Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə17/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   13   14   15   16   17   18   19   20   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

49



– gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan 

digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf 

etdirir; 

– gömrük orqanlarının vəzifəli  şəxslərinin, gömrük laboratoriya-

larının, həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların 

işçilərinin dövlət və sosial müdafiəsini, fiziki hazırlığını təmin edir, onların 

tibbi təminatını həyata keçirir;  

 –  xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən 

tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin 

normativlərini təsdiq edir [24, 2001, 19 iyun maddə 510; 2002, 27 may, 

maddə 703; 2003, 23 oktyabr, maddə 962; 2003, 23 oktyabr, maddə 980; 

2004, 10 dekabr, maddə 157]. 

Şimal sərhədlərimizdə gömrük nəzarətinin gücləndirilməsi qonşu 

Rusiya Federasiyası ilə ticarət əlaqələrinin genişlənməsinə, nəqliyyat vasitə-

lərinin intensiv hərəkətinin bərpa olunmasına xidmət etməli idi. Azərbaycan 

Hökumətinin “Rusiya Federativ Hökuməti tərəfindən Dağıstan Respublikası 



ərazisində müəyyən məhdudiyyətlərin götürülməsi ilə əlaqədar Azərbaycan 

Respublikası ilə Rusiya Federasiyası arasında nəqliyyat vasitələri hərə-

kətinin tədricən bərpa olunması haqqında” 1995-ci il 27 oktyabr tarixli 97 

saylı qərarında nazirlik, baş idarə və xarici ticarət iştirakçısı olan şirkət və 

müəssisələrdən tələb olunurdu ki, gömrük nəzarətinin tam şəkildə  həyata 

keçirilməsi üçün razılaşdırılmış  cədvəl  əsasında ixrac olunan yüklər 

haqqında Azərbaycan Respublikası DGK-ya bir gün əvvəl müraciət 

etsinlər”. Daxili İşlər Nazirliyi gömrük təminatı olan yüklərin nəqliyyat 

vasitələri ilə ölkə ərazisindən maneəsiz hərəkətini, Rabitə nazirliyi və DGK 

Azərbaycanla Rusiyanın sərhəd-keçid məntəqələrinin daimi telefon rabi-

təsini təmin etməli; Maliyyə Nazirliyi Azərbaycanın “Samur”, “Xanoba” və 

“Yalama” gömrük məntəqələrinin infrastrukturunu gücləndirmək (iri həcmli 

tərəzi, yükləmə-boşaltma mexanizmləri,  əlavə köməkçi vaqonlar və digər 

qurğular) üçün DGK-ya 2 mlrd. manat vəsait ayırmalı idi [13, 138-139]. 

1996-cı ildə DGK üzrə tikinti-quraşdırma və təmir işlərinə, həmçinin 

yeni gömrükxana binalarının tikilib istifadəyə verilməsinə 2,1 mlrd. manat 

vəsait xərcləndi. Bu vəsaitin 1,3 mlrd. manatı daxili imkanlar hesabına 

həyata keçirildi. Gömrükxana və gömrük postlarının yeni avadanlıq və 

materiallarla təchiz edilməsinə ayrılan vəsaitin həcmi 1,4 mlrd. manatdan 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

50



çox idi. 1997-ci ildə gömrük nəzarətinin səmərəliliyini artırmaq, gömrük 

buraxılış məntəqələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün 7,8 

mlrd. manatlıq avadanlıq və digər zəruri texniki vasitələr alınmış, təmir-

tikinti işlərinə 1,4 mlrd. manat xərclənməklə yeni postlar, buraxılış-keçid 

məntəqələri yaradıldı. Bakı Baş Gömrük İdarəsi üzrə “Bərə” postunda 

keçid-buraxılış  məntəqəsi tikildi, Xaçmaz gömrükxanasının “Samur”, 

Balakən gömrükxanasının “Muğanlı” postlarında əsaslı tikinti işləri görüldü. 

1998-ci ildə  təkcə  əsaslı tikinti və abadlıq işlərinə 1 mlrd. 25 mln. manat 

vəsait xərclənmişdi [69, 1998, 29 iyul, №27; 1999, 30 yanvar, № 4]. 

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ünvanına daxil 

olan malların gömrük rəsmiləşdirməsini sürətləndirmək üçün 1997-ci ildə 

Bakı Baş Gömrük İdarəsinin nəzdində “Sahil” gömrük postu, 1998-ci ildə 

Bakı Dəniz Limanının “Dübəndi” yük rayonuna daxil olan və çıxarılan neft 

məhsullarını daşıyan gəmilərə gömrük nəzarətini həyata keçirmək üçün 

“Dübəndi” gömrük postu, Azərbaycan Respublikasının gömrük sərhədindən 

boru kəməri ilə keçirilən neft məhsullarının gömrük rəsmiləşdirməsini 

sürətləndirmək məqsədilə Xaçmaz gömrükxanasının fəaliyyət zonasında 

“Şirvanovka” gömrük postu yaradıldı. Bakı Beynəlxalq Yük limanına daxil 

olan neft və neft məhsullarını daşıyan gəmilərə operativ gömrük nəzarəti 

“Liman” gömrük postu vasitəsilə həyata keçirilməsinə başlanıldı. 

1997-ci ildə Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi tərkibində 

struktur dəyişiklikləri baş verməklə Yol Vergiləri  İdarəsi, Nəzarət-təftiş 

şöbəsi yaradıldı. Aksiz bölməsinə şöbə statusu verildi. 1997-ci ildə gömrük 

nəzarətinin səmərəliliyini artırmaq, gömrük buraxılış məntəqələrinin maddi-

texniki bazasını möhkəmləndirmək üçün 7,8 mlrd. manat dəyərində avadan-

lıq və digər zəruri texniki vasitələr alındı. Təmir-tikinti işlərinə 1,4 mlrd. 

manat xərclənməklə yeni postlar və buraxılış-keçid məntəqələri yaradıldı. 

Bakı Baş Gömrük İdarəsi üzrə “Bərə” postunda keçid-buraxılış  məntəqəsi 

tikildi. Xaçmaz gömrükxanasının “Samur”, Balakən gömrükxanasının 

“Muğanlı” postlarında  əsaslı tikinti işləri görüldü. 1998-ci ildə gömrük 

müəssisələrinin  əsaslı tikintisi və abadlıq işlərinə 1 mlrd. 25 mln. manat 

vəsait xərcləndi [69, 1998, 29 iyul, №27; 1999, 30 yanvar, № 4]. 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası 

Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi haqqında” 1998-

ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə Dövlət Gömrük Komitəsinin 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

51



strukturu və  Əsasnaməsi təsdiq edildi. Həmin sənədin 2-ci bəndi ilə 

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 1992-ci il tarixli 688 

nömrəli sərəncamının 1 nömrəli  əlavəsi qüvvədən düşmüş hesab edildi. 

Əsasnamənin 1-ci bəndində göstərilirdi: “Azərbaycan respublikasının 

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahə-

sində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır 

[24, 31 oktyabr 1998, №10, maddə 615]. 

Qısa müddətdə gömrükxanaların sayı 14-ə çatdırıldı, Hava Nəqliy-

yatında Baş Gömrük İdarəsi təsis edildi. Nazirlər Kabinetinin müvafiq 

qərarı ilə gömrük sisteminin inzibati strukturu dəyişdirildi və 7 regional 

gömrükxana təsis edildi. Enerji Gömrükxanası və Xəzər dənizində Azərbay-

can Respublikasının  İqtisadi Mənafelərinin Mühafizəsi  İdarəsi yaradıldı. 

Dövlət Gömrük Komitəsinin strukturunda yaradılan “Xəzər dənizində 

Azərbaycan Respublikasının  İqtisadi Mənafelərinin Mühafizəsi  İdarəsi” 

Xəzər dənizinin Azərbaycana aid bölməsində ölkəmizin iqtisadi maraq-

larının qorunması işini öz üzərinə götürməklə, dəniz nəqliyyatı vasitələri ilə 

respublikamızın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, 

o cümlədən Xəzərin təbii sərvətləri üzərində gömrük nəzarətini təmin edirdi. 

Bununla  əlaqədar Sərhəd qoşunları  və  Xəzər Dəniz Gəmiçiliyi ilə razılaş-

dırmaqla sahil boyu gömrük postları yaradıldı, su nəqliyyatı vasitələrinin 

rəsmiləşdirilməsi ilə bağlı normativ sənədlər hazırlandı.

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası 



Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan 

Respublikası Dövlət Gömrük Komitəsinin  Əsasnaməsinə  əlavələr edilməsi 

haqqında” 2001-ci il 19 iyun tarixli 510 nömrəli Fərmanı ilə yenidən təşkil 

olundu. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna 

daxil idi: 

 1. Rəhbərlik: Sədr, sədrin birinci müavini və müavinlər. 

 2.  Dövlət Gömrük Komitəsinin Aparatı: Katiblik; Gömrük Nəzarə-

tinin Təşkili Baş İdarəsi; Gömrük Sahəsində Hüquqpozmalara qarşı Müba-

rizə Baş  İdarəsi; Maliyyə Tarif və Valyuta Nəzarəti Baş  İdarəsi; Statistika 

və  İnformasiya Texnologiyaları Baş idarəsi; Audit və Risk Analizləri Baş 

İdarəsi; Kadrlar İdarəsi; Daxili Təhlükəsizlik İdarəsi; İstintaq İdarəsi; Xarici 

Əlaqələr  İdarəsi; Tibbi Xidmət  İdarəsi; Mətbuat Xidməti;  İşlər  İdarəsi; 

Əsaslı Tikinti və Maddi-Texniki Təchizat  İdarəsi; Hüquq şöbəsi; Analitik 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə