yataqları haqqında və 

rayonlar üzrə  məlumat, ixtiralar, “Nou Hau” və elmi tədqiqat (ixrac 

nəzarətinə düşənlər istisna olmaqla) işlərinin nəticələri, incəsənət  əsərləri, 

kolleksiya əşyaları və əntiq mallar, Azərbaycan Respublikasının ərazisində 

dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin ixracı üçün müqavilələrin 

ekspertizadan keçirilməsini və qeydiyyata alınmasını tələb edir. 

“Gömrük tarifi haqqında” Qanunun icrasını təmin etmək məqsədi ilə 

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 aprel tarixli Sərəncamı 

ilə  “Azərbaycan Respublikası  vətəndaşları  tərəfindən Azərbaycan Respub-

likası ərazisinə gətirilən və ya onların ünvanına göndərilən gömrük rüsumu 

tutulmalı olan malların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan 

Respublikası Prezidentinin 1992-ci il 15 sentyabr tarixli 133 nömrəli 

Sərəncamı qüvvədən salındı [9, 30 sentyabr 1998, №4, maddə 256]. 

Azərbaycan da daxil olmaqla MDB üzvü ölkələri 1995-ci il noyabrın 

3-dən Dünya Gömrük Təşkilatının HS təsnifatına  əsaslanan vahid əmtəə 

nomenklaturası  qəbul etdilər. Altı  rəqəmli HS təsnifatı  əsasında qurulan 

doqquz rəqəmli sistemi 1997-ci il yanvarın 1-də qüvvəyə mindi. Beləliklə, 

Azərbaycan Respublikasının  “Malların Təsviri və Kodlaşdırılması üzrə 



Harmonikləşdirilmiş Sistem haqqında Beynəlxalq Konvensiyaya və göstə-

rilən Konvensiyaya düzəliş protokoluna qoşulması barədə” 2000-ci il 2 may 

tarixli 872-IQ nömrəli Qanununa əsasən HS Konvensiyasına qoşulmasına 

baxmayaraq, respublikamızda gömrük rüsumları cədvəli 2000-ci ildən əvvəl 

də HS əsasında tərtib edilmişdi. Azərbaycan Respublikasının gömrük 

rüsumları cədvəli 12 aprel 2001-ci ildən HS-1996 əsasında qurulub. 2003-cü 

il dekabrın 22-dən isə gömrük rüsumları  cədvəli Beynəlxalq Harmonik 

Sistemin yeni variantına (HS-2002) uyğunlaşdırılması məqsədilə on rəqəmli 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə