Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə22/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   18   19   20   21   22   23   24   25   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

63



keçid kompleksinin istifadəyə verilməsi Azərbaycan-İran əlaqələrinə layiqli 

töhfə oldu. Culfa gömrükxanasının 24 saatlıq xidmət rejiminə keçməsi

sadələşdirilmiş viza rejiminin tətbiq olunması, blokada vəziyyətində yaşa-

yan Naxçıvanı Azərbaycanın digər  əraziləri ilə birləşdirən  İran avtomobil 

yolunda tranzit imkanlarının yaxşılaşdırılması ikitərəfli  əlaqələrə möhkəm 

zəmin yaratdı  [47, 2013, 12 may]. 

Muxtar Respublikanın gömrük orqanları sosial-iqtisadi proqramlarının 

yerinə yetirilməsində yaxından iştirak edir. “2008-2015-ci illərdə Azərbay-



can Respublikasında  əhalinin  ərzaq məhsulları ilə etibarlı  təminatına dair 

Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illər-

də sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respubli-

kasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı 

(2007-2010-cu illər)”na uyğun olaraq infrastrukturun təkmilləşdirilməsi, 

maddi-texniki bazanın gücləndirilməsi, malların keyfiyyətinin dəqiq müəy-

yən edilməsi üçün laboratoriya analizlərin keçirilməsi, investisiya qoyuluşu 

və ixracın stimullaşdırılması istiqamətində  işlər görüldü. Yerli istehsalın 

inkişaf etdirilməsi məqsədilə xaricdən yerli istehsal mallarına adekvat 

malların gətirilməsi tarif və qeyri-tarif tədbirləri ilə tənzimlənir. Sənaye və 

kənd təsərrüfatı  məhsullarının xaricdən gətirilən malların haqsız rəqa-

bətindən qorunması sahibkarlığın inkişafına  şərait yaradıb.  İnformasiya 

mübadiləsinin sürətləndirilməsi məqsədilə Culfa, Sədərək və Naxçıvan hava 

nəqliyyatında gömrük idarələri ilə Komitə arasında fiberoptik xətlə  əlaqə 

yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə 

məlumat mübadiləsi də fiberoptik xətlə  təmin olunmuşdur. Xarici iqtisadi 

fəaliyyət iştirakçıları  və gömrük orqanları arasında yaranan problemlərin 

həlli istiqamətlərinin müəyyənləşdirilməsi, biznes subyektlərinin gömrük işi 

sahəsində  məlumatlılığının artırılması  məqsədilə yaradılan “Məsləhət 

şurası”nın hər il sahibkarlarla görüşləri təşkil olunur. Gömrük statistikasına 

əsasən, təkcə 2009-cu il ərzində keçirilmiş reydlər nəticəsində 23435 manat 

dəyərində istifadə müddəti bitmiş  ərzaq və qeyri-ərzaq məhsulları satış 

dövriyyəsindən çıxarılaraq kütləvi informasiya vasitələri nümayəndələrinin 

iştirakı ilə yandırılaraq məhv edilib. Əlavə olaraq, 19544 manat dəyərində 

müxtəlif adda ərzaq məhsulları satış dövriyyəsindən çıxarılaraq topdansatış 

müəssisələrinə geri qaytarılmaq üçün gömrük nəzarəti altında Bakı şəhərinə 

yola salınıb. 2009-cu ildə büdcəyə 3,3 milyon manata qarşı 4 milyon 738 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

64



min manat vəsait köçürülüb [128, 2010, 9 fevral]. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan 

Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstər-

məsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına  əsasən, 

muxtar respublikanın gömrük orqanlarında da elektron hökumətə keçid 

istiqamətində məqsədyönlü tədbirlər görülmüş, komitənin yeni internet saytı 

yaradılmışdır. Məqsəd gömrük idarəetmə mexanizmlərinin səmərəliliyinin 

artırılmasına, qərarların qəbulu prosesində  şəffaflığın təmin edilməsinə

kargüzarlıq işinin və  sənəd dövriyyəsinin elektron formada həyata 

keçirilməsinə, elektron imzanın tətbiqinə nail olmaqdır. Muxtar respub-

likanın gömrük orqanlarında eyniləşdirmə nömrəsinin verilməsi, sərnişin 

bəyannaməsinin tətbiqi, gömrük sərhəd-buraxılış  məntəqələrindən keçirilə-

cək mallar və  nəqliyyat vasitələrinin bəyan edilməsi, gömrük rəsmiləş-

dirməsinə başlamaq üçün müraciət və gömrük orqanlarında xidmət üçün 

ərizə qəbulu elektron formada həyata keçirilir [110, 2012, 22 fevral]. 

Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin iştirakı ilə 

Naxçıvan  Şəhər Gömrük İdarəsinin yeni inzibati binasının açılışı oldu. 

Gömrük  İdarəsinin yeni, üçmərtəbəli binası gömrük orqanlarının tanınma 

nişanında  əksini tapan açar formasında inşa olunmuşdur. Burada xidməti 

otaqlar, server və  tədris otaqları, arxiv vardır. Müşahidə otağında 

quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq olur. 

Binadakı iclas, konfrans və akt zalları  da  müasir  tələblər səviyyəsində 

yaradılıb. Elektron lövhələr, proyektorlar və digər informasiya texnolo-

giyaları qurğuları ilə  təchiz edilən zallarda müxtəlif beynəlxalq görüş, 

seminar və  tədbirlərin keçirilməsi üçün geniş imkanlar vardır.  İnzibati 

binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət 

vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri 

yerləşir. Kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları  və 

gömrük laboratoriyası, kinoloji xidmət yaradılmışdır. Yük xəttində geniş 

platforma və ümumi sahəsi 2097 kvadratmetr olan iki anbarda “Rapiskan” 

tipli rentgen qurğuları quraşdırılmışdır. Yük xəttində xüsusi saxlanma şəraiti 

tələb edən malların yerləşdirilməsi üçün hər birinin tutumu beş ton olan iki 

soyuducu anbar, tərəzi, yarımstansiya və qazanxana quraşdırılmışdır. 

Gömrükxanada yaradılan  şərait idxal-ixrac prosedurunun sadələşdirilməsi 

və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

65



oynayır. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin 

aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları 

müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıq gömrük 

işini ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Yeni inşa olunmuş 

gömrük laboratoriyası da ən yüksək standartlara cavab verir. İkimərtəbəli 

binada laborator analizlərin götürüləcəyi ayrıca bölmələr və xidməti otaqlar 

inşa olunmuşdur.  İkinci mərtəbədə laborator analizlərin aparılacağı 

spektrometriya, atom absorbsiya, nümunə və mühitlərin hazırlanması, bak-

terioloji  əkin, inkubasiya, mikroskopiya, avtoklavlama və yuma, xromato-

qrafiya, radioloji, fiziki-kimyəvi tədqiqat otaqları, mikrobioloji laboratoriya 

fəaliyyət göstərir [8, 2012, 31 may].  

Naxçıvan MR Ali Məclisi Sədrinin  “Naxçıvan Muxtar Respublika-



sının Dövlət Gömrük Komitəsi haqqında  Əsasnamənin və Komitənin 

strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 5 iyul tarixli Fərmanı 

verildi. “Əsasnamə”də Komitənin aşağıdakı fəaliyyət istiqamətləri müəyyən 

edildi. Fərmanda göstərilirdi ki, Komitə: 1) gömrük işi sahəsində dövlət 

siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini 

təmin edir; 2) gömrük işini təşkil edir və onun inkişafını  təmin edir; 3) 

gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirir; 4) hüquq-

mühafizə  fəaliyyətini həyata keçirir; 5) Naxçıvan Muxtar Respublikasında 

qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil edir.  

Bu Fərmanla Naxçıvan MR DGK-nın strukturuna daxil idi: 1) 

Komitənin aparatı; 2) ərazi gömrük idarələri, o cümlədən Naxçıvan  Şəhər 

Gömrük  İdarəsi, Sədərək Gömrük İdarəsi, Culfa Gömrük İdarəsi,  Şahtaxtı 

Gömrük  İdarəsi və 3) ixtisaslaşdırılmış gömrük idarələri, o cümlədən 

Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi; 4) digər qurumlar: Naxçıvan 

Gömrük Ekspertizası  İdarəsi, Gömrük Mühafizə Xidməti, “Nazçıvan-

terminalkompleks” Birliyi və Kinoloji Bölmə [114, 2012, 6 iyul, №125 

(20530)]. 

Beləliklə, müstəqillik illərində  qədim gömrük əlaqələrinə malik 

Naxçıvan MR-də gömrük işi daha da inkişaf etdirilmiş, beynəlxalq 

standartlara uyğun gömrük infrastrukturu qurulmuşdur. Muxtar Respublika 

ərazisində fəaliyyətdə olan 3 gömrük-buraxılış məntəqəsi sutkanın 24 saatı 

ərzində işləyir. Həm yük, həm də sərnişin keçidi ildən-ilə artmaqdadır. Belə 

ki, təkcə 2013-cü ildə Muxtar Respublikanın gömrükxanalarında 50 min 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə