Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə24/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   20   21   22   23   24   25   26   27   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

70



idxalın kvotalaşdırılması  və lisenziyalaşdırmasının müvəqqəti qaydaları 

daxil edirdi. Qərar ixracına Xarici İqtisadi Əlaqələr Nazirliyindən lisenziya 

alınmasını  tələb edən malların siyahısını daxil edirdi. 2 və 4 saylı  Əlavə-

lərdə sadalanan spesifik malların ixracı müvafiq nazirliklərinin rəylərini və 

Nazirlər Kabinetinin icazəsini tələb edirdi. Qərar yalnız lisenziyaların 

alınması üçün ümumi qaydaları müəyyən edirdi. 

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac və idxal 

əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1994-cü il 27 

iyun tarixli qərarı gömrük mexanizmi vasitəsilə ixrac və idxal əməliy-

yatlarının tənzimlənməsini təmin etməli idi. Bu qərarla 1994-cü il iyulun 1-

dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və 

əlaqədar təşkilatlarla razılaşdırılmış “Azərbaycan Respublikası  ərazisindən 

çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar üzrə 

siyahısı  və gömrük ixrac rüsumlarının dərəcələri”, “Gömrük ixrac rüsumu 

haqqında müvəqqəti  Əsasnamə”, “Azərbaycan Respublikası  ərazisinə 

gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar üzrə 

siyahısı və gömrük idxal rüsumlarının dərəcələri”, “Gömrük xidmətləri üçün 

alınan xərclərin tarifləri” və “Gömrük xidmətləri göstərilməsi qaydaları” 

etibarən tətbiqi rəsmiləşdirildi. Azərbaycan Respublikası ilə ticarətdə 

qarşılıqlı şərait rejimində olan ölkələrin siyahısına 55 ölkə daxil edilmişdi. 

Lakin Xarici İşlər və Xarici İqtisadi  Əlaqələr Nazirliyinin 1994-cü il 

dekabrın 31-dək siyahıda göstərilən ölkələrə birtərəfli qaydada əlverişli 

şərait rejimi tətbiq etməsi barədə məlumat yoxdur. 

Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş 

Konstitusiyası  (Əsas Qanunu) qanun yaradıcılığı  işində, o cümlədən xarici 

iqtisadi  əlaqələrin hüquqi tənzimlənməsi və gömrük xidmətinin hüquqi 

təminatı istiqamətində qanunların hazırlanması  və qüvvəyə minməsi üçün 

sistem yaradıcı xarakter daşıyır.  Əsas Qanunun tələbləri  əsasında forma-

laşan gömrük hüququ gömrük xidmətinin başlıca funksiyası olan xarici 

iqtisadi  əlaqələrin tənzimlənməsinin təməl daşını  və onların reallaşmasını 

həyata keçirir. “Gömrük tarifi haqqında” Qanunda gömrük tarifinin mühüm 

məqsədləri qeyd edilir. Gömrük tarifinin funksiyaları bunlardır: 1) iqtisadi 

tənzimləmə funksiyası – Azərbaycan Respublikası üzrə idxalın əmtəə struk-

turunu səmərələşdirir; Azərbaycan Respublikası ərazisində malların gətiril-

məsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətinin 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

71



təmin edir; Azərbaycan Respublikasında malların istehsal və istehlak 

strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradır; 2) valyuta nəzarəti 

funksiyası – valyuta sərvətlərinin Azərbaycan Respublikası gömrük 

ərazisinə  gətirilməsi və bu ərazidən çıxarılması üzərində  nəzarət etməyə 

şərait yaradır; 3) fiskal funksiya – Azərbaycan Respublikası gömrük 

sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin 

Əmtəə Nomenklaturasına uyğun olaraq gömrük rüsum dərəcələrini sistem-

ləşdirir; 4) proteksionist funksiya – iqtisadiyyatı xarici rəqabətin mənfi 

təsirindən qoruyur; 5) inteqrasiya funksiyası – iqtisadiyyatın dünya 

təsərrüfatı ilə səmərəli inteqrasiyana şərait yaradır.  

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1995, 1997, 

1999 və 2001-ci illərdə “Gömrük tarifi haqqında” Azərbaycan Respubli-

kasının Qanunu, Gömrük Məcəlləsi, gömrük orqanlarının bayrağı və tanın-

ma nişanlarının təsdiqi haqqında qanunlar və digər qanunvericilik aktları 

qəbul edilmiş və həmin qanunvericilik aktları Azərbaycan Respublikasında 

gömrük sisteminin formalaşmasında, gömrük işinin və tarif siyasətinin 

həyata keçirilməsində mühüm rol oynamışdır. 1995-ci il iyunun 20-də qəbul 

edilmiş “Gömrük tarifi haqqında” Qanun gömrük siyasətinin tənzimlənməsi 

istiqamətində əsas normativ-hüquqi sənədlərdən biri oldu. Həmin Qanunun 

4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında gömrük rüsumlarının 3 

növü müəyyən edilmişdi: advalor (malların gömrük dəyərinə görə hesab-

lanan), spesifik (mal vahidinə görə müəyyən olunmuş dəyərlərə hesablanan) 

və kombinə edilmiş (hər iki növü birləşdirməklə hesablanan) rüsumlar.  

Respublikanın gömrük xidməti orqanları Gömrük Məcəlləsi və 

“Gömrük tarifi haqqında” Qanunla müəyyən edilmiş funksiyalarının ardıcıl 

həyat keçirilməsi bu təşkilatın hökumətin iqtisadi siyasətinin həyata 

keçirilməsində rolu və yerini daha da möhkəmləndirdi. Gömrük-tarif 

mexanizminin təkmilləşdirilməsi və onun çevik iqtisadi mexanizmə çevril-

məsi dövlət büdcəsi gəlirlərinin yaradılmasında gömrük rüsum və 

vergilərinin xüsusi çəkisini artırdı: 1995-ci ildəki 5,2 faizdən 1998-ci ildə 

23,4 faizə çatdırdı və bu səviyyə sabit saxlanıldı [77, 12]. 

Gömrük tariflərinin müxtəlif  əsaslar üzrə  təsnifatının  əhəmiyyəti 

bundadır ki, hər bir istiqamətdə gömrük rüsumlarının tətbiqinə daha real 

yanaşma mümkün olur. Məsələn, ixrac və ya idxal mallarını tənzim etdiyinə 

görə ixrac və idxal tarifləri, tariflərin inkişaf üsulundan asılı olaraq sadə və 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

72



mürəkkəb tariflər və s. fərqləndirilir. Hüquqi təbiətinə görə gömrük tarifləri 

avtonom, konvension (müqavilə) və avtonom-konvension tariflər kimi 

təsnifləşdirilə bilər. Tədqiqatçı V.Əliyev düzgün olaraq gömrük tarifinin 4 

mühüm elementdə birləşdiyini qeyd edir: 1) gömrük rüsumları, onların 

dərəcələri və növləri; 2) malların qruplaşdırması sistemi; 3) malın gömrük 

dəyəri və onun müəyyən edilmə metodları; 4) tarif güzəştləri, preferensiya 

və üstünlükləri [65, 12-14]. 

1996-cı ilə  qədər gömrük orqanlarının bu sahədə  səlahiyyəti heç bir 

hüquqi-normativ sənədlə  təsbit edilmədiyindən idxal olunan malların 

“invoys” qiymətlərinə  nəzarət mexanizmini qurmaq və gömrük dəyərini 

düzgün müəyyən etmək mümkün deyildi. Nəticədə mühüm növ məhsullar 

dünya bazarında heç bir qiymətə uyğun gəlməyən,  əksər hallarda düşü-

nülmüş  şəkildə azaldılan müqavilə qiymətləri ilə idxal edilmiş, lakin 

istehlakçılara onsuz da baha qiymətə satılırdı. Respublika Nazirlər Kabineti 

tərəfindən Dövlət Gömrük Komitəsinin  əlaqədar dövlət strukturlarına 

müraciəti və əməli təklifləri nəzərə alınaraq bu cür halların qarşısını almaq 

məqsədilə bir sıra tədbirlər görüldü.  

Azərbaycan Hökuməti 1996-cı il 26 sentyabr tarixli 88/S saylı 

sərəncamla Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” Qanunu 

tətbiq edilənə  qədər gömrük orqanları  tərəfindən idxal olunan malların 

minimum şərti qiymətlərini müəyyən etdi. Respublika Prezidentinin 1996-cı 

il 6 avqust tarixli 481 saylı  Fərmanı ilə  təsdiq olunmuş “Azərbaycan 

Respublikasında xarici ticarətin tənzimlənməsi qaydaları”nın 8-ci bəndinə 

müvafiq olaraq keçmiş Xarici İqtisadi Əlaqələr Nazirliyi tərəfindən əvvəlcə 

1996-cı il 11 oktyabr tarixli 39 saylı, sonra isə 1997-ci il 10 yanvar tarixli  1 

saylı əmrlərlə daxili bazarda mühüm əhəmiyyət kəsb edən malların siyahısı 

və idxal qiymətlərinin hədlərinə yenidən baxıldı. Lakin “qiymət hədlərinin” 

tətbiqi kimi bu cür inzibatçılıq metodu dünya gömrük təcrübəsinə, gömrük 

tarif tənzimləməsinin prinsiplərinə, ümumiyyətlə, bazar münasibətlərinə 

uyğun gəlmirdi. Bu isə özlüyündə bir çox əlavə problemlər, o cümlədən tarif 

dərəcələrinin yüksəldilməsi zərurətini yaratdı [78, 16-17]. 

Gömrük işi sahəsində ən mühüm hüquqi sənəd hesab edilən Gömrük 

Məcəlləsinin işlənilib hazırlanması Azərbaycan Respublikasının qanunverici 

orqanı olan Milli Məclisin yığıncaqlarında və müvafiq komissiyalarında 

geniş müzakirə obyekti oldu. 1996-cı ilin sentyabr ayında Milli Məclisin 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə