Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
79
tənzimlənməsinin diferensiallaşdırılmış tarif sistemi daxili istehsalı dəstək-
ləməklə yanaşı, yeni texnika və texnologiya idxalına dəstək verdi. Tarif
dərəcələrinin ən yüksək həddi 15 faiz olmaqla MDB məkanında ən optimal
göstərici idi. Xarici ticarət əlaqələrinin tarif tənzimlənməsi “Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərə-
cələri, gömrük rəsmiləşdirməsinə görə alınan yığımların miqdarı haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80
nömrəli qərarı və sonrakı illərdə bu qərara edilmiş dəyişikliklər və əlavələrə
əsasən advalor, aksizli mallara isə spesifik rüsumlar tətbiq olunurdu.
Tədqiq olunan dövrdə gömrük-tarif tənzimlənməsi və gömrük orqan-
larında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi və gömrük-vergi
qanunvericiliyinə dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqa-
mətində xeyli işlər görüldü. Spesifik rüsumların advalor rüsumlarla əvəz
edilməsi mərhələli qrafikə əsasən yerinə yetirildi. Nazirlər Kabinetinin
qərarı ilə daha 6 mal qrupunda spesifik rüsumlar advalor rüsumlarla əvəz
edirdi. Bundan əlavə, istehsalı genişləndirmək və ixraca əlverişli şərait
yaratmaq məqsədilə eyni adlı malların idxalına tələb olunan gömrük tarif
dərəcələrinə yenidən baxıldı. Daxili bazarın qorunması və yerli istehsalın
həvəsləndirilməsi üçün bir sıra tədbirlər görüldü. Belə ki, həmin qərara
əsasən xarici ticarət balansına daxil olan 16672 əmtəənin 5235-i (31,4 faiz)
15 faizlik dərəcə ilə idxal rüsumuna cəlb edildi. Bununla yanaşı, 2757
əmtəədən (16,5 faiz) 0,5 faizlik, 2098 əmtəədən (12,6) isə 0 faiz, 1 faiz, 3
faiz, 5 faiz, 10 faizlik dərəcə ilə idxal rüsumu tətbiq olundu. Cəmi 6582
adda (39,5 faiz) əmtəənin spesifik gömrük rüsumuna cəlb edilməsi nəzərdə
tutulurdu. Qanunvericilik aktına görə, gömrük ixrac vergilərinin malların
(işlərin, xidmətlərin) müqavilələrə əsasən satıldığı valyuta ilə ödənilməsi və
Azərbaycan hökumətinin xarici ölkələrlə azad ticarət sazişi olduğu təqdirdə
ikitərəfli asılılığa əsasən malların idxalına və ya ixracına gömrük vergisinin
tətbiq olunması təsbit edildi. Diferensiallaşdırılmış tarif sisteminin qəbul
edilməsi gömrük idxal rüsumlarının orta dərəcəsini xeyli qaldırdı. Bazar
iqtisadiyyatına keçid dövrünü yaşayan ölkə üçün bu demək olar ki, normal
hal idi.
Gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq gömrük rəsmiləş-
dirilməsi və gömrük nəzarəti zamanı gömrük orqanları ilə xarici iqtisadi
əlaqələrin iştirakçıları arasında vasitəçilik funksiyalarını yerinə yetirən
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
80
gömrük brokerlərinin və onların gömrük rəsmiləşdirilməsi üzrə mütəxəs-
sislərinin fəaliyyəti tənzimləndi. Azərbaycan Respublikası Nazirlər Kabine-
tinin “Gömrük brokeri haqqında Əsasnamənin və Azərbaycan Respubli-
kasında gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları”nın təsdiq edilməsi haqqında 1998-ci il 1 may tarixli 101
nömrəli Qərarında qeyd olunur ki, gömrük brokeri (vasitəçi) - Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, “Müəssisələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun fəaliyyət göstərən
və Azərbaycan Respublikasının “Gömrük Məcəlləsi”nin və bu “Əsasna-
mə”nin müddəalarına əsasən gömrük brokeri fəaliyyəti üçün Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsindən müəyyən olunmuş qaydada
lisenziya almış hüquqi şəxsdir (maddə 1.1). Gömrük brokerinin fəaliyyəti,
onun təmsil etdiyi şəxsin tapşırığı ilə və onun hesabına öz adından malların
və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata
keçirilməsindən və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının
yerinə yetirilməsindən ibarətdir (maddə 1.2). Nazirlər Kabinetinin 2002-ci il
7 noyabr tarixli 173 nömrəli Qərarı ilə “Əsasnaməyə” əlavə və dəyişikliklər
edildi [24, 31 may 1998-ci il, №5, maddə 343].
Gömrük tariflərinə nəzarət etmək və gömrük tariflərinin qabaqcadan
xəbərdar edilmədən qaldırılmasının qarşısını almaq məqsədilə 1989-cu ildə
Brüsseldə Gömrük tariflərinin dərc edilməsi üzrə Beynəlxalq İttifaqın
yaradılması haqqında Konvensiya qəbul edilmişdir. Bu İttifaqın əsas
vəzifələrindən birini üzv dövlətlərin milli gömrük tariflərinin və milli
gömrük qanunvericiliklərinin unifikasiyası təşkil edir. İttifaq həmçinin
malların nomenklatura və gömrük tariflərinin təsnifatı haqqında xüsusi
müqavilə layihəsinin işlənib hazırlanması və qəbul olunmasının təşəbbüs-
çüsü kimi çıxış edir. Gömrük tarifləri sahəsində məlumat mübadiləsi ilə
əlaqədar müddəalar dövlətlər arasında imzalanmış ikitərəfli müqavilələrdə
də əks etdirilir. Məsələn, Azərbaycan Respublikası ilə Bolqarıstan Respub-
likası hökumətləri arasında gömrük işi sahəsində qarşılıqlı əməkdaşlıq
haqqında Sazişin (2000-ci il 8 fevral tarixli Azərbaycan Respublikası
Qanunu ilə təsdiq edilmişdir) 3-cü maddəsində göstərilir ki, gömrük idarə-
ləri bir-birini istər sorğu, istərsə də öz xüsusi təşəbbüsləri ilə gömrük
tarifləri ilə əlaqədar məsələlərin dəqiqliyinin təmin edilməsinə kömək edə
biləcək məlumatlarla təmin etməlidir [65, 12-13].
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
81
Beləliklə, Gömrük tarif tənzimlənməsi aşağıdakı tədbirlərin həyata
keçirilməsini təmin etməli idi:
– gömrük idarəetmə və nəzarət sisteminin gücləndirilməsi;
– gömrük ödənişlərinin daha dəqiq sistemləşdirilməsi;
– beynəlxalq iqtisadi əlaqələrin daha yüksək səviyyədə tənzimlənməsi
üçün seçmə üsullar vasitəsi ilə gömrük ödəncləri siyahısına antidempinq,
kompensasiya, xüsusi ödənclər kimi yeni ödənclərin daxil olmasına şərait
yaradılması;
– gömrük ödənclərinin fiskal, proteksionist və tənzimləmə funk-
siyalarını təmin etmək üçün yeni, daha səmərəli tarif dərəcələrinin hesab-
lanması;
– milli bazarın aşağı keyfiyyətli məhsullardan qorunması probleminin
həlli.
Məlumdur ki, inkişaf etməkdə olan hər bir ölkədə iqtisadi islahatların
ilk mərhələlərində gömrük-tarif siyasətində fiskal funksiya üstünlük veril-
məsi zərurəti yaranır. Ölkəmizdə bu təcrübədən geniş istifadə edilmişdir.
1995-2011-ci illərdə Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil
olan gömrük ödənişlərinin dinamikasının təhlili göstərir ki, dövlət
büdcəsinin gəlirlər hissəsinin formalaşmasında gömrük ödənişlərinin xüsusi
çəkisi azalsa da, mütləq rəqəmlərin artımı yüksələn xətlə davam etdi. Bu o
deməkdir ki, məbləğ etibarilə gömrük vergi və rüsumları büdcə artımına
uyğun olaraq proqnozlaşdırılması və bu zaman ötən dövrün vergitutma
bazası, ilin makroiqtisadi göstəriciləri, eyni zamanda gömrük tarif siyasə-
tinin stimullaşdırıcı və tənzimləyici tədbirlərin nəzərə alınması təcrübədə
özünü doğruldur. Bütün bunlar Azərbaycan Respublikasının gömrük işi
təcrübəsində gömrük tarifinin fiskal funksiyasının kifayət qədər mühüm yer
tutduğunu təsdiq edir [76, 2005, №1, 15; 80, 2003, 16 sentyabr,
№213(1850)].–
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub-
likasının Gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların
Gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları haqqında” 1998-ci
il 12 yanvar tarixli 7 nömrəli Qərar “Gömrük tarifi haqqında” Qanunun
müddəalarını təkrarlayaraq daha ətraflı müddəalardan ibarətdir. Bundan
başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 1998-ci il 12 yanvar tarixli, 7 nömrəli qərarı ilə
Dostları ilə paylaş: |