Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
82
təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və
bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi
Qaydaları”na əlavələr və dəyişikliklər edilməsi haqqında” 2003-cü il 17
dekabr tarixli 159 nömrəli Qərarla dəyişikliklər edildi. Bu sənədin qəbul
edilməsi malların gömrük qiymətləndirilməsi üzrə gömrük orqanları ara-
sında operativ qarşılıqlı əlaqənin və zəruri koordinasiyanın təşkil edil-
məsinə, eləcə də gömrük orqanlarına metodiki köməklik göstərilməsi və
qiymət intizamının daha da gücləndirilməsi üçün qiymət-məlumat bazasının
yaradılmasına, hər bir əmtəə kodu üzrə məlumat bazası rəsmiləşdirilən
mallar üzrə gömrük dəyərinin təyin edilməsinə imkan verdi.
Gömrük işində idxal edilən malın mənşə ölkəsinin müəyyən edilməsi
ticarət siyasətinin tətbiqi nöqteyi-nəzərindən mühüm bir məsələdir.
Məsələn, hər hansı bir ölkə ilə sərbəst ticarət sazişi olduqda, bu sazişdən
irəli gələn güzəştlər mənşəyi yalnız saziş iştirakçısı olan ölkədə olan mallara
tətbiq olunmalıdır. Qloballaşan dünyada isə bir malın istehsalında bir neçə
ölkələrin istehsalçıları iştirak edə bilərlər, buna görə bu malın mənşə
ölkəsinin müəyyən edilməsi üçün beynəlxalq səviyyədə qəbul olunan
qaydaların işlənib hazırlanması istiqamətində ekspertlərin böyük səylərinə
baxmayaraq, yekun rəyə gəlmək mümkün olmayıb. Hazırda ÜTT üzvləri
üçün qaydaların əsasları Uruqvay Raundu Sazişləri çərçivəsində razılaş-
dırılmışdır. Əvvəllər Azərbaycan Respublikasında “Gömrük tarifi haq-
qında” keçmiş SSRİ-nin 1991-ci il 26 may tarixli Qanununda göstərilən
malın mənşə ölkəsi qaydaları tətbiq olunurdu. Bu qanunun 16-cı maddəsi
emal və təkrar emal olunan mallar daxil olmaqla, malın mənşə ölkəsini
müəyyən etmək üçün başlıca qaydaları müəyyən edirdi. Malın mənşə ölkəsi
1995-ci il 20 iyun tarixli “Gömrük tarifi haqqında” Qanunun 5-ci fəsli və
Nazirlər Kabinetinin 2000-ci il 2 noyabr tarixli 202 nömrəli Qərarı ilə
təsdiqlənmiş “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası” ilə tənzim-
lənir. Bu qaydalar “Sərbəst ticarət haqqında” Azərbaycan Respublikası ilə
bir sıra ölkələr arasında imzalanmış, sazişlərin qüvvəyə minməsi ilə
əlaqədar “Gömrük Tarifi haqqında” Qanunun və Müstəqil Dövlətlər Birliyi
hökumətləri Başçıları Şurasının 1993-cü il 24 sentyabr və 1996-cı il 18
oktyabr tarixli qərarları ilə təsdiq edilmiş “Malın mənşə ölkəsinin müəyyən
edilməsi Qaydası”nın müddəalarına uyğun olaraq hazırlanmışdır. “Qayda-
lar” MDB üzvü ölkələri arasında 1994-cü il aprelin 15-də Moskva şəhərində
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
83
imzalanmış “Sərbəst ticarət zonasının yaradılması haqqında” Sazişə
uyğunlaşdırılıb. MDB üzvü ölkələri sərbəst ticarət rejimindən istisnalar
barədə razılığa gələ bilmədiklərinə görə, MDB çərçivəsində sərbəst ticarət
zonası qüvvəyə minməmişdir. Əsas səbəb Rusiyanın bu Sazişi ratifikasiya
etməməsi və digər köməkçi sazişlərin bütün MDB ölkələri tərəfindən
imzalanmaması idi. Buna baxmayaraq, MDB ölkələri arasında sərbəst
ticarət haqqında bir sıra ikitərəfli sazişlər imzalanıb və MDB çərçivəsində
qəbul olunmuş “Malın mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları”
onlara tətbiq edilir. 2000-ci il noyabrın 30-dan MDB-nin “Malın mənşə
ölkəsinin müəyyən edilməsi Qaydaları” yeni qaydalarla əvəzlənmişdir.
Digər ölkələrlə münasibətdə isə yuxarıda göstərilən 2000-ci il 2 noyabr
tarixli Qərar tətbiq edilir. Fikrimizcə, bu sahədə malın mənşə ölkəsinin
müəyyən edilməsi Qaydaları haqqında ÜTT Sazişinin tələblərini yerinə
yetirmək və beynəlxalq harmonizasiyaya nail olmaq məqsədilə bəzi dəyişik-
liklər edilə bilər. Malların mənşə ölkəsi barədə ilkin qiymətləndirilməsi,
inzibati qərarların yenidən baxılması və malın mənşə ölkəsinin təyin
edilməsi zamanı təqdim edilən məlumatın məxfiliyi kimi məsələlərə xüsusi
diqqət yetirilməlidir.
Azərbaycan Respublikasına idxal olunan mallardan gömrük rüsumları
və vergilərdən başqa gömrük rəsmiləşdirilməsi yığımları da alınır. Bu
yığımların məbləği idxal rüsumlarını tənzimləyən sənədlərdə paralel olaraq
müəyyən edilir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-
idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləş-
dirilməsinə görə alınan yığımların miqdarı haqqında” 2001-ci il 12 aprel
tarixli 80 nömrəli Qərarına əsasən gömrük rəsmiləşdirilməsinə görə alınan
yığımların məbləği malın gömrük dəyərinin 0,15 faiz təşkil edir. Gömrük
orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda
rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft
şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbay-
can Respublikasının payına düşən neft məhsullarının neft kəməri vasitəsi ilə
ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının,
eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxalı üzrə hər bir yük
gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq 275 ABŞ
dolları miqdarında yığımları alınırdı. Azərbaycan Respublikasının gömrük
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
84
sərhədindən qrant haqqında müqaviləyə əsasən qrant kimi alınan maddi
yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan
Respublikası ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və
onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən mallar və nəqliyyat
vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsində gömrük rəsmiləşdiril-
məsinə görə gömrük yığımları tutulmurdu. Gömrük Yük Bəyannaməsinin
hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ
dolları məbləğində ödənc alınırdı. Azərbaycan Respublikasının gömrük
sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük
rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bəyannamələri
üçün 10 ABŞ dolları miqdarında gömrük yığımları alınırdı. Fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o
cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün
vəsiqə verilməsinə görə yük və minik avtomobilləri, mikroavtobus və
avtobuslar üçün 20 ABŞ dolları, digər nəqliyyat vasitələri üçün 15 ABŞ
dolları alınırdı. Bütün gömrük yığımları Azərbaycan Respublikasının Milli
Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənilir.
Azərbaycan Respublikasında ixrac mallarından tutulan vergi 1995-
1997-ci illərdə tətbiq olunur. İxrac vergisi “İxracat vergisi haqqında” 1995-
ci il 28 mart tarixli 1002 nömrəli Qanunla tənzimlənir. Bu qanuna uyğun
olaraq ixracat vergisinin obyektini Azərbaycan Respublikasının hüdud-
larından kənara sərbəst dönərli valyuta ilə satılan strateji məhsullar təşkil
edir. Strateji məhsulların siyahısı üçün Prezidentin “Azərbaycan Respub-
likasından ixracı məhdudlaşdırılan strateji əhəmiyyətli malların siyahısının
təsdiqi haqqında” 1992-ci il 10 sentyabr tarixli 118 nömrəli Sərəncamı və
Nazirlər Kabinetinin “Strateji əhəmiyyətli malların ixracının lisenziyalaş-
dırılması haqqında” 1992-ci il 22 sentyabr tarixli 515 nömrəli Qərarı ilə
tənzimlənirdi. Hər iki sənəd “İxracat vergisi haqqında Azərbaycan Respub-
likası Qanununun qüvvədən düşməsi barədə” 1997-ci il 13 iyun tarixli 332-
IQD nömrəli Qanunla ləğv edilib.
Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında
“Hava əlaqəsi və hava nəqliyyatı” sahəsində əməkdaşlıq haqqında 1993-cü
il 22 noyabr tarixli Sazişin (Saziş 29 may 1996-cı il tarixli Qanun ilə təsdiq
edilmişdir) 15-ci maddəsinin 1-ci hissəsində deyilir ki, tərəflərdən birinin
təyin edilmiş aviasiya müəssisəsinin müqavilə xətlərində istismar etdiyi
Dostları ilə paylaş: |